Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1730/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehin vəkili Vəkil1, üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və qadağan edilməsi tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” Kompani MMC və üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim F.Məmmədov) İddiaçı Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və qadağan edilməsi tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilinə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 25.01.2008-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, İddiaçı ünvan 2 ünvanda 3 saylı yaşayış binasının 16-cı mərt əbəsində yerləşən 3 otaqlı 96 saylı mənzilindən istifadəsinə, mənzilin təmirinə Cavabdeh1 MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh1 MMC-nin üzərinə qoyulmuş və həmin mənzildən istifadəyə, mənzilin təmirinə maneələr yaratmaq Cavabdeh1 MMC-yə qadağan edilmiş,, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi rədd edilmiş, Cavabdeh1 MMC-dən 141.840 (bir yüz qırx bir min səkkiz yüz qırx) manat pulun alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) Xətai Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh "Cavabdeh1" MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi ekspert rəylərinə əsaslanmaqla birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Halbuki ekspert rəylərində qətnamənin qüvvədə saxlanması üçün əsaslar olmamış, həmin rəylərdə müstəqil tələbi irəli sürən çüncü şəxs Vəkil2 ilə bağlanmış müqavilənin saxta olmasına dair hər hansı qeydə də yer verilməmişdir. "Cavabdeh1" MMC ilə X arasında 25 yanvar 2008-ci ildə müqavilə bağlanmış, X mənzilin dəyərini tam ödəyərək Bakı şəhəri, Xətai rayonu, F. Bayramov küçəsi, 1156-cı məhəllə, 3 saylı yaşayış binasının 96 nömrəli mənzilini əldə etmişdir. Əksinə, İddiaçı tərəfindən "Cavabdeh1" MMC-yə hər hans ı məbləğdə pul ödənilməmişdir. "Cavabdeh1" MMC mübahisəli mənzilin mülkiyyətçisi kimi Xnı tanıyır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, İddiaçı iddiasının rədd olunması, müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil2 iddiasının təmin olunması haqqında yeni qərarın qəbulunu xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəmə ekspert rəyinə əsaslanaraq X və "Cavabdeh1" MMC arasında imzalanmış 25 yanvar 2008-ci il tarixli müqavilənin vərəqlərinin fərqli printerlərdə çap olunmasını qeyd etmiş, bu səbəbdən də həmin müqavilənin saxta olması nəticəsi nə gəlmişdir. Halbuki ekspert rəyində bu barədə hər hansı qeyd yoxdur. Digər tərfədən, qanunvericilikdə müqavilənin vərəqlərinin hansı növ printerdə çap olunmasına dair hər hansı göstəriş nəzərdə tutulmamışdır. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçı X2un mübahisəli mənzilə dair çıxarışına istinad etməkdə də haqlı olmamışdır. Çünki X müqavilə əsasında mənzilin dəyərini tam ödəyərək mülkiyyət hüququ əldə etmişdir, X2un qanunsuz olaraq çıxarış alması Xnın hüquqlarının pozulmasına səbəb ola bilməz. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, cavabdeh İddiaçı və "Cavabdeh1" MMC arasında bağlanmış 12 avqust 2011-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması haqqında yeni qərarın qəbulunu xahiş etmişdir. Hüqu qi məsələlər: İddiaçı cavabdeh "Cavabdeh1" MMC-yə qarşı mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, F. Bayramov küçəsi, 1156-cı məhəllə, 3 saylı yaşayış binasının 96 nömrəli mənzilindən iddiaçının istifadəsinə, o cümlədən mənzilin təmirinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və bu cür maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, F. Bayramov küçəsi, 1156-cı məhəllə, 3 saylı yaşayış binasının 96 nömrəli mənzilindən iddiaçının istifadəsinə, o cümlədən mənzi lin təmirinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və bu cür maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi, həmin mənzilə dair X və "Cavabdeh1" MMC arasında imzalanmış 25 yanvar 2008-ci il tarixli müqavilənin etibarsız hesab olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdehlər İddiaçı və "Cavabdeh1" MMC-yə qarşı əqdin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 və "Cavabdeh1" MMC arasında bağlanmış 12 avqust 2011-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qa ydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, Bakı şəhəri, Xətai rayonu, F. Bayramov küçəsi, 1156-cı məhəllə, 3 saylı yaşayış binasının 96 nömrəli mənzilə dair X2 və X ilə "Cavabdeh1" MMC arasında iki ayrı-ayrı müqavilə bağlanmışdır. Belə ki, "Cavabdeh1" MMC ilə N. Əiyeva arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən sonuncu mübahisəli mənzili 141.840 manat müqabilində əldə etmiş, həmin məbləği tam ödəmişdir. "Cavabdeh1" MMC ilə X2 arasında bağlanmış 12 avqust 2011-ci il tarixli müqaviləyə əsasə n sonuncu mübahisəli mənzili əldə etmişdir. Həmin müqavilənin preambulasından aydın olur ki, mübahisəli mənzil X2 ilə "Cavabdeh1" MMC arasında bağlanmış 26 may 2010-cu il tarixli müqavilə əsasında X1ya məxsus olmuş, buna görə də X2la müqavilə bağlanarkən X1nın razılıq ərizəsi alınmışdır. İddiaçı X2un mübahisəli mənzil üzərində mülkiyyət hüququ 12 yanvar 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış, ona RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İşdə olan 17 may 2018-ci il tarixli ekspert rəyi ilə təsdiq edilmişdir ki, X və "Cavabdeh1" MMC arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqavilənin birinci və ikinci vərəqlərində olan çap mətnləri fərqli üsullarla icra olunmuşdur; müqavilənin birinci vərəqindək i mətn axınlı printerdə, ikinci vərəqindəki mətn lazer printeri vasitəsilə çap edilmişdir. İşdə olan 22 may 2008-ci il tarixli 8501/8884 saylı ekspert rəyi ilə təsdiq edilmişdir ki, həm X ilə "Cavabdeh1" MMC arasında bağlanmış müqavilədə, həm də X2la "Cavabdeh1" MMC arasında bağlanmış müqavilədə satıcı qismində "Cavabdeh1" MMC-nin direktoru olmuş X3 tərəfindən edilmiş imzalar məhz X3a məxsusdur. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 tərəfindən Xnın heç bir hüququ pozulmamışdır. X mübahisəli mənzilə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilməmiş, 25 yanvar 2008-ci il tarixli müqavilə formal və əhəmiyyətsiz olmaqla qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmamışdır. Eyni zamanda, 25 yanvar 2008-ci il tarixli müqavilənin birinci və i kinci vərəqlərindəki çap mətnləri fərqli üsullarla icra edilmiş, habelə müqavilənin birinci vərəqi "Cavabdeh1" MMC və X tərəfindən təsdiq edilməmişdir. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsini gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Çünki, apellyasiya instansiyası məhkəməsinin, Xnın mübahisəli mənzilə dair heç bir hüquq müəyyənedici sənəd təqdim edə bilməməsi, Xın tərəf olduğu müqavilənin dövlət qeydiyyatına alınmamasına dair ifadə etdiyi mövqe əsaslı sayıla bilməz. Belə ki, iş materiallarında mübahisəli mənzilin yerləşdiyi binanın dövlət komissiyası tərəfindən qəbuluna dair hər hansı sənəd mövcud deyildir. Eyni zamanda, nəzərə alınmalıdır ki, X2 14 sentyabr 2017-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun mübahisəli mənzil üzərində mülkiyyət hüququ isə 12 yanvar 2 018-ci ildə, yəni mübahisəyə baxılan müddətdə qeydə alınmışdır. İşdə X2un hüququnun qeydə alınmasının əsasına dair hər hansı sübut olmasa da, X2un mülkiyyət hüququnun qeydə alınmasının əsası məhz 12 avqust 2011-ci il tarixli müqavilə olmuşdur. Həmin müqavilə ilə X və "Cavabdeh1" MMC arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqavilə arasında forma baxımından hər hansı fərq yoxdur, yəni hər iki müqavilə sadə yazılı formada bağlanmış, daşınmaz əmlak dövlət qeydiyyatına alınmadığı üçün notarial qaydada təsdiqlənməmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi X2un tərəf olduğu müqaviləni hüquq müəyyənedici sənəd kimi qəbul etmiş, Xnın tərəf olduğu müqaviləni isə qəbul etməmişdir. Halbuki apellyasiya məhkəməsinin həmin dəlili hər iki müqaviləyə münasibətdə də eyni olmalıdır və məhkəmə bu dəlili hansı səbəbdən yalnız Xnın tərəf olduğu müqaviləyə münasibətdə tətbiq etdiyini əsaslandıra bilməmişdir. Halbuki MPM-in 8.1-ci maddəsinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. MPM-in 9.1-ci maddəsinə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 9.3-cü maddəsinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan başqa, işə baxan məhkəmələr X2dan əvvəl mübahisəli mənzilin X1 adlı şəxsə məxsus olması halına da hüquqi qiymət verməmişlər. Halbuki X2un tərəf olduğu 12 avuqst 2011-ci il tarixli müqavilədə mənzilin əvvəlki mülkiyyətçisinin məhz X1 olmasına dair qeyd vardır. Bu baxımdan işə apellyasiya qaydasında təkrar baxılarkən məhz bu hala da hüquqi qiymət verilməlidir. Çünki Xnın əsas dəlili ondan ibarətdir ki, mübahisəli mənzili ilk o, əldə etmişdir. Bu mənada, işin ədalətli həlli üçün mübahisəli mənzilin R.Məmmədova tərəfindən alqı-satqısının tarixinin müəyyənləşdirilməsinə ehtiyac vardır. Bundan əlavə, apellyasiya məhkəməsi X və "Cavabdeh1" MMC arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqavilənin formal və əhəmiyyətsiz olduğunu qeyd etsə də, "formal və əhəmiyyətsizlik" dedikdə nəyi nəzərdə tutduğunu əsasla ndırmamışdır. Belə ki, apellyasiya məhkəməsi "formal və əhəmiyyətsizlik" dedikdə, forma şərtinə əməl edilməməsini nəzərdə tutmşdursa, bu dəlil yuxarıda da qeyd edildiyi kimi əsaslı deyildir. Çünki X2un da tərəf olduğu əqd notarial deyil, sadə yazılı formada bağlanmışdır. Digər tərəfdən, apellyasiya məhkəməsi həmin ifadə ilə, Xnın tərəf olduğu əqdin saxtalığını nəzərdə tutmuşdursa, bu dəlil də əsaslı deylidir. Ona görə ki, işdə bu barədə hər hansı sübut yoxdur. İkincisi, müqavilənin saxtalığı onun etibarsızlığına deyil, mövcud olmadığına (bağlanmadığına) dəlalət edir, başqa sözlə, bu halda, ortada hər hansı əqd olmadığından onun etibarsızlığından söhbət gedə bilməz. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi yalnız bağlanmış əqdin etibarsız hesab edilə biləcəyini nəzərdə tutur. Həmin maddəyə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hazırkı işdə isə apellyasiya məhkəməsi 25 yanvar 2008-ci il tarixli müqavilənin etibarsız hesab olunması haqqında birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla həmin müqavilənin saxtalığı ehtimalını istisna etmişdir. Apellyasiya məhkəməsinin, 25 yavar 2008-ci il tarixli müqavilənin birinci və ikinci vərəqlərinin fərqli üsullarla çap edilməsi, habelə müqavilənin birinci səhifəsinin "Cavabdeh1" MMC və X tərəfindən imzalanmaması barədə mövqeyi də əsaslı deyildir. Belə ki, əvvəla, qüvvədə olan qanunvericilikdə müqavilənin hər səhifəsinin imzalanmalı olmasına dair hər hansı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-c i maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkincisi, belə bir tələbin olması ehtimalında, bu tələbin əqdin tərəflərinin hüquqlarının qornması məqsədi daşıdığı aşkardır. Başqa sözlə, belə bir tələb müqavilənin mətnində müqavilə tərəfinin iradəsi əleyhinə hər hansı dəyişikliyin edilməsinin qarşısını almağa xidmət edərdi. 25 yanvar 2008-ci il tarixli müqavilənin "Cavabdeh1" MMC və X arasında bağlandığını nəzərə alsaq, belə bir qorumadan məhz bu iki tərəfin faydalana biləcəyini demək mümkündür. Hazırki işdə isə "Cavabdeh1" MMC və X arasında 25 yanvar 2008-ci il tarixli müqavilənin onlarda olan nüsxələrinin fərqli olması, müqaviləyə hər ha nsı birtərəfli dəyişikliklərin daxil edilməsi ilə bağlı bir mübahisə yoxdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə addi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” Kompani MMC-nin və üçüncü şəxs Cavabdeh2 kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qayt
Məhkəmə qərarları › İş №2(102)-1730/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1730/2019
15.03.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver