Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-173/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (kateqoriya: əqdin etibarsızlığı, aldatma nəticəsində) 30.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi və 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat ofisi) qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3693/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 25 sentyabr 2014-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququ (xüsusi mülkiyyət) 27 may 2019-cu il tarixdə Cavabdeh1 adına qeydə alınmışdır. 3. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən 22 dekabr 2023-cü il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır.
4. İddiaçı tərəfindən 22 dekabr 2023-cü il tarixdə verilmiş, 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş **********734 nömrəli ərizəyə əsasən, o, birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin satılmasına etiraz etmir və eyni zamanda bəyan edir ki, ər (arvad) arasında əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 ilə İddiaçı birgə nikahda olduqları müddətdə əldə etdikləri ünvan 1 ünvanında torpaq sahəsinin alqı-satqısı barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 4 saylı “Asan xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş 22 dekabr 2023-cü il tarixli, AN-İ №1222815 reyestr nömrəli müqavilənin etibarsız hesab edilərək həmin müqavilənin hüquqi nəticələrinin (çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın) ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə birgə nikah dövründə atasının maddi dəstəyi və vəsaiti hesabına ünvan 1 ünvanında torpaq sah əsi almış və həmin torpaq sahəsi sonuncunun adına rəsmiləşdirilmişdir. Son zamanlar Cavabdeh1 mütəmadi ona müxtəlif psixoloji təzyiqlər göstərərək həmin torpaq sahəsinin satılmasına razılıq verməyini tələb etmiş, razılıq vermədiyi halda ona və valideynlərinə müxtəlif problemlər yaradacağını bildirmişdir. Eyni zamanda cavabdeh bildirmişdir ki, evi satan kimi aldığı pulun 50%-ni ona məxsus olduğu üçün ona verəcəkdir. O, həmin psixoloji təsir və təzyiq nəticəsində, habelə onun yalan vədlərinə inanaraq 22 dekabr 2023-cü ildə notariat kontoruna gedərək torpaq sahəsinin alqı-satqısına razılıq vermişdir. Lakin evə qayıtdıqdan sonra valideynlərinə bu məsələni, torpağın alqı-satqısına razılığı təzyiq altında verdiyini bildirmiş və qərara gəlmişdir ki, bununla bağlı məhkəməyə müraciət etsin. Onun bi rgə nikahda əldə edilmiş torpaq sahəsini satmaq niyyəti olmamışdır, həmin müqavilənin bağlanması üçün verdiyi razılıq onun iradə ifadəsini əks etdirmir və iradə ifadəsinə ziddir.
7. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinə etiraz ünvanlayaraq iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, onlar alqısatqı müqaviləsini rəsmiləşdirmək üçün notariusa gedərkən iddiaçı da gəlmiş və özü qol çəkmişdir. O, Azəri əvvəlcədən tanımamışdır və orada məhz 1-ci dəfə görmüşdür.
9. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı sözügedən müqavilənin bağlanması üzrə ərizəni öz razılığı ilə imzalamışdır. Bu artıq tamamən mübahi səsiz haldır. İddia ərizəsində qeyd edilən tələb tamamilə əsassızdır və əqdin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-991/2024 nömrəli iş üzrə 2 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı öz iradəsi ilə notariat orqanına yazılı razılıq ərizəsi verməklə mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasına yazılı razılığını bildirmiş və əri Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin satılmasına etiraz etmədiyini ərizəsində ifadə etmişdir. Məhkəmə alqı-satqı müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyası nöqteyi-nəzərindən hüquqi qiymət verərək hesab etmişdir ki, həmin müqavilə yazılı formada bağlanmaqla notarial qaydada təsdiq olunmuş, yəni müqavilənin formasına riayət edilmiş, müqavilədə tərəflər, tərəflər barədə məlumatlar, müqavilənin predmeti, şərtləri və əsasları göstərilmiş, tərəflərə hüquq və vəzifələri, eyni zamanda müqavilə bağlanmasının hüquqi nəticələri izah edilmiş, tərəflər şəxsən alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etmiş və həmin müqaviləyə imza etmiş, müqavilə notarius tərəfindən təsdiq edilmiş və dövlət reyestrinə daxil edilmiş və müvafiq qaydada dövlət rüsumu ödənilmişdir. Müqavilənin tamlığına xələl gətirən hər hansı hal da məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsinə iddia tələbinin əsaslandırıldığı halları- sözüg edən müqavilənin bağlanması zamanı ona edilən psixoloji təsir və təzyiqlərin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin əsaslarının nədən ibarət olması təsdiq edən edən hər hansı mötəbər sübut əlavə etməmiş və məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları və bununla da iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı kimi onun üzərinə düşür. Qeyd olunanlar da hazırki iddianın əsassız olmasını göstərmişdir.
12. Məhkəmə hesab etmişdir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Cavabdeh1 ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi həm mülki qanunvericiliyin, həm də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təl imatın tələblərinə riayət olunmaqla bağlanılması təsdiq edilmişdir. Bununla da qeyd olunan müqavilənin ləğv və ya etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan hallar mövcud deyildir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6, 324.1, 337.1, 337.4, 339.2, 339.3, 390.1-ci maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.1, 33.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən xüsusatlarla əsaslandırılaraq qeyd olunmuşdur ki, cavabdehin mütəmadi ona göstərdiyi müxt əlif psixoloji təzyiqlərə görə, torpaq sahəsinin satılmasına razılıq vermədiyi halda iddiaçıya və valideynlərinə müxtəlif problemlər yaradacağı hədəsi, habelə evi satan kimi aldığı pulun 50%-i ona məxsus olduğu üçün ona verəcəyini vəd etdiyi üçün həmin psixoloji təsir və təzyiq nəticəsində, habelə onun yalan vədlərinə inanaraq xx.xx.2023-cü ildə notariat kontoruna gedərək torpaq sahəsinin alqı-satqısına razılıq vermişdir. Lakin evə qayıtdıqdan sonra valideynlərinə bu məsələni, torpağın alqı-satqısına razılığı təzyiq altında verdiyini bildirmiş və qərara gəlmişdir ki, bununla bağlı məhkəməyə müraciət etsin. Onun birgə nikahda əldə edilmiş torpaq sahəsini satmaq niyyəti olmamışdır, həmin müqavilənin bağlanması üçün verdiyi razılıq iradə ifadəsini əks etdirmir və iradə ifadəsinə ziddir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3693/2024 nömrəli mülki iş üzrə 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 aprel 2024-cü il tarixli, 2(010)- 991/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, bu iddia üzrə əqdin subyekt tərkibinə, məzmununa və formasına dair şərtlər mübahisələndirilmir, əqd yalnız iradə ifadəsi baxımından mübahisələndirilir. İddia ərizəsində iddianın əsası kimi cavabdeh tərəfindən təzyiqlər olunmasına və aldadıldığına istinad olunduğuna görə məhkəmə kolleg iyası hesab etmişdir ki, iddianın əsaslı olub-olmaması Mülki Məcəllənin 339-cu maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin normanın tələbinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, alda dıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) və cavabdehin qardaşı tərəfindən aldadılma ərizədə bu cür əsaslandırılır ki, “... son zamanlar cavabdeh mütəmadi olaraq mənə müxtəlif psixoloji təzyiqlər göstərərək həmin torpaq sahəsinin satılmasına razılıq verməyimi tələb edirdi, razılıq vermədiyim halda mənə və valideynlərimə müxtəlif problemlər yaradacağını bildirirdi.” Əgər iddiaçı əqdin psixlolji təzyiq nəticəsində bağlandığını bildirərək bunu cavabdehin ona və valideynlərinə müxtəlif problemlər yaradacağı ilə əsaslandırırsa, bu xüsusatları əsaslandırmalıdır. Lakin iddia ərizəsində hədənin nədə ifadə olunması, ona və valideynlərinə cavabdehin hansı problemlər yaradacağı imkanının olması, hədənin real olması və digər hallara istinad olunmamışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bir tərəfdən iddiaçı əqdi hədə–qorxu nəticəsində bağlanıldığını, digər tərəfdən isə cavabdeh tərəfindən ona əmlakın satışından əldə olunan pulun yarısının veriləcəyini dediyinə görə əqdi bağladığını, yəni, aldadıldığını bildirmişdir. 2-ci əsas – cavabdeh tərəfindən ona əmlakın satışından əldə olunan pulun yarısının veriləcəyini dediyinə görə əqdi bağlamasına istinad olunması artıq 1-ci əsası – əqdin təzyiq nəticəsində bağlanılmasını təkzib etmişdir.
20. Məhkəmə kollegiyası həmçinin, qeyd etmişdir ki, evin satışından pulun ona verilməməsi müqavilənin etibarsızlığı üçün əsas ola bilməz, çünki, əmlakın satılmasında iddiaçının iradə ifadə si mövcud olmuşdur, bu halda iddiaçının əmlakın satışından əldə olunmuş pul vəsaitinin müəyyən hissəsinin ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır.
21. Məhkəmə kollegiyası göstərilən halları qiymətləndirərək qeyd etmişdir ki, iddiaçının davranışları onun könüllü iradə əsasında, yəni, aldatma və hədə-qorxu olmadan ərizəni imzalamışdır və buna görə də müqavilənin etibarsızlığı üçün hər hansı bir əsas mövcud deyildir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6, 324.1, 337.1, 337.4, 339.2, 339.3, 339.4-cü maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.1, 33.4-cü maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması q aydaları haqqında” Təlimatın 42-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlil ləri
23. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3693/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda torpaq sahəsində İddiaçı da payı vardır. Həmin əmlakın rejimi ər-arvadın birgə mülkiyyətinin qanuni rejimi hesab olunur. İddiaçı cavabdeh X2 yalan vədləri, habelə psixoloji təzyiqləri nəticəsində xx.xx.2023-cü ildə notariat kontoruna gedərək torpaq sahəsinin alqı-satqısına razılıq vermişdir. Əslində isə iddiaçının birgə nikahda əldə edilmiş torpaq sahəsini satmaq niyyəti olmamışdır, həmin müqavilənin bağlanması üçün onun verdiyi razı lıq iddiaçının iradə ifadəsini əks etdirmir və iradə ifadəsinə ziddir. Cavabdeh1 həm iddiaçıya yalan vədlər verərək həm də təzyiq göstərərək (həm bildirirdi ki, torpağı satıb ailənin yaşaması üçün başqa yerdə daha yaxşı bir ev alacaqdır, həm bildirirdi ki, torpaq və üzərindəki evin satışından əldə edilən pulun 50%-ni iddiaçıya verəcəkdir ki, əvəzində ev alınsın, həm də iddiaçı evin satılmasına razılıq vermədiyi təqdirdə iddiaçıya və valideynlərinə müxtəlif problemlər yaradacaqdır) iddiaçını əmlakın satılmasına razılıq verməyə vadar etmişdir, məhz bu səbəbdən iddiaçı alqı-satqı müqaviləsi bağlandıqdan sonrakı bir neçə gün ərzində həmin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı mediasiya sessiyasına başlamışdır. Qeyd edilən hal onu təsdiq etmişdir ki, iddiaçı torpağı (və onun üzərində inşa edilmiş yaşayış evini – onun və azyaşlı uşaqlarının yaşaması üçün yeganə yaşayış yerinin) satılması niyyəti olmamışdır və o, yalnız yalan vədlərə inanaraq, eyni zamanda təzyiq altında alqı-satqı müqaviləsinin bağlanmasına razılığını bildirmişdir. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası maddi və prosessual hüquq normalarını pozaraq nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir.
25. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Az ərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 32.3, 33.1, 33.2, 33.3, 33.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı etirazlar daxil olmuşdur.
27. Cavabdeh1 etirazını onunla əsaslandırmışdır ki, İddiaçı guya aldatma və hədə qorxu nəticəsində birgə nikah dövründə əldə olunmuş və qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin satılmasına razılıq verməsi tam olaraq yalandır. Çünki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsini əvvəllər t anımadığı və heç bir qohumluq əlaqələrinin olmadığı Cavabdeh2 notarial qaydada təsdiq edilmiş yazılı alqı-satqı müqaviləsi vasitəsi ilə əvvəlcədən razılaşdırılmış qiymətə 20000 manata satmışdır. Hazırki iddia ərizəsi üzrə İddiaçı ilə rəsmi nikahda olduğuna görə alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi və notarial qaydada təsdiq edilməsi üçün İddiaçı xx.xx.2023-cü il tarixdə onunla bərabər alqı-satqının həyata keçirildiyi 4 saylı "Asan xidmət" Mərkəzinə gələrək notariusun iştirakı ilə torpaq sahəsinin satılmasına etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra alqı-satqı baş tutmuş və 4 saylı "Asan xidmət" Mərkəzində fəaliyyət göstərən özəl notarius Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmişdir. Torpağın satılması və bunun rəsmiləşdirilməsi hər iki tərəfin razılığına əs asən həyata keçirilmiş və hər hansı təzyiq və aldatma halı olmamışdır. Bu səbəbdən cavabdeh hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3693/2024 nömrəli qətnaməsi tam olaraq əsaslı və ədalətli olmaqla qüvvədə olan qanunvericilik aktlarının tələblərinə cavab vermişdir və İddiaçı qətnamədən verdiyi kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
28. Cavabdeh2 etirazını onunla əsaslandırmışdır ki, işdə iddiaçı ona psixoloji təsir və təzyiq olunduğunu bildirsə də, buna dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı ona psixoloji təsir olunduğunu yalnız sözlə bildirmişdir ki, cavabdeh isə həm sözlə, həm iddiaçının notariusda çəkilmiş şəkli, həm də onun tərəfindən notariusda verilmiş rəsmi yazılı razılığı ilə bunun t amam əksini bildirir. İddiaçı daşınmaz əmlak satılan zaman əmlakın satılmasına razı olmuşdur və heç bir narazılığı olmamamışdır. İddiaçının sonradan fikrini dəyişməsi və hazırkı iddia ilə məhkəməyə müraciət etməsi hüquqdan suiistifadədir. Belə ki, iddiaçı daşınmaz əmlak satılarkən həmin satılmaya öz qanuni razılığını bildirsə də, sonradan bu haqda fikrini dəyişmiş və əqdin etibarsız sayılması üçün heç bir əsas olmadığına baxmayaraq bu tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsassızdır və təmin olunmaması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlan mış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu c ür əqd bağlandığı andan etibarsızdır.
33. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
34. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs ald atmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
35. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxı n qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
36. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
37. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiy indən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əqdin aldatma nəticəsində bağlandığını iddia ed ən tərəf aldatma əməlini sübut etməyə borcludur.
47. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün razılıq ərizəsini aldatma və ya təzyiq nəticəsində verdiyini və müqavilələrin etibarsız olmasını sübuta yetirə bilməmişdir.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd edir ki, aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susma qla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: • Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; • Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; • Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanl ışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).
51. Göründüyü kimi, iddiaçı aldadılması əsası ilə bağlanmasına notarial qaydada razılıq verdiyi əqdi o zaman mübahisələndirə bilərdi ki, aldadan və aldadıcı hərəkətlərə yol verən müqavilənin digər tərəfi olsun. Hazırkı halda müqavilənin qarşı tərəfinin iddiaçıya münasibətdə aldadıcı hərəkətlərə yol verildiyi iddia edilmir. İddiaçının ərinin alqı-satqı nəticəsində əldə etdiyi vəsaitin bir hissəsini alqı-satqıdan sonra iddiaçıya verməməsi və bununla da müqavilə bağlananadək iddiaçıya verdiyi vədinə əməl etməməsi əqdin etibarsız h esab edilməsi üçün əsas ola bilməz.
52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Prosessual qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3693/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.