Məhkəmə qərarları › İş №2(102)-1725/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1725/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1725/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ASC-yə, üçüncü şəxslər X və X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: protokolun etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh1 MMC-nin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3466/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasi ya şikayətinə dair işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, mənzil Cavabdeh2 ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2. “Kaspi” qəzetinin 17 yanvar 2018, buxaxılışında mənzilinin Cavabdeh1 MMC tərəfindən 15.02.2018-ci il tarixdə saat 11:00-da hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. 3. “Kaspi” qəzetinin 27 fevral 2018, buxaxılışında mənzilinin Cavabdeh1 MMC tərəfindən 29.03.2018-ci il tarixdə saat 11:00-da hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir.

4. Cavabdeh1 MMC-nin 27. 04.2018-ci il tarixli 57 saylı hərracın yekunları barədə protokolundan görünür ki, mənzil 35062 manata, Cavabdeh1 MMC tərəfindən 27.04.2018-ci il tarxidə Cavabdeh2 ASC-nə satılmışdır

5. Hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə müqavilədən müəyyən olunur ki, mənzilin satın alınması barədə Cavabdeh1 MMC ilə Cavabdeh2 ASC arasında 27.04.2018-ci il tarixdə müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ASC-yə qarşı, X və X1 üçüncü şəxslər qismində cəlb edilməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia vermişdir.

7. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli qə tnaməsi ilə “xxxx” MMC-dən 33000 manat və 3847,31 manat ümumilikdə 36847,31manat pulun tutulması və tutmanın mənzilinə yönəldilməsi, həmin mənzilin acıq hərracdan satılaraq borcun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 55000 manat müəyyənləşdirilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19 may 2017-ci il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin qətnaməsi borc məbləği hissəsində dəyişdirilərək 32982,19 manat əsas və 3640,76 manat faiz borc müəyyən edilmiş qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə həvalə edilmişdir. İddiaçı İcra Şöbəsinə evi ilə bağlı gedən zaman icra məmuru ona bildirmişdir ki, evi ilə bağlı heç bir icra hərəkəti həyata keçirilmir, çünki bankla b orcu götürən şirkət razılıq əldə etdiklərindən bank məktub verərək icra işinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Elə həmin zamandan da iddiaçı evində rahat yaşayır və heç kim onu narahat etməyib və heç bir yerdən bununla bağlı ona məktub belə gəlməyib. Ancaq sentyabr ayının təxminən 15-də Cavabdeh2 ASC-nin nümayəndəsi X mənzilinə 11.09.2018-ci il tarixli məktub gələrək 10 gün müddətində mənzili tərk etməyi tələb edilmişdir. İddiaçı dərhal araşdırma aparmış və müəyyən etmişdir ki, mənzilini hərrac vasitəsi ilə bank alıb və hərracı da “X1 "MMC təşkil edib. İddiaçı 20 sentyabr 2018-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş və onlar tərəfindən mənzili ilə bağlı bütün aparılmış hərraclar və qəbul edilmiş alqı-satqı və yekun protokol təqdim edilmişdir. Qısacası iddiaçı müəyy ən etmişdir ki, bank hərrac təşkilatı və icra şöbəsi ilə əlbir olub mənzili qanunsuz yollarla özgəninkiləşdirmişlər. Artıq qeyd etdiyi kimi iddiaçının mənzilinin hərraça çıxarılmasından xəbəri olmayıb və buna dair səlahiyyətli təşkilatlar qanunun tələblərini pozaraq ona hec bir məlumat verməmişlər. Nəticədə onun əmlakın mülkiyyətçisi kimi qanunla qorunan hüquqlarına qəsd edilib. Çünki hərracın təşkilatçısı olan Cavabdeh1 MMC qanunun tələbinə əsasən hərracın keçirilmə tarixinə 1 ay qalmış ona bu barədə rəsmi məlumat verməli idi. Ançaq məqsədli və planlı şəkildə bu maxinasiya həyata keçirilərək mənzilim real bazar qiymətinin yarısına satılmışdır. Qeyd edilənləri nəzərə alaraq, mülkiyyətindən qanunsuz yollarla məhrum edildiyi mənzilin satılmasına dair 27 aprel 2018-ci il tarixdə qanunsuz təşk il edilmiş hərracvə hərracın yekunları barədə tərtib edilmiş 57 saylı Protokolun etibarsız hesab edilməsi və yekun protokol əsasında cavabdeh“Cavabdeh2nin” adına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilərək mənzilinin üzərində mülkiyyət hüququmun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 mart 2019-ci il tarixli 2(005)-389/2019 saylı qətnaməsi ilə (hakim K.Əmirxanova) İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ASC-nə qarşı, X və AX1 üçüncü şəxslər qismində cəlb edilməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunl a əsaslandırmışdır ki, İddiaçı hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmişdir. Bundan başqa hərracın vaxtı və keçirilmə yeri barədə “Kaspi” qəzetinin 09 yanvar 2018, 3978 saylı buxaxılışında da elan yerləşdirilişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

10. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin fak tiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisiolduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7327/2019 nömrəli iş üzrə 21 iyun 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi qanuna müvafiq qaydada icraya yönəldilmiş və mənzilin açıq hərracdan satışı təşkil olunmuşdur. MMC tərəfindən 24.07.2018-ci il tarixdə təşkil olunmuş hərracın həmin qaydaların pozulması həyata keçirilməsi iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hərrac prosesinin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılması ilə bağlı “Hərracın keçirilməsi barədə” 17.01.2018-ci il tarixli, 27.02.2018-ci il tarixli bildirişlərə və “Kaspi” qəzetinin 17.01.2018-ci il və “Kaspi” qəzetinin 27.02.2018-ci il tarixli buraxılışlarına istinad etmişdir Kassasiya instansiya məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)96/2020 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və S.Hacıyev) İddiaçı və vəkil Vəkil1 oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli 2(103)- 7327/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki,, apellyasiya instansiyası məhkəməsinin hazırk i iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, hərracın keçirilməsi barədə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməməsinə apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Hərracın keçirilməsi barədə” 17.01.2018-ci il tarixli, 27.02.2018-ci il tarixli bildirişlərin iddiaçı tərəfindən alınmasını təsdiq edən sübutlar iş materiallarında yoxdur. Kollegiyanın qənaətinə görə iddiaçının hərracın təşkilatçısı olan MMC-i tərəfindən hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etməməsi nəticəsində onun da hərracda iştirak etmək kimi hüququnun reallaşdırılmasının qarşısı alınmışdır. Məhkəmə kollegiyası daha sonra hesab etmişdir ki, “Kaspi” qəzetinin 17.01.2018-ci il və 27.02.2018-ci il tarixli buraxılışlarında elan verilməsi də iddiaçının hərracın təşkilatçısı olan MMC-i tərəfindən hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etməməsi də hərracın təşkilatçısı olan MMC-nin qanunvericiliyin tələblərini pozmaması anlamına gəlməyə əsas vermir. Belə ki, qəzetlərdə olan hərraca çıxarılan əmlakı almaq niyyətində olan digər şəxslər üçündür və bu elanların verilməsi mütləq mənada iddiaçının hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar edilməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələrin iclas protokollarından Cavabdeh2 ASC-nin nümayəndəsi X2 rayon İcra Şöbəsinə ünvanladığı 12.02.2018-ci il tarixli 07/24 saylı məktubunun yazılması ilə bağlı iddia dəlilinin müzakirə edil məsi görünmür. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qeyd edilən məktubunun yazılmasının səbəblərini, İcra Şöbəsinə göndərilib göndərilməməsini, icra məmurunun qeyd edilən məktubla hərrac mərkəzinə müraciət edibetməməsini araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3466/2020 nömrəli iş üzrə 20 av qust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Hüseyn, V.Ağayev və A.Nuriyeva) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-389/2019 saylı, 12 mart 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək, mənzilinin satılmasına dair 27 aprel 2018-ci il tarixdə təşkil edilmiş hərrac və hərracın yekunları barədə tərtib edilmiş 57 saylı Protokol etibarsız hesab edilmiş, yekun protokol əsasında Cavabdeh2 ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilmiş və mənzilinin üzərində iddiaçının mülkiyyət hüququ bərpa edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh bank ikinci məktubu göndərdikdə artıq hərrac baş tutmuşdu və ipot eka predmeti bank tərəfindən əldə edilmişdi. Yəni hərrac keçirilən dövrdə bank tərəfindən icra hərəkətlərinin davam etdirilməsinə dair hər hansı məktub ünvanlanmamış, əksinə icra sənədinin geri qaytarılması və hərracın dayandırılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxslər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçı və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

25. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər(maddə 415.1)

26. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (maddə 415.2) “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəri cisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Mülki Prossesual Məcəllə

27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

30. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

31. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya ins tansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsi nin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3466/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar