Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1733/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı Şəhəri 7 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (X5, X7, XXvə Məmmədova (XXX mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1733/24 (Açar sözlər: vərəsəlik hüququndan irəli gələn mübahisələr; vərəsəlik şəhadətnaməsinin etibarsızlığı; vərəsələrin miras paylarının müəyyən edilməsi; mirasdan məcburi pay tələbi; mirasın bölüşdürülməsi ilə bağlı mübahisələr; mülki qanunvericiliyin zamana görə qüvvəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hak imlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı Şəhəri 7 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (X5, X7, xx və xxx mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-358/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 23 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X8 (bun dan sonra - miras qoyan)18 yanvar 1976-cı ildə vəfat etmiş, ondan xxx saylı fərdi yaşayış evi (bundan sonra – miras əmlak) miras qalmışdır.
2. Miras qoyan öldükdən sonra onun sağ vərəsələri arvadı - X24 və övladları İddiaçı (bundan sonra iddiaçı), xxı, xxı, X5, X10, X9, X7 olmuşdur. Vərəsələrdən ardıcıl olaraq oğlu X9 23 aprel 2003, arvadı X24 18 yanvar 2006, oğlu X10 isə 6 may 2018-ci il tarixdə ölmüşdür.
3. İddiaçı əvvəllər qardaşı X2 qarşı miras əmlaka köçürülmə barədə iddia qaldırmış, Xəzər Rayon Məhkəməsinin 7 avqust 2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, 7 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş 5 mart 2003-cü il tarixli vəsiyyətnaməyə əsasən X11 ölçüsü 20 kv.m olan bir otağı və qarşısındakı açıq eyvanı iddiaçıya vəsiyyət e tmişdir.
4. Ölmüş vərəsələr xx və xy birinci dərəcəli vərəsələrinin müraciəti əsasında X3 qalan miras əmlaka dair vərəsəlik işi açılmış, bu əsasla miras əmlak 7 oktyabr 2021-ci il tarixdə əvvəlcə miras qoyanın adına xüsusi mülkiyyət kimi qeydə alınmış, xx.xx.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamə verilmiş, həmin şəhadətnaməyə əsasən xx vərəsəsi (övladı) xx 23.4.2003-cü il tarixdə ölməsi ilə əlaqədar birincinin gəlini, sonuncunun isə arvadı olan Cavabdeh2 miras əmlakdan 1/2 hissədə, xx vərəsəsi (övladı) xx 6.5.2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar birincinin gəlini, sonuncunun isə arvadı olan Cavabdeh3 miras əmlakdan 1/8 hissədə, xx və Cavabdeh3 övladları xx, xx və xxların hər biri miras əmlakdan 1/8 hissədə payı müəyyən edilmişdir. 5. “Miras payın bağışlanmas ı barədə” xx.xx.2021-ci il tarixli müqavilə əsasında xxxx miras əmlakdan özlərinə düşən hissələri anaları Cavabdeh3 bağışlamışlar.
6. İddiaçı miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etmiş, Bakı Şəhəri 7 saylı Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən iddiaçıya 29.8.2022-ci il tarixli, D/109 saylı məktubla cavab verilərək bildirilmişdir ki, 18.1.1976-cı il tarixdə ölmüş xx miras qalmış mübahisəli ünvana dair Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağırıldığı bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər) ona notarial qaydada qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməmişdir.
7. Hazırki mübahisəyə birinci instansiya məhkəməsində baxılan zaman – 19 may 2023-cü il tarixdə miras qoyanın digər vərəsəsi X5 ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka dair cavabdehlərin adına xx.xx.2021-ci il tarixdə verilmiş və reyestrdə 2V-520 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” və xx.xx.2021-ci il tarixli “Miras payın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsi, miras əmlaka dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli “Çıxarışların” ləğv edilməsi, iddiaçının miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, bir neçə ay əvvəl mərhum atasından miras qalmış qeyd olunan yaşayış evinə dair vərəsəlik işinin açılması üçün cavabdeh 7 saylı Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və məsələnin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra, iddiaçı vəkillə müqavilə bağlamış və miras əmlaka dair vərə səlik işinin açılıb açılmaması barədə Notariat Ofisinə vəkil sorğusu verilmişdir. Daha sonra həmin qurumdan vərəsəlik işinin surəti ona təqdim edilmişdir. Vərəsəlik işi ilə tanış olan zaman iddiaçıya məlum olmuşdur ki, miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Elə həmin tarixdə xx, xx və xx “Miras payın bağışlanması müqaviləsinə” əsasən, miras paylarını anaları Cavabdeh3 bağışlamışlar. Bundan sonra miras əmlaka dair 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə isə Cavabdeh3 adına “reyestrdən çıxarış” verilmişdir. İddiaçı miras əmlak olan evdə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşamış və mirası faktiki olaraq qəbul etmişdir. Lakin cavabdehlər iddiaçı ilə eyni ünvanda qeydiyyatda olmalarına və orada yaşamalarına baxmayaraq, vərəsəlik işi açılan zaman iddiaçı nın vərəsə olması barədə Notariat Ofisinə məlumat verməmiş, vərəsələrin dairəsini gizlətmiş, vərəsəlik işinin açılması barədə iddiaçıya heç bir məlumat verməmiş, eyni zamanda Notariat Ofisi də vərəsələrin axtarılması üçün heç bir tədbir görməmiş, yalnız cavabdehlərin ərizəsi əsasında sonunculara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” vermişdir.
10. Birinci instansiya məhkəməsində X5, X7, xx və xx mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişlər.
11. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçı miras qoyanın vəfatından sonra miras əmlakı faktiki olaraq qəbul etməmiş dir. Belə ki, İddiaçı 23.7.1987-ci il tarixdə X12 ilə rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçmüşdür. Onun miras evlə hər hansı bağlılığı olmamış, mirasın qəbulu üçün nə notariat orqanına, nə də məhkəməyə müraciət etmişdir. Mübahisəli evin mülkiyyətçisi olmuş X8 18.1.1976-cı il tarixdə vəfat etdiyinə görə qüvvədən düşmüş 1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsinə görə həmin vaxtdan vərəsəlik açılmışdır. Qeyd olunan maddəyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 552-ci maddəsində təsbit edilmişdir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələnd ikdə o, eləcə də vərəsəliyini açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İddiaçının mübahisəli evə münasibətdə vərəsəlik hüququnun tanınması onun tərəfindən miras əmlakın qəbul edilməsindən asılıdır. Qeyd edilən maddədən isə göründüyü kimi miras əmlak 2 üsulla qəbul edilə bilər: 1 ) bu barədə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə 2) yaxud miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə. İşdən isə görünür ki, iddiaçı notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişdir. O, iddia ərizəsində mirası faktiki surətdə idarə etməyə başlamaqla qəbul etdiyini bildirmişdir. Lakin iş materiallarında iddiaçının mirası faktiki surətdə qəbul etdiyini təsdiq edən hər hansı mötəbər sübutlar yoxdur, əksinə işdə olan digər sübutlar miras qoyanın vəfatından sonra iddiaçı tərəfindən miras əmlakını faktiki qəbul edilmədiyinə dəlalət edir. Bu hal ilk növbədə 23.7.1987-ci il tarixdə iddiaçının xx rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçməsi ilə təsdiqlənir. İddiaçının evləndikdən sonra mübahis əli mülkə gəlib getməsi, miras əmlakın faktiki surətdə onun tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Çünki miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçının mübahisəli həyətə gəlib-getməsi faktını mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyil. İddiaçının mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur.
12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək orada qeyd etmişdir ki, iddiaçı tərəfindən pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar iddia müddəti ötürülmüşdür və cavabdehlər tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyindən, iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. İddiaçının miras əmlaka faktiki sahiblik etməməsi, mirasın qəbulu ilə bağlı həm 3 aylıq, həm 6 aylıq müddətlərlə birlikdə Mülki Məcəllədə nəzərdə tutulmuş 10 illik iddia müddətini ötürməsi iş materialları ilə təsdiq olunur. İddiaçı atasının ölümündən sonra mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etmiş, hətta sonradan mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. İddiaçı mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyindən o, həmin miras əmlaka dair mübahisə a çmaq hüququnu itirmişdir. İddiaçı iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
13. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil bildirdiklərini təsdiq edərək əlavə olaraq qeyd etmişdir ki, 1981-ci ildə mərhum xx ərə gələrək mübahisəli evə gəlin köçmüşdür. xx nikahlarından 2 övladları olmuşdur. Təxminən 1986-1987-ci illərdə xx rəsmi nikaha daxil olmuş və həmin evdən köçüb getmişdir. Mübahisəli evi xx heç vaxt faktiki qəbul etməmiş və sahiblik etməmişdir. Ərə gedən vaxtdan hal-hazıradək xx öz ailəsi ilə birlikdə ərinin evində yaşayır.
14. Məhkəmə iclasında digər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil bildirdiklərini təsdi q edərək əlavə olaraq göstərmişdir ki, 1992-ci ildə mərhum xx ərə gələrək mübahisəli evə gəlin köçmüşdür. xx ilə münasibətləri həmişə yaxşı olmuşdur. Ona məlum olmuşdur ki, təxminən 1986-1987-ci illərdə İlhamə rəsmi nikaha daxil olmuş və həmin evdən köçüb getmişdir. O vaxtdan hal-hazıradək xx öz ailəsi ilə birlikdə ərinin evində yaşayır.
15. Bakı şəhər Xəzər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 may 2023-cü il tarixli 2(003)-966/2023 nömrəli qətnaməsi ilə (hakim E.Ş.Rüstəmov) iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli hüquq münasibəti 1976-cı ildə baş verməklə (yaranmaqla), hazırkı iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( 1964-cü il tarixində qəbul edilmiş, 1965-ci ildə qüvvəyə minmiş, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) normaları tətbiq edilməlidir.
17. İşin hallarından görünür ki, mübahisəli evin mülkiyyətçisi Məmmədəli Məmmədov 18.1.1976-cı il tarixdə vəfat etmişdir. Onun vərəsəsi olan iddiaçı vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən nə 3 ay ərzində, nə də 6 ay ərzində miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə vermiş, nə də mirası faktiki qəbul edəcək hərəkətlər etmişdir.
18. Mülki qanunvericiliyə (həm əvvəlki, həm də hazırda qüvvədə olan) əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
19. Məhkəmə belə olan halda hesab etmişdir ki, iddiaçı 22.4.1970-ci il təvəllüdlü iddiaçı vərəsəl iklə bağlı hüquqlarını yetkinlik yaşına çatdıqda, yəni tam mülki hüquq fəaliyyət qabiliyyətli olduqda həyata keçirə bilərdi. Lakin iş materiallarından görünür ki, iddiaçı, 1987-ci il tarixdə, yəni 17 yaşında rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçmüşdür. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişdir.
20. Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi hissəsinə münasibətdə qeyd etmişdir ki, xxx vərəsələri xx və xx öldüyündən irsi transmissiya əsasında mirasdan payın bir hissəsi onların arvadlarına keçmişdir. Daha sonra mərhum xx övladları tərəfindən özlərinə düşən paylar anaları Cavabdeh3 bağışlama müqaviləsi əsasında hədiyyə edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı nın mirası faktiki qəbulu sübuta yetirilmədiyindən, qeyd olunan halların mübahisələndirilməsinə subyektiv hüququ yoxdur. Bu səbəbdən də əsas iddia tələbi təmin edilmədiyinə görə həmin tələbdən törəmə olan tələblər də təmin edilməməlidir.
21. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə vəkilinin (nümayəndənin) “iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəsinə” münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş 6 aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddət in ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
22. Məhkəmə qeyd olunana əsasən hesab etmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı müraciət əsassızdır.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin 527, 528, 529, 532, 533, 552, 553-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1151.1, 1151.2, 1243.2, 1246, 1252, 1322-ci maddələrinə, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qətnamə qəbul etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-358/2024 nömrəli mülki iş üzrə 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, 18 yanvar 1976-cı il tarixdə vəfat etmiş X6 məxsus olmuş, Bxx saylı fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilərək, həmin əmlaka dair cavabdehlərin adına 15 dekabr 2021-ci il tarixdə verilmiş və reyestrdə xx nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında 15 dekabr 2021-ci il tar ixdə bağlanmış və reyestrdə xx nömrə ilə qeyd edilmiş “Miras payın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin əmlaka dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** və ********** qeydiyyat nömrəli 16 dekabr 2021-ci il tarixli çıxarışların ləğv edilməsi, 18 yanvar 1976-cı il tarixdə vəfat etmiş X4 B xx saylı fərdi yaşayış evi üzərində İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə, Cavabdeh3 1/12 hissədə, Cavabdeh4 1/12 hissədə, Cavabdeh5 1/12 hissədə və Cavabdeh6 1/12 hissədə payının müəyyən edilməsi qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 1246 və 12731-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına uyğun olmadığı üçün əsassızdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərh məhkəmələr üçün məcburi olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş 1964-cü il tarixində qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin hazırkı iş üzrə tətbiq edilməli olan maddələri də bu şərhə tabe tutulmalı və eyni yanaşmadan şərh edilməlidir.
29. Belə olan halda, iddiaçının qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və y a mirası faktiki qəbul edəcək hərəkətlər etməməsinin onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsindən imtina edilməmişdir.
30. Məhkəmə onu da nəzərə almışdır ki, birinci instansiya məhkəməsi belə nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı hələ qəbul edilməmişdir və birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilə bilməzdi. Lakin Plenum qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi təsbit edilmişdir.
31. Məhkəmə tərəfindən iddiaçının miras əmlakı qəbul etməkdən imtina etm əməsi nəzərə alınaraq müəyyən edilmişdir ki, miras əmlak iddiaçı tərəfindən qəbul edilmişdir. Belə olan halda, miras əmlakda olan paylar vərəsələr arasında bölüşdürülərkən iddiaçının payı nəzərə alınmadığından iddia qalan hissədə də əsaslı hesab edilməlidir.
32. Məhkəmə iddiaçının vərəsəlik payının müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının mərhum atası xx 18.1.1976-cı il tarixdə vəfat etdiyi məqamda onun birinci növbə vərəsələri arvadı X24, övladları İddiaçı (hazırkı iş üzrə iddiaçı), Mxx (hazırkı iş üzrə üçüncü şəxs), xx (hazırki iş üzrə üçüncü şəxs), X5 (hazırkı iş üzrə üçüncü şəxs), X10, X9 və X7 (hazırkı iş üzrə üçüncü şəxs) olmuşdur.
33. Miras qoyanın arvadı xx 18.1.2006-cı il tarixdə, onların övladları xx xx.xx.2018-ci il tarixdə, xx isə xx.xx.2003-cü il tarixdə vəfat e tmişlər.
34. X18 və xx miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldükləri üçün mirasdan pay almaq hüququ irsi transmissiya qaydasında onların vərəsələrinə (hazırkı iş üzrə cavabdehlərə), yəni mərhum xx arvadı Cavabdeh2, mərhum xx arvadı Cavabdeh3, övladları Cavabdeh4, Cavabdeh5, və Cavabdeh6 keçmişdir. Həmin şəxslər mirası qəbul etmişdir.
35. İddiaçıdan başqa digər vərəsələr vərəsəliklə bağlı mübahisə açmamış və bölgüdə iştirak etmək niyyətini bəyan etməmişlər. Hazırkı iş üzrə üçüncü şəxs kimi cəlb edilmələrinə baxmayaraq, iddiaya hər hansı münasibət bildirməmiş, məhkəmə iclaslarında iştirak etməmiş və bununla da mirasın onların iştirakı olmadan bölgüsündə maraqlı olmamaları bir daha müəyyən olunmuşdur.
36. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 12731-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı, bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyindən, digər vərəsələrin hazırkı iş üzrə iddiasının olmaması nəzərə alınaraq, miras əmlak üzərində paylar iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında müəyyən edilməlidir.
37. İddiaçının mərhum xx və mərhumn xx miras əmlak üzərində vərəsəlik payları bərabər olduğundan, iddiaçı və mərhum xx yeganə vərəsəsi olan arvadı Cavabdeh2 hər birinin vərəsəlik payları 1/3 hissədə, mər hum xx isə 4 nəfər vərəsəsi olduğundan, onların da hər birinin payı (1/3: 4 =) 1/12 hissədə müəyyən edilməlidir.
38. Məhkəmə eyni zamanda, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş “iddia müddətinin tətbiqi barədə” ərizəni əsassız hesab etmiş və qeyd etmişdir ki, vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması hesab edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarındakı mövqeyə istinad edərək göstərmişdir ki, Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişaf ında əsas elementlərdən biridir. Belə olan halda, cavabdeh tərəfin qeyd etdiyi 10 illik ümumi iddia müddəti hazırkı tələbə tətbiq edilə bilməz. Çünki Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.
39. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına və MPM-in 13.7-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlill əri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayətinə göstərilmişdir ki, iş üzrə qüvvədən düşmüş Mülki Məcəllənin 1273-1-ci maddəsi 24 iyun 2005-ci il qanunla 2005-ci ilin noyabr ayının 1-dən qüvvəyə mindiyinə görə məhkəmə öz qərarında qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1273-cü maddəsinin normasını da düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 1273-cü maddəsi mirasın qəbulunun hüquqi nəticələrinin baş verməsi vaxtını müəyyən edir və həmin maddə yə əsasən mirasın qəbulunun hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmçinin apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1272-ci maddəsini də düzgün tətbiq etməmişdir. Belə ki, həm əvvəlki Mülki Məcəllədə, həm də hazırkı Mülki Məcəllədə mirasın qəbul edilməsi barədə mübahisənin 2 ay ərzində açılmalı olduğu müəyyən edilsə də, iddiaçı mirasın qəbulu barədə mübahisəni cavabdehlərin qanun üzrə vərəsəlik haqqında şəhadətnamə aldığı 15 dekabr 2021-ci il tarixdən 13 ay sonra yəni 2023-cü ilin yanvar ayında açmışdır. Bununla da iddiaçı Mülki Məcəllənin 1272-ci maddəsinin tələblərini pozmuş, məhkəmə isə öz qətnaməsində bu hala hər hansı hüquqi qiymət verməmişdir.
42. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhin 1964-cü il tarixində qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin hazırkı iş üzrə tətbiq edilməli olan maddələrinə aid olduğu göstərilməsə də, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin qərarına izah verərək həmin qərarı 1964-cü ilin Mülki Məcəlləsinə də aid etmiş və onun maddələrinin də bu şərhə tabe tutulmalı və eyni yanaşmadan şərh edilməli olması nəticəsinə gələrək Konstitusiya Məhkəməsinin qərarını şərh etmişdir.
43. İddiaçının qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsinin onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilinməyəcəyi və iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsindən imtina edilmədiyi nəticəsinə gələrkən apellyasiya instansiyası məhkəməsi köhnə Mülki Məcəllənin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Miras evin mülkiyyətçisi Məmmədəli Məmmədov 18.1.1976-cı il tarixdə vəfat etdikdən sonra onun vərəsəsi olan iddiaçı köhnə Mülki Məcəllənin 552-ci maddəsində göstərilən qaydada və müddətdə miras əmlakın qəbuluna dair hərəkətlər etməmişdir. Məhkəmə isə işə tətbiq edilməli olmayan hazırda qüvvədə olan Mülki Məcəllənin 1246 və 1273-1-ci maddəsinin qüvvədən düşdüyünə əsaslanaraq qanunsuz olaraq düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, köhnə Mülki Məcəllənin 552-ci maddəsinin qüvvədən düşdüyünə aid Konstitusiya Məhkəməsinin hər hansı şərhi olmamışdır.
44. İddia müddətinin tətbiqinə münasibətdə nəzərə almaq la zımdır ki, köhnə Mülki Məcəllənin 73-cü və 85-ci maddələri də məhkəmə tərəfindən tətbiq olunmalı olduğu halda, tətbiq edilməmişdir. Məhkəmə öz qətnaməsində mübahisəyə əvvəlki Mülki Məcəllənin müddəalarına əsasən qiymət verməli olduğu halda, nədənsə iddia müddətinin tətbiqinə aid hissədə həmin Mülki Məcəllənin maddələrini tətbiq etməmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumunun 28 sentyabr 1979-cu il tarixli Qərarının 14-cü bəndində göstərilmişdir ki, vərəsəlik mübahisələrinə Mülki Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş ümumi iddia müddəti tətbiq edilməlidir. Həmçinin Mülki Məcəllənin 1273-cü maddəsinə əsasən, mirasın qəbulu barədə mübahisənin iki ay ərzində açılmalı olduğuna hər hansı hüquqi qiymət verilməmişdir. Məhkəmə mübahisəli hüquq münasibətinin 1976-cı ildə yaranmaqla, ha zırkı iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş 1964-cü il tarixli Mülki Məcəllənin normaları tətbiq etməli olduğu halda, bunu etməmiş, köhnə Mülki Məcəllənin 552-ci maddəsinə dair Konstitusiya Məhkəməsinin hər hansı Plenum qərarı olmadığını nəzərə almamışdır. Məhkəmə həmçinin, istinad etdiyi 1273-1-ci maddəsinin 2005-ci ildən qüvvəyə mindiyinə əhəmiyyət verməmişdir.
45. Məhkəmə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməmiş, vərəsələrdən X1 məhkəmə icraatı zamanı vəfat etdiyi və vərəsələrinin işə cəlb edilmədiyinə də hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
47. Maddə 149 (Vİİ hissə) Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
48. Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan SSR Mülki Məcəlləsi (1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş)
49. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin.
50. Maddə
528. Və rəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
51. Maddə
529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
52. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
53. Maddə
533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul e tmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.
54. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
55. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı:
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelə rə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
58. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Mülki Prosessual Məcəllə:
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndə rilməlidir.
71. İşin hallarından göründüyü kimi, iddia tələbi miras əmlakla bağlıdır və həmin əmlakın miras qoyanı X8 18 yanvar 1976-cı ildə vəfat etmişdir. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən edilmiş digər hallarına əsasən, xx xxxxx 1970-ci il təvəllüdlü iddiaçı 17 yaşına çatdıqda (1987-ci il tarixdə) rəsmi nikah münasibətlərinə daxil olaraq, başqa ünvana gəlin köçmüşdür.
72. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq sferasında maddi və prosessual hüquq normalarının zamana görə qüvvəsini tənzimləyən Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
73. Həmçinin, Mülki Məcəllənin tələblərinə ə sasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir (maddə 7.1). Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər (maddə 7.2).
74. Göründüyü kimi, hazırkı iş üzrə mübahisəli hüquq münasibəti X4 18 yanvar 1976-cı ildə vəfat etməsi ilə yaranmışdır, bu səbəbdən də həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin müvafiq normaları hazırkı mübahisəyə tətbiq edilməlidir.
75. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada - 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onu n ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
76. Beləliklə, 18 yanvar 1976-cı il tarixdə miras qoyanın vəfat etməsi ilə mübahisəli əmlak üzrə vərəsəlik açılmış, həmin vaxt iddiaçı fəaliyyət qabiliyyətli olmamış, 1987-ci ildə (17 yaşından) ailə quraraq mübahisəli mənzili tərk etmişdir.
77. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada - 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) 11-ci maddəsinə əsasən vətəndaşın öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və özü üçün mülki vəzifələr yaratmaq qabiliyyəti (mülki fəaliyyət qabiliyyəti) tam həcmdə onun həddi-buluğa çatması ilə, yəni, 18 yaşına çatması ilə əmələ gəlir.
78. Göründüyü kimi, iddiaçı tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməmiş, həmçinin mirası faktiki qəbul edəcək hərəkətlər etməmişdir. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişdir.
79. Apellyasiya instansiyası məhkəməsi göstərilən maddi hüquq normalarını tətbiq etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyindən qüvvədən düşmüş Mülki Məcəllənin hazırkı iş üzrə tətbiq edilməli olan maddələri də sözügedən qərardakı şərhə tabe tutulmalı və eyni yanaşmadan şərh edilməlidir.
80. Məhkəmə kollegiyası apelly asiya instansiyası məhkəməsinin sözügedən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yalnız qanunla birbaşa nəzərdə tutulduğu hallarda tətbiq edilə bilər ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilmiş maddi hüquq normalarına münasibətdə belə bir hal müəyyən olunmur.
81. Həmçinin, o da qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında qüvvədən düşmüş Mülki Məcəllənin vərəsəlik hüququ ilə bağlı normalarına hər hansı şərh verilməmiş, habelə hər hansı münasibət bildirilməmişdir. Bu səbəbdən də sözügedən Qərarın bu mübahisəyə tətbiqi yolverilməzdir.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə 1 mart 1965-ci il tarixdə qüvvəyə minmiş, 1 sentyabr 2000-ci ilə qədər q üvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir.
83. Nəzərə almaq lazımdır ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.
84. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
85. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə ap elyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalıdır.
86. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-358/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.