Məhkəmə qərarları › İş №2(102)-1724/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1724/2022

25.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1724/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bərdə rayonu Qaradağlı bələdiyyəsi, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə rayon İcra Hakimiyyəti və Bərdə rayon Polis şöbəsinə qarşı iş üzrə QƏRARİ İş № 2(1*2)-1724/2*22 Açar sözlər: özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin mülkiyyətinə qaytarılması tələbləri Bakı şəhəri, 25 may 2*22-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Əliyev Zaur Əli oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Məhərrəmova Ç inarə Ədalət qızının katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-372/2*21 nömrəli, 1 fevral 2*21-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 4 may 2*21-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli *7 nömrəli qərarı ilə X9, X7, X2, Cavabdeh2, X1 təsərrüfatı məhsulları istehsalı üçün 1,91 ha torpaq sahəsi verilmişdir.

2. Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli *7 nömrəli qərarı ilə X9, X7, X2, Cavabdeh2, X4 fərdi yaşayış evi tikilməsi üçün *,*8 ha torpaq sahəsi verilmişdir.

3. Bərdə rayonu Qaradağlı kəndi ndə yerləşən ümumi sahəsi 128 kv.m olan fərdi yaşayış evi və *,*8 ha həyətyanı torpaq İddiaçı xüsusi mülkiyyətindədir.

4. Bərdə rayonu Qaradağlı kəndində yerləşən 1,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

5. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2* fevral 2*19-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Bərdə şəhəri Səttərxan küçəsində yaşayan Cavabdeh1 yaşayış qaydalarını pozan hərəkətlərinə və törətdiyi antisanitar hərəkətlərinə qadağa qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2*19-cu il tarixli 2(1*2)-4927/2*19 nömrəli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cav abdeh3 və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə rayon İcra Hakimiyyəti, Bərdə rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 ərazisində zəbt etdikləri torpaq sahəsində tikdirdikləri tövlənin söklməsi və onlar tərəfindən zəbt edilmiş mübahisəli torpaq sahəsinin Cavabdeh3nə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2*16-cı ildə evinin 6 metrliyində 1* kv-luq yüksək gərginlikli elektrik hava xəttinin 3 metr məsafəsində, əhaliyə verilən qaz xəttinin 3*-5* santımetrliyində zəbt etdiyi Bərdə rayonu Qaradağlı bələdiyyəsin ə məxsus torpaq sahəsində 25 metr uzunluğunda tövlə tikdirmiş və kökəltmə məqsədi ilə daimi olaraq 3*-4* baş iribuynuzlu mal-qara, xeyli sayda ev quşları saxlayır. Həmçinin cavabdeh quşların saxlanması üçün göl yaratmışdır. Lakin Cavabdeh1 “Mal-qaranın saxlanması haqqında” sanitar-gigiyenik tələblərə əsasən tövləni yaşayış evindən 2**-25* metr aralıda tikmək əvəzinə evin 6 metrliyində tikmiş, malın nəxisini və sidiyini axıtmaq üçün şirə quyusunu tövlədən 6-8 metr aralıda qoymaq əvəzinə 1-2 metrlikdə qoymuş, peyin anbarını tövlədən 5* metr aralıda yerləşdirmək əvəzinə peyini açıq və dağınıq şəkildə, yəni pərakəndə vəziyyətdə yığır. Nəticədə ətrafı dözülməz iy və qoxu bürüyür. X14 heyvanları dərmanlayan zaman istifadə etdiyi dərmanların kəskin qoxusundan azyaşlı nəvələrinin allergik xəstəlik ləri kritik vəziyyətə çatır. Ona görədə onun və ailə üzvülərinin səhhəti pozulur və müalicə olunmaq üçün dərman əldə etmək məcburiyyətində qalırlar və ailə büdcələrinə küllü miqdarda ziyan dəyir. Qeyd edilənlərlə əlaqədar Cavabdeh1 qarşı “onun birgə yaşayış qaydalarını pozan hərəkətlərinə və törətdiyi antisanitar hərəkətlərə qadağa qoyulması” tələbinə dair iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 22 oktyabr 2*18-ci il tarixli 2(*21)-4291/2*18 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2* fevral 2*19-cu il tarixli 2(1*4)-957/2*19 nömrəli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 22 oktyabr 2*18-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2*19-cu il tar ixli 2(1*2)-4927/2*19 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 2* fevral 2*19-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X5 icra zamanı borclunun qonşuluq hüququnu pozmadığı, antisanitar hərəkətlərə yol vermədiyi qənaətinə gəlib *2 oktyabr 2*19-cu il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 2* fevral 2*19-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X12 Yanğın Nəzarəti İdarəsinə 22 noyabr 2*19-cu il tarixdə müraciət etmiş, *2 dekabr 2*19-cu il tarixli cavab məktubu ilə Cavabdeh1 zəbt etdiyi torpaq sahəsində qoyduğu 2 ot tayasının mövcud normativlərə uyğun olub-olmamasına dair ekspert rəy ilə müəyyən ediləcəyi bildiri lmişdir. Bərdə rayon İcra Hakimiyyəti Cavabdeh1 etdiyi hərəkətlərə qarşı öz səlahiyyətləri çərçivəsində tədbir görmək və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması üçün onun barəsində məhkəmədə iddia qaldırmaq əvəzinə *3 dekabr 2*19-cu il tarixdə cavab verərək Cavabdeh1 mal-qara saxlamaqla orada yaşayan əhaliyə və şəhərə vurduğu ekoloji ziyanın qarşısının alınması və müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə mütaciət edilməsi məsləhət görülmüşdür. DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin *2 dekabr 2*19-cu il tarixli məktubu ilə Bərdə rayonu Qaradağlı kəndində yerləşən 1,4* ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 29 avqust 2*15-ci il tarixli 1815**7662 qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olduğunu, *9 noyabr 1999-cu il t arixli JN **99 nömrəli KOD 61**5*58 Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə ailə başçısı X3 5 nəfərdən ibarət onlardan biri Cavabdeh2 olmaqla ailə üzvülərinə Bərdə rayonu Qaradağlı kəndində 1,91 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi vermiş, həmçinin 1* mart 2**3-cü il tarixli JN *25 F nömrəli KOD 61**5*58 Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ailə başçısı X3 5 nəfərdən ibarət onlardan biri Cavabdeh2 olmaqla ailə üzvülərinə Bərdə rayonu Qaradağlı kəndində *,*8 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh3 isə *6 dekabr 2*19-cu il tarixli məktubla Cavabdeh1 mal-qara saxlamaq hüququnun olduğunu, bələdiyyənin həmin tövləni sökdürmək hüququnun olmadığını və 2**3-cü ildə bələdiyyə qərarı ilə Cavabdeh1 *,*8 ha həyətyanı torpaq sahəsi verildiyini bildirmişdir. Bərdə Rayon Məhkəməsinin 22 oktyabr 2*18-ci il tarixli 2(*21)-4291/2*18 nömrəli qətnaməsində qeyd edilmişdir ki, 12 saylı Ərazi Ekologiya və X6 29 may 2*18-ci il tarixli 48722 nömrəli aktına əsasən cavabdehlərin mal-qara saxladıqları tövlənin evlərinin ara məsafəsi 6 metrdir. Cavabdeh3 Möhübbət İsgəndərovla cavabdehlər əlbir olub tövləni tikdirdiyi torpaq sahəsini zəbt etmişlər, həmin torpaq sahəsi onların mülkiyyətində deyildir və həmin torpaqdan istifadə hüquqları yoxdur. Buna baxmayaraq cavabdehlər həmin torpaq sahəsini qanunsuz zəbt edərək tövlə tikdirməklə həmin tövlədə mal-qara saxlayaraq dözülməz iy-qoxunu ətrafa yayır və xəstə ailə üzvülərinin yaşamaq imkanını məhdudlaşdırır. Bərdə rayon İcra Hakimiyyəti isə tikinti normativlərə uyğunluğunu yoxlamaq və tikintiyə nəzarəti həyata keçirmək vəzifə lərini həyata keçirmir. Bərdə rayon Polis şöbəsi cavabdehlərin hərəkətlərində inzibati xəta və ya cinayət hadisəsi olmasını araşdırmır.

8. Bərdə Rayon Məhkəməsinin 13 fevral 2*2*-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Kərimov, iş № 2(*21)-87*/2*2*) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı müvafiq dövlət aktının və onun verilməsinə əsas olmuş sənədlərinin etibarlılığını mübahisələndirmədən birbaşa onun torpaqdan çıxarılması və tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, cavabdehin torpaqdan çıxarıla bilməsi üçün ilk növbədə həmin Dövlət aktının və onun verilməsinə əsas olmuş yuxarıda göstərilən sənədlər qüvvədən düşməlidir.

10. Məhkəmə zəbt edilmiş mübahisəli torpaq sahəsinin Bərdə rayon Qaradğ lı bələdiyyəsinə qaytarılması tələbi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, torpaq sahəsi bələdiyyəyə məxsus olarsa Bərdə rayon Qaradğlı bələdiyyəsi özü məhkəmədə cavabdehlərin torpaqdan çıxarılma ilə bağlı iddia ilə müraciət edə bilər.

11. Məhkəmə əlavə olaraq bildirmişdir ki, antisanitar vəziyyətin olması öz-özlüyündə tikintinin sökülməsi üçün əsas deyildir. Belə ki, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2* fevral 2*19-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi var. Həmin qətnamə ilə hazırki iş üzrə iddiaçının iddia tələbi təmin edilərək Cavabdeh1 yaşayış qaydalarını pozan hərəkətlərinə və törətdiyi antisanitar hərəkətlərinə qadağa qoyulmuşdur. Odur ki, iddiaçı həmin qətnamənin icra etdirməklə cavabdehin antisanitar hərəkətlərini qada ğan etdirə bilər.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 18*.1, 18*.2, 18*.3, 18*.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apelyasiya instansiyası məhkəməsində icraat

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh3 məktubuna əsasən mübahisəli *,*8 ha həyətyanı torpaq sahəsinin cavabdeh 14 yaşlı Cavabdeh2 satılmasına dair 2* mart 2**4-cü i l tarixli qərarının etibarsız hesab edib cavabdehləri zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları və bələdiyyənin mülkiyyətinə qaytarmasına dair qətnamə çıxarmalı olduğu halda bunu etməmişdir. Cavabdeh3 qeydiyyatda olmayan qərarı etibarsız hesab edilməli, həmin qərar əsasında zəbt olunmuş torpaq sahəsindən cavabdehlər çıxarılmaları və bələdiyyə qaytarılmalı, cavabdehlər tərəfindən inşa edilmiş tövlənin sökülməli, ona və ailəsinə ziyan vuran şəkildə istifadə edən Bərdə rayon Qaradağ bələdiyyəsinin hüquqlarından sui istifadə edilməsinə son qoyulmalıdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 fevral 2*21-ci il tarixli qətnaməsi ilə (hakim R.Muradov (sədrlik edən və məruzəçi), hakimlər F.Mehtiyev və Ə.Məmmədov, iş № 2(1*4)-372/2*21) apellyasiya şikayəti təmin edilməmiş, B ərdə Rayon Məhkəməsinin 13 fevral 2*2*-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiаçı İddiaçı cavabdehlərin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmələrini, həmin ərazidə “Mal-qaranın saxlanılması haqqında” sanitar-gigiyenik tələbləri pozmaqla iri buynuzlu malqara saxlamalarını, həmin hərəkətlər nəticəsində onun və ailə üzvlərinin səhhətinə mənfi təsir göstərilməsini əsas gətirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 ərazisində zəbt etdikləri torpaq sahəsində tikdirdikləri tövlənin sökülməsi və həmin torpaq sahəsinin Bərdə rayon Qaradğlı bələdiyyəsinə qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etm əmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İlk öncə məhkəmə kollegiyası onu qeyd edir ki, mübahisəli torpaq sahələri cavabdehlərin xüsusi mülkiyyətindədir. Buna dair hazırda qüvvədə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 avqust 2*15-ci il tarixli RX seriyalı *722649 nömrəli çıxarış və Torpağın mülkiyyətə verilməsinə dair JN-**99 KOD 61**5*58 nömrəli Dövlət aktı var. Göründüyü kimi iddiaçının zəbt edilməsi güman edilən torpaq sahəsi qanuni əsaslarla mülkiyyətə verilmiş, cavabdehlər də öz növbəsində həmin torpaqdan istifadə edirlər. Ümumiyyətlə cavabdehlər tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etmələri işdən müəyyən olunmur. Hətda belə bir hal mövcud olarsa, o nda torpağın zəbtdən azad olunması və zəbt olunmuş torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi barədə bələdiyyə orqanı özü iddia qaldıra bilər. Belə olan təqdirdə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş tikilinin sökülməsi, eləcədə torpağın zəbtdən azad olaraq bələdiyyə mülkiyyətinə qaytarılması barədə İddiaçı iddia irəli sürmək hüququ istisna olunur və sonuncu hazırkı mübahisə üzrə iddia qaldırmaqda subyektiv hüquqa malik deyil. Mübahisəli torpaq sahəsində yaranmış antisanitariyanın ona və ailə üzvlərinin sağlamlığına ziyan vurmasına münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, buna dair artıq qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 2* fevral 2*19-cu il tarixli 2(1*4)-957/2*19 nömrəli qətnaməsi mövcuddur. Həmin qətnaməyə əsasən Bərdə şəhəri Səttərxan küçəsində yaşayn Cavabdeh1 yaşayış qaydalarını pozan hərəkətlərinə və törətdiyi antisanitar hərəkətlərinə qadağa qoyulmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 fevral 2*21-ci il tarixli 2(1*4)-372/2*21 saylı qətnaməsinin ləğv edilməsini, işin yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

18. İddiaçı işin faktiki hallarına istinad etməklə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi nin gəldiyi nəticə kimi mübahisə edilən *,*8 ha həyətyanı torpaq sahəsi ilə bütün halları və tərəflərin münasibətini aydınlaşdırmamışdır. Belə ki, məhkəmələr hesab etmişdilər ki, mübahisəli tövlə cavabdeh X8 özü də daxil olmaqla valideynlərinin ailəsinin mülkiyyətində olan 1,45 ha və onun həyat yoldaşı Cavabdeh2 özü də daxil olmaqla valideynlərinin ailəsinin mülkiyyətində olan 1,91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində tikilmişdir. Məhkəmələr müəyyən etməmişlər ki, mübahisə edilən üzərində tövlə tikilmiş *,*8 ha həyətyanı torpaq sahəsidir və həmin torpaq qətnamədə əsas götürülən 1,91 ha və 1,45 ha torpaq sahələri üst-üstə düşmür. Üzərində tövlə tikilmiş *,*8 ha torpaq sahəsi isə bələdiyyənin mülkiyyətində olsa da, həmin bələdiyyənin sədri kimi fəaliyyət göstərən cavabdeh M öhübbət İsgəndərovun 2*16-cı ildə dizinin üstündə yazdığı 2**3-cü il tarixli qərarla cavabdeh X1* *,*8 ha torpaq sahasi satmasl faktı və ona görə də Qaradağlı bələdiyyəsinin sədri tərəfindən həmin qərarın ləğv olunması üçün heç vaxt məhkəmə orqanlarına müraciət etməkdə maraqlı olmayacağı halı apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Ona görə də məhkəmə tərəflər arasında yaranmış mövcud münasibətlərə düzgün qiymət vermədiyi üçün belə səhv nəticəyə gəlmişdir ki, bu iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ yoxdur. Qeyd olunanlarla təsdiq olunur ki, hər iki məhkəmə instansiyası iddia tələbi irəli sürməyə subyektiv hüququn olmamasını əsas götürüb iddia tələbinin təmin etməməklə cavabdeh X1* şərait yaratmışlar ki, Bərdə rayonunun Qaradağlı bələdiyyəsinin mülkiyy ətində olan zəbt etdiyi *,*8 ha torpaq sahəsindən istədiyi qaydada istifadə etsin, yəni onun zəbt etdiyi torpaq sahəsindən qanunsuz istifadə hüququnu qanuniləşdirmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Məhkəmələr gəldikləri nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmamaqla məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti ilan faktiki halları sübut etməməklə və qanunsuz və əsassız qətnamələri qəbul etməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 79.1, 79.2, 79.3, 1*1.3, 371, 372.2, 377, 386, 388, 389 və 39*-cı maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirak çılarının izahatları

21. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipotka servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

23. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam ve rmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi hə min hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

26. Maddə 17*.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

27. Maddə 18*. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tiki nti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə süb utlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

35. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəl illərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Ona görə də kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-372/2*21 nömrəli, 1 fevral 2*21-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar