Məhkəmə qərarları › İş №2(102)-1728/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1728/2024

30.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1728/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədova Mehparə Tofiq qızının məruzəsi, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “11” “mart” “2024”-cü il tarixli 2(103)-2152/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2020–ci il tarixli AN–İ№ ******* saylı daşınmaz əmlakın alqı–satqı müqaviləsinin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2(006)-171/2024 nömrəli qərardadı ilə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “11” “mart” “2024”-cü il tarixli, 2(103)-2152/2024 nömrəli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadından Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin Mülki Kolleg iyasının 16 aprel 2024-cü il tarixli, 2(102)-1728/2024 saylı qərardadı ilə Cavabdeh kassasiya şikayəti icraata qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının həmin maddədə göstərilmiş qərardadlarından kassasiya şikayəti verilməsi müəyyən edilmişdir. Hazırki işdə Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərardadından Mülki Prosessual Məcəllənin 402-ci maddəsi ilə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməli, iş k assasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417.1.7-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ali Məhkəmənin Mülki Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2(102)-1728/2024 saylı qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “11” “mart” “2024”-cü il tarixli qərardadından Cavabdeh verdiyi kassasiya şikayəti baxışdan çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar