Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1732/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin forma və məzmuna uyğunsuzluğu əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)-216/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunda qanunsuz inşa edilmiş hasar və tikililərin yolun məhdudlaşdırılması hissəsində sökülməsi, cavabdehin evinə və həyətyanı sahəsinə əks tərəfdən darvazanın bağlanmaqla torpaq sahəsinə qanunla müəyyən edilmiş norması hüdudlarında giriş-çıxış yolunun bərpa edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-710/2019 saylı, 10.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunda cavabdehlərə məxsus qanunsuz i nşa edilmiş hasar və tikililərin yolun (nəqliyyat vasitələrinin hərəkətinin) məhdudlaşdırıldığı hissədə sökülməsi və həmin torpaq sahəsinə giriş-çıxış yolunun bərpa edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmiş, məhkəmə xərcləri cavabdehlərə aid edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmişdir. Həmçinin cavabdehlər Cavabdeh2 və X1 qətnamədən birgə qaydada apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli 2(103)216/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti tam, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin olunmuş, qətnamən in mübahisələndirilən hissəsində-iddiaçının mülkiyyətinə gedən yolun məhdudlaşdırılması hissədə ləğv olunması, həmin hissədə yeni qətnamənin qəbul olunaraq iddia tələbinin həmin hissədə təmin olunması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmiş, ekspertiza xərci cavabdehlərə aid edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-710/2019 saylı, 10.07.2019-cu il tarixli qətnaməsinin və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)216/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarş ı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir. 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmir. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə görə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiya məhkəməsi tərəfindən qaytarılır. 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Maddə
409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələb lərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə görə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki iş üzrə kassasiya şikayətindən görünür ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməsinin nədən ibarət olması göstərilməyib. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (ş ikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır. Ona görə də, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd edilən tələbləri nəzərə alınmalıdır. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(103)-216/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qayt arılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.