Məhkəmə qərarları › İş №2(102)-1726/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1726/2023

31.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1726/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 qarşı, İddiaçı Cavabdeh4 Yunus oğlunun cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı QƏRARİ Açar sözlər: torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma- miras əmlakın faktiki olaraq qəbul olunmasının müəyyən olunması, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi Azərbaycan Respublik ası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, X8 (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4 Yunus oğluna, Cavabdeh1, Cavabdeh2 Həsən qızına və Cavabdeh3 qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbi, İddiaçı Cavabdeh4 Yunus oğlunun cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “miras əmlakın faktiki olaraq qəbul olunmasının müəyyən olunması, buna uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin İsmayıllı rayon Notariat Ofisinə həvalə edilməsi, cavabdehlərə verilmiş və rəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1362/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 Yunus oğlu və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 1988-ci ilin oktyabr ayında tərtib edilmiş, İsmayıllı RİH-nin 13 fevral 1998-ci il 45 saylı qərarına uyğun rəsmləşdirilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” surətinə əsasən, İsmayıllı rayonun Soltankənd kəndində yerləşən inventar nömrəsi 173 olan 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 127.2 kv.metr olan fərdi yaşayış evinin sahibi İddiaçı3dur.

2. JN 085F KOD 40710028 olan To rpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 29 iyul 1999-cu il tarixli 64 saylı qərarı ilə İsmayıllı rayonun Soltankənd kəndi ərazisindən 0,16 hektar həyətyanı torpaq sahəsi X26, İddiaçı1, X19, İddiaçı3 mülkiyyətinə verilmişdir.

3. AZ-İ 542645 nömrəli 28 yanvar 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən,, X27 23 yanvar 2013-cü il tarixdə vəfat etmişdir.

4. İsmayıllı rayonun İHB-nın Soltankənd kənd təsərrüfatbaşı kitabının 80-ci səhvəsinin surətinə əsasən, İsmayıllı rayonun Soltankənd kəndində fərdi yaşayış evində ailə başçısı kimi İddiaçı1 qeyd edilmişdir.

5. İsmayıllı rayonunda ziyan dəymiş yaşayış evləri və sosial obyektlərə baxışın nəticələrinə dair 15 fevral 2019-cu il tarixli baxışın surətinə əsa sən, İsmayıllı rayonun Soltankənd kəndində ziyan dəymiş evə baxış keçirilərkən Cavabdeh4 yaşadığı evin bir mərtəbəli 3 otaqlı ümumi sahəsi 120 kv.metr, ailə üzvünün sayının 5 nəfər olduğu qeyd edilmişdir. 6. 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəində ziyan dəymiş və Fövqaladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı olduğu təsdiqini tapmış yaşayış evləri barədə məlumatların surətindən müəyyən edilir ki, İsmayıllı rayonun Soltankənd kəndində olan Cavabdeh4 yaşadığı evin bir mərtəbəli 4 otaqlı ümumi sahəsi 120 kv.metr, ailə üzvünün sayının 5 nəfər olduğu qeyd edilmişdir.

7. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının 07/312 nömrəli 16 may 2022-ci il tarixli surətinə əsasən,, fərdi yaşayış evi 05 fevral 2019-cu il tarixdə baş ve rmiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş yaşayış evinin əvəzi olaraq AR Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında inşa edilmişdir. İnşa edilmiş yaşayış evi Cavabdeh4 təhvil verilmişdir.

8. Volqoqrad vilayəti İlovlinsk bələdiyyə rayonu İlovlinsk şəhər qəsəbəsinin inzibatçılığı tərəfindən 18 aprel 2022-ci il tarixli təsərrüfat kitabından çıxarışına əsasən, Cavabdeh4 İlovlya rayonu Pervomayskaya küçəsi ev 5 A ünvanında təsərrüfat sahibi olmaqla ailə tərkibi oğlanları - Cavabdeh3 və Osman Davidov, qızı - Cavabdeh2 ibarətdir və onların 1000 kv.metr əkin torpaq sahəsi vardır.

9. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 09 avqust 2022-ci il tarixli 33/3142 saylı məktuba əsasən, Cavabdeh4 2013-cü il tarixdə iki dəfə, 2014-cü il tarixdə iki dəfə, 2015-ci il tarixdə bir dəfə, 2016-cı i ldə beş dəfə, 2017-ci ildə dörd dəfə, 2018-ci ildə dörd dəfə, 2019-cu ildə dörd dəfə, 2020-ci ildə bir dəfə, 2021-ci ildə bir dəfə dövlət sərhəddindən giriş-çıxış etmişdir.

10. İsmayıllı rayonun İHB-nın Qalagah kənd təsərrüfatbaşı kitabının 82-ci səhvəsinin 39 nömrəli şəxsi hesabdan çıxarışın surətinə əsasən,, Cavabdeh1 ailə üzvü olmaqla İsmayıllı rayonun Qalagah kəndində qeydiyyatdadır.

11. Mərkəzi məlumat bazasından çıxarılmış çıxarışa əsasən, Cavabdeh1 qohumları barədə məlumatlar tapılmışdır.

12. İsmayıllı RİHB-nın Soltankənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 47 nömrəli 10 fevral 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1 oğlu, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cava bdeh3 ibarətdir. İsmayıllı RİHB-nın Soltankənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 49 nömrəli 16 fevral 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1, oğlu - Cavabdeh4, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarətdir.

13. İsmayıllı rayonun Soltankənd kənd sakinləri tərəfindən tərtib olunmuş 18 aprel 2022- ci il tarixli aktda qeyd edilmişdir ki, həmin kənd ərazisində yerləşən evdə Cavabdeh4, arvadı - Cavabdeh1, uşaqları - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 2016-cı ildən yaşayırlar. Əvəllər anası - İddiaçı1 da onlarla birgə yaşasa da iki ilə yaxın müddətdir ki, həmin evdə yaşamır. Qeyd edilən evdə həmin ailədən başqa heç kim yaşamır. Onlar ev sahibi kimi Cavabdeh4 tanıyırla r.

14. İddiaçı1, İddiaçı3 və İddiaçı2 İsmayıllı rayon notariat ofisinə təqdim etdikləri 12 may 2022-ci il tarixli ərizənin surətinə əsasən, onlar vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında 12 may 2022-ci il tarixli şəhadətnamənin surətinə əsasən, 23 yanvar 2013-cü il tarixdə vəfat etmiş X12 vərəsələri - arvadı İddiaçı1, oğlu - İddiaçı3, qızı - İddiaçı2dır. Onların hər birinə miras əmlakdan 1/3 pay ayrılmışdır.

15. Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən, İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına rasmləşdirilmişdir İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 h issə payları müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində 17 may 2022-ci il tarixdə qeydiyyata alınmışdır.

16. İsmayıllı rayon notariat ofisi tərəfindən Cavabdeh4 verilmiş 20 may 2022-ci il tarixli 413 nömrəli məktubunun surətinə əsasən, qanunvericiklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür və inzibati ərazi nümayəndəliyinin verdiyi vərəsələrin dairəsi barədə arayışda adının qeyd olunmaması və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmamışdır. Qeyd olunan səbəblərə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

17. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavab dehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyətlərində olan İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən İddiaçı3 adına qeydə alınmış fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. İddiaçı Cavabdeh4 Yunus oğlu cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, mərhum atası X13 mülkiyyətində olmuş İsmayıllı rayonu Soltankənd kənd ünvanında yerləşən JN-085F Kod 40710028 olan, 0,16 hektar torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakları atasına aid hissədə birinci növbəvərəsə kimi tamamilə faktiki qəbul etdiyi üçün onlara mülkiyyət hüququnun tanınması, buna uyğun olaraq ona vərəsəlik haqqnda şəhadətnamənin verilməsi, İsmayıllı Rayon Notariat ofisi tərəfindən cavabdehlərə verilmiş 12 may 2022-ci il tarixli vərəsəlik haqqnda şəhadətnamənin və eyni zamanda həmin şəhadətnamələr əsasında İddiaçı3 (1/3 pay İddiaçı1, 1/3 pay İddiaçı3, 1/3 pay İddiaçı2) Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydə alınan **********74 saylı reyestr nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi), ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı Cavabdeh4 Yunus oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum atası X13 mülkiyyətində olmuş İsmayıllı rayonu Soltankənd kənd ünvanında yerləşən JN-085F Kod 40710028 olan, 0,16 hektar torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakları atasına aid hissədə birinci növbə vərəsə kimi mirası faktiki qəbul etməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, buna uyğun olaraq ona vərəsəlik haqqnda şəhadətnamənin verilməsinin İsmayıllı Rayon Notariat ofisinə həvalə edilməsi, İsmayıllı Rayon Notariat ofisi tərəfindən cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 verilmiş 12 may 2022-ci il tarixli vərəsəlik haqqnda şəhadətnamələrin və eyni zamanda həmin şəhadətnamələr əsasında İddiaçı3 (1/3 pay İddiaçı1, 1/3 pay İddiaçı3, 1/3 pay İddiaçı2) Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydə alınan **********74 saylı reyestr nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi), ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmənin 31 avqust 2022-ci il tarixli qərardadı ilə hər iki mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsin ə əsasən birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş, işə 2(037)-373/2022 nömrəsi verilmişdir

21. İddiaçı1 öz iddia tələbini müdafiə etdiyini, Həsən Davudovun iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, məlum hadisələrlə bağlı 1988-ci ildən Ermənistandan köçdükdən sonra İsmayıllı rayonunun Soltankənd kəndində məskunlaşmışlar. Ermənistanda olan evlərini oğlu Əfqan Soltankənd kəndində olan erməni evi ilə dəyişmiş və orada yaşamışlar. Yaşayış evinə dair oğlu Əfqanın adına 1988-ci ildə texniki pasport hazırlanmışdır. Yaşayış evinin yerləşdiyi 0,16 hektar torpaq sahəsi onun, əri Yunis Davidovun, qızı İddiaçı2 və oğlu İddiaçı3 birgə mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə dair JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə va rdır. Hələ onlar Ermənistanda yaşadıqları vaxtlarda oğlu Həsən Rusiyaya getmiş, orada yaşamış və işləmişdir. Hərbi xidməti də Rusiya ordusunda keçmişdir. Həsən 2001-ci ildə Azərbaycana gələrək evlənmiş və qısa müddət ərzində ailəsini də götürərək Rusiyaya qayıtmışdır. Əri Yunis 2013-cü ildə vəfat etmişdir. Həsən dəfn mərasiminə gəlməmiş, sonradan qısa müddətə gələrək hüzr məclisində iştirak edərək geri qayıtmışdır. Gəldiyi vaxtda da ata evində qalmamış, Qalagah kəndində yaşayan qaynatasının evində qalmışdır. Əri vəfat etdikdən sonra oğlu Əfqan dəfn və yas mərasimlərini təşkil etmiş, xərci o çəkmişdir. Altı ay müddətində oğlu Əfqan, ondan sonra isə digər oğlu Eldar üç ilə yaxın onunla qalmışdır. Bütün bu müddət ərzində qızı Radə də onunla qalaraq ona baxmışdır. Oğlu Əfqan evin və torpaq sah əsinin saxlanılması üçün mütamadi olaraq Rusiyadan ona pul göndərmişdir. 2016-cı ilə qədər nə Həsən, nə də ailə üzvləri Əfqanın adına olan, onun yaşadığı evdə yaşamamışlar. Həsən 2016-cı ildə ailə üzvüləri ilə birlikdə müvəqqəti yaşamaq üçün Rusiyadan köçüb gəlmişdir. İlk vaxtlar ona yaxşı baxsalar da sonradan gəlini Gülnaz onunla yola getməmişdir. Bu barədə oğlanları və qızı da bilirdi. Bütün bunlar oğlu Həsənin gözü qarşısında baş vermişdir. Məcburiyyət qarşısında qalaraq üç ilə yaxındır ki, qonşu kənddə yaşayan qızı Radənin yanına köçmüşdür. 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində oğlu Əfqanın adına olan yaşayış evi qəzalı vəziyyətə düşdüyündən sökülmüşdür. İcra Hakimiyyətinin qərarı əsasında həmin evin yerində oğlu Əfqanın adına həmin evdən kiçik ölçüdə yaşayış evi tikilmişdir. C avabdehlər özlərini həmin torpaq sahəsinin və evin sahibi kimi aparırlar. Lakin istər Həsənin və arvadı Gülnazın, istərsə də onun uşaqlarının həmin evə və torpaq sahəsinə heç bir hüquqları yoxdur. Əri Yunis öldükdən sonra vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair onun, qızı Radənin və oğlu Əfqanın adına çıxarış alınmışdır. Oğlu Həsən və onun uşaqları Rusiya vətəndaşıdırlar. Gülnaz isə qonşu Qalagah kəndində qeydiyyatdadır. X31 gələrkən onun bir neçə iribuynuzlu mal-qarası və qoyun-quzusu olsa da Həsən onların hamısını sataraq özü üçün xərcləmişdir. Oğlu Həsən və gəlini Gülnaz onu evə buraxmırlar. Həsən atasının dəfn mərasimində iştirak etməmiş, dəfn və hüzr mərasimlərinə xərc çəkməmiş, evin və həyətyanı torpaq sahəsinin saxlanılmasına h eç bir vəsait xərcləməmişdir. Atasından qalan miras əmlakı qəbul etməmişdir. Buna görə də oğlu Həsən torpaq sahəsindən və evdən heç bir miras payı tələb edə bilməz. Yunis Davidovdan miras qalan torpaq payını o, qızı Radə və oğlu Əfqan miras kimi qəbul etmişdir. Fərdi yaşayış evinin texniki pasportu oğlu Əfqanın adına olmuş, ev zəlzələ nəticəsində yararsız vəziyyətə düşdüyü üçün həmin evin yerində Əfqanın adına yeni ev tikildiyindən həmin ev Əfqanın mülkiyyətidir. Ona görə də onun, oğlu Əfqanın və qızı Radənin birgə mülkiyyətlərində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması barədə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh4 Yunus oğlunun ona və digər cavabdehlər İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı olan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı3 öz iddia tələbini müdafiə etmiş, Həsən Davudovun iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, məlum hadisələrlə bağlı 1988-ci ildə Ermənistanda olan evlərini İsmayıllı rayonunun Sotankənd kəndində olan erməni evi ilə dəyişmiş və orada yaşamışlar. Yaşayış evinə dair 1988-ci ilin oktyabr ayında tərtib edilmiş, İsmayıllı RİH-nin 13 fevral 1998-ci il 45 saylı qərarına uyğun rəsmləşdirilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” onun adınadır. Y aşayış evinin yerləşdiyi 0,16 hektar torpaq sahəsi isə “JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə onun, X39un, anası İddiaçı1 və bacısı İddiaçı2 birgə mülkiyyətində olmuşdur. X38 2013-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” 12 may 2022-ci il tarixli şəhadətnaməyə uyğun olaraq 17 may 2022-ci il tarixdə qeydiyyata alınmış “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun adına rasmləşdirilməklə onun, İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 hissə payları müəyyən edilmişdir. Qardaşı Cavabdeh4 də daxil olmaqla hamısının Rusiyada yaşayış evləri və iş yerləri vardır. Qardaşı Həsən hələ onlar Ermənistanda yaşadığı vaxtlar Rusiyaya köçmüş və h ərbi xidməti də Rusiyavətəndaşı kimi orada çəkmişdir. 2001-ci ildə evlənmək üçün Azərbaycana gəlmiş və qısa müddətə ailəsini də götürərək Rusiyaya qayıtmışdır. Atası xəstə olduğu üçün müalicə etdirmək məqsədi ilə Rusiyaya aparmışdır. Müalicə nəticə verməmiş və atası 23 yanvar 2013-cü i tarixdə orada vəfat etmişdir. Atasını yaşadıqları kəndə gətirərək dəfn etmişlər. Atasının dəfn və yas mərasimi xərclərini o çəkmişdir. Bütün qardaşları dəfn mərasimində iştirak etsələr də Həsən dəfn mərasimində iştirak etməmiş, bir neçə gün sonra hüzr məclisində iştirak etmiş, sonra geri qayıdaraq bir də qırx mərasiminə gəlmişdir. Gəldiyi vaxtlarda da qaynatasının evində qalmışdır. Atası vəfat etdikdən sonra altı aya yaxın müddətdə o, anasının yanında qalaraq anasına qulluq göstərmişdir. Ondan sonra 2013-cü ildən 2015-ci ilədək qardaşı Eldar, bacısı Radə ilə birlikdə anasının yanında yaşamışlar. Bir neçə il əvvəl Həsənin ailəsi ilə birlikdə Azərbaycana köçmək barədə fikrinin olduğunu, bir müddət sonra isə Azərbaycana köçərək anası ilə birlikdə ona məxsus evdə yaşadığını eşitmişdir. Anası xəstə olduğu üçün Azərbaycana gəlmiş və qardaşı Həsən və onun ailəsinin anasına yaxşı baxmadığını görmüşdür. Anasının səhhəti və yaşayış şəraiti onu qane etmədiyindən anasını müayinə və müalicə etdirmək üçün Rusiyaya aparmışdır. Anası qısa müddət ərzində Rusiyada qaldıqdan sonra orada yaşaya bilmədiyini, öz evinə qayıtmaq istədiyini bildirdiyindən qardaşı Osman 2019-cu ilin may ayında onu öz evinə gətirmişdir. Qardaşı Həsənə anasına yaxşı baxmağı tapşırsa da növbəti dəfə gələndə anası orada yaşaya bilmədiyi ni, Həsənin ailəsinin onunla yola getmədiyini bildirmişdir. Məcburiyyət qarşısında anası müvəqqəti olaraq qonşu kənddə yaşayan bacısı Radənin evinə getmişdir. Bundan sonra da qardaşlar Həsəni yola gətirməyə çalışsalar da nəticəsi olmamışdır. Əvəzində anası evdən gedəndən sonra Həsən xeyli sayda anasına məxsus mal-qaranı və qoyunquzusunu sataraq özü üçün xərcləmişdir. Pandemiya ilə əlaqədar olaraq 2019-cu ildən sonra iki il müddətində Azərbaycana gəlib-gedə bilməmişdir. Anasının Həsənin arvadı ilə bir evdə yaşaması mümkün deyildir. O, ailəsi ilə birlikdə köçüb anası ilə yaşacaqdır. Ötən müddət ərzində mülkiyyətlərində olan torpaq sahəsini və fərdi yaşayış evinin saxlanılması üçün lazım olan xərcləri o çəkmişdir. Bu məqsədlə tez-tez Rusiya Federasiyasından anasına və bacısına pul göndərmişdi r. Atasından qalan miras payını da faktiki olaraq o qəbul və idarə etmişdir. 2019-cu ildə baş vermiş zəlzələ zamanı mülkiyyətində olan evin yararsız vəziyyətə düşməsi barədə məlumatı olmuşdur. Ona bildirmişlər ki, həmin ev rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiyanın qərarı ilə söküləcək və həmin evin yerində yenisi inşa ediləcəkdir. Onun da evinin sökülərək yerində yenisinin tikilməsinə heç bir etirazı olmamışdır. Mübahisəli ev onun mülkiyyətidir. Həyətyanı torpaq sahəsi isə onun, anası Xəzəlin və bacısı Radənin birgə mülkiyyətlərindədir. Atasından qalan miras əmlakı Həsən qəbul etməmişdir. Buna görə də Həsən torpaq sahəsindən və evdən heç bir miras payı tələb edə bilməz. Ona görə də birgə mülkiyyətlərində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən onun mülkiyyətin də olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması barədə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh4 Yunus oğlunun ona və digər cavabdehlər İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı olan iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddiaçı2 öz iddia tələbini müdafiə etmiş, Həsən Davudovun iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, məlum hadisələrlə bağlı ailəliklə 1988-ci ildə Azərbaycana gələrək İsmayıllı rayonun Soltankənd kəndində məskunlaşmışlar. Qardaşı Əfqan Ermənistanda olan evi burdakı evlə dəyişmiş, onun adına texniki pasport hazırlanmışdır. Valideynlərinin, qardaşı Əfqanın və onun adınahəmin kənddə evin yerləşdiyi 0,16 hektar həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu barədə müvafiq şəhadətnamə də tərtib olunmuşdur. Qardaşı Həsən hələ onlar Ermənistanda yaşadıqlarə vaxt işləməyə Rusiyaya getmiş və orada yaşamışdır. 2001-ci ildə kəndə gələrək İsmayıllı rayonun Qalagah kəndindən evlənmiş və qısa müddət ərzində ailəsini də götürərək yenidən Rusiyaya qayıtmışdır. X39 2013-cü ildə vəfat etmişdir. Qardaşları atasının dəfn mərasimində iştirak etsələrdə qardaşı Həsən dəfn mərasiminə gəlməmiş, sonradan qısa müddətə Azərbaycana gəlmiş, hüzrdə iştirak edərək geri qayıtmışdır. Bir də qırx mərasiminə gəlmişdir. Gəldiyi vaxtda da Qalagah kəndində qaynatasının evində qa lmışdır. Atasının dəfn və hüzür mərasimlərinin xərcini qardaşı Əfqan çəkmişdir. Atası vəfat etdikdən sonra qardaşı Əfqan altı ay müddətində, digər qardaşı Eldar isə 2013-cü ildən 2015-ci ilə qədər onunla birlikdə analarının yanında qalmış və ona baxmışdır. Bu müddət ərzində qardaşı Əfqan miras əmlakın saxlanılması üçün mütamadi olaraq Rusiyadan anasına və ona pul göndərmişdir. Qardaşı Həsən 2016- cı ildə ailə üzvüləri ilə birlikdə müvəqqəti yaşamaq üçün Azərbaycana gəlmiş, mülkiyyətlərində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçərək anası ilə birlikdə yaşamışlar. Qardaşı Əfqanın adına olan mübahisəli ev 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyündən sökülmüşdür. İsmayıllı rayon İcra Hakimiyyətinin qərarı əsasında həmin evin yerində qardaşı Əfqanın a dına həmin evdən kiçik ölçüdə yaşayış evi tikilmişdir. Qardaşı Həsən və onun arvadı anası Xəzəl ilə yola getmədiklərindən anası məcburiyyət qarşısında qalaraq onun yanına köçmüş və üç ilə yaxındır ki, onunla birlikdə yaşayır. Anasına hər cür qulluq göstərsə də özünü həmin evdə rahat hiss etmir və öz evinə qayıtmaq istəyir. Lakin qardaşı və onun arvadı onları və anasını həmin evə buraxmırlar. Mübahisəli ev qardaşı Əfqanın mülkiyyətidir. Həyətyanı torpaq sahəsi isə onun, anası Xəzəlin və qardaşı Əfqanın birgə mülkiyyətlərindədir. Bu barədə adlarına müvafiq çıxarış da alınmışdır. Atasından qalan miras əmlakı Həsən qəbul etməmişdir. Həsən torpaq sahəsindən və evdən heç bir miras payı tələb edə bilməz. Ona görə də birgə mülkiyyətlərində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fə rdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması barədə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh4 Yunus oğlunun ona və digər cavabdehlər İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı olan iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

24. İddiaçı3 nümayəndəsi Davidov X22 Davidovun izahatına uyğun izahat verərək İddiaçı3 iddia tələbinin təmin edilməsi, Cavabdeh4 iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

25. İddiaçı1 və İddiaçı3 nümayəndəsi Vəkil1 iddiaçıların izahatına uyğun izahat vermiş və əlavə olaraq göstərm işdir ki, İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına rasmləşdirilmiş və İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 hissə payları müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin üzərində İddiaçı3 adına İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 127.2 kv.metr olan fərdi yaşayış evinə dair 1988-ci ilin oktyabr ayında texniki pasport hazırlanmışdır. 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəində Fövqaladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarı ilə İddiaçı3 məxsus fərdi yaşayış evi qəzalı vəziyyətə düşdüyü üçün sökülərək yerində yeni mənzilnşa edilmişdir. Gülnazdan başqa digər cavabdehlər Rusiya vətəndaşıdırlar. Gülnaz özü isə Qalagah k əndində qeydiyyatdadır. Yunis Davidov vəfat etdikdən sonra onun dəfn və yas mərasimlərinin xərcini oğlu Əfqan çəkmiş, altı aya qədər anasının yanında qalaraq ona baxmışdır. Bununla da İddiaçı3 atasından miras qalan əmlakı 2013-cü ildə faktiki olaraq qəbul etmişdir. Eyni zamanda İddiaçı3 miras əmlakın saxlanılması üçün mütamadi olaraq Rusiyadan anasına və bacısına pul göndərmişdir. Bu da mirasın onun tərəfindən faktiki olaraq qəbul etməklə yanaşı, nümayəndə vasitəsilə qəbul olunmasını da təsdir edir. Yunis Davidovun digər oğlu Eldar isə atası vəfat etdikdən sonra 2015-ci ilə qədər anasının yanında yaşamışdır. X16 başqa kənddə ərdə olsa da 2016-cı ilə qədər anası ilə birlikdə Əfqanın evində yaşamışdır. Cavabdehlər Xəzələ yaxşı baxmadığı üçün məcburiyyət qarşısında o qızının yanına köçmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) da göstərilmişdir. “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2022-ci il tarixli fərmanının 1-ci bəndinə əsasən müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin təqdim edildiyi şəxslərin siyahısını yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməlidirlər. Həmin Fərmanla müəyyən edilmişdir ki, siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin edilməlidir. Bununla da o nəticəyə gəlmək olar ki, İddiaçı3 adına hazırlanmış texniki pasport mülkiyyət sənədidir. 2019-cu ildə baş vermiş zəlzələ zamanı mülkiyyətində olan evin yararsız vəziyyətə düşməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında sökümüş və həmin evin yerində tikilmiş yeni yaşayış evi İddiaçı3 gözlənilən mülkiyyətidir. 0,16 hektar həyətyanı torpaq sahəsinin üzərində İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyət hüquqları tanınmışdır. Cavabdeh4 atasından miras qalan əmlakı istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməmişdir. Miras əmlakın faktiki qəbul olunması ilə bağlı heç bir aktiv hərəkətlər etməmiş, mirasın qəbul olunması ilə bağlı qanunla müəyyən olunmuş altı ay müddətini ötürmüşdür. Cavabdehlərin istər fərdi yaşayış evində, istərsə də torpaq sahəsində mülkiyyət hüquqları və həmin əmlaklara hüquqi bağlılıqları yoxdur. Ona görə də iddiaçıların birgə mülkiyyətlərində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən İddiaçı3 mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, GülnazSəfərova, Cavabdeh2 və Cavabdeh3 əşyalar ı ilə birlikdə çıxarılması barədə iddianın təmin edilməsi, iddiaçı Cavabdeh4 Yunus oğlunun iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Cavabdeh4 öz iddia tələbini müdafiə etdiyini, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona qarşı iddia tələblərini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, məlum hadisələrlə bağlı 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan əvvəl Oğuz rayonuna, sonra isə İsmayıllı rayonun Soltankənd kəndinə gələrək orada məskunlaşmışlar. Digər qardaşları kimi o, da işləmək və yaşamaq üçün Rusiyaya getmişdir. Rusiya vətəndaşı olmaqla hərbi xidməti də orada çəkmişdir. 2001-ci ildə Azərbaycana gələrək ailə qurmuş və qısa müddət ərzində geri qayıtmışdır. Hər il müxtəlif vaxtlarda bir neçə dəfə valideynlərinin yanına 2-3 ay müddət inə gələrək bütün təsərrüfat işlərində onlara köməklik etmşdir. X39 23 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Dəfn mərasimində iştirak edə bilməmişdir. Dəfndən bir neçə gün sonra gəlmiş 4-5 gün qaldıqdan sonra geri qayıtmışdır. Atasının qırx mərasimində gəlib iştirak etmişdir. Atasının vəfatından sonra qardaşları Əfqan, Osman və Eldar da müxtəlif vaxtlarda valideynlərinin yanına gələrək bir müddət qalmış, sonra qayıdıb getmişlər. Qardaşlarının ailəsi burda yaşadıqları müddətdə bacısı Radə onların ailə işlərinə müdaxilə etdiyindən burda qalıb yaşaya bilməmişlər. Anası xəstə olduğundan qardaşları onu anasının yanına köçməyə məcbur etmişlər. O, da 2016-cı ildə ailəsi ilə birlikdə anasının yanına köçmüşdür. Bacısı evlərinə tez-tez söz-söhbət salaraq onların birgə yaşamaqlarına mane olurdu. Anası müalicə üçün bir müddət Rusiyaya getmişdir. 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində yaşadıqları ev yararsız hala düşdüyündən beş ay ailəsi ilə birlikdə qarajda yaşamışlar. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin müvafiq komissiyanın qəzalı olduğu təsdiqini tapmış yaşayış evlər barədə məlumat cədvəlində onun adı qeyd edilmişdir. Müraciətinə əsasən dövlət tərəfindən ailə üzvüləri də nəzərə alınmaqla onlara yeni ev tikilmişdir. Evin sökülməsində və tikilməsində o usta kimi işləmiş və buna görə əmək haqqı da almışdır. İşləyən fəhlələrə və evin tikintisində çalışan digər şəxslərə özü və ailə üzvüləri tərəfindən lazımı qulluqlar göstərilmişdir. Bunun üçün o, xeyli vəsait xərcləmişdir. Hesab edir ki, orada yaşadıqlarına görə ev onlar üçün tikilmişdir. Anası Rusiyadan qayıd andan sonra yenə də evlərində sözsöhbət olmuş və anası xəstələnmişdir. Kənd həkimi anasına ilkin tibbi yardım göstərmiş, sonra anasını qonşu kənddə yaşayan bacısı Radənin evinə aparmışdır. O, anasının evinə qayıdaraq onlarla birgə yaşamasına etiraz etməsə də qardaşları və bacısı buna imkan vermirlər. Qonşuları da onun və ailəsinin uzun müddətdir həmin evdə yaşadıqlarını təsdiq etməklə bu barədə müvafiq akt tərtib etmişlər. Yəni miras əmlak uzun müddətdir faktiki olaraq onun istifadəsindədir və atasından qalan mirası faktiki olaraq qəbul etmişdir. O, atasına məxsus miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı Rayon Notariat ofisinə ərizə ilə müraciət etsə də notariat ofisinin xx.xx.2022-ci il tarixli 413 nömrəli məktubu ilə ona vərəsəlik haqq ında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İmtina məktubunda səbəb kimi onun miras əmlakın qəbul edilməsi üçün nəzərədə tutulmuş müddətin ötürülməsi, həmçinin inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş vərəsələrin dairəsi barədə ərizədə adının göstərilməməsi qeyd olunmuşdur. Həmin günü ona məlum olmuşdur ki, onun xəbəri olmadan anası İddiaçı1, qardaşı İddiaçı3 və bacısı İddiaçı2 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə uyğun olaraq İddiaçı3 AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Çıxarışda İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 payı müəyyən edilmişdir. 2013-cü ildə atası vəfat etdikdən sonra həmin il bir neçə dəfə Azərbaycana gəlib-getsə də, atasınınhüzr mər asmində iştirak etsə də qanunu bilmədiyindən mirası qəbul etməklə bağlı hərəkətlər etməmiş, notariat ofisinə müraciət etməmişdir. Qeyd etdiyi kimi uzun müddətdir ailəsi ilə birgə mübahisəli evdə yaşadığından və ailə üzvüləri (ana, qardaş və bacı) ilə aralarında mübahisə olmadığından əvvələr atasına məxsus əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almağı düşünməmişdir. 2016-cı ildən yaşadığı evdə və həyətdə müəyyən tikinti işləri aparmışdır. Hesab edir ki, İddiaçı1 və digərlərinin onların torpaq sahəsindən və evdən çıxarılmasına dair iddia tələbi əsassızdır, vərəsələrin dairəsi tam müəyyən edilmədən verilmiş vərəsəlik haqqnda şəhadətnamə və şəhadətnamə əsasında çıxarış etibarsızdır. Ailəsi ilə birlikdə yaşamağa digər yeri yoxdur. Ona görə də İddiaçı1 və digərlərinin onlara qarşı tor paq sahəsindən və fərdi yaşayış evindən çıxarılmasına dair iddianın rədd edilməsi, mərhum atası X13 mülkiyyətində olmuş İsmayıllı rayonu Soltankənd kənd ünvanında yerləşən JN085F Kod 40710028, 0,16 hektar torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakları atasına aid hissədə birinci növbə vərəsə kimi mirası faktiki qəbul etməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, buna uyğun olaraq ona vərəsəlik haqqnda şəhadətnamənin verilməsinin İsmayıllı Rayon Notariat ofisinə həvalə edilməsi, İsmayıllı Rayon Notariat ofisi tərəfindən cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 verilmiş 12 may 2022-ci il tarixli vərəsəlik haqqnda şəhadətnamələrin və eyni zamanda həmin şəhadətnamələr əsasında İddiaçı3 (1/3 pay İddiaçı1, 1/3 pay İddiaçı3, 1/3 pay İddiaçı2) Azərbaycan Respublikası Əml ak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydə alınan **********74 saylı reyestr nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi), ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona qarşı iddia tələblərini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, əri Cavabdeh4 qardaşlarının təkidi ailəsi ilə birlikdə Rusiyadan köçüb Azırbaycana gəlmiş və İsmayıllı rayonu Soltankənd kəndində qaynX39a məxsus evdə yaşamışlar. Ev zəlzələ nəticəsində yararsız hala düşdüyündən onların müraciətləırinə əsasən dövlət tərəfində n orada yenisi inşa edilmişdir. Evin sökülməsində və tikilməsində əri Həsən usta kimi işləmiş, o da öz növbəsində işləyən usta və fəhlələrə qulluq göstərmişdir. Qayınanası İddiaçı1 da bir müddət onlarla yaşamışdır. Baldızı İddiaçı2 onun qayınanası ilə birgə yaşamaqlarına mane olmuşdur. Onun nəticəsidir ki, qayınanası Xəzəl onlarla yaşamaq istəməyərək qızı İddiaçı2 yanına getmişdir. Onların yaşamaq üçün başqa yaşayış yerləri yoxdur. Ona görə də iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Cavabdeh2 Həsən qızı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona qarşı iddia tələblərini qəbul etmədiyini bildirmiş cavabdeh Gülnaz Əsgərovanın izahatına uyğun izahat verərək iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbi nin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, onun hüqüquqlarını müdafiə edən qanuni nümayəndəsi Cavabdeh4 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 RzaDavidova qarşı iddia tələbinin də rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh4 izahatına uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, zəlzələdən dağılmış evin yerində Həsən və onun ailə üzvlərinin sayı nəzərə alınmaqla yeni ev tikilmişdir. Bu fakt İcra Hakimiyyətindən alınmış siyahıda Həsənin və onların ailə üzvülərinin adının olması ilə təsdiq olunur. İddiaçı Radə ərə gedib və ər evində yaşayır. Həsən və onun ailə üzvləri Rusiyada qeydiyyatda olmalarına baxmayaraq altı ildir ki, həmin evdə yaşay ırlar. Həsənin vərəsə kimi müəyyən hüquqları vardır. Vərəsə mirasın qəbul olunması ilə bağlı istənilən vaxt muraciət edə bilər. Heç kim vərəsəni vərəsəlik hüququndan məhrum edə bilməz. Həsən atasının hüzr məclisində iştirak etmiş, bu məqsədlə bir neçə dəfə Azərbaycana gəlib qaytmışdır. 2016-cı ildən yaşadığı evə və həyətyanı torpaq sahəsi üçüin lazımı xərcləri çəkməklə mirası faktiki olaraq qəbul etdiyini nümayiş etdirmişdir. Valideynləri və qardaşları ilə münasibətləri yaxşı olduğundan mirasın qəbul edilməsi ilə bağlı rəsmi müraciət etməmişdir. İddiaçılar tərəfindən qısa müddət ərzində Yunis Davidovdan miras qalan torpaq sahəsinə dair sənədlər hazırlanmışdır. Həsən mirasın qəbul edilməsi ilə bağlı 2022-ci ilin may ayında Notariat Ofisinə müraciət etmiş, Notariat Ofisi tərəfindən qanunla m üəyyən olunmuş müddəti ötürdüyündən müraciəti təmin olunmamışdır. Mirasın qəbul olunması faktının müəyyən olunması başqa qaydada mümkün olmadığından bu fakt məhkəmə qaydasında təsdiq olunmalıdır. Ona görə də İddiaçı1 və digərlərinin cavabdehlərə qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmasına dair iddianın rədd edilməsi, Həsənin mərhum atası X13 mülkiyyətində olmuş İsmayıllı rayonu Soltankənd kənd ünvanında yerləşən JN-085F Kod 40710028, 0,16 hektar torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakları atasına aid hissədə birinci növbə vərəsə kimi mirası faktiki qəbul etməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, buna uyğun olaraq ona vərəsəlik haqqnda şəhadətnamənin verilməsinin İsmayıllı Rayon Notariat ofisinə həvalə edilməsi, İsmayıllı Rayon Notariat o fisi tərəfindən cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 verilmiş 12 may 2022-ci il tarixli vərəsəlik haqqnda şəhadətnamələrin və eyni zamanda həmin şəhadətnamələr əsasında İddiaçı3 (1/3 pay İddiaçı1, 1/3 pay İddiaçı3, 1/3 pay İddiaçı2) Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydə alınan **********74 saylı reyestr nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi), ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. X2 ifadə verərək göstərmişdir ki, o İsmayıllı rayon İHBnın Soltankənd kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. Məlum hadisələrlə ba ğlı mərhum Yunus Davidov ailəsi ilə birlikdə Ermənistandan köçərək İsmayıllı rayonun Soltankənd kəndinə gəlmişlər və həmin vaxt evi erməni ilə dəyişmişlər. 2016-cı ildən Həsən ailəsi ilə birlikdə həmin evdə yaşayır Zəlzələdən sonra dəyişdikləri ev yararsız vəziyyətə düşdüyündən sökülərək dövlət hesabına yeni ev inşa edilmişdir. Nümayəndəliyə hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən mübahisəli torpaqsahəsinin və evin kimin mülkiyyətində olduğunu bilmir. Təsərrüfatbaşına kitabda əvvəl yalnız İddiaçı1 adı olmuşdur. Sonradan özlərinin xahişləri ilə Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adları da həmin kitaba qeyd edilmiişdir. İsmayıllı RİHB-nın Soltankənd İƏD üzrə nümayəndəliyi tərəfindən onun imzası ilə verılmiş 47 nömrəli 10 fevral 2022-ci il tarixli arayışda İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1, gəlini - Cavabdeh1, nəvələri Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarət, 49 nömrəli 16 fevral 2022-ci il tarixli arayışda isə İddiaçı1 İsmayıllı rayonun Soltankənd kəndində yaşamaqla ailə tərkibi özü - İddiaçı1, oğlu - Cavabdeh4, gəlini - Cavabdeh1, nəvələri - Cavabdeh2 Həsən qızı və Cavabdeh3 ibarət olması qeyd edilmişdir. Əslində isə Cavabdeh4 özü, uşaqları Cavabdeh2 və Cavabdeh3 Rusiya vətəndaşıdır, onların Azərbaycan Respublikasında qeydiyyatları yoxdur. Arvadı Cavabdeh1 isə Qalagah kəndində qeydiyyatdadır.

32. X5 ifadə verərək göstərdi ki, mübahisəli fərdi yaşayış evi qardaşı İddiaçı3 mülkiyyətindədir. Hələ Ermənistandan köçərkən qardaşı Əfqan evi Soltankənd kəndində yaşayan erməni evi ilə dəyişmişdir. Qardaşı Həsən on lar Ermənistanda yaşadıqları vaxt Rusiyaya getmiş, hərbi xidməti də orada keçmişdir. Atası 2013-cü ildə vəfat etmişdir. Onlar atasının dəfn mərasimində iştirak etsələrdə qardaşı Həsən dəfn mərasiminə gəlməmiş, sonradan qısa müddətə gələrək hüzrdə iştirak edərək geri qayıtmışdır. Bir də qırx mərasiminə gəlmişdir. Gəldiyi vaxtda da həmin evdə qalmamış, Qalagah kəndində qaynatasının evində qalmışdır. Qardaşı Əfqan atasının dəfn və hüzür mərasimlərinin xərcini çəkmiş, atası vəfat etdikdən sonra altı ay anası ilə birlikdə qalaraq ona qulluq göstərmişdir. O da 2013-cü ildən 2015-ci ilədək həmin evdə onlarla birlikdə yaşamışdır. Bacısı Radə onlarla bərabər yaşamış, o geri qayıtdıqdan sonra bacısı 2016-cı ilədək həmin evdə anası Xəzəllə qulluq etmək üçün qalmışdır. Qardaşı Əfqan miras əmlakın saxl anılması üçün mütamadi olaraq Rusiyadan anasına və bacısına pul göndərmişdir. 2016-cı ildə həmin evə digər qardaşı Cavabdeh4 öz ailəsi ilə köçmüşdür. Anası xəstələndiyi üçün Əfqan anasını müalicə etdirmək üçün Rusiyaya aparmışdır. 2019-cu ilin may ayında anasının təkidi ilə qardaşı Osman anasını geri qaytarmışdır. Osman onlara bildirmişdir ki, qardaşı Həsən anasına yaxşı baxmır. Anası Xəzələ yaxşı baxmadıqlarına görə məcburiyyət qarşısında yaşamaq üçün bacısı Radənin yanına getmişdir. 2019-cu ildə təbii fəlakət nəticəsində ev yararsız vəziyyətə düşmüşdür. Dövlət hesabına həmin evin yerində yeni ev inşa edilmişdir. Yeni inşa edilmiş ev qardaşı İddiaçı3 məxsusdur. Atasından qalan mirası anası Xəzəl, bacısı Radə və qardaşı Əfqan qəbul edərək idarə edir.

33. X6 X5 ilə eyni məzmunlu ifadə vermi şdir.

34. X4 ifadə verərək göstərmişdir ki, o, İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. X32 vəfat etdikdən sonra 2016-cı ildən həmin evdə mərhumun oğlu Cavabdeh4, arvadı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh3 yaşayır. İki il əvvəl Həsənin anası İddiaçı1 həmin evdə Həsən və ailəsi ilə birlikdə yaşasa da hazırda orada yaşamır. Onların yaşadığı ev qəzalı vəziyyətdə olduğundan dövlət tərəfindən yenidən inşa edilmişdir. Dövlət tərəfindən ev Həsənin ailəsinin sayına uyğun tikilimişdir. Ev tikildikdən sonra da həmin evdə Həsənin ailəsindən başqa heç kim yaşamamışdır.

35. X1 ifadə verərək göstərmişdir ki, o, İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. X32 vəfat etdikdən sonra Həsənin hüzr məclisində iştirak etdiyini görmüşdür. Həmin vaxtlarda Həsən atası evində qalırdı. 2016-cıildən həmin evdə mərhumun oğlu Cavabdeh4, arvadı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu Cavabdeh3 yaşayır. İki il əvvəl Həsənin anası İddiaçı1 da həmin evdə Həsən və ailəsi ilə birlikdə yaşamışlar. Lakin Xəzəl hazırda o evdə yaşamır. Onların yaşadığı ev qəzalı vəziyyətdə olduğundan dövlət tərəfindən yenidən inşa edilmişdir. Ev tikildikdən sonra da həmin evdə Həsənin ailəsindən başqa heç kim yaşamamışdır Həsən yaşadığı həyətdə öz hesabına tikinti işləri aparmışdır

36. İsmayıllı Rayon Məhkəməsinin (hakim X10) 2(037)-373/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasında verilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində 184 nömrəli reyestr kitabında 17 may 2022-ci il tarixdə qeydə alınmış **********74 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətlərində olan İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmış, iddia tələbi fərdi yaşayış evindən çıxarılmasına dair hissədə İddiaçı3 münasibətdə təmin edilmiş, Cavabdehlər Cavabdeh4 Yunus oğlu, Cavabdeh1, Cavabdeh2 Həsən qızı və Cavabdeh3 JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasında verilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində 184 nömrəli reyestr kitabında 17 may 2022-ci il tarixdə qeydə alınmış, ******* ***74 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətlərində olan İsmayıllı rayonun Soltankənd kəndində 0,16 hektar həyətyanı torpaq sahəsində yerləşən iddiacı İddiaçı3 məxsus yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmış, İddia tələbi fərdi yaşayış evindən çıxarılmasına dair hissədə iddiaçılar İddiaçı1, İddiaçı2 münasibətdə rədd edilmiş, İddiaçı Cavabdeh4 Yunus oğlunun cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı atası X13 mülkiyyətində olmuş, İsmayıllı rayonu Soltankənd kənd ünvanında yerləşən (JN085F Kod ********) 0,16 ha torpaq sahəsi və onun üzəri ndə yerləşən daşınmaz əmlakları atasına aid hissədə İ növbə vərəsə kimi mirası faktiki qəbul etmə faktın müəyyən edilməsi, buna uyğun olaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin İsmayıllı Rayon Notariat Ofisinə həvalə edilməsi, İsmayıllı Rayon Notariat ofisi tərəfindən cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 verilmiş 12 may 2022-ci il tarixli vərəsəlik haqqında şəhadətnamənin və eyni zamanda həmin şəhadətnamə əsasında İddiaçı3 verilmiş daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində 17 may 2022-ci il tarixdə qeydə alınan, **********74 saylı reyestr nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi), ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir.

37. Məhkəmə iddiaçılar Xəzəl Davidov, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinin fərdi yaşayış evindən çıxarılma tələbinə dair hissəsi üzrə İddiaçı1 və İddiaçı2 münasibətdə qeyd etmişdir ki, İddiaçı3 adına 1988-ci ilin oktyabr ayında tərtib edilmiş texniki pasporta əsasən İsmayıllı rayonun Soltankənd kəndində yerləşən, inventar nömrəsi 173, 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 127.2 kv.metr olan, İsmayıllı RİH-nin xx.xx.1998-ci il 45 saylı qərarına uyğun rəsmləşdirilmiş, fərdi yaşayış fonduna daxil olan yaşayış evi baş vermiş zəlzələ nəticəsində yararsız hala düşdüyündən və həmin evin yerində onun əvəzinə dövlət tərəfindən İddiaçı3 üçün yeni ev tikildiyindən yeni tikilən ev İddiaçı3 gözlənilən mülkiyyəti olduğundan iddiaçılar İddiaçı1 və İddiaçı2nin həmin evə heç bir hüquqları olmadığ ından onların qeyd edilən tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur və iddia tələbi qeyd edilən hissədə onlara münasibətdə rədd edilməlidir.

38. Məhkəmə iddiaçı Cavabdeh4 Yunus oğlunun iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, İsmayıllı rayonun Soltankənd kəndi ərazisində 0,16 hektar torpaq sahəsi “JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı3, Yunis Davidovun, İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olmuşdur. Birgə mülkiyyətdə olan torpaq sahəsindən 2013-cü ildə vəfat etmiş Yunis Davidova düşən torpaq payı miras əmlak kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında” 12 may 2022-ci il tarixli şəhadətnaməyə əsasən vərəsələri - arvadı İddiaçı1, oğlu İddiaçı3, qızı İddiaçı2 olmaqla aralarında bölünməklə onların hər bir in 1/3 payı müəyyən edilmişdir. Qeyd edilən şəhadətnaməyə uyğun olaraq 17 may 2022-ci il tarixdə qeydiyyata alınmış “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən 0,16 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına rasmləşdirilməklə İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/3 hissə payları müəyyən edilmişdir. Əqan Davidov miras əmlakın faktiki qəbul olunması ilə bağlı hərəkətlər etmiş, mirasın qorunub saxlanılması üçün mütamadi olaraq anası İddiaçı1 vəsait göndərmişdir. Bununla da o, atasından qalan miras əmlakı istər faktiki, istərsə də nümayəndə vasitəsilə qəbul etdiyini nümayiş etdirmişdir. Digər vərəsələr İddiaçı1 və İddiaçı2 miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlə r.

39. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159.1.1, 1243.1, 1243.2, 1245, 1255, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

40. İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(037)-373/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4 Yunus oğlu və Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

41. Cavabdehlər Cavabdeh4 Yunus oğlu və Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı3 mübahisə li evdən Cavabdeh4, onun həyat yoldaşı Cavabdeh1 və övladları Cavabdeh2 Həsən qızı, Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmasını tələb etmiş, məhkəmə isə həmin hissədə iddianı təmin etmişdir. İddiaçı3 mübahisəli evdən onların çıxarılmasına dair tələbi sərəncam hüququndan irəli gələn hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Lakin işin hallarından da göründüyü kimi mübahisəli evə dair İddiaçı3 mülkiyyət hüquqlarını təsdiq edən çıxarış yoxdur. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün İddiaçı3 müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. Mülki m übahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə İddiaçı3 subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı idi. İşin halları ilə tam təsdiq olunur ki, Cavabdeh4 və ailə üzvləri 2016-cı il tarixdən etibarən mübahisəli evdə yaşayır. Cavabdeh4 faktiki olaraq atasına məxsus miras əmlaka sahiblik etmişdir. Hazırda mübahisəli evin sahibi kimi hər kəs Cavabdeh4 tanıyır. İddiaçı3, Cavabdeh3, İddiaçı1 HəsənDavidov və ailə üzvləri miras əmlakı, həyətyanı sahəni vəi evi abadlaşdırdıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onların hüquqlarından sui-istifadə etdiyini təsdiqləyir. İsmayıllı Rayon İcra Hakimiyyətinin 19 aprel 2022-ci il tarixli, 06/619 saylı cavab məktubundan da göründüyü kimi 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində mübahi səli evə ziyan dəymiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı olduğu təsdiqini tapmış yaşayış evləri barədə məlumat cədvəlində Cavabdeh4 adı qeyd olunmuşdur. Məhz Cavabdeh4 ailə üzvlərinin sayına uyğun dövlət hesabına ev tikilmişdir. Bundan başqa fotoşəkilləri iş materiallarına əlavə edilmiş tikili də Cavabdeh4 tərəfindən inşa edilmişdir. Həmin torpaq sahəsi, dövlət reyestrində qeydiyyataalınmayan mübahisəli ev uzun müddətdir Cavabdeh4 və onun ailə üzvləri tərəfindən istifadə edilir. Buna görə də, Cavabdeh4, Cavabdeh1, əmlak hüquqları AR MMnin 158.4-cü maddəsinə əsasən qorunmalıdır. Belə ki, işin hallarından da görüdüyü kimi tərəflərin atası X26 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Daha sonra 2019-cu il tarixdə İsmayıllı ra yonu ərazisində zəlzələ baş vermiş və Cavabdeh4 ailə üzvlərinin sayına uyğun 3 otaqlı yeni ev inşa edilmişdir. Hətta Cavabdeh4 həmin evin inşa edilməsində fəhlə kimi xidmət etmiş, çalışan ustaların qida ehtiyacları Cavabdeh1 tərəfindən qarşılanmışdır. Bu günədək, yəni zəlzələ nəticəsində ev yararsız vəziyyətə düşdüyü zaman İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Dövlət hesabına yeni ev inşa edildikdən sonra onların bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməsi yalnız və yalnız Yunis Davudovun vərəsəsi olmağına baxmayaraq Cavabdeh4 ziyan vurmaq niyyəti daşıyır. Yəni hazırda onlar hüquqlarından formal şəkildə sui-istifadə edirlər. Cavabdeh4 Yunus Davidovun İ növbə vərəsəsidir. Buna görə də o atasına məxsus torpaq sahəsindən çıxarıla bi lməz. İşin halları ilə tam təsdiq olunur ki, Cavabdeh4 və ailə üzvləri 2016-cı il tarixdən etibarən mübahisəli evdə yaşayır. Cavabdeh4 faktiki olaraq atasına məxsus miras əmlaka sahiblik etmişdir. Hazırda mübahisəli evin sahibi kimi hər kəs Cavabdeh4 tanıyır. Cavabdehlərin Cavabdeh4 miras əmlakı,yəni evi və həyətyanı sahəni abadlaşdırdıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onların hüquqlarından suiistifadə etdiyini heç şübhəsiz təsdiqləyir. Lakin məhkəmə tərəfindən işin faktiki halları və AR MM-nin 16.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Notariat qovluğundakı ərizələrdən də göründüyü kimi cavabdehlər tərəfindən 2022-ci ilin may ayında miras əmlakın bölüşdürülməsi ilə bağlı müraciət edilmişdir. Lakin İsmayıllı rayon notariat kontorunda şəhadətnamə tələb edən şəxsl ərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat yoxdur. Buna baxmayaraq, 12 may 2022-ci il tarixdə cavabdehlərə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Yəni notariat orqanı tərəfindən 6 ay müddət gözləniləcəyi təqdirdə Cavabdeh4 da vərəsə kimi müarciəti nəzərə alınacaqdı. Lakin İsmayıllı rayon notariat kontoru tərəfindən AR MM-nin1322-ci maddəsində nəzərdə tutulmuş 6 ay müddət ötürülmüş, İsmayıllı Rayon Məhkəməsi tərəfindən isə müvafiq maddənin tələblərinin pozulduğu nəzərə alınmamışdır. Xüsusilə nəzərinizə çatdırmalıyam ki, iş materiallarından da göründüyü kimi İddiaçı1, İddiaçı3 və İddiaçı2 2022-ci ilin may ayında vərəsəlik haqqında şəhadətnamə əldə etmək üçün notariusa müraciət etmişdir. Onların müraaciəti əsasında dərhal vərəsəlik haqqında şəhadətnaamə tərtib edilmişdir. Onların müraciətindən bir neçə gün sonra, yəni elə may ayında vərəsəlik haqqında şəhadətnamə əldə edilməsi üçün Cavabdeh4 tərəfindən İsmayıllı rayon notariat kontoruna müraciət edilmiş, lakin cavab məktubunda onun qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyü qeyd olunmuşdur. İsmayıllı Rayon Məhkəməsi də Cavabdeh4 tərəfindən miras əmlakın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyü qənaətinə gəlmişdir. İşin hallarından da göründüyü kimi eyni aylarda müraciət etmələrinə baxmayaraq məhkəmə yalnız Cavabdeh4 müddəti ötürdüyü qənaətinə gəlmişdir. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)373/2022saylı, 02 sentyabr 2022- ci il tarixli qətnaməsi ilə razı deyilik. Məhkəmə tərəfindən işinfaktiki halları araşdırılmamış, maddi hüquq normaları səhv təfsir və tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 2(037)-373/2022 saylı,02 sentyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli və DavidovHəsən Yunis oğlunun iddia tələbinin təminolunması, İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır

42. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehlər (1-ci iddia üzrə) Cavabdeh4 Yunus oğlu və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, işdən göründüyü kimi tərəflər qohumdurlar (anabacı-qardaş-gəlin münasibətindəirlər). Mübahisəli mənzil üzrə mülkiyyət hüququ qeydiyyata alınmamışdır. 0,16 hektar torpaq sahəsi məhkəmə prosesi ərəfəsində vərəsəlik qaydasında qarşı tərəfin mülkiyyətinə keçmişdir. Sonradan onlar notariu sa sorğu edərkən məlum olmuşdur ki, həmin şəxslər mirası qəbul etmişlər. İş materiallarından və arayışdan görünür ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin 19 aprel 2022-ci il tarixli, 06/619 saylı cavab məktubundan da göründüyü kimi 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində mübahisəli evə ziyan dəymiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı olduğu təsdiqini tapmış yaşayış evləri barədə məlumat cədvəlində Cavabdeh4 adı qeyd olunmuşdur. Yəni burda 5 gün xaricə gedib-gəlməyi və burda olub-olmaması onun istifadəsində faktiki mirasın qəbul etməsi sayılır. İsmayıllı rayon məhkəməsi qanunsuz qərar qəbul etmişdir. Bu işlə bağlı hər kəsin hüququ var. Ona görə də hesab edilər ki, apellyasiya şikayətin in təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

43. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçılar (1-ci iddia üzrə) İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev qardaşı Əfqana məxsusdur. Həmin evdə daim anası, Xəzəl, o və qardaşı Əfqan yaşamışdır. Torpaq sahəsi isə atası, Yunisə, anası Xəzələ, ona və Əfqana məxsus olmuş, atası öləndən sonra da onun payını onlar qəbul etmişdir. Həsən isə ailəsi ilə birlikdə uzun müddət Rusiyada yaşamış, orada evi, təsərrüfatı var. Apellyasiya şikayətini qəbul etmir, ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

44. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı3 nümayəndəsi Nümayəndə1 Yunis oğlu apel lyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar çoxuşaqlı ailədir. Mübahisəli torpaq sahəsi atası Yunisə, anası Xəzələ, bacısı Rdə və qardaşı Əfqanın adına verilmişdir. Üstündəki ev isə Əfqanın adına olmuş, daim həmin evdə anası Xəzəl, Radə və Əfqan yaşamışdır. Qardaşı Həsən gənc yaşlarından Rusiyada yaşamaqla, Rusiya vətəndaşıdır, orada evi və ayrıca təsərüfatı olmuşdur. X29 2013-cü ildə ölməsinə baxmayaraq, Həsən 2016-cı ildən anasının razılığı ilə həmin evdə yaşamağa başalmışdır. Həsən atasının 40 mərasiminə gəlmiş, ondan sonra gələndə isə bir-iki günlük gəlməklə heç bir təsərrüfat idarə etməmişdir. Hətta hazırki mübahisəni məhkəmədən kənar qaydada həll etməyə çalışsa da, sonuncu bununla razılaşmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

45. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 və İddiaçı3 vəkili Vəkil1 apellyasiya şiakyətinə etiraz edərək bildirmişdir ki, qarşı tərəfin vəkili və nümayəndəsi izahatında birinci instansiya məhkəməsinin qətnaməsində hansı maddi və prosessual hüquq normalarınınpozulmasını göstərməmiş, yalnız mənəvi tərəfə daha çox toxunmuşdur. Əvvəla miras qoyan 2013-cü ildə ölməsinə baxmayaraq cavabdeh tərəf qanunvericiliklə müəyyən olunmuş müddət ərzində mirasın nə rəsmi, nə də ki, faktiki qəbulu ilə bağlı hər hansı hərəkət etməmişdir. Bundan əlavə mübahisələndirilən ev ilkin sənədləşmə əsasında İddiaçı3 məxsus olmuş, zələzələdən sonra da həmin evin əvəzi olaraq inşa edilmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyiş dirilmədən saxlanılmasını xahiş etmişdir.

46. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), X11 və X15) 2(107)-1362/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

47. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, hazırki iş üzrə 1-ci iddia tələbinin (İddiaçı1 və qeyrilərinin tələbi) mahiyyətindən görünür ki, tələb cavabdehlərin torpaq sahəsindən və evdən çıxarılması barədədir. 48. 2-ci tələb isə (Həsən (Gasan) Davidovun tələbi) dörd hissədən- mirasın faktiki qəbulunun müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi, cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəl ik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədədir.

49. Kollegiya hesab edir ki, vərəsəlik, mirasın qəbulu, eləcə də mirasın qəbulu üçün buraxılmış müddətin uzadılması məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı, miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə, eləcə də müddətin məhz üzrlü səbəblərdən buraxılması hallarına xüsusi diqqət yetirilməlidir.

50. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.

51. Məhk əmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, mübahisəsi gedən 0.16 ha torpaq sahəsi İsmayıllı rayon AİK-n 1999-cu il tarixli qərarı ilə dörd nəfərin- Yunis Davidov, İddiaçı1, Radə Davidova və İddiaçı3 mülkiyyətinə verilmiş, sonuncular həmin torpaq sahəsi üzərində əvəzsiz mülkiyyət hüququ əldə etmişlər. Həmin şəxslərin adına JN-085F Kod 40710028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.

52. Həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi isə ilkin sənədləşmə, yəni 1988-ci il tarixli (sonradan 2001-ci il tarixdə) “fərdi yaşayış evinin texniki pasporuna əsasən” İddiaçı3 məxsus olmuşdur. Göründüyü kimi sonuncu sözügedən fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququnun daşıyıcısı olmuşdur.

53. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, Yunis Davidov xx.xx.2013-cü il tarixdə vəfat etmiş, sonuncudan miras əmlak kimi yalnız JN-085F Kod 40710028 olan 0.16 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən birgə mülkiyyət hüququ ilə ona məxsus olan ¼ pay hissəsi miras qalmışdır.

54. İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Yunus Davidovdan miras qalmış əmlaka dair İddiaçı1, İddiaçı3 və İddiaçı2 vərəslik payı verilmiş və sonda hər üç vərəsənin payı ümumi əmlakdan (0.16 ha torpaq sahəsindən) 1/3 hissə müəyyən edilməklə, sonuncuların adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyat nömrəli çıxarış verilmişdir.

55. Öyrənilən işdən həmçinin müəyyən edili r ki, Yunus Davidov 2013-cü il tarixdə vəfat edən zaman qeyd edilən yaşayış evində onunla birgə arvadı İddiaçı1 və qızı İddiaçı2 yaşamışdır. Yunus Davidovun dəfn və hüzür mərasimlərinin xərcini onlarla birgə oğlu Əfqan çəkmiş, atası vəfat etdikdən sonra altı ay anasının yanında qalmışdır. İddiaçı1 İsmayıllı rayonun Solktankənd kəndində təsərrüfatbaşına kitabda ailə başçısı kimi qeyd olunmuşdur. Bundan əlavə araşdırma nəticində müəyyən edilmişdir ki, İddiaçı3 atası ilə birlikdə birgə mülkiyyət hüququna malik olduğundan və miras əmlak ayrılmaz olduğundan sonuncular tərəfindən birgə idarə olunmuşdur.

56. Cavabdeh4 isə həmin dövr daimi olaraq ailəsi ilə birlikdə Rusiyada yaşamış, orada, daha dəqiqi Rusiya Federasiyası İlovlya rayonu Pervomayskaya küçəsi ev 5 A-da təsərrüfat idarə etmişdir. H ətta işdən görünür ki, Cavabdeh4 Ermənistanda yaşadıqları vaxtdan daimi yaşamaq və işləmək üçün Rusiyaya getmiş, özü və ailə üzvləri Rusiya vətəndaşıdırlar (arvadı istisna olmaqla) və hazırda Cavabdeh1 istisna olmaqla Azərbaycan Respublikasında daimi qeydiyyatları yoxdur.

57. Bundan əlavə iş materiallarının 2-ci cildinin 80-ci səhifəsində olan AR DSX Sərhəd Nəzarəti xidməti tərəfrindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, sonuncu atası öləndən sonra xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2013-cü il tarixdə respublikadan çıxmışdır. Bundan sonra o bir neçə dəfə qısa müddətlərə gəlib-getmişdir. 58. 2016-cı ildə Cavabdeh4 öz ailəsi - arvadı Cavabdeh1, qızı – Cavabdeh2 və oğlu - Cavabdeh3 ilə müvəqqəti yaşamaq üçün mübhaisəli evə köçmüşdür. Onlar 201 6-cı ildən İddiaçı3 məxsus evdə yaşasalar da evə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət və digər hüquqları olmamışdır. 59. 2019-cu ilin əvvəllərində Həsən və onun ailəsinin İddiaçı1 ilə münasibətləri pozulduğundan İddiaçı1 qonşu kənddə yaşayan qızı İddiaçı2 yanına köşmüşdür. 60. 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində İddiaçı3 fərdi yaşayış evinə ziyan dəymiş və Fövqaladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı ev kimi qeydiyyata alınmışdır. Həmin vaxt qeyd edilən evdə Cavabdeh4 öz ailəsi ilə yaşadığından komissiya siyahıda Həsənin və onun ailəsinin də adını qeyd etmişdir. Komissiyanın siyahısına əsasən İddiaçı3 zəlzələ nəticəsində ziyan dəymiş fərdi yaşayış evinin əvəzində yeni yaşayış evi inşa edilsə də, ye ni yaşayış evi ilə bağlı Cavabdeh4 adına heç bir rəsmi mülkiyyət hüququnu təsdiq edən sənəd verilməmişdir.

61. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, mübahisəli yaşayış evi ilə bağlı tərəflər arasında mübahisə olduğundan ilk növbədə həmin evin hüquqi statusu və tərəflərin həmin evə dair subyektiv hüuqu müəyyən edilmədir.

62. Belə ki, yuxarıda qeyd olunduğu kimi hazırki mübahisələndirilən evin yerində əvvəllər yaşayış evi mövcud olmuş, zələzələ nəticəsində yararsız hala düşdüyünə görə dövlət tərəfindən yenisi inşa edilmişdir. Məlum zəlzələdən qabaq sözügedən yaşayış evi ilkin sənədləşmə əsasında, yəni 1988-ci il tarixli (sonradan 2001-ci il tarixli) “fərdi yaşayış evinin texniki pasporuna əsasən” İddiaçı3 məxsus olmuşdur. Bundan əlavə araşdı rma zamanı həm də müəyyən edilmişdir ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyət hüququ ilə İddiaçı3 məxsusdur. Göründüyü kimi sonuncu sözügedən fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququna malik olmaqla subyektiv hüququn daşıyıcısı olmuşdur.

63. Kollegiya qeyd etmişdir ki, inşa edilmiş evin yerində əgər zəlzələdən qabaq yaşayış evi olmasaydı, şübhəsiz ki, hazırki ev də inşa edilməzdi, Çünki dövlət təminatı olaraq yalnız zəlzələdən zərər görmüş evlərin əvəzində yenisi dövlət tərəfindən inşa edilmişdir.

64. Ona görə də məhkəmənin qənaətinə görə Cavabdeh4 FHN-in müvafiq komissiyasının siyahısına daxil edilməsi, hələ mülkiyyət hüququnu qazandıran sənəd kimi qəbul edilməsi anlamına gəlmir. Bu cür siyahılar sadəcə məlum zəlzələ nəticəsində zərər görmüş evl ərin statistikasını aparmaq üçün nəzərdə tutulmuşdur.

65. Kollegiyanın araşdırması zamanı, həm təqdim olunmuş sənədlərin bilavasitə tədqiqi, həm də tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, Həsən (Gasan) Davidov və onun ailə üzvləri 2016-cı il tarixdən mübahisəli evdə yaşamağa başlamışlar. Cavabdeh4 atası isə yuxarıda qeyd olunduğu kimi 2013-cü ilin yanvar ayında vəfat etmişdir.

66. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 09 avqust 2022-ci il tarixli 33/3142 saylı məktubundan da müəyyən edilir ki, Cavabdeh4 2013-cü il tarixdə iki dəfə, 2014- cü il tarixdə iki dəfə, 2015-ci il tarixdə bir dəfə, 2016-cı ildə beş dəfə, 2017-ci ildə dörd dəfə, 2018-ci ildə dörd dəfə, 2019-cu ildə dörd dəfə, 2020-ci ildə bir dəfə, 2021-ci ildə bir dəfə dövlət sərhəddindən giriş-çıxış etmişdir.

67. Göründ üyü kimi Cavabdeh4 atası vəfat etdikdən sonra bir neçə dəfə hüzr mərasimlərində iştirak etmək üçün Azərbaycana gəlib-getsə də atasından qalan mirasın qəbulu ilə bağlı aktiv hərəkətlər aparmamış, qanunla müəyyən olunmuş müddət ərzində Notariat ofisinə müraciət etməmişdir.

68. Apellyasiya şikayətinin dəlilləri də ümumən ondan ibarətdir ki, iddiaçı (Cavabdeh4) atasının ölümündən sonra mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməsə də, 2016-cı ildən mübahisəli evdə daimi yaşamışdır. Kollegiya 2-ci tələb üzrə iddiaçının tələb və şikayətində qeyd etdiyi ikinci dəlil, yəni “mirası faktiki qəbul etməsi barədə” dəlili ilə bağlı araşdırma apararaq aşağıdakıları qeyd edir.

69. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gü ndən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

70. Göründüyü kimi 2-ci tələb üzrə iddiaçının iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri mirasın faktiki qəbulu ilə bağlı da öz təsdiqini tapmır.

71. İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçının atası 2013-cü ildə ölməsinə, həmin vaxtdan 9 ilə yaxın müddət keçməsinə baxmayaraq, iddiaçı (1-ci tələb üzrə cavabdeh) atasının öldüyünü bildiyi bir halda sonuncudan miras qalmış əmlakın qə bulu ilə bağlı hər hansı addım atmamış, bununla bağlı notarait ofisinə rəsmi qaydada müraciət etməmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı iradəvi hərəkət etməmişdir.

72. Kollegiya qeyd etmişdir ki, mirasın qəbulu müddəti 2016-cı il tarixdən deyil, xx.xx.2013-cü ildən xx.xx.2013-cü illəri əhatə edir. Bu faktı Cavabdeh4 etiraf edərək bunun səbəbini qanunu bilməməsi ilə əsaslandırmışdır. Belə olan halda 2-ci tələb üzrə iddiaçı tərəfin bu mövqeyi başa düşülən deyil.

73. Apellyasiya kollegiyası qeyd edir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mi rasın qəbul edilməsi, imtina olunması və s.).

74. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.

75. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

76. Qeyd edilməlidir ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etmə yə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər.

77. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri).

78. Cavabdeh4 tərəfindən mirasın faktiki qəbulu qanunvericil iklə müəyyən olunmuş 3 ay və 6 aylıq müddətləri əhatə etmir. Çünki qanunvericilk miras qəbulunun hər iki halında, istər formal, istərsə də qeyri-formal halında eyni müddəti müəyyən etmişdir.

79. Qeyd olunan şahidlərin (qohum və qonşuların) ifadələrinə, o cümlədən qonşular tərəfindən imzalanmış “akta” gəldikdə isə kollegiya qeyd edir ki, həm şahid ifadələrində, həm də qeyd olunan “aktı” imzalamış şəxslərin ifadələrində də Cavabdeh4 və onun ailəsinin mübahisəsigedən evdə yaşaması və təsərrüfat idarə etməsi məhz 2016-cı ildən göstərilmişdir.

80. Apellyasiya şikayətinin dəlilləri baxımından araşdırmanı davam etdirən kollegiya bildirir ki, miras əmlaka, orada yaşayan şəxslərə hərdənbir baş çəkilməsi işin hazırki vəziyyətində heç də miras əmlakın faktiki qaydada qəbul edilməsi anlamına gəlmir. 8

1. Apellyator məhkəmə iclasında həm də atasının dəfn mərasimində iştirak etdiyini bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın dəfn mərasiminin vərəsə (2-ci tələb üzrə iddiaçı) tərəfindən təşkil edilməsi və ya həyata keçirilməsi barədə məlumatlar mirasın vaxtında qəbul olunmasını təsdiqləyən fakt rolunu oynaya bilməz. Bu cür məlumatların həmin məsələ baxımından hüquqi əhəmiyyəti yoxdur. Çünki bu cür hallar milli-mənəvi dəyərlərdən irəli gəlir və mirasın qəbulu kimi qiymətləndirilə bilməz.

82. Göründüyü kimi bu kimi davranışlar heç də mirasın faktiki qəbuluna yönəlmiş hərəkət, eləcə də əmlak üzərində fiziki “ağalıq” etməsi kimi deyil, şəxsi münasibətlər zəminindən irəli gələn hal kimi qiymətləndirilməlidir

83. Kollegiya öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

84. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1362/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdehlər Cavabdeh4, Cavabdeh1 və onların nümayəndəsi və vəkili Nümayəndə2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1362/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək X45 (Cavabdeh4) oğlunun iddia tələbinin tam təmin edilməsi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

85. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından da göründüyü kimi tərəflərin atası X26 xx.xx.2013-cü il tarixdə vəfat etm işdir. Daha sonra 2019-cu il tarixdə İsmayıllı rayonu ərazisində zəlzələ baş vermiş və Cavabdeh4 ailə üzvlərinin sayına uyğun 3 otaqlı yeni ev inşa edilmişdir. Hətta Cavabdeh4 həmin evin inşa edilməsində fəhlə kimi xidmət etmiş, çalışan ustaların qida ehtiyacları Cavabdeh1 tərəfindən qarşılanmışdır. Bu günədək, yəni zəlzələ nəticəsində ev yararsız vəziyyətə düşdüyü zaman İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Dövlət hesabına yeni ev inşa edildikdən sonra onların bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməsi yalnız və yalnız Yunis Davudovun vərəsəsi olmağına baxmayaraq Cavabdeh4 ziyan vurmaq niyyəti daşıyır. Yəni hazırda onlar hüquqlarından formal şəkildə sui-istifadə edirlər. Cavabdeh4 Yunus Davidovun İ növbə vərəsəsidir. Buna gör ə də o atasına məxsus torpaq sahəsindən çıxarıla bilməz. İşin halları ilə tam təsdiq olunur ki, Cavabdeh4 və ailə üzvləri 2016-cı il tarixdən etibarən mübahisəli evdə yaşayır. Cavabdeh4 faktiki olaraq atasına məxsus miras əmlaka sahiblik etmişdir. Hazırda mübahisəli evin sahibi kimi hər kəs Cavabdeh4 tanıyır.Cavabdehlərin Cavabdeh4 miras əmlakı, yəni evi və həyətyanı sahəni abadlaşdırdıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onların hüquqlarından sui-istifadə etdiyini heç şübhəsiz təsdiqləyir. Lakin məhkəmə tərəfindən işin faktiki halları və AR MM-nin 16.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır.

86. İddiaçı3 mübahisəli evdən Cavabdeh4, onun həyat yoldaşı Cavabdeh1 və övladları Cavabdeh2 Həsən qızı, Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmasını tələb etmiş, məhkəmə isə h əmin hissədə iddianı təmin etmişdir. İddiaçı3 mübahisəli evdən onların çıxarılmasına dair tələbi sərəncam hüququndan irəli gələn hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Lakin işin hallarından da göründüyü kimi mübahisəli evə dair İddiaçı3 mülkiyyət hüquqlarını təsdiq edən çıxarış yoxdur. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün İddiaçı3 müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə İddiaçı3 subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı idi. Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına əsasən, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu c əhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vər əsəlik hüququ da belə hüquqlardan biridir.” AR Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi İddiaçı3 subyektiv hüquqa malik olmadığı üçün iddia tələbinin həmin hissədə də təmin edilməsi qanunvericiliyin tələblərinə ziddir. İşin hallarından da göründüyü kimi məhkəmə tərəfindən AR MM-nin 146.2-ci maddəsinin tələbləri, həmçinin AR Konstitusiya Məhkəməsinin mövqeyi nəzərə alınmamışdır.

87. İşin halları ilə tam təsdiq olunur ki, Cavabdeh4 və ailə üzvləri 2016-cı il tarixdən etibarən mübahisəli evdə yaşayır. Cavabdeh4 faktiki olaraq atasına məxsus miras əmlaka sahiblik etmişdir. Hazırda mübahisəli evin sahibi kimi hər kəs Cavabdeh4 tanıyır. İddiaçı3, Cavabdeh3, İddiaçı1 Cavabdeh4 və ailə üzvləri miras əmlakı, həyətyanı sahəni və evi abadlaşdırdıqdan sonra iddia ərizəsi ilə məhkəməyə m üraciət etməsi onların hüquqlarından suiistifadə etdiyini təsdiqləyir. İsmayıllı Rayon İcra Hakimiyyətinin 19 aprel 2022-ci il tarixli, 06/619 saylı cavab məktubundan da göründüyü kimi 05 fevral 2019-cu il tarixdə İsmayıllırayonunda baş vermiş zəlzələ nəticəsində mübahisəli evə ziyan dəymiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı olduğu təsdiqini tapmış yaşayış evləri barədə məlumat cədvəlində Cavabdeh4 adı qeyd olunmuşdur. Məhz Cavabdeh4 ailə üzvlərinin sayına uyğun dövlət hesabına ev tikilmişdir. Bundan başqa fotoşəkilləri iş materiallarına əlavə edilmiş tikili də Cavabdeh4 tərəfindən inşa edilmişdir. Mübahisəli torpaq sahəsində Cavabdeh4 tərəfindən fotoşəkli iş materiallarında olan tikilinin inşa edilməsi onun torpaq sahəs inə də faktiki sahiblik etdiyini təsdiqləyir. Həmin torpaq sahəsi, dövlət reyestrində qeydiyyata alınmayan mübahisəli ev uzun müddətdir Cavabdeh4 və onun ailə üzvləri tərəfindən istifadə edilir. Buna görə də, Cavabdeh4, Cavabdeh1 əmlak hüquqları Azərbaycan Respublikasının MMin 158.4-cü maddəsinə əsasən qorunmalıdır. Lakin Məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır.

88. Notariat qovluğundakı ərizələrdən də göründüyü kimi cavabdehlər tərəfindən 2022-ci ilin may ayında miras əmlakın bölüşdürülməsi ilə bağlı müraciət edilmişdir. Lakin İsmayıllı rayon notariat kontorunda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat yoxdur. Buna baxmayaraq, 12 may 2022-ci il tarixdə cavabdehlərə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Yəni notariat orqanı tərəfindən 6 ay müddət gözləniləcəyi təqdirdə Cavabdeh4 da vərəsə kimi müarciəti nəzərə alınacaqdı. Lakin İsmayıllı rayon notariat kontoru tərəfindən AR MM-nin 1322-ci maddəsində nəzərdə tutulmuş 6 ay müddət gözlənilməmiş, İsmayıllı Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi tərəfindən isə müvafiq maddənin tələblərinin pozulduğu nəzərə alınmamışdır. Xüsusilə nəzərinizə çatdırmalıyam ki, iş materiallarından da göründüyü kimi İddiaçı1, İddiaçı3 və İddiaçı2 2022-ci ilin may ayında vərəsəlik haqqında şəhadətnamə əldə etmək üçün notariusa müraciət etmişdir. Onların müraciəti əsasında dərhal vərəsəlik haqqında şəhadətnamə tərtib edilmişdir. Onların müraciətindən bir neçə gün sonra, yəni elə may ayında vərəsəlik haqqında şəhadətnamə əldə edilməsi üçün Cavabdeh4 tərəfindən İsmayıllı rayon notariat kontoru na müraciət edilmiş, lakin cavab məktubunda onun qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyü qeyd olunmuşdur. İsmayıllı Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi də Cavabdeh4 tərəfindən miras əmlakın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyü qənaətinə gəlmişdir. İşin hallarından da göründüyü kimi eyni aylarda müraciət etmələrinə baxmayaraq məhkəmə yalnız Cavabdeh4 müddəti ötürdüyü qənaətinə gəlmişdir.Belə ki, işin hallarından da göründüyü Cavabdeh4 atası vəfat etdikdən sonra yas mərasimində iştirak etmiş, cavabdehlərin qeyd etdiklərinin əksinə qayınatasına məxsus evdə yaşamamışdır.Anasının maddi ehtiyaclarını qarışılamaq, atasının miras əmlakının saxlanılması üçün tez-tez Azərbaycan Respublikasının ərazisinə gəlmiş, 2016-cı ildən etibarən isə onun la birlikdə həmin evdə yaşamışdır. Hətta X4 və X7 ifadələrində Cavabdeh4 həmin həyətdə öz hesabına tikinti işləri apardığı məhkəmə iclası zamanı bildirmişlər. Hətta həmin tikiliyə məxsus fotoşəkillər tərəfimizdən sübut qismində iş materiallarına əlavə edilmişdir. Xüsusilə qeyd etməliyəm ki, zəlzələ nəticəsində yararsız vəziyyətə salınmış ev Cavabdeh4 və onun ailə üzvlərinin sayına uyğun olaraq dövlət tərəfindən yenidən inşa edilmişdir. Bunu təsdiq edən məlumatı əldə etmək üçün tərəfimizdən İsmayıllı Rayon İcra Hakimiyyətinə 16 nömrəli, xx.xx.2022-ci il tarixli sorğu ilə müraciət edilmişdir. İsmayıllıRayon İcra Hakimiyyətinin 19 aprel 2022-ci il tarixli, 06/619 saylı cavab məktubundan da göründüyü kimi 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində ziyan dəy miş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasının qərarına əsasən qəzalı olduğu təsdiqini tapmış yaşayış evləri barədə məlumat cədvəlində Cavabdeh4 adı qeyd olunmuşdur. Bundan başqa iş materiallarında olan aktdanda göründüyü kimi qonşular da, orada yalnız Cavabdeh4 və onların ailə üzvlərinin yaşadığını təsdiqləyir. Yəni miras əmlak uzun müddətdir faktiki olaraq Cavabdeh4 mülkiyyətindədir. Lakin yuxarıda qeyd olunan xüsusatlar İsmayıllı Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

89. İşin hallarından da göründüyü Cavabdeh4 atası vəfat etdikdən sonra yas mərasimində iştirak etmiş, cavabdehlərin qeyd etdiklərinin əksinə qayınatasına məxsus evdə yaşamamışdır. Bu şahid qismində dindirilmiş Fizuli Nadirovun da ifadəsi ilə öz t əsdiqini tapır. Anasının maddi ehtiyaclarını qarışılamaq, atasının miras əmlakının saxlanılması üçün tez-tez Azərbaycan Respublikasının ərazisinə gəlmiş, 2016-cı ildən etibarən isə onunla birlikdə həmin evdə yaşamışdır.

90. Şəki Apellyasiya Məhkəməsi Cavabdeh4 2016-cı ilədək dəfələrlə Azərbaycan Respublikasının ərazisinə gələrək miras əmlakın qorunub saxlanmasını, anasının saxlanılması və atasının dəfn xərclərini qarşılamsını yalnız milli-mənəvi dəyərlərdən irəli gələn hal kimi qiymətləndirmişdir. Halbuki onun Azərbaycan Respublikasının ərazisinə gələrək miras əmlakın qorunub saxlanması üçün aktiv hərəkətlər etməsi faktiki sahibliyin əmələ gəlməsi üçün əsasdır.

91. Məhkəmə tərəflərindən təqdim olunmuş sübutları və şahid ifadələri nəzə alınmamışdır. Belə ki, məhkəmə iclasında dinirilən şahi dlərin və tərəflərin ifadələrində də təsdiqlədiyi kimi Cavabdeh4 tərəfindən mübahisəli torpaq sahəsində zəlzəldən öncə ev tikilmişdir. Həmin evin fotoşəkilləri sübut qismində iş materiallarına əlavə edilmişdir. Yəni Cavabdeh4 tərəfindən atasının miras əmlakına faktiki sahibliyi həyata keçirilmişdir. Mübahisəli evin Cavabdeh4 ailə üzvlərinin sayına əsasən inşa edildiyi onun miras əmlakı faktiki olaraq qəbul etdiyini təsdiqləyir.

92. Mübahisəli evin Cavabdeh4 ailə üzvlərinin sayına uyğun tikildiyini təsdiqləyən İsmayıllıRayon İcra Hakimiyyətinin 19 aprel 2022-ci il tarixli, 06/619 saylı cavab məktubu ümumiyyətlə məhkəmə tərəfindən nəzərə alınmamışdır. İsmayıllı rayonun Soltankənd kənd sakinləri tərəfindən tərtib olunmuş 18 aprel 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, həmin kənd ərazisi ndə yerləşən evdə Cavabdeh4, arvadı- Cavabdeh1, uşaqlarıCavabdeh2 Həsən qızı və Cavabdeh3 2016-cı ildən yaşayırlar. Əvəllər anası – İddiaçı1 da onlarla birgə yaşasa da iki ilə yaxın müddətdir ki, həmin evdə yaşamır. Qeyd edilən evdə həmin ailədən başqa heç kim yaşamır. Onlar ev sahibi kimi Cavabdeh4 tanıyırlar. Lakin məhkəmə tərəfindən yuxarıda qeyd edilənlər deyil cavabdehlərin heç bir sübutla təsdiq olunmayan ifadələrinə sübut kimi istinad olunmuşdur. Məhkəmə qətnaməsində İddiaçı3 atası vəfat etdikdən sonra anasıİddiaçı1 pul göndərdiyinə, təsərrüfatın saxlanılmasında iştirak etdiyinə istinad olunmuşdur. Halbuki cavabdeh tərəfindən bunu, yəni İddiaçı3 Rusiyadan pul göndərdiyini təsdiqləyəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hər hansı sübut təqdim edilməməsinə baxmayaraq məhk əmə İddiaçı3 anasına pul göndərdiyi və təsərrüfatın saxlanılmasında iştirak etdiyi qənaətinə gəlmişdir. Qeyd edilənlərdən göründüyü kimi məhkəmə tərəfindən AR MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuş, sübutlar hərtərəfli və tam şəkildə təhlil edilməmişdir.

93. Kassator bildirmişdir ki, iş materiallarından da göründüyü kimi İddiaçı1, İddiaçı3 və İddiaçı2 2022-ci ilin may ayında vərəsəlik haqqında şəhadətnamə əldə etmək üçün İsmayıllı rayon notariat kontoruna müraciət etmişdir. Onların müraciəti əsasında 6 aylıq müddət gözlənilmədən dərhal vərəsəlik haqqında şəhadətnamə tərtib edilmişdir. Onların müraciətindən bir neçə gün sonra, yəni elə may ayında vərəsəlik haqqında şəhadətnamə əldə edilməsi üçün Cavabdeh4 tərəfindən İsmayıllı rayon notariat kontoruna müraciət edilmiş, lakin cavab məktu bunda onun qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyü qeyd olunmuşdur. İsmayıllı Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi də Cavabdeh4 tərəfindən miras əmlakın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyü qənaətinə gəlmişdir. İşin hallarından da göründüyü kimi eyni aylarda müraciət etmələrinə baxmayaraq məhkəmə yalnız Cavabdeh4 müddəti ötürdüyü qənaətinə gəlmişdir. Cavabdeh4 qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyünü qəbul etsək belə, sual yaranır ki, məhkəmə tərəfindən hansı səbəbdən Cavabdeh4 bir neçə gün öncə notariat konturan müraciət etmiş cavabdehlərin də müddəti ötürdüyü nəzərə alınmamışdır? Bütün bunlar məhkəmə tərəfindən “Qanun və məhkəmə qarşısında bərabərlik” prinsipinin nəzərə alınmadığını, Cavabdeh4 qarşı ayrı-seçkiliyə yol v erildiyini bir daha təsdiqləyir.

94. Məhkəmə tərəfindən AR MPM-nin 9-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X36 Davidovun qardaşı Nümayəndə1 ona hədə-qorxu gəldiyini, məhkəmədə şahid qismində iştirak edəcəyi təqdirdə onunçün problem yaradacağını bildirsə də, bu qətnamədə və iclas protokolunda öz əksini tapmamışdır. Məhkəmə qətnaməsində İddiaçı3 atası vəfat etdikdən sonra anası İddiaçı1 pul göndərdiyinə, təsərrüfatın saxlanılmasında iştirak etdiyinə istinad olunmuşdur. Halbuki cavabdeh tərəfindən bunu, yəni İddiaçı3 Rusiyadan pul göndərdiyi təsdiqləyəcək hər sübut məhkəməyə təqdim edilməmişdir. Hər hansı sübut təqdim edilməməsinə baxmayaraq məhkəmə İddiaçı3 anasına pul göndərdiyi və təsərrüfatın saxlanılmasında iştirak etdiyi qənaətinə g əlmişdir. Məhkəmə tərəfindən tərəfimizdən təqdim olunmuş sübutlar, şahid ifadələri nəzərə alınmamışdır. Belə ki, məhkəmə iclasında dinirilən şahidlərin və tərəflərin ifadələrində də təsdiqlədiyi kimi Davidov Gasan (Həsən) Yunis oğlu tərəfindən mübahisəli torpaq sahəsində zəlzəldən öncə ev tikilmişdir. Həmin evin fotoşəkilləri sübut qismində iş materiallarına əlavə edilmişdir. Yəni Cavabdeh4 tərəfindən atasının miras əmlakına faktiki sahiblik həyata keçirilmişdir. Mübahisəli evin Cavabdeh4 ailə üzvlərinin sayına əsasən inşa edildiyini təsdiqləyən İsmayıllı Rayon İcra Hakimiyyətinin 19 aprel 2022-ci il tarixli, 06/619 saylı cavab məktubu nəzərə alınmamışdır. İsmayıllı rayonun Soltankənd kənd sakinləri tərəfindən tərtib olunmuş 18 aprel 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, həmin kənd ərazisində yerləşən evdə Cavabdeh4, arvadıCavabdeh1, uşaqları- Cavabdeh2 Həsən qızı və Cavabdeh3 2016-cı ildən yaşayırlar. Əvəllər anası – İddiaçı1 da onlarla birgə yaşasa da iki ilə yaxın müddətdir ki, həmin evdə yaşamır. Qeyd edilən evdə həmin ailədən başqa heç kim yaşamır. Onlar ev sahibi kimi Cavabdeh4 tanıyırlar. Lakin yuxarıda qeyd edilənlər deyil cavabdehlərin heç bir sübutla təsdiq olunmayan ifadələrinə sübut kimi istinad olunmuşdur. Məhkəmə qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, verdiyimiz izahatlarla, sənədlərlə əsaslandırmamış və mülki prosessual qanunvericliyin tələblərini pozmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X36 Davidovun qardaşı Nümayəndə1 ona hədə-qorxu gəldiyini, məhkəmədə şahid qismində iştirak edəcəyi təqdirdə onunçün pr oblem yaradacağını bildirsə də, bu İsmayıllı Rayon Məhkəməsinin qətnaməsində və iclas protokolunda öz əksini tapmamış, məhkəmə tərəfindən AR MPM-nin 271.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bu xüsusata isə Şəki Apellysiya Məhkəməsi tərəfindən ümumiyyətlə hüquqi qiymət verilməmişdir. b)Kassasiya şikayətinə etirazın dəlilləri

95. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişlər ki,kassasiya şikayətinin dəlillərinin Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsinin ləğv edilməsi üçün əsas deyil.Həmin qətnamə qəbul olunan zaman maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmişdir.Ona görə də Cavabdeh4 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdir ilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş edirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

96. Maddə 152.1 Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

97. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yax ud hüquqdan sui-istifadə olmasın.

98. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

99. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

100. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

101. Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

102. Maddə 1133.2.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır

103. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

104. Maddə 1243.1 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

105. Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

106. Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul e tmişdir.

107. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.

108. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

109. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

110. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

111. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

112. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

113. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

114. Maddə 273.İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

115. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

116. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

117. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

118. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

119. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

120. Hazırkı kassasiya şikayətində cavabdehlər qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

121. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

122. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

123. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticə lər əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

124. Kassasiya şikayətinin məhkəmə iclasında şahid qismində dindirilmiş X36 Davidovun qardaşı Nümayəndə1 ona hədə-qorxu gəldiyini, məhkəmədə şahid qismində iştirak edəcəyi təqdirdə onunçün problem yaradacağını bildirsə də, bunun İsmayıllı Rayon Məhkəməsinin qətnaməsində və iclas protokolunda öz əksini tapmadığı, məhkəmə tərəfindən Azərbaycan Respublikasının MPM-nin 271.1-ci maddəsinin tələblərinin pozulduğu, bu xüsusata isə Şəki Apellysiya Məhkəməsi tərəfindən ümumiyyətlə hüquqi qiymət verilmədiyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilənləri əsa ssız, formal mülahizə hesab etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 273-cü maddəsinə müvafiq olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh1, eləcə də onların nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin protokolu ilə tanış olmağa haqlı olmuşlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərdilər. Lakin iş materialları ilə belə qeydlərin verilməsi təsdiqlənmir.Belə olan halda məhkəmə iclas protokolunun da doğruluğunu şübhə altına alan sübutlar mövcud deyil.

125. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır.

126. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və onların nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli 2(107)-1362/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar