Məhkəmə qərarları › İş №2(102)-1729/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1729/2022

12.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1729/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC (hazırki "xxxx" MMC)-yə qarşı (AR ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi üçüncü şəxs olmaqla) iş üzrə QƏRARİ iş № 2(102)-1729/22 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 12 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 MMC (hazırki "xxxx" MMC)-yə qarşı (AR ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi üçüncü şəxs olmaqla) “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)8506/2021 saylı, 20.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2016-cı il tarixli, 2(107)-213/2016 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, 15 iyul 2009-cu il tarixli, 51 saylı kredit müqaviləsi üzrə borc məbləğlərinin ipoteka predmetinə yönəldilməsi, həmin i poteka predmetlərinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilmiş vəsait hesabına İddiaçı "xxxx" ASC-yə olan borcunun ödənilməsi və həmin daşınmaz əmlak obyektinin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 19 sentyabr 2016-ci il tarixli, 2(107)-213/2016 saylı icra sənədi icra edilməsi üçün Şəki rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Şəki rayon icra və probasiya şöbəsi tərəfindən keçirilən icra tədbirləri nəticəsində 3354/4 saylı, 10.04.2017-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin satılması ilə bağlı Cavabdeh3 MMC-yə sifariş verilmişdir.

2. Hərrac təşkilatı tərəfindən əmlak açıq hərracdan satışa çıxarılmış, 22 may 2017-ci il və 07 iyul 2017 -ci il tarixlərində keçirilmiş ilkin və təkrar hərraclar baş tutmamış, müvafiq olaraq ilkin və təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində məlumat dərc edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini 30 təqvim günü müddətində əldə etməsi ilə bağlı Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" ASC-nin ləğv etmə prosesində olan Əmanətlərin Sığortalanması Fonduna ipoteka predmeti ilə əlaqədar münasibət bildirilməsi təklif edilmiş, sonuncu da 04.08.2017-ci il tarixli, 02-14/3771-17 saylı məktubla İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi y aşayış evinin "xxxx" ASC tərəfindən götürülməsi təklifini qəbul etmiş, sözügedən tərəflər arasında 31 avqust 2017-ci il tarixli hərracın yekunlarına dair protokol və əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.

3. İddiaçı bankın mənzili 2-ci hərracın baş tutmamasından sonrakı 30 gün ərzində mülkiyyətinə qəbul etməməsi əsası ilə hazırkı mübahisəni açmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Lpo Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh3 MMC (hazırki "xxxx" MMC)-yə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi, maraqlı şəxs qismində Şəki rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə), hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 11.07.2009-cu il tarixli, 49 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67.9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yasayiş evinin ipoteka ilə yüklülükdən azad edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlər aparılması, İddiaçı həmin əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrind ən Çıxarışın iddiaçıya qaytarılması, ipotekaya xitam verilməklə həmin əmlakın ləğv prosesində olan Cavabdeh1 ASC-nin əldə edilməsinə dair Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolun, alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, bu qətnamənin İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində ipotekaya xitam verilməsinə dair qeydlər aparılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Hərrac təşkilatı “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsinə və 43.7-ci maddəsinə müvafiq olaraq Lpo Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məlumat vermişdir. Hərrac təşkilatının təklifindən 2 aya yaxın müddət keçməsinə baxmayaraq, ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8ci maddəsində birmənalı olaraq qeyd edilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(006)664/2021 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə X1 ara sında bağlanmış 11.07.2009-cu il tarixli, 49 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilmiş, "xxxx" ASC ilə X1 arasında bağlanmış 11.07.2009-cu il tarixli, 49 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67.9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı yasayiş evi ipoteka ilə yüklülükdən azad edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67.9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı yasayış evinin ipoteka ilə yüklülükdən azad edilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparması, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin əldə edilməsinə dair Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolun, alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi, bu qətnamənin İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində ipotekaya xitam verilməsinə dair qeydlərin aparılması üçün əsas olması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara m əcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia "xxxx" ASC ilə X1 arasında bağlanmış 11.07.2009cu il tarixli, 49 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67.9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı yasayiş evi ipoteka ilə yüklülükdən azad edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakının dövlət reyestrində müvafiq qeydlər aparılması, ipotekaya xitam verilməklə həmin əmlakın ləğv prosesində olan Cavabdeh1 ASC-nin əldə edilməsinə dair Cavabdeh3 MMC tə rəfindən tərtib olunmuş 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolunun, alqı-satqı müqaviləsinin əslinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və bu qətnamənin İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində ipotekaya xitam verilməsinə dair qeydlər aparılması üçün əsas olması hissələrində əsaslı olsa da, qismən təmin edilməlidir.

8. Məhkəmə iddianın İddiaçı həmin əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın iddiaçıya qaytarılması hissəsinin hazırki vəziyyətdə təmin edilməsini mümkün saymamışdır. Məhkəmənin qənaətinə görə, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində ipotekaya xitam verilməsinə dair qeydlər aparılandan sonra sözügedən çıxarışın ipoteka müqaviləsini təsdiq edən müvafiq orqanda qalmasına zərurət aradan qalxacaq və iddiaçı qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq Çıxarışı həmin orqandan tələb edə bilər.

9. Cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası mə hkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və V.İbayev) 20.10.2021-ci il tarixli, 2(103)8506/2021 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(006)664/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 07.07.2017-ci il tarixdə keçirilmiş təkrar hərracın baş tutmamasından 28 gün sonra, 14.07.2017-ci il tarixli təklif məktubundan isə 21 gün sonra LPO "xxxx" ASC 04.08.2017-ci il tarixli məktubla təklifi qəbul etdiyini rəsmi qaydada bildirmiş, bununla da, ipoteka predmetini almağa dair iradəsini ipoteka haqqında qanun la müəyyən edilmiş 30 günlük müddət ərzində rəsmi qaydada ifadə etmişdir. Bundan sonra, 23 avqust 2017-ci il tarixdə cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən müqavilənin bağlanması üçün şərtləşdirilmiş məbləğ ödənilmiş, bundan 8 gün sonra, yəni 31 avqust 2021-ci il tarixdə isə hərracın nəticələrinə dair yekun protokol və alqı-satqı müqaviləsi imzalanmışdır.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın alqısatqısı ilə bağlı yuxarıda göstərilən ardıcıllıqla həyata keçirilən hərəkətlər onu deməyə əsas verir ki, əslində tərəflər müqavilənin bütün mühüm şərtləri barədə ipoteka haqqında qanunun 43.7-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət ərzində razılığa gəlmişlər. Bununla da, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəld ikləri andan müqavilə bağlanmış, LPO "xxxx" ASC ipoteka predmetini 30 təqvim günü ərzində əldə etmiş sayılmışdır.

13. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdehlər LPO Cavabdeh1 ASC ilə Cavabdeh3 MMC arasında hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin təkrar hərracdan 30 gün keçdikdən sonra imzalanması X4 43.7-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməməlidir.

14. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi bardə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2-ci hərracdan sonra əmlakın qəbul edilməsi barədə razılıq məktubunun yazılması əmlakın qəbulu hesab oluna bilməz və bu aktiv hərəkətlərdə öz təsdiqini tapmalıdır. 30 gün ərzində tələbkar əmlakı öz adına keçirməmiş, bu barədə hərrac mərkəzi ilə alqı-satqı müqaviləsi bağlanmamış, müvafiq protokol tərtib edilməmişdir ki, bu da qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Qanunun tələbinə görə bütün bu hərəkətlər 30 gün ərzində baş verməli idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etirazı daxil olmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı qanunun sırf hərfi mənasından çıx ış edərək 30 gün müddətin keçdiyini iddia edir. Halbuki, ipoteka saxlayan sonuncu hərracın keçirilməsindən 30 təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hərrac təşkilatının müəyyən etdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdi. Odur ki, kassasiya şikayəti əsassızdır. Tətbiq edilən hüquq. “İpoteka haqqında” AR Qanunu:

18. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

19. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymə t ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

20. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

21. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

22. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir.

23. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

24. Mülki Məcəllənin 407.1. maddəsi. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağl anmış sayılır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədq iq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

36. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, 07.07.2017-ci il tarixdə keçirilmiş təkrar hərracın baş tutmamasından 28 gün sonra, 14.07.2017-ci il tarixli təklif məktubundan isə 21 gün sonra LPO "xxxx" ASC 04.08.2017-ci il tarixli məktubla əmla kı mülkiyyətinə qəbul edilməsi barədə təklifi qəbul etmiş və müvafiq prosedurlara başlayaraq 23 avqust 2017-ci il tarixdə cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən müqavilənin bağlanması üçün şərtləşdirilmiş məbləğ ödənilmiş, bundan 8 gün sonra, yəni 31 avqust 2021-ci il tarixdə isə hərracın nəticələrinə dair yekun protokol və alqı-satqı müqaviləsi imzalanmışdır.

37. Məhkəmə kollegiyası kassatorun 2-ci hərracdan sonra əmlakın qəbul edilməsi ilə bağlı bütün proseslərin 30 gün ərzində başa çatmaması əsası ilə ipotekanın xitam edilməsi barədə dəlili ilə razılaşmır. Nəzərə almaq lazımdır ki, 2-ci hərracın baş tutmaması barədə elandan sonra 30 gün ərzində tələbkarın əmlakı mülkiyyətinə qəbul etməsini aksept etməsi MM-nin 43.8. maddəsinin dispozisiya şərtlərini tamamlayır. İşin faktiki hallarından d a göründüyü kimi tələbkar əqdi bağlamağı aksept etdikdən dərhal sonra müvafiq prosedurlara başlayaraq onu başa çatdırmışdır. 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır(&24).

38. Mülki Məcəllənin 43.8-ci maddəsinin güddüyü məqsəd ondan ibarətdir ki, müqavilə tərəfləri edilməli olan hərəkətləri vaxtında həyata keçirsinlər ki, mülki dövriyyənin sabitliyi qorunsun. Müqavilənin bağlanmasında əsas amil tərəflərin müqavilə bağlamağa iradə ifadəsini qarşı tərəfə bildirməsidir. Qeyd olunan normanın tətbiqi baxımından yanaşdıqda tərəflər hərracda satılmayan əmlakın tələbkara verilməsi ilə bağlı iradə ifadəsini bildirmiş və qıssa müddət ərzində digər prosedurları da həyata keçirmişlər.

39. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Kassasiya kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına əsasən mübahisəyə düzgün hüquqi qiymət vermişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 42. “Məh kəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

43. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətb iq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8506/2021 saylı, 20.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar