Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1733/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Xankişiyeva qızına, birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 cavabdehlər “Sumqayıt Asan Xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X12 ibarət tərkibdə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı özbaşına tikil inin sökülməsi, torpaq sahəsindən çıxarılması tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 cavabdehlər “Sumqayıt Asan Xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinə qarşı çıxarışın ləğv edilməsi və şəhadətnamənin etibarsız sayılması tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1636/2022 nömrəli, 7 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə 15 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh3 İddiaçı əmisi arvadı, Aidə, Rəşad və Cavabdeh4lər isə əmisi övladlarıdır.
2. Tərəflərin verdiyi məlumata g örə iddiaçının babası X1 İsmayıl, Arif, Dilarə və Dünya adlı övladları olub. ünvan 1 ünvanında yerləşən, 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 109,9 kv metr olan fərdi yaşayış evi X1 mülkiyyətində olmuşdur.
3. X3 xx.xx.1997-ci il tarixdə, X4 xx.xx.2013-cü il tarixdə vəfat edib. 4. xx.xx.2019-cu il tarixli, 2V-1698 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1997-ci ildə ölmüş X1 vərəsəsi X8, xx.xx.2014-cü il tarixdə ölmüş Xankişiyev Akif Əlikişi oğlunun vərəsələri (arvadı - X5, uşaqları - X9, İddiaçı) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və 0,06 ha torpaq sahəsindən hər birinə 1/4 hissədə miras payı almışdır.
5. X5, X8 və X9, xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onla ra düşən miras payını xx.xx.2019-cu il tarixli miras payın bağışlanması müqaviləsi ilə İddiaçı bağışlamışlar. Bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 109,9 kv metr olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ İddiaçı adına xx.xx.2019cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, X14 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanda yerləşən 0,06 ha torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış özbaşına tikili lərin sökülməsi, cavabdehlərin və onların ailə üzvlərinin həmin torpaq sahəsindən və onun üzərində yerləşən 109,4 kv metr sahəsi olan fərdi yaşayış evinin 22 noyabr 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 nömrə ilə qeyd edilmiş (sahəsi 18,9 kv metr olan) “yaşayış otağı” və 6 nömrə ilə qeyd edilmiş (sahəsi 24,9 kv metr olan) “bağlı eyvan”dan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçılar Cavabdeh4 və Cavabdeh1 isə cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 22 noyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilm əsi, həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-504/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair 2(060)-637/2021 saylı mülki iş və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxar ılması tələbinə» dair 2(060)504/2021 saylı mülki iş bir icraatda birləşdirilmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 109,4 kv metr sahəsi olan fərdi yaşayış evi (bunda sonra – mübahisəli əmlak) xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən **********568-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin daşınmaz əmlak 22 noyabr 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X1 vərəsəsi olan 03 iyul 2014-cü il tarixdə ölmüş oğlu Xankişiyev Akif Əlikişi oğlunun vərəsəsi kimi onun adına rəsmiləşdirilmişdir. Əmisi arvadı Cavabdeh3 Əlibaba qızı, əmisinin övladları Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 baba yurdu adı ilə gəlib i ddia edirlər ki, müvafiq daşınmaz əmlak onların da yurdu sayılır, həmin yurddan onlara da pay verilməldir. Halbuki onlar mirası qəbul etməmiş və vərəsələr kimi qeydiyyata alınmamışlar (müvafiq daşınmaz əmlakla bağlı heç bir hüquqları yoxdur). Bu məqsədlə də cavabdeh ona məxsus torpaq sahəsini və onun üzərində yerləşən 109,4 kvadratmetr sahədən ibarət olan fərdi yaşayış evinin 22 noyabr 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 (sahəsi 18,9 kvadrat metr olan) nömrə ilə qeyd edilmiş “yaşayış otağını” və 6 (sahəsi 24,9 kvadrat metr olan) nömrə ilə qeyd edilmiş “bağlı eyvanı” özbaşına zəbt edərək, torpaq sahəsində qanunsuz tikintilər inşa etdiyindən o, öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur.
10. Cavabdeh1 və Cavabdeh4 iddia tələbini onunla ə saslandırmışdır ki, Sumqayıt şəhəri, X14 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi 21 avqust 1959-cu il tarixli sənədlə babaları X1 mülkiyyətində olmuşdur. Bu hal Milli Arxiv idarəsinin 28 dekabr 2019-cu il tarixli, 655 saylı məktubu ilə təsdiaq olunur. Sonradan onlara məlum olmuşdur ki, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmişdir. Həmin əmlak İddiaçı tam mülkiyyətinə verilən zaman onların vərəsə kimi hüquqları nəzərə alınmamış, 22 noyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən babası X1 vərəsəsi kimi X6, X8, X9 və İddiaçı müəyyən edilmiş, onların vərəsəlik hüququ müəyyən edilməmiş və bütün bu proseslərdə n yeni xəbərləri olmuşdur.
11. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-504/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Azər İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə» dair iddiası rədd edilmiş, Cavabdeh4 və Cavabdeh1 cavabdehlər Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi və verilmiş şəhadətnamənin etibarsız sayılması tələbinə” dair iddia tələbi təmin edilmiş, Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisində 22 noyabr 2019-cu il tarixdə, 2V-1698 № ilə reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə et ibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-in Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********6810301 reyestr nömrəli çıxarış ləğv edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından göründüyü kimi miras əmlakdan İddiaçı ilə yanaşı, digər vərəsələr Cavabdeh4 və Cavabdeh1 da istifadə edir. İddiaçı iddia ərizəsində cavabdehlərin hətta miras əmlaka aid olan torpaq sahəsində tikililər inşa etdiklərini göstərmişdir. Belə olan halda mübahisəli miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəllənin 1300-cü maddəsinin tələblər i pozulmuşdur.
13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1145, 1146, 1151.1, 1133.1, 1159.1.1, 1243 və 1246-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, onun Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi, yaşayış və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin olunması və qarşı tərəfin verdiyi iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, 1991-ci ildən ünvan 1 ünvanda yaşamışdır. 1997-ci ildə atası X3 və 2006-cı ildə anası ölmüşdür. Həqiqətən qardaşları İsmayıl və Akif öz ailə üzvləri ilə birlikdə mübahisəli ünvanda yaşamış və hazırda Cavabdeh4 və digərləri qeyd olunan ünvanda tikmiş olduqları özlərinə məxsus yaşayış sahəsindən istifadə etməklə orada yaşayırlar.
16. Sumqayıt Apellyassiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2126/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(060)-504/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiaysı məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırılması ilə razılaşmış, eyni maddi və prosessual hüquq normalarına istinad etmişdir. c) Kassasiya instansiyası mə hkəməsindəki birinci icraat
18. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv olunması, onun iddiasının təmin olunması və qarşı tərəfin iddiasının rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin onun və Cavabdeh1 miras əmlaka hüquqlarının orada yaşamaları ilə əlaqələndirməsi kökündən səhvdir. Nəzərə alınmalıdır ki, cavabdehlərin mirası qəbul etməsi məsələsinə miras qoyan babası Xankişiyev Əlikişinin öldüyü vaxtdan sonrakı 6 ay müddət üçün hüquqi qiymət verilməli idi. Məhkəmədə bildirilmişdir ki, babası öldükdən uzun müddət sonra yaxın qohum olduqları üçün Cavabdeh4 və Cavabdeh1 mübahisələndirilən evə buraxmamışlar. Onların atal arı X4 babası Əlikişi öldükdən sonra miras əmlak olan evdə yaşamamışlar. Bundan başqa, Cavabdeh1 və Cavabdeh4 miras əmlakına pay hüquqlarının olubolmaması məsələsinə gəldikdə isə, miras açılan zaman yəni, 17 noyabr 1997-ci il tarixdə X4 miras açılan ünvanda yaşamamış və mirası qəbul etmək barədə müəyyən olunmuş 6 aylıq müddət ərzində nə mirası qəbul etməmiş, notariat kontoruna ərizə ilə müraciət etməmiş, nə də ki, miras əmlak üzərində sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamış, vəfat etdiyi tarixə qədər mirasın qəbulu ilə bağlı heç bir tədbir görməmişdir. Məhkəmələr onun iddiası ilə bağlı heç bir araşdırma aparmamış, cavabdehlər tərəfindən özbaşına tikilinin inşa edilib-edilməməsini yoxlamamışdır. Hətta cavabdehlərin vərəsə kimi tanınmaları onlara özbaşına tikili inşa etm ək hüququ vermir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2232/2022 nömrəli, 10 may 2022-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və Əhməd Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
21. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli evi və yerləşdiyi torpaq sahəsini miras qoyan Əlikişi Xankişiyev 1997-ci ildə vəfat etmişdir. Ona görə də Əlikişi Xankişiyevdən qalan mirasa olan hüquqlara aid mübahisəyə, həmin vaxtda qüvvədə olmuş, (Mülki Məcəllənin 11 sentyabr 1964-cü il tarixli Qanunla qəbul edilmiş və 28 dekabr 1999-cu il tarixli 779-İQ saylı Qanunla qüvvədən düşmüş) norm aları tətbiq edilməlidir. Lakin məhkəmələr iddianın həllinə miras açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin deyil, xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin normalarını tətbiq etmişdir. Bu hal MPM-nin 386-cı maddəsinə görə maddi hüquq normasının pozulmasıdır və həmin pozuntu MPM-nin 418.1 və 418.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139-1, 149, 152, 337, 1133, 1151, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2 və 8-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Sumqayıt Apellyassiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1636/2022 nömrəli, 7 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari ( sədrlik edən və məruzəçi), Şəmsəddin Abbasov və İlqar Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia tələbi qismən təmin edilmiş, Sumqayıt şəhəri, X14 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanda yerləşən 0,06 ha torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış özbaşına tikililər sökülməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin torpaq sahəsi və üzərində yerləşən 109,4 kv.m sahəsi olan fərdi yaşayış evinin 22 noyabr 2019cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 4 nömrə ilə qeyd edilmiş (sahəsi 18.9 kv.m olan) “yaşayış otağı” və 6 nömrə ilə qeyd edilmiş (sahəsi 24,9 kv.m olan) “b ağlı eyvan”dan çıxarılmaları, İddiaçı iddia tələbi cavabdehlərin ailə üzvlərinin çıxarılması hissəsində rədd edilməsi, iddiaçılar Cavabdeh4 və Cavabdeh1 cavabdehlər “Sumqayıt Asan Xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı çıxarışın ləğv edilməsi və şəhadətnamənin etibarsız sayılması tələbinin rədd edilməsi qət edilmişdir.
24. Apellyasiya məhkəməsi hesab etmişdir ki, miras əmlak iddiaçıların ataları İsmayıl Xankişiyev tərəfindən qəbul edilmədiyindən, babaları Əlikişi Xankişiyevdən miras qalan əmlaka iddiaçılar Ramin və Aidə Xankişiyevlərə keçəsi hüquq qalmamışdır. Belə olan halda iddiaçılar Ramin və Aidə Xankişiyevlərin hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüquqları mövcud deyil.
25. Məhkəm ə həmçinin qeyd etmişdir ki, iddiaçılar Cavabdeh4 və Cavabdeh1 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq kəsici müddəti ötürmüşlər. Belə ki, mübahisələndirilən şəhadətnamə 26 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmış, iddiaçılar isə həmin şəhadətnaməni 2 ay müddətində mübahisələndirməli olduqları halda, bu (kəsici) müddəti ötürməklə məhkəməyə müraciət etmişlər. İddiaçıların həmin şəhadətnamənin mövcudluğundan gec xəbər tutması barədə iddia ərizəsində göstərdikləri dəlilinə gəldikdə isə apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ərizəsində qeyd etdiyi bu halı müddətdən yayınmaq məqsədi daşıyır, Halbuki, iddiaçı mənzillə hüquq və mənafelərinin müdafiəsi üçün gələcəkdə yarana biləcək pozuntuların qarşısının alınma sına ağlabatan sayıqlıq, diqqət və sair göstərməli olduğu halda bunu etməmiş və həmin şəhadətnamənin qeydiyyata alınmasının hansı vaxtdan bəlli olmasını təsdiq edən tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə iddiaçıların ərizəsində göstərdikləri bu dəlilləri əsaslı hesab etməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi iddiaçılar Cavabdeh4 və Cavabdeh1 şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissəsində gəldikdə isə qeyd etmişdir ki, həmin çıxarışın verilməsinə səbəb olan şəhadətnamə etibarsız hesab edilmədiyindən, onun əsasında verilmiş çıxarışın ləğvi üçün əsaslar mövcud deyildir.
27. Məhkəmə qeyd etmişdir ki, id diaçı cavabdehlərin ailə üzvlərinin çıxarılmasını xahiş etsə də, həmin şəxslərin kimliyinin (ad, soyad və ata adlarını) konkret göstərməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı iddia tələbi iddia tələbinin cavabdehlərin ailə üzvlərinin çıxarılması hissəsində təmin edilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 140 və 1272-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh4 (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 o və Cavabdeh3 qarşı iddia tələbinin tamamilə rədd edilməsini və iddiaçılar Cavabdeh4 Cavabdeh1 cavabdehlər “Sumqayıt Asan Xidmət” mər kəzinin Notariat Ofisinə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı çıxarışın ləğv edilməsi və şəhadətnamənin etibarsız sayılması tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras əmlakından İddiaçı ilə yanaşı, digər vərəsələr Cavabdeh4 və Cavabdeh1 da istifadə edir. Həmin torpaq sahəsində sonunculara məxsus olan yaşayış sahəsi mövcuddur və həmin ünvandakı tikilidən istifadə etməklə orada yaşayırlar. İddiaçı da iddia ərizəsində cavabdehlərin hətta miras əmlaka aid olan torpaq sahəsində tiklililər inşa etdiklərini və orada yaşadıqlarını göstərmişdir. Belə olan halda mübahisəli miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qan unvericiliyin yuxarıda qeyd olunan tələbləri, o cümlədən Azərbaycan Respublikasının MM-nin 1300-cü maddəsinin tələbləri pozulmuşdur. X2 qanunları bilməməsi üzündən onun heç vaxt ağlına gəlməmişdi ki, atası Əlikişi Xankişiyevin vərəsəsi kimi tanınsın və ya vərəsə kimi tanınması üçün də qanunla müddətlər müəyyən edilmişdir.
31. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tələbinə uyğun olmadığından, eləcə də maddi hüququn təfsiri və tətbiqində səhvə yol verildiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-in 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. b)
32. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq A zərbaycan Respublikası Mülki Məcəlləsi:
33. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
34. Maddə 152.1. Mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. 35. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 36. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
37. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
38. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh4 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan iddiaçı Cavabdeh4 kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər həm birinci dəfə, həm də təkrar apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş, apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz apaşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. İddiaçı
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-cü il tarixli, 2(105)-1636/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.