Məhkəmə qərarları › İş №2(102)-1727/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1727/2021

30.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1727/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elektrik enerjisinə görə hesablanmış borcun silinməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6560/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən ver ilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdeh “xxxx” ASC-nin nümayəndələri yerində baxış keçirərək elektrik xəttini sayğacdan ayırmışlar. Səbəb olaraq abonentin 2563.91 manat borcu olduğunu bildirmişlər. İddiaçı elektrik enerjisindən istifadəyə görə borcu olmamasını bildirərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına hesablanmış 2563,91 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-314/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia nın qismən təmin edilməsi, ünvan 2 (abonent kodu: 010101004PR0024) ünvanında yerləşən evdə elektrik sərfiyyətinə görə “xxxx” ASC tərəfindən hesablanmış məbləğdən 2117.43 manat borcun silinməsi, İddiaçı ödəməkdən azad edildiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsinin cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 34 (otuz dörd) manat hissəsinin İddiaçı, 166 (bir yüz altmış altı) manat hissəsi cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

3. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550, 551.2, 554.1, 1134.1, 1151.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Kazımov (sərlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-314/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

6. Cavabdeh “xxxx” ASC kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iş tirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 hal-hazırda iddiaçının istifadə və sahibliyindədir. Enerji istehsalçısı ilə abonent X1 arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanılmışdır. X1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Həmin vaxtdan elektrik enerjisi ilə təchiz olunan evdən İddiaçı və qardaşının ailəsi istifadə etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 2052 nömrəli, xx.xx.2020-ci il tarixli ekspertiza rəyindən gö rünür ki, ünvan 2 ünvanda işıq enerjisindən istifadəyə görə borc aşağıdakı kimi olmuşdur: xx.xx.2000-ci il tarixdən xx.xx.2019-cu il tarixə 2595,79 manat, xx.xx.2000-ci il tarixdən xx.xx.2016-cı il tarixədək-2299,67 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2019- cu il tarixə-296,12 manat, xx.xx.2014-cü il tarixdən xx.xx.2019cu il tarixədək 712,76 manat təşkil etmişdir. Aparılmış ekspertiza tədiqatının dəyəri 200 manat təşkil etmişdir.

23. Cavabdeh iddiaçının 2595.79 manat dəyərində elektrik enerjisi sərf etməsinə dair mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə də bu hal təkzib olunmuşdur.

22. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır.

24. Yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6560/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar