Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1739/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1739/2019 11 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı X1 və cavabdeh “xxxx” ASC-nin vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli, 2(103)-14411/2018 nömrəli qərardadından cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aktın və cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim P.A.Hüseynov) 29 avqust 2018-ci il tarixli, 2(006)-4260/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehin 27.04.2018-ci il tarixli, R 073442 saylı aktına əsasən iddiaçıya hesablanmış 559,84 manat borc əsassız hesab edilərək iddiaçının **********00684 nömrəli abunə hesabından silinməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Ə.Məhərrəmova, X.Ə.Sarıyev və E.Y.Şamayev) 17.12.2018-ci il tarixli, 2(103)-14411/2018 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdeh “xxxx” AS C və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh “xxxx” ASC və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, apellyasiya şikayətinin mümkün sayılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, artıq bir müddətdir Hökümət ödəniş portalından ödənilən rüsumlarla bağlı çıxarışlarda qərardadda istinad edilən “qeyd” göstərilmir. Əvəzində portala "Elektron məhkəmə rüsumlarının yoxlanılması" adlı bölmə əlavə edilmişdir. Həmin əlavə vasitəsilə elektron qaydada ödənilən məhkəmə rüsumlarına dair sənədlərin həqiqiliyi asanlıqla yoxlanıla, ödəniş tarixi, rüsumun istifadə olunub-olunmadığı və s. məlumatlar əldə edilə bilər. Məhkəmə qeyd edilən yenilikləri nəzərə almadan əsassız olaraq dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin həqiqiliyinə şübhə ilə yanaşmışdır. Digər əsas apellyasiya şikayətinin cavabdehin saləhiyyətli nümayəndəsi tərəfindən imzalanmaması ilə bağlı qeyd edilir ki, Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qətnaməsində X3 cavabdehin nümayəndəsi olaraq tanınmışdır. Bu hal iş materiallarında olan etibarnamədə sonuncunun adının olması faktını birbaşa təsdiq edir. Əks halda birinci instansiya məhkəməsində hazırki işə baxılarkən Süleymanova Ayselin cavabdehin nümayəndəsi qismində iştirakı mümkünsüz olardı. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən “xxxx” ASC-nin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, apellyasiya şikayətinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 17.12.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün sayar aq haqlı olmamış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti üzrə dövlət rüsumu ödənilməmiş və apellyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Halbuki, hökumət portalında "Elektron məhkəmə rüsumlarının yoxlanılması" adlı bölmədə elektron qaydada ödənilən məhkəmə rüsumlarına dair sənədlərin həqiqiliyi yoxlanıla, ödəniş tarixi, rüsumun istifadə olunub-olunmadığı və s. məlumatlar əldə edilə bilər. Digər tərəfdən, apellyasiya şikayətinin cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaması ilə bağlı kollegiya qeyd edir ki, işdə olan etibarnamədən görünür ki, X2 apellyasiya şikayət i vermək hüququ verilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə almadan apellyasiya şikayətinin qeyri-mümkünlüyünə dair əsassız qərar qəbul etmişdir. Odur ki, mümkünlük məsələsinin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid məsələ olduğunu nəzərə alıb kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməli və yuxarıda qeyd edilən göstərişlər nəzərə alınmaqla, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılmalıdr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2018-ci il tarixli, 2(103)14411/2018 nömrəli qərardadı ləğv edilsin və mümkünlük məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Hacıyev Sənan
Məhkəmə qərarları › İş №2(102)-1739/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1739/2019
11.03.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver