Məhkəmə qərarları › İş №2(102)-1744/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1744/2021

02.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1744/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1744/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil1, Cavabdeh: Cavabdeh1 və vəkili X1, Cavabdeh: Cavabdeh5 Ağakərim oğlu, Cavabdeh: Cavabdeh6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103) 5571/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, ünvan 1 “K” saylı ünvanda yerləşən yaşayış binasının 4-cü mərtəbəsində sahəsi 117 kv.metr olan 3 otaqlı mənzilə dair Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin; həmin yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 88 kv.metr olan 2 otaqlı mənzilə dair Cavabdeh1la Cavabdeh3 arasında bağlanmış (müqavilədə gün, ay göstərilməyib) alqı-satqı müqaviləsinin; həmin yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 88 kv.metr olan 2 otaqlı mənzilə dair Cavabdeh1la Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin; həmin binanın 5-ci mərtəbəsində yerləşən, sahəsi 88 kv.metr olan 2 otaqlı mənzilə dair Cavabdeh1la Cavabdeh5 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin; həmin yaşayış binasında yerləşən (mənzilin nömrəsi, ölçüsü və digər göstəriciləri müqavilədə qeyd edilməyib) mənzilə dair Cavabdeh1la Cavabdeh6 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; habelə mənzillərin qanunsuz satılması nəticəsində ona dəymiş maddi zərərə görə 266.000 manat pulun Cavabdeh1 tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 20 20-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim P.M.Zamanlı) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzillərə dair Cavabdeh1la digər cavabdehlər arasında alqı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlanıb və həmin müqavilələr notarial qaydada təsdiq edilməyib. Lakin işin mübahisəsiz hallarına görə iddiaçı qanunla müəyyən edilmiş kəsici müddət keçdikdən sonra hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edib. Mülki qanunvericilikdə belə müddət şəxsin əqdin etibarsızlığına səbəb olan halları bildiyi və ya bilməli olduğu gündən həmin əqdi mübahisələndirməsi üçün kəsici müddət bir il müəyyən edilib. İddiaçı cavabdehlərlə bağlanmış alqı-satqı müqavilələrinin varlığından əvvəlcədən məlumatlı olub. İ şin bu halı işdə iştirak edən şəxslərin izahatları ilə də istisna edilmir. Bu səbəbdən də iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Eyni zamanda iddia tələbi dəymiş zərərə görə 266.000 manat pul tələbinə aid hissədə də əsassızdır. Belə ki, işin hallarına görə, iddiaçı ilə Cavabdeh1 arasında sözügedən binanın tikintisi və binadakı mənzillərin satışı ilə bağlı şifahi formada birgə fəaliyyət barədə razılıq əldə edilib. Bu faktı iddiaçı özü də inkar etmir. Cavabdehlər də mənzillərin satışı ilə bağlı bütün danışıqları Cavabdeh1la apardıqlarını bildiriblər. Mənzillərin satışından və digər cavabdehlərdən pulun Cavabdeh1 tərəfindən alınmasından iddiaçının əvvəlcədən xəbərdar olması mülki iş materialları ilə istisna edilmir. Ona görə də iddiaçı Cava bdeh1 ona maddi zərər vurmasını sübuta yetirə bilmədiyi üçün bu hissədə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 337.1, 354.1, 354.2, 1096.2, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və M.Ə.Abbasov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli q ətnaməsi qismən, yəni mənzillərin qanunsuz satılması nəticəsində dəymiş maddi zərərə görə Cavabdeh1 266.000 manat pulun tutulub iddiaçıya ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddianın təmin edilərək Cavabdeh1 266.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki işə baxılarkən Cavabdeh1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin əlamətləri aşkara edildiyindən iş üzrə xüsusi qərardad çıxarılmaqla Bakı Şəhər Prokurorluğuna məlumat verilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzillərin yerləşdiyi çoxmərtəbəli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Cavabdeh1 iddiaçı tərəfindən ona hər hansı bir səlahiyyət verilmədiyi halda, sonuncunun mülkiyyətində olan çoxmərtəbəli yaşayış binasında yerləşən 5 mənzilə dair digər cavabdehlərlə ayrı-ayrılıqda müqavilələr bağlayıb. Cavabdeh1 mənzillərin onun tərəfindən satılması barədə iddiaçı ilə razılığa gəldiklərini bildirsə də, bu dəlilini sübuta yetirə bilməyib. Bununla yanaşı sözügedən mənzillərə dair alqı-satqı müqavilələrinin bağlanması zamanı həmin mənzillər barədə əqdlərin legitimliyinə dair digər cavabdehlərdə şübhə yaranmadığından onlar vicdanlı əldə edən şəxslər hesab edilirlər. Çünki işin müəyyən edilmiş hallarına görə, iddiaçıya məxsus çoxmərtəbəli y aşayış binasında yerləşən mənzilləri almış cavabdehlər müvafiq alqı-satqı müqavilələri bağlayarkən Cavabdeh1 buna səlahiyyətinin olmadığını bilməyiblər və bilə də bilməzdilər. Cavabdehlər mənzilləri vicdanla hərəkət edərək əldə etdiklərindən sözügedən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsassızdır. Çünki mülki qanunverciliyə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi sayılır. Bu hissədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Lakin, eyni zamanda Cavabdeh1 hərəkətləri nəticəsində iddiaçının sözügedən mənzillərə olan mülkiyyət hüququ pozulub. Ölkədaxili və beynəlxalq hüquq normalarının tələbinə görə, iddiaçının pozulmuş hüququ bərpa edilməlidir. Lakin, bu prosedur, mənzilləri vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına həyata keçirilməməlidir və iddiaçının pozulmuş hüququnun bərpası mənzillərə görə Cavabdeh1 digər cavabdehlər tərəfindən ödənilmiş cəmi 266.000 manat pulun sonuncudan tutulub ona ödənilməsi yolu ilə həyata keçirilməlidir. Belə ki, Cavabdeh1 mülkiyyətində olmayan mənzilləri iş üzrə digər cavabdehlərin xeyrinə özgəninkiləşdirmək hüququna malik olmadığı üçün, “özgəninkiləşdirməyə” görə sonunculardan yuxarıda qeyd edilən pul vəsaitinin onun tərəfindən alınmasının hüququ əsası yoxdur. Başqa sözlə desək, Cavabdeh1, iddiaçıya məxsus mənzillərə görə cəmi 266.000 manat pulu almaqla və özündə saxlamaqla ona münasibətdə əsassız varlanıb. Cavabdeh1 yuxarıda göstərilən pul vəsa itinin bir hissəsini mənzillərin tikintisinə sərf etdiyini bildirsə də, onun bu dəlili mülki iş materialları ilə sübuta yetmir. Sübuta yetirilməyən dəlil isə əsaslı hesab edilə bilməz. Bu baxımdan əsassız varlanmış Cavabdeh1 əldə etdiklərini məhrum olanın, yəni iddiaçının tələbi ilə ona qaytarmağa borcludur. Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti 10 il təşkil edir. Qeyd edilən normanın işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh1 266.000 manat pulu iddiaçıya qaytarmalıdır. Birinci instansiya məhkəməsi bu hissədə iddianı rədd etməklə işin hallarına uyğun olmayan səhv nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini pozub. Ona görə də iddia bu hissədə təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövq eyini Mülki Məcəllənin 373.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iddianı mübahisələndirilən hssədə əsassız olaraq təmin edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 və vəkili Habil Cavadov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı, Cavabdeh1 vəkili Nümayəndə və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhk əmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti 10 il təşkil edir. Mülki Məcəllənin 1091.1-ci maddəsinin mənasına görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (Mülki Məcəllənin 1091.2-ci maddəsi). Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti 10 il təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qisməndəymiş maddi zərərə görə Cavabdeh1 266.000 manat pulun tutulub iddiaçıya verilməsi hissəsində təmin edilməsinə baxmayaraq sonuncu qətnamədən ümumiyyətlə kasasiya şikayəti verməyib, Cavabdeh1 isə kasasiya şikayətində qətnaməni yalnız iddianın təmin olunan hissəsində mübahisələndirib. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı Cavabdeh1 kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndiril ən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, ünvan 1 “K” saylı ünvanda, 0,07165 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3.240,3 kv.metr olan çoxmərtəbəli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Cavabdeh1 həmin yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 117 kv.metr olan 3 otaqlı mənzili xx xxxxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 58.000 manata Cavabdeh2; həmin yaşa yış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 88 kv.metr olan 2 otaqlı mənzili 2016-cı il tarixli alqı-satqı müqaviləsinə (müqavilədə gün, ay göstərilməyib) əsasən 52.000 manata Cavabdeh3; həmin yaşayış binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 88 kv.metr olan 2 otaqlı mənzili xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 61.000 manata Cavabdeh4; həmin yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 88 kv.metr olan 2 otaqlı mənzili xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 40.000 manata Cavabdeh5; həmin yaşayış binasında yerləşən mənzili (mənzilin nömrəsi, ölçüsü və digər göstəriciləri müqavilədə qeyd edilməyib) xx xxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 55.000 manata Cavabdeh6 satıb. Hazırda iddiaçı iddia edir ki, sözügedən müqavilələ r əsasında Cavabdeh1, bunun üçün hər hansı səlahiyyəti olmadığı halda onun mülkiyyətində olan mənzillər üzərində sərəncam verib və nəticədə hüquqi əsas olmadan onun hesabına digər cavabdehlərdən 266.000 manat pul əldə etməklə əsassız varlanıb. Bu səbəbdən də Cavabdeh1 266.000 manat pul tutulub ona ödənilməlidir. Cavabdeh1 isə iddiaya etiraz edir və etirazını belə əsaslandırıb ki, o, sözügedən ünvanda iddiaçı və İlham Vahabovla birlikdə şərikli yaşayış binası tikmək qərarına gəliblər. Yaşayış binasının yerləşdiyi torpaq sahəsinin iddiaçının və İlham Vahabovun arvadı Dilarə Vahabovanın adına rəsmiləşdirilməklə torpaq sahəsinin pulunun onlar tərəfindən, yaşayış binasının tikintisi üçün tələb onunan vəsaitin isə onun tərəfindən ödənilməsini razılaşdırmışlar. Torpaq sahəsinin satın alınması üçü n onlar tərəfindən 243.000 manat, yaşayış binasının layihələndirilməsi və tikintisi üçün onun tərəfindən isə 1.200.000 manat vəsait xərlənib. İddiaçı əvvəlcədən sözügedən mənzillərin satılmasından və bu barədə cavabdehlərlə müqavilələrin bağlanmasından məlumatlı olub. Yaşayış binasının tikintisi üçün xərclənin vəsaitin bir hissəsi elə sözügedən mənzillərin satışından əldə olunan vəsait hesabına həyata keçirilib. Hazırda iddiaçı əsassız iddia qaldıraraq mənzillərin satışından əlavə gəlir əldə etmək istəyir. Bu səbəbdən də də iddia əsassız olduğundan tam rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinin tələblərinə istinad edib, Cavabdeh1 hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına 266.000 manat pul əldə etməsini, yəni bu cür varlan maya haqq qazandıran qanuni əsası və ya müqavilə əsası olmadan ona məxsus mənzilləri digər cavabdehlərə cəmi 266.000 manata satmaqla əsassız varlanması qənaətinə gəlsə də, Cavabdeh1 iddiaya etirazında sözügedən yaşayış binasını iddiaçı və İlham Vahabovla şərikli inşa etmələrinə dair irəli sürdüyü dəlillər üzrə kifayət qədər araşdırma aparmayıb və gəldiyi nəticəni qətnamədə əsaslandırmayıb. Belə ki, əvvəla iddiaçı, sözügedən yaşayış binasının mülkiyyətində olduğunu iddia etdiyi halda, onun razılığı və məlumatı olmadan Cavabdeh1 həmin yaşayış binasında yerləşən 4 mənzilə dair 2016-cı il tarixdə, 1 mənzilə dair isə 2018-ci il tarixdə digər cavabdehlərlə ayrı-ayrılıqla alqı-satqı müqavilələri bağlaması, mənzilləri onların faktiki sahibliyinə, istifadəsinə verməsi və ötən müddət ərzində iddiaçı nın buna etiraz etməməsi, hətta alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı tələbləri rədd edilməsinə baxmayaraq qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməməsi də, onunla Cavabdeh1 arasında şərikli, ortaq münasibətlərin olmaması qənaətinə gəlməyə kifayət qədər əsas vermir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, m əhkəmənin qətnaməsi qanuni olmaqla yanaşı, eyni zamanda əsaslı olmalıdır. Qətnamənin əsaslılığı dedikdə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o, vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Digər tərəfdən, xx xxxxxxx 2014-cü il tarixli Çıxarışa əsasən əvvəllər ümumi sahəsi 142,1 kv.metr yaşayış binasının ½ hissəsi Dilarə Vahabovanın, ½ hissəsi isə iddiaçının paylı mülkiyyətlərində olub. İşin bu halı da Cavabdeh1 irəli sürdüyü arqumentlərin açıqaşkar əsassız olması qənaətinə gəlməyə əsas vermir. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən ilk növbədə Cavabdeh1 iddiaya etirazında sözügedən yaşayış binasını iddiaçı və İlham Vahabovla şərikli inşa etmələrinə dair irəli sürdüyü dəlillər bir daha araşdırılmaqla, sonuncunun hazırki mübahisəli məsələyə münasibəti öyrənilməklə, iddiaçının Cavabdeh1 qarşı dəymiş maddi zərərə görə 266.000 manat pul tələbinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Bundan başqa, işdən görünür ki, sözügedən mənzillərə dair Cavabdeh1la digər cavabdehlər arasında alqı-satqı müqavilələri 2016-cı illərdə, sonuncu müqavilə isə xx xxxxxx 2018-ci il tarixdə bağlanıb. İddiaçı isə hazırki iddia tələbləri ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə, yəni sonuncu müqaviləni n bağlanmasından 1 il 10 aydan, xx xxxxxxxx 2016-cı il tarixli müqavilənin bağlanmasından isə 3 il 1 aydan sonra müraciət edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum oluduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Eyni zamanda, həmin Məcəllənin 354.1-ci maddəsində göstərilir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddənə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisəl əndirə bilər. Sadalanan maddələrin mənasına görə, qeyd olunan normalarda nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətlərdir. İddia müddətindən fərqli olaraq kəsici müddətlər şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində onun bu hüququ qüvvədən düşür. Hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Eyni zamanda kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu hüququn aradan qalxması ilə nəticələnir. Yəni, qanunvericilikdə nəzərədə tutulan müddət ərzində tərəf əqdi mübahisələndirmirsə artıq onun əqdi mübahisəl əndirmək hüququ aradan qalxmış olur. Göründüyü kimi mülki qanunvericilik kəsici müddətin mülki mübahisəyə tətbiq edilməsi üçün iki halın aydınlaşdıralmasını zəruri hesab etmişdir: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda maraqlı şəxs əqdi hansı müddətdə mübahisələndirib. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, iddiaçının nə vaxtdan sözügedən alqı-satqı müqavilələrinin etibarsız sayılmasına əsas verən halları bilməsini və ya bilməli olmasını kifayət qədər araşdırmadan, iddiaçının hazırki tələblərinə münasibətdə nəyə görə kəsici müddəti deyil, Mülki Məcəllənin 373.1-ci maddəsində nəzərdə tutulan 10 illik iddia müddətini tətbiq etməsini qətnamədə əsaslandırmadan, yalnız iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşaraq mübahisələndirilən hissədə iddianın əsaslı olması qənaətinə gəlmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi Cavabdeh1 kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismənCavabdeh1 dəymiş maddi zərərə görə 266.000 manat pulun tutulub iddiaçıya ö dənilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5571/2020 saylı qətnaməsi qism ən- Cavabdeh1 dəymiş maddi zərərə görə 266.000 manat pulun tutulub İddiaçı verilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar