Məhkəmə qərarları › İş №2(102)-1717/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1717/2019

18.03.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1717/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)2451/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəki rayon məhkəməsinin (hakim Cahid İmanov) 01 avqust 2018-ci il tarixli, 2(075)-2975/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Şəki şəhəri, H.Əliyev küçəsin də yerləşən 25 nömrəli 2 mərtəbəli ictimai yaşayış binasının yerləşdiyi torpaq sahəsində, yəni həmin binaya gediş-gəliş və su yolunda qeyri-qanuni qanunsuz inşa edilmiş özbaşına tikilinin cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi, kanalizasiya quyusunun və həmin kanalizasiya quyusuna gedən kanalizasiya xəttinin cavabdehin şəxsi hesabına doldurulması və əraziyə tökülmüş tikinti materiallarının cavabdehin şəxsi vəsaiti hesabına yığışdırılaraq ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə iddia tələbi rədd edilmiş, ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı nümayəndəsi və vəkili X1 tərəfi ndən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki rayon məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0,01008 ha torpaq sahəsində onun tərəfindən inşa edilən qanunsuz fərdi yaşayış evinin onun hesabına sökülməsi və həmin fərdi yaşayış evinin inşasına başlanan zaman onun mülkiyyətində olan Şəki şəhəri, Şərbablar küçəsi 0,0229 ha torpaq sahəsinə gedən yolda maneələrin aradan qaldırılması və boşaldılmış tikinti materiallarının yığışdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi (vəkili) X1 məhkəməyə “iddia tələbinin artırılması” barədə ərizə təqdim edərək, Şəki şəhəri, H.Əliyev küçəsində yerləşən 25 nömrəli 2 mərtəbəli ictimai yaşayış binasının yerləşdiyi torpaq sahəsində, yəni həmin binaya gediş-gəliş və su yolunda qeyri-qanuni qanunsuz inşa edilmiş özbaşına tikilinin cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi, kanalizasiya quyusunun və həmin kanalizasiya quyusuna gedən kanalizasiya xəttinin cavabdehin şəxsi vəsaiti hesabına doldurulması və əraziyə tökülmüş tikinti materiallarının cavabdehin şəxsi vəsaiti hesabına yığışdırılaraq ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0,0229 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 8a nömrəli 2 mərtəbəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının qonşuluğund a yaşayır. Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0,01008 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi isə cavabdehin mülkiyyətindədir. Son zamanlar cavabdeh mülkiyyətində olan torpaq sahəsində iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə çox yaxın məsafədə qanunsuz fərdi yaşayış evi inşa etdirir. Həmin fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə çox yaxın məsafədə inşa etdirildiyindən onun hüquqlarını pozur. Cavabdeh ev inşa etdirərkən lazımi ara məsafəsi saxlamadığından bu gələcəkdə yanğın və təbii fəlakət zamanı müxtəlif təhlükələrə səbəb ola bilər. Bundan əlavə cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin lahiyəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin tələblərinə uyğun olaraq Memarlıq və Tiki nti Şöbəsində razılaşdırılmamışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh Şəki şəhəri H.Əliyev küçəsində yerləşən 25 nömrəli 2 mərtəbəli ictimai yaşayış binasının yerləşdiyi torpaq sahəsində, yəni həmin binaya gediş-gəliş və su yolunda qeyri-qanuni qanunsuz tikili inşa edərək kanalizasiya quyusu qazmağa başlamış və həyətindən həmin kanalizasiya quyusuna kanalizasiya xətti çəkmişdir. Bununla əlaqədar həmin əraziyə tikinti materialları da tökmüşdür. Həmin ərazi iddiaçının mülkiyyətində olan evin pəncərəsinin qarşısıdır. Həmin tikili, kanalizasiya işləri tikinti normalarına uyğun deyil və iddiaçının hüquqlarını pozur. Həmin ərazidə cavabdeh tərəfindən illər öncə qanunsuz tikinti işləri aparılmış və iddiaçının anası X3 özbaşına tikilinin sökülməsi barədə iddia əri zəsi ilə Şəki rayon məhkəməsinə müraciət etmiş, Şəki rayon məhkəməsinin 26 iyul 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək qətnamə icraya yönəldilmiş və qətnamə icra edilərək həmin özbaşına tikili sökülmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmi şdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat verilmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə cavabdeh qonşudurlar, hər ikisi ünvan 1 ünvanında yaşayırlar. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Şəki şəhəri, H.Əliyev küçəsində yerləşən 25 nömrəli 2 mərtəbəli ictimai yaşayış binasının yerləşdiyi torpaq sahəsində, yəni həmin binaya gediş-gəliş və su yolunda qeyri-qanuni qanunsuz inşa edilmiş özbaşına tikilinin cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi, kanalizasiya quyusunun və həmin kanalizasiya quyusuna gedən kanalizasiya xəttinin cavabdehin şəxsi vəsaiti hesabına doldurulması və əraziyə tökülmüş tikinti materiallarının cavabdehin şəxsi vəsaiti hesabına yığışdırılaraq ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbini iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Cavabdeh id dia tələbini qəbul etmyərək göstərmişdir ki, o, hal-hazırda mülkiyyətində olan torpaq sahəsində hər hansı tikinti işləri aparmır. İddiaçının iddiası əsassızdır. Belə ki, iddia edilən Şəki şəhəri H.Əliyev küçəsində yerləşən 25 nömrəli 2 mərtəbəli ictimai yaşayış binasının yerləşdiyi torpaq sahəsi nə onun, nə də iddiaçının mülkiyyətindədir. Qeyd etdiyi kimi hal-hazırda mülkiyyətində olan torpaq sahəsinə hər hansı tikinti işləri aparmır, aparsa da həmin tikinti iddiaçının hansı hüquqlarını pozmasını başa düşmür. Sadəcə mülkiyyətində olan daş hasarının yaxınlığında Şəki şəhərində su-kanalizasiya işlərinin görülməsi ilə əlaqədar müvəqqəti olaraq kiçik (1-1.3 metr) kanalizasiya quyusu qazdırmışdır. Həmin kanalizasiya quyusu İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0,0 229 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 8a nömrəli 2 mərtəbəli fərdi yaşayış evinə hər hansı maneçilik törətmir, həmin quyu nə iddiaçıya məxsus evin gediş-gəliş, nə də ki, su yolunda inşa edilmişdir. Həmin quyu iddiaçıya məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin təxminən 10 metrliyində öz daş hasarına bitişik qazılmışdır ki, bu da müvəqqəti xarakter daşıyır. İddiaçı onunla uzun müddətdir ki, ədavətdədir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan əraziyə iddiaçının, onun nümayəndəsinin və cavabdehin iştirakı ilə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0,0229 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 8a nömrəli 2 mərtəbəli fərdi yaşayış evi İddiaçı, Şəki şəhəri, Şərbablar küçəsində yer ləşən 0,01008 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi isə Cavabdeh mülkiyyətindədir. Həmçinin, müəyyən edilmişdir ki, mübahisə predmeti olan Şəki şəhəri H.Əliyev küçəsində yerləşən 25 nömrəli 2 mərtəbəli ictimai yaşayış binasının hüquq subyektliyi X2 məxsusdur. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən ərazidə, o cümlədən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin gediş-gəliş və su yolunda hər hansı qanunsuz tikinti işləri aparılmamış və qeyd edilən ərazidə iddiaçının hüquqlarına maneə törədə biləcək hər hansı işlər görülməmişdir. Həmin ərazidə iddiaçının mülkiyyətində olan yaşayış evindən təxminən 10 metr aralıda, cavabdehin mülkiyyətində olan daş hasarın yaxınlığında, nə iddiaçının, nə də ki cavabdehin mülkiyyətində olmay an boş torpaq sahəsində kiçik kanalizasiya quyusu qazılmış və həmin quyunun üstü bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və y a titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Birinc i instansiya məhkəməsi iş materiallarını araşdıraraq və sadalanan normalara istinad edərək hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı Şəki şəhəri, H.Əliyev küçəsində yerləşən 25 nömrəli 2 mərtəbəli ictimai yaşayış binasının yerləşdiyi torpaq sahəsində, yəni həmin binaya gediş-gəliş və su yolunda qeyri-qanuni tikilinin aparılması iş öz təsdiqini tapmamışdır. Buna görə də iddia rədd edilməlidir. Apellyasiya instansiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətində göstərilən dəlilləri əsassız hesab etmişdir. Apellyasiya şikayətində göstərilənlərə iddia tələbinin əsasları ilə eynilik təşkil edir və qanuni və əsaslı qətnamənin ləğvi üçün heç bir əsas olmamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlil lərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2451/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar