Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1731/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş yaşayış evinin və daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi” tələbinə dair ilkin və iddiaçı xxx qızının cavabdeh İddiaçı Ağsu X4 İdarəsinə qarşı “qaz kəmərinin yerinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət, mülkiyyətin müdafiəsi, özbaşına tikili, qaz kəmərinin mühafizə zonasında tikililərin inşası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 və vəkili xxxnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(107)1861/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Ağsu Bələdiyyəsinin 28 aprel 2005-ci il tarixli, 06 saylı protokolu ilə xxxna fərdi yaşayış evi tikmək üçün şəhərin ünvan 1 nin şərq tərəfindən 0,08 ha həyətyanı torpaq sahəsi satılmışdır. Ağsu rayon İcra Hakimiyyəti Başçısının 17 sentyabr 2012-ci il tarixli, 263 saylı sərəncamı ilə Ağsu şə hər sakini xxxna Ağsu şəhərinin ünvan 1nin şərq tərəfində özünə məxsus olan həyətyanı sahəsində layihə əsasında 1 mərtəbəli, mansardalı fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. İddiaçı Ağsu RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 22 may 2019-cu il tarixli akta əsasən PE-250 mm-lik, orta təzyiqli yeraltı polietilen qaz kəməri xxxnın ünvan 1ndə yerləşən həyətyanı sahəsindən keçir. Ağsu RQİİ-nin rəisi tərəfindən xxxna ünvanlanan 21 iyun 2019-cu il tarixli məktubla, diametri 250 mm-lik, orta təzyiqli qaz xəttinin mühafizə zonasında bir mərtəbəli fərdi yaşayış evi və daş hasar inşa edildiyindən həmin tikilinin 10 gün müddətində sökülərək qaz xəttinin mühafizə zonasından çıxarılmasının təmin edilməsi bildirilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 08 aprel 2020-ci il tarixli rəyinə əsasən tədqiq olunan ünvanda İddiaçı balansında olan 250 mm-lik, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin çəkildiyini nəzərə aldıqda, ünvan 2 yerləşən xxxna məxsus fərdi yaşayış evinin həmin qaz kəmərinin mühafizə zonasından kənarda yerləşdiyi, həyətyanı sahənin sağ tərəfindəki sərhəd hasarının və həyətyanı sahədə olan çardaq tikilisinin (8,5 x 4,5 metr) isə 250 mm-lik, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Ağsu rayon Bələdiyyəsinin 28 aprel 2005-ci il tarixli protokolundan çıxarışa əsasən xxxna fərdi yaşayış evi tikmək üçün 0,08 ha torpaq sahəsi satıldığı, Ağsu rayon İcra Hakimiyyəti Başçısının 17 sentyabr 2012-ci il tarixli, 263 saylı sərənc amına əsasən həmin torpaq sahəsində layihə-smeta sənədlərinə uyğun yaşayış evi inşa edilməsinə icazə verildiyi, tədqiq olunan yaşayış evinin iş materiallarında olan memarlıq planlaşdırma layihəsinə uyğun olduğu nəzərə alınaraq, İddiaçı İB-nin balansında və istismarında olan, ünvan 1ndən keçən 250 mm-lik, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin (hasar və çardaq tikilisinin) tikinti norma və qaydalarına uyğun inşa edildiyi müəyyən olunur. İddiaçı İB-nin balansında və istismarında olan, ünvan 1ndən keçən 250 mm-lik, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin faktiki vəziyyətində xxxna məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində sağ tərəfdəki sərhəd hasarı istiqamətində və hasardan 1,8 metr aralı məsafədə çəkildiyi müəyyən edi lmişdir. Mülki işin materiallarında olan, İddiaçı İB-nin balansında və istismarında olan, ünvan 1ndən keçən 250 mm-lik, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin çəkilməsinə dair tərtib edilmiş layihə sənədi ilə tədqiq olunan qaz xəttinin faktiki çəkildiyi sahə müqayisə edilərkən, həmin qaz kəmərinin çəkilməsinin layihəyə uyğun olmadığı və layihədə göstərilən sahədən 29 metr aralı (tədqiq olunan yaşayış evinə doğru) çəkildiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh xxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1ndən keçən, İddiaçı balansında və istismarında olan, diametri 250 mm-lik, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin mühafizə zonasında inşa olunmuş birmərtəbə li yaşayış evinin və daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxx tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq ünvan 1ndən keçən İddiaçı balansında və istismarında olan, diametri 250 mm-lık, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin mühafizə zonasında birmərtəbəli yaşayış evi və daş hasar inşa olunmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. İddiaçı xxxqızı cavabdeh İddiaçı Ağs u X4 İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu şəhərinin şərq hissəsində yeni çəkilərək 250 mm diametrli, yeraltı, orta təzyiqli polietilen qaz kəmərinin həmin tələb üzrə iddiaçıya məxsus ünvan 1ndə yerləşən həyətyanı torpaq sahəsindən öz vəsaiti hesabına çıxarılaraq aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 1nin şərq tərəfində 0,08 ha həyətyanı sahəsi 2005-ci ildə Ağsu Bələdiyyəsi tərəfindən verilmişdir. Lakin bir müddət həmin həyətyanı sahə çəpərlənməmiş qalmışdır. Ağsu rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin Ağsu şəhərinin Baş planına əsasən 2012-ci ildə həmin ərazidə keçən metal qaz borusu sökülmüş və özbaşına heç bir razılaşma olmadan küçə ilə deyil, vətəndaşlara mə xsus pay torpağından və ona məxsus həyətyanı torpaq sahəsindən köçürülərək üstü örtülmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı yaşayış evinin bünövrəsini 2011ci ildə qoymuş, bir müddət tikinti aparmamış, yaşayış evinin tikintisinə yenidən başlayan zaman aydın olmuşdur ki, ona məxsus olan həyətyanı torpaq sahəsindən qanunsuz qaz xətti çəkilmiş və heç bir razılıq alınmamışdır. Ağsu Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(016)-33/2020 nömrəli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, xxxna məxsus həyətyanı torpaq sahəsinə doğru çəkilmiş ünvan 2n keçən 250 mm diametrli, yeraltı, orta təzyiqli polietilen qaz kəmərinin İddiaçı vəsaiti hesabına sökülərək təsdiq edilmiş layihəyə uyğun bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məh kəməsi müəyyən etmişdir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən inşa edilən tikililər özbaşına tikili deyil və bu səbəbdən ilkin iddia rədd edilməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, ünvan 2 yerləşən xxxna məxsus fərdi yaşayış evinin həmin qaz kəmərinin mühafizə zonasından kənarda yerləşdiyi, həyətyanı sahənin sağ tərəfindəki sərhəd hasarının və həyətyanı sahədə olan çardaq tikilisinin (8,5 x 4,5 metr) isə 250 mm-lik, orta təzyiqli yeraltı polietilen qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən edilsə də, həmin qaz kəmərinin çəkilməsinə dair tərtib edilmiş layihə sənədi ilə tədqiq olunan qaz xəttinin faktiki çəkildiyi sahə müqayisə edilərkən, həmin qaz kəmərinin çəkilməsinin layihəyə uyğun olmadığı və layihədə göstərilən sahədən 29 metr aralı (tədqiq olu nan yaşayış evinə doğru) çəkildiyi də müəyyən edilmişdir. Odur ki, qarşılıqlı iddia təmin olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İB apellyasiya şikayəti verərək, Ağsu Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(016)-33/2020 nömrəli qətnaməsinin ləğv olunması və ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(107)-1861/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(016)-33/2020 nömrə li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Apelyator “xxxx” MMC-nin iş cəlb edilməsini, iş üzrə təkrar ekspertizanın təyin edilməli olduğunu bildirsə də, buna zərurətin olduğunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İB və vəkili Vəkil kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(107)-1861/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin ol unması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, işin faktiki və həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, səhv nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddia iddiaya cavab verməli İddiaçı İB-nin Ağsu RQİİ-yə olmayan şəxsə qarşı verilmiş, məhkəmə qarşılıqlı iddia tələbinin həcmindən kənara çıxmaqla qətnaməni qəbul etmiş, mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi küçənin adının iş materiallarında olan sənədlərdə müxtəlif olmasını araşdırmamış, tikililərin üzərinə cavabdehin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) xxx kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin dəlillərinin əsassız olmasını qeyd etmiş və təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 və vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələ ndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respubli kası Mülki Məcəlləsinin: 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoyma ğı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin sax lanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına orada n kənar edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətlənd irilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, ilkin iddia ərizəsindən görünür ki, tələbin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci və Torpaq Məcəlləsinin 111-ci, habelə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə istinad edilmişdir. Lakin işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, mübahisələndirilən torpaq sahəsi xxxna qanuni istifadəsindədir, yəni həmin torpaq sahəsi Ağsu bələdiyyəsi tərəfindən ona satılmış, eyni zamanda üzərində inşa edilmiş tikililərə müvafiq icra hakimiyyətinin icazə verilmişdir. Digər tərəfdən iddiaçının balansında olan qaz kəmərinin layihə üzr ə deyil, cavabdehin inşa etdiyi tikiliyə 29 metr doğru çəkilməsi iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizası ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, ilkin iddia tələbi rədd olunmalı, qarşılıqlı tələb isə təmin olunmalıdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı ilk olaraq qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində istinad etmədiyi dəlilləri kassasiya şikayətində göstərmişdir ki, bununla mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Digər tərəfdən qeyd olunmalıdır ki, qarşılıqlı iddiada cavabdeh qismində İddiaçı İBnin Ağsu X4 İdarəsi qeyd olunsa da, iş materiallarına görə hər iki məhkəmə instansiyalarında faktiki İB-nin nümayəndəsi iştirak etmiş, apellyasiya və kassasiya şikayətləri həmin Birliyin adından verilmişdir. Odur ki, qarşılıqlı iddiada formal olaraq cavabdeh qismində Birliyin İdarəsi göstərilməklə, cavabdehin prosessual hüquqları pozulmadığından həmin dəlil apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin mübahisələndirilən tikililərin yerləşdiyi küçənin adında qeyrimüəyyənliyinin olmasına dair kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ekspert rəyinin məzmunundan müəyyən olunur ki, tədqiq olunan yaşayış evinə və qaz kəmərinin çəkildiyi sahəyə tərəflərin iştirakı ilə baxış keçirilmiş, ölçü işləri aparılmışdır. Lakin iddiaçının nümayəndəsi nə ekspert tədqiqatı zamanı, nə də ki, sonradan baxış keçirilmiş torpaq sahəsinin cavabdehin qanuni sahibliyində olan torpaq sahəsi ilə fərqli olması məsələsini qaldırmamış, torpaqların eyniliyini mübahisələndirməmişdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etm işdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(107)-1861/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1731/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1731/2021
03.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver