Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1745/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator XXX oğlu və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən XXX oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-270/2018, hakim H.A.Səfərov) XXX oğlunun Cavabdeh2, Cavabdeh1 Tarıyel oğluna, X5, X8 və Şəki şəhər i 1 saylı Dövlət notariat kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə ilkin iddiası təmin edilmiş, Şəki rayon 01 saylı X9 “xxxx” ASC-nin adi adlı səhmlərinin bağışlanmasına dair xx xxxxxxxx 2013-cü il tarixli 3M-1/346 sayla reyestrdə qeydə alınmış “Qiymətli kağızların bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi qət edilmiş, Cavabdeh2 XXX oğluna qarşı borcun, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8528/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova və İ.Ş.Vəliyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 201 9cu il tarixli qərarı ilə (iş № 2(102)-1891/2019, hakimlər Ə.A.Əliyev, A.K.Kalbalıyev və V.Ə.İbayev) Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-8717/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, qətnamə «ilkin iddianın təmin olunması - Şəki rayon 1 saylı X9 “xxxx” ASC-nin adi adlı səhmlərinin bağışlanmasına dair xx xxxxxxxx 2013-cü il tarixli 3M-1/346 sayla reyestrdə qeydə alınmış “Qiymətli kağızların bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi» hiss əsində ləğv edilmiş, ilkin iddia rədd edilmiş, apellyasiya şikayəti verən cavabdehlərə münasibətdə qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən XXX verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İbrahimov X2 Nəbi Məmməd oğluna, Cavabdeh1 Tarıyel oğluna, X5, X8 və Şəki şəhəri 1 saylı Dövlət notariat kontoruna qarşı iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhər 1 saylı X9 “xxxx” ASC-nin səhmlərinin bağışlanmasına dair xx xxxxxxxx 2013-cü il tarixli 3M1/346 reyestr nömrəli “Qiymətli kağızların bağışlanma müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh2 XXX oğluna qarşı qarşılıq lı iddia qaldıraraq cavabdehdən 6.200 ABŞ dolları məbləğində borcun və 10.000 manat məbləğində maddi və mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulması ilə qəbul edilmiş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri b arədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “xxxx” ASC-nin hər birinin nominal dəyəri 2 manat olmaqla 51.340 ədəd adi adlı səhmi iddiaçı Ürfə t İbrahimova, 22.004 ədəd adi adlı səhmi Olqa İbrahimova ya məxsus olmuşdur. Ürfət İbrahimov Bakı istintaq təcridxanasında olarkən xx.xx.2012-ci ildə Cavabdeh1 adına etibarnamə vermiş, həmin etibarnamə ilə Cavabdeh1 xx.xx.2013-cü ilədək XXXa məxsus bütün əmlaklara dair sərəncam vermək səlahiyyəti verilmişdir. Cavabdeh1 x xxxxxx 2012-ci ildə etibar edilmişi etibaretmə qaydasında X12 İbrahimovun adından etibarnamə vermişdir. Bu etibarnamə ilə də X12 İbrahimova məxsus bütün əmlaklara dair sərəncam vermək səlahiyyəti verilmişdir. Hazırda iddiaçı XXX ona məxsus 51.340 ədəd səhmin bağışlanmasına dair xx xxxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinin etibarsız sayılmasını, qarşılıqlı iddiaçı Cavabdeh2 isə Urfan İbrahimovdan 6.200 ABŞ dolları borcun və vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pulun tutulmasını tələb edir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Olqa İbrahimova da Cavabdeh1 adına xx xxxxxxx 2012-ci ildə etibarnamə vermişdir. Həmin etibarnamədə Cavabdeh1 Olqa İbrahimovaya məxsus bütün əmlaklara dair sərəncam vermək səlahiyyəti verilmişdir. Cavabdeh1 x xxxxxx 2012-ci ildə etibar edilmişi etibaretmə qaydasında digər cavabdeh X14 İbrahimovanın adından etibarnamə vermişdir. Bu etibarnamə ilə də X14 İbrahimovaya məxsus bütün əmlaklara dair sərəncam vermək səlahiyyəti verilmişdir. xx xxxxxxxx 2013-cü il tarixli Qiymətli kağızların bağışlama müqaviləsinə əsasən XXX və Olqa İbrahimova onlara məxsus səhmləri Cavabdeh2 bağışlamışlar. Bağışlama müqaviləsini XXX və Olqa İbrahimovanın adından eti barnamə əsasında Nicat Hacıyev bağlamışdır. Hazırda 73.344 ədəd adi adlı səhm Cavabdeh2 məxsusdur. Cavabdeh2 ASC-nin səhmlərinin yeganə sahibinə çevrilmiş, onun qərarı ilə Nicat Hacıyev ASC-nin direktoru təyin edilmişdir. Bundan sonra, ASC-yə məxsus olmuş daşınmaz əmlaklar üzərində sərəncamverici əqdlər bağlanmışdır. ASC-yə məxsus olmuş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Savalan Hüseynova satılmış, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası x xxxxxxx 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Anar Qasımovla bağışlanmışdır. ASC-yə məxsus olmuş ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası x xxxxxx 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Asim Rasulova bağışlanmışdır. ASC-yə məxsus olmuş Şəki şəhəri, M. F. Axundov prospektində yerləşən 0,09 ha torpaq sahəsi x xxxxxx 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında Nicat Hacıyevə bağışlanmışdır. Nicat Hacıyev həmin torpaq sahəsini xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Kəmalə Cəbrayılovaya satmışdır. Eyni zamanda Nicat Hacıyev mübahisələndirilən xx xxxxxxxx 2013-cü il tarixli Qiymətli kağızların bağışlama müqaviləsini həm XXX (hədiyyə verən), həm də hədiyyə alan qismində bağlamamışdır. Çünki hədiyyə alan qismində digər Cavabdeh2 çıxış etmişdir. XXX tərəfindən verilmiş etibarnamədə ona məxsus olan əmlaklara dair istənilən sərəncamverici əqdin, o cümlədən bağışlama müqaviləsinin bağlanması Cavabdeh1 (etibar edilmişi etibaretmə qaydasında isə, Nicat Hacıyevə) etibar edilmiş, dolayısı ilə, XXX istintaq təcridxanasında verdi yi etibarnamədə nəinki əvəzsiz əqdlərin bağlanmasını, hətta etibar edilmişi etibaretmə qaydasında etibarnamənin verilməsini istisna etməmiş, və bu səlahiyyətləri Cavabdeh1 vermişdir. Apellyasiya məhkəməsi mübahisələndirilən bağışlama müqaviləsinə XXXun təmsilçisinin etibarnamə əsasında müvafiq səlahiyyətə malik olub-olmaması baxımından hüquqi qiymət verməklə hesab etmişdir ki, etibarnamədə olan səlahiyyətdən kənara çıxılma müəyyən edilmir. Bununla bərabər, xx xxxxxxxx 2013-cü il tarixli Qiymətli kağızların bağışlama müqaviləsində hədiyyə verən qismində təkcə XXX deyil, həm də Olqa İbrahimova çıxış etmişdir. Çünki “xxxx” ASC-nin 22.004 ədəd adi adlı səhmi Olqa İbrahimovaya məxsus olmuş, sonuncu bağışlama müqaviləsini ümumiyyətlə mübahisələndirməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çı xarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, iddiaçı tərəfindən 2013-cü il tarixdə bağlanmış müqavilə 2017-ci ildə mübahisələndirilməklə faktiki olaraq həmin əqdin mübahisələndirilməsinə imkan verən müddət ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bağışlama müqaviləsinin etibarsızlığı barədə tələbə baxılarkən Mülki Məcəllənin 354.2-ci maddəsində təsbit edilmiş kəsici müddətlərlə bağlı imperativ göstəriş nəzərə alınmalıdır. Müqavilənin etibarsız olması ehtimalında, MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi ilk iddiaçının həmin əqdin etibarsız hesab edilməsi barədə tələbinin təmin olunmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1745/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1745/2020
18.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver