Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-174/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X10 işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququndan şəhadətnaməsinin ləğvi ilə bağlı mübahisələr. irəli gələn mübahisələr; vərəsəlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10) qarşı “mirasın açıq qalan hissəsinin vərəsəlik payı na əlavə olunması və vərəsəlik şəhadətnaməsinə dəyişiklik edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4726/2024 nömrəli, 6 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56da yerləşən 46 nömrəli mənzil X5 məxsus olub. O, xx.xx.2020-ci ildə ölüb və mənzili miras qalıb. Miras qoyanın 2 övladı olub. Övladlardan biri İddiaçıdır. Digər övladı X6, o, miras qoyandan əvvəl 6.07.2019-cu ildə ölüb. Onun qızı (miras qoyanın nəvəsi) X12 hazırkı işdə üçüncü şəxsdir.
2. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə Bakı şəhəri 50 saylı N otariat Ofisinə müraciət edərək mirası qəbul etdiyini bildirib, habelə həmin ərizədə qeyd edib ki, ondan başqa vərəsə X7. xx.xx.2021-ci ildə həmin notariat ofisinin xüsusi notariusu iddiaçının adına mənzilin ½ hissəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verib. Həmin şəhadətnamədə qeyd olunub ki, mənzilin qalan hissəsi miras qoyanın adına açıq saxlanılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 cəlb edilməklə “miras əmlakı üzrə açıq qalmış payın əlavə olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, miras qoyan X3 qalan ünvan 1 ünvanında yerləşən miras əmlakı üzrə adına verilmiş 76/2020 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunaraq, həmin miras əmlakı üzrə tam hissədə vərəsəlik hüququnun tanınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X4 xx.xx.2020-ci il tarixində vəfat etməsi səbəbindən Bakı şəhəri 50 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Miras qoyanın mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzil var idi. Miras qoyan anasının 2 övladı o, və bacısı X9muşdur. X14 analarından əvvəl vəfat etmişdir. Ona görə o vərəsəlik işinin açılması ilə əlaqədar cavabdeh Bakı şəhəri 50 sayl ı Notariat Ofisinə etibarnamə üzrə səlahiyyət almış şəxs vasitəsilə müraciət etdikdə mərhum bacısının övladı (qızı) miras qalmış mənzildə daimi pasport qeydiyyatında olan X10 formal olaraq vərəsə kimi qəbul olunmuşdur. Lakin bacısı qızı Diana Samoxina mirasın açılması vaxtdan 15 ay vaxt keçməsinə baxmayaraq mirası nə faktiki qəbul etmiş, nədəki, müvafiq ərizə ilə notariat ofisinə müraciət etməmiş və nəticə etibarı ilə mirası qəbul etmək niyyətini ümumiyyətlə göstərməmişdir. Ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdə, o, qəti etiraz bildirərək göstərmişdir ki, digər vərəsə Diana Samoxina mənzildə qeydiyyatda olsa belə, o artıq neçə ildir ki, orada yaşamır və ümumiyyətlə Azərbaycan Respublikasında deyil, Rusiya Federasiyasındadır. Uzun illərdir ki, orada yaşayır. Beləlik lə, 6 ay müddətin keçməsinə baxmayaraq, mirası faktiki qəbul etmədən, yalnız qeydiyyatda formal qaldığına görə cavabdeh Bakı şəhəri, 50 saylı Notariat Ofisi mülki qanunvericiliyi pozmaqla, vərəsəlik işinin tamamlamamışdır. Halbuki, o mirası qəbul etdiyinə görə cavabdeh tərəfindən digər açıq qalan payı onun xeyirinə əlavə etməlidir. Ancaq cavabdeh digər vərəsənin payını açıq saxlamaqla, mənzilin yarısı ölənin adında olaraq saxlanmışdır. Bu da yolverilməzdir. Çünki, bu onun mülkiyyət hüququnu kobud surətdə pozur və o, tam hüquqlu mülkiyyətçi olduğuna görə özünə aid olan hissədə də istədiyi sərəncamı verə bilməyəcək. Halbuki, qanunvericiliyə görə mülkiyyət hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Ona görə də açıq qalmış miras payı da onun payına əlavə olunaraq müvafiq vərəsəlik hüquq u haqqında şəhadətnamə verilməlidir. O, həmçinin qeyd etmişdir ki, uzun müddət keçməsinə baxmayaraq, miras qoyanın vəfatından xəbəri olan vərəsə Diana Samoxina mirası qəbul etməmiş və mirasın qəbul olunması haqqında ərizə ilə notariusa müraciət etməmişdir. Lakin buna baxmayaraq cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisi onun susmuş vərəsə kimi tanısa da, miras əmlakı üzrə açıq qalmış payın onun xeyrinə əlavə olunmasından boyun qaçırmışdır. Nəticə etibarı ilə 1 ildən artıq vaxt keçməsinə baxmayaraq miras əmlakı olan mənzilin ½ hissəsi açıq olaraq qalmışdır. Yəni, bu günə qədər miras qoyanın adınadır. Bu yolverilməz və qanunsuzdur, ona görə də həmin imtina əsassız hesab olunmalı və iddianın təmin olunması haqqında qətnamə çıxarılmalıdır.
5. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəs i Vəkil1 əlavə olaraq bildirmişdir ki, X10 miras qoyanın nəvəsidir. Miras əmlak ölənin adınadır, çıxarış alınmamışdır. X10 qeydiyyatda olduğu üçün notarius payda onun hissəsini açıq saxlamışdır ki, faktiki qəbul etmiş ola bilər, amma orada faktiki qəbul yoxdur və miras açılan gündən o burda olmamışdır. Bildiklərinə görə o, Rusiyadadır. Digər qohumları da Rusiyada yaşayır və məluatları var və onunda miras qoyanın ölümündən məlumatı olmalıdır. Orada qanun deyir ki, bilməlidir və bilməli olduğu vaxtdan qəbul etməlidir. Vərəsələr mirası 6 ay müdətində qəbul etməlidirlər. Həmin şəxs özünü vərəsə hesab edirsə miras qoyanın vəfatından xəbəri olmalıdır. Notarius imtina verməmiş, onun payını açıq saxlamışdır.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-278/2022 saylı, 29 aprel 2022-ci il tarixl i qətnaməsi ilə (hakim H. Əhmədova) iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən X3 qalmış miras əmlakı üzrə tam hissədə vərəsəlik hüququ tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli hazırda məhkəmədə mübahisələndirilən vərəsəlik şəhadətnaməsi verilərkən miras əmlakın ½ hissəsinin X4 adına açıq saxlanılmasında haqlı olmamışdır. Belə ki, X4 birinci növbəlik üzrə vərəsələrindən yeganə vərəsəsi İddiaçı olduğu və onun bütövlükdə ona əmaka dair vərəsəlik şəhadətnaməsi verilməmişdir. Digər tərəfdən məhkəmə q eyd edir ki, X4 birinci növbəli vərəsəsi olan vərəsəsindən başqa hazırki iş üzrə müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində cəlb edilmiş X10 mərhumun vərəsəsi kimi qəbul edilmiş olduğu halda da belə miras əmlak sonuncu tərəfindən nə faktiki, nə də notariat orqanına müraciət edilməklə hüquqi cəhətdən qəbul edilməmiş, miiras əmlakda formal olaraq qeydiyyatda qalması onun varis olmasına dəlalət etmir. Bundan əlavə məhkəmə onun da qeyd etməyi zəruri hesab etmişdir ki, X10 xx.xx.2012-ci il tarixdən ölkəni tərk edərək həmin vaxtdan hazirki vaxtadək ölkəyə qayıtmamışdır. Qeyd olunan hallar da Samoxina Diana X1 miras əmlakına qanun üzrə vərəsəsi kimi tanınmamasına əsas yaradır.
8. Məhkəmə İddiaçı iddia tələbinin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” hissəsinə münasib ətdə qeyd etmişdir ki, miras əmlak barəsində vərəsəlik şəhadətnaməsinin verilməsi səlahiyyəti bilavasitə notariat orqanına aid məsələ olduğundan iddia tələbi həmin hissədə təmin olunmamalıdır.
9. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, hazırki qətnamə qanuni qüvvəsini aldığı halda İddiaçı X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi üçün əsas kimi qəbul edilə bilər.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1134.2, 1145, 1146, 1159.1, 1159.1.1, 1159.1.3, 1160, 1243.2, 1246, 1252, 1323-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Üçüncü şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçının notariusa ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədə miras əmlaka onun da vərəsə kimi qəbul edilməyi, sonradan isə bununla razılaşmayaraq məhkəməyə müraciət etməsinin səbəblərini araşdırmamışdır. Həmçinin məhkəmə işə baxılarkən onun iştirakını təmin etməmiş, ölkə hüdudlarından kənarda olmağı qənaətinə gəlsə də, yaşadığı ölkəyə mövqeyini öyrənmək üçün məhkəmə tapşırığı göndərməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4726/2024 saylı, 6 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli qətna məsi ləğv edilərək, iddianın rədd edilməsi, qətnamənin icrasında dönüş edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 56-da yerləşən 46 saylı mənzilə dair Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-162 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və bu şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeydin ləğv olunması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyan vəsiyyətnamə qoymadığana görə qanun üzrə vərəsəlik qüvvədədir. İddiaçı (miras qoyanın övladı) və üçüncü şəxs (miras qoyanın nəvəsi) bərabər pay hüquqlu birinci növbə vərəsələrdir. Üçü ncü şəxsin birinci növbə vərəsə olmaq hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinin göstərişindən irəli gəlir, çünki mirasın açıldığı zaman onun birinci növbə vərəsə ola biləcək valideyni (anası) sağ olmayıb.
15. Üçüncü şəxs mirasdan imtina etməyib. Mirasın qəbulu müddətini müəyyənləşdirən norma - Mülki Məcəllənin 1246-cı maddəsi hazırkı işdə tətbiq oluna bilməz. Belə ki, həmin maddə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş hesab edilib. Konstitusiya Məhkəməsinin qərarında qeyd olunub ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadə sini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
16. Konstitusiya Məhkəməsinin həmin qərarı hazırkı işdə tətbiq olunmalıdır. Çünki qərarda qeyd olunub ki, bu qərar hazırda məhkəmənin icraatında olan işlərə şamil edilsin. Konstitusiya Məhkəməsinin qərarı qəbul edilən zaman hazırkı iş məhkəmənin icraatında olub. Belə ki, iddia ərizəsi xx.xx.2021-ci ildə verilib və iş üzrə icraat indiyə kimi yekunlaşmayıb. Konstitusiya Məhkəməsinin qərarı isə xx.xx.2023-cü ildə, yəni hazırkı iş üzrə icraat yekunlaşana qədər qəbul olunub. Üçüncü şəxs qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyinə görə mirası qəbul etmiş vərəsə hesab olunur. Ona görə də bütün mənzilə dair yalnız bir vərəsənin (iddiaçının) adına vərəsəlik şəhadətnaməsinin verilməsi qanuna zidd olmaqla digər vərəsənin (üçüncü şəxsin) vərəsəlik hüququnu pozur.
17. Nizami Rayon Məhkəməsinin qətnaməsinin icrasında dönüş edilməlidir. Belə ki, üçüncü şəxsin həmin qətnamədən məlumatı olmayıb, buna baxamayaraq qətnamə məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə icra edilməsi üçün 50 saylı Notariat Ofisinə göndərilib. Həmin notariat ofisinin xüsusi notariusu qətnamənin əsasında bütün mənzilə dair, yəni tam hissədə iddiaçının adına xx.xx.2022-ci il tarixli 2V-162 reyestr nömrəli “Qanun üzrə v ərəsəlik hüququ haqqında” şəhadətnamə verib və həmin şəhadətnamənin əsasında mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Bundan sonra üçüncü şəxs qətnaməni surətini alıb və apellyasiya şikayəti verib. Qətnamə ləğv edildiyinə görə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamənin icrasında dönüş edilməli, həmin vərəsəlik şəhadətnaməsi və reyestr qeydi ləğv olunmalıdır.
18. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3, 1246, 1256, 1301-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti ver ərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan çoxsaylı sübutlar onu deməyə əsasə verir ki, üçüncü şəxs öz nənəsinin ölümündən xəbərdar idi. Buna baxmayaraq, o, mirasın açıldığı tarixdə Azərbaycana gəlməmiş, üstəlik mirasın açıldığı vaxtdan düz 4 il keçdikdən sonra notariat ofisinə mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Sözügedən hal eyni zamanda da şahid ifadələri ilə təsdiq oluna bilərdi. Müvafiq şahidlərin dindirilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmə həmin vəsatətə ümumiyyətlə münasibət bildirməmişdir. Mərhum miras qoyan 2020-ci ildə vəfat etmiş, həmin dövrdə Mülki Məcəlləsinin 1246-cı ma ddəsi qüvvədə idi və vərəsəlik münasibətlərinin tənzimlənməsində geniş tətbiq olunurdu. Birinci növbə vərəsəsi olan iddiaçı nəzərdə tutulmuş 6 ay müddətində mirası qəbul etmiş, digər vərəsə isə (üçüncü şəxs), nənəsinin vəfatından xəbərdar olsa da, mirası qəbul etmək üçün heç bir tədbir görməmişdir. Belə olan halda, sözügedən vərəsəlik münasibətlərinə Mülki Məcəllənin 1246-cı maddəsi tətbiq olunmalı idi. 21. 2022-cü ildə məhkəmə icraatı yekunlaşmış, icra edilmiş və iddiaçıya mənzilə dair yeni çıxarış verilmişdir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı isə xx.xx.2023-cü il tarixində qəbul edilib. Yəni, Konstitusiya Mə hkəməsi qərarı qəbul edilən tarixdə məhkəmə icraatı artıq yekunlaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Üçüncü şəxs X10 tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərərək, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin qanuni və əsaslı olduğunu qeyd etmiş və iddiaçının kassasiya şikayətini təmin etməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4726/2024 saylı qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), val ideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
24. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
25. Maddə 1301.1. Əgər vərəsəliyə ça ğırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.
26. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.
27. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Ka ssasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 34. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 35. 418.3. Prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı isə xx.xx.2023-cü il tarixli Qərarı 36. 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsvir iəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin şahidlərin dindirilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmənin həmin vəsatətə ümumiyyətlə münasibət bildirmədiyi barədə dəlili ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikasının MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
41. Məhkəmə kollegiyası bildirir ki, şahid ifadələri də sübut növlərindən b iridir.Lakin iş materialları ilə iddiaçı tərəfin şahidlərin dindirilməsi barədə vəsatətin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırması təsdiqlənmir. Belə olan təqdirdə şahidlərin dindirilməsi barədə vəsatətə apellyasiya məhkəməsi tərəfindən münasibət bildirilməməsi düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmiş pozuntu kimi qiymətləndirilə bilməz.
42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan digər hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelly asiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 sentyabr 2024-cü il tarixli 2(103)-4726/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qər