Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1725/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 Rafail oğlu, vəkili X1, Cavabdeh3 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10688/2018 nömrəli iş üzrə 16 oktyabr 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Ş.Mirzəzad ə) 2(004)-2923/2018 nömrəli iş üzrə 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Rafail oğluna və qeyrilərinə qarşı müqavilənin etibarsızlığı və əmlak tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi) X.A.Cəmilova və İ.K.Xəlilov ) 2(103)-10688/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2923/2018 saylı iş üzrə 12 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 Rafail oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı müqavilənin etibarsızlığı və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişd ir. İddia onunla əsaslandırılmışdır ki, nikahda olduqları dövrdə birgə həm avtomaşın, həm də bağ sahəsi alıblar. Belə ki, 2014-cü ildə lizinq ilə “KİA RİO” markalı minik avtomobili alıblar və ilkin ödəniş kimi 5000 manat ödəyiblər. Sonradan həmin avtomaşını satıb əvəzində 10500 manat ödəməklə “HYUNDAİ TUCSON” markalı avtomaşını atasının adına baş vəkalətnamə ilə alıblar. Sonradan cavabdeh həmin avtomaşını atası Rəfailin adına keçirib. Daha sonra həmin avtomaşını satıb əvəzində “Opel” markalı, **-LN-*** dövlət nömrə nişanlı avtomaşını alıb və hal-hazırda həmin avtomaşın vəkalətnamə ilə cavabdehin istifadəsindədir. Bundan başqa, 2014-cü ildə iddiaçının götürdüyü kreditlər hesabına Ləhiş bağlarından 12 sot bağ torpaq sahəsi alıblar və torpaq sahəsi Cavabdeh1 adına qeydiyyatdan keçib. Həmin ba ğda valideyinlərinin köməkliyi ilə tikinti işləri aparıblar. Sonradan cavabdeh Müdafiə Nazirliyində guya kirayə qalmaqları müqabilində dövlət tərəfindən kirayə pulu almaq üçün bağ sahəsini anası Cavabdeh2 adına keçirməyi təklif edib və iddiaçı bununla razılaşıb. Cavabdehin məqsədi birgə nikah dövründə əldə edilmiş əmlakları dolayı yollarla adından çıxarmaq və daha sonra onunla münasibətləri kəsmək olub. İddiaçının iddia ərizəsi məhkəmənin icraatına daxil olandan və iş üzrə məhkəmə hazırlıq iclasının keçiriləndən sonra cavabdehlər mübahisəli torpaq sahəsini Cavabdeh3 satıblar. Göstərilənlərə əsasən, ünvan1 bağlarında 1576M saylı 0,12 ha-dan ibarət bağ sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanması barədə müqavilənin; həmin bağ sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 08.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sonuncuların adına verilmiş çıxarışların ləğv edilməsi; birgə nikah dövründə əldə etdikləri maşınlara, “Opel” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomaşına və Bakı şəhəri Ləhiş bağlarında 12 sot bağ torpaq sahəsinə 1/2 hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10688/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması və ya iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən cavabdehlər Cavabdeh1, vəkili X1, Cavabdeh3 və vəkili Vəkil2 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 iştirak etmədiyi üçün və iştirak etməməsi nin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-10688/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və ap ellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Aşağı instansiya məhkəmələri tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 23.12.2013-cü il tarixdə nikaha daxil olmuşlar. 08.06.2015-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən ünvan1 sahəsində 1576a saylı 0,12 ha bağ sahəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 01.04.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsi sonuncu tərəfindən anası Cavabdeh2 bağışlanmışdır. İddiaçı 29.03.2016-cı il tarixdə yazdığı və notarial qaydada təsdiqlənmiş ərizəsi ilə torpaq sahəsinin qayınanasına bağışlanmasına etiraz etməmişdir. 08.04.2018-ci il tarixdə torpaq sahəsi 24000 manat müqabilində Cavabdeh3 satmışdır. Baş Dövlət Yol Polis İdarəsinin 25.12.2017-ci il tarixli məktubu əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir, 31.07.2017-ci il tarixdə verilmiş 25.07.2026-cı ilədək qüvvədə olan etibarnamə əsasında X2 məxsus “Opel Astra" markalı ** LN *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh1 istifadəsinə verilmişdir. Aşağı instansiya məhkəmələri işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 33.1 və 33.4-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişlər ki, iddia rədd edilməlidir. Belə ki, mübahisəli bağ sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına iddiaçı tərəfindən notariat qaydada təsdiq edilmiş razılıq verilib. İddiaçı razılıq verərkən aldadıldığı barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməyib. İddiaçının təqdim etdiyi şahid ifadələrinin məzmunu həmin halı birbaşa təsdiq etmir. Bağışlama müqaviləsinin etibarsızlığı üçün əsaslar olmadığından aşağı instansiya məhkəmələri bağ sahəsinin sonradan Cavabdeh3 satılmasına dair müqavilənin etibarsızlığını yoxlamağa zərurət görməmişdir. Azərbaycan Respublikası M ülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10688/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(10 3)-10688/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1725/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1725/2019
15.03.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver