Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-175/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: SOCAR İddiaçı cavabdeh Abbasov Akif Eldar oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-175/22 (Açar sözlər: tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: SOCAR “Azneft” İB-nin vəkili Vəkil, Cavabdeh: Cavabdeh vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)4498/2021 saylı qətnaməsindən iddiaçı SOCAR “Azneft” İB kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı SOCAR “Azneft” İB məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, qanuni istifadəsində olan sənaye təyinatlı Sabunçu rayonu, Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şosesinin kənarında yerləşən 1200 kv.metr sənaye təyinatlı torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Z.A.Hacıyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, 406465; ******* koordinatlar üzrə yerləşən torpaq sahəsi Balaxanı əməliyyat şirkətinin ərazisi hüdudlarında olub, sənaye təyinatlı torpaq sahəsinə aiddir. Bakı Şəhər İHB-nın 16 mart 1999-cu il tarixli, 211 saylı sərəncamına əsasən, Dövlət Neft Şirkətinin Quruda neft və qazçıxarma Birliyinin 23 dekabr 1998-ci il tarixli məktubu nəzərə alınaraq, Sabunçu rayonu ərazisində yerləşən və Dövlət Neft Şirkətinə məxsus olan Balaxanıneft-Sabunçu-Ramana yatağından 383,5 ha torpaq sahəsi geri alınıb. Balaxanı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin istifadəyə verilməsi və vergiyə cəlb olunması haqqında 01 iyul 2016-cı il tarixli müqaviləyə əsasən, Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində istehsalatla məşğul olmaq üçün 1200 kv.metr torpaq sahəsi 15 il müddətinə Cavabdeh istifadəsinə verilib. Eyni zamanda, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə Cavabdeh iddiası təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şosesinin kənarında yerləşən 1200 kv.m torpaq sahəsində inşa edilmiş, Cavabdeh məxsus tikilinin hüquqi qeydiyyata alınması ilə bağlı layihənin təsdiq edilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilib. Bundan sonra, Bakı şəhəri, Sabunçu Rayon İHB-nın 19 aprel 2018-ci il tarixli, 124 sa ylı sərəncamı ilə sözügedən məhkəmə qərarı icra edilərək, həmin qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilib. Göründüyü kimi 1200 kv.metr torpaq sahəsi üzərində cavabdehin inşa etdiyi tikilidən onun istifadə etməsinin ligitimliyi tanınıb. Bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsi cavabdehin istifadəsinə verilib. Bundan sonra, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şosesinin kənarında cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsini təsdiq edib. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 180.1, 180.2, 180.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İd diaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 180.1, 180.2, 180.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikay ətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı SOCAR “Azneft” İB-nin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh vəkili Nazim Musayev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və digər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqa nlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə di gər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillər inə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, 406465; ******* koordinatlar üzrə yerləşən torpaq sahəsi Balaxanı əməliyyat şirkətinin ərazisi hüdudlarında olub, sənaye təyinatlı torpaq sahəsinə aiddir. Bakı Şəhər İHB-nın 16 mart 1999-cu il tarixli, 211 saylı sərəncamına əsasən, Dövlət Neft Şirkətinin Quruda neft və qazçıxarma Birliyinin 23 dekabr 1998-ci il tarixli məktubu nəzərə alınaraq, Sabunçu rayonu ərazisində yerləşən və Dövlət Neft Şirkətinə məxsus olan Balaxanıneft-Sabunçu-Ramana yatağından 383,5 ha torpaq sahəsi geri alınıb. Balaxanı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin istifadəyə verilməsi və vergiyə cəlb olunması haqqında 01 iyul 2016-cı il tarixli müqaviləyə əsasən, Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində istehsalatla məşğul olmaq üçün 1200 kv.metr torpaq sahəsi 15 il müddətinə Cavabdeh istifadəsinə verilib. Eyni zamanda, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə Cav abdeh iddiası təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şosesinin kənarında yerləşən 1200 kv.m torpaq sahəsində inşa edilmiş, Cavabdeh məxsus tikilinin hüquqi qeydiyyata alınması ilə bağlı layihənin təsdiq edilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilib. Bundan sonra, Bakı şəhəri Sabunçu Rayon İHB-nın 19 aprel 2018-ci il tarixli, 124 saylı sərəncamı ilə sözügedən məhkəmə qərarı icra edilərək, həmin qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilib. Göründüyü kimi 1200 kv.metr torpaq sahəsi üzərində cavabdehin inşa etdiyi tikilidən onun istifadə etməsinin ligitimliyi tanınıb. Bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsi cavabdehin istifadəsinə verilib. Bu ndan sonra, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şosesinin kənarında cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsini təsdiq edib. Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikint i məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmçinin, Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, sökülməsi tələb olunan tikililər özbaşına tikili deyil. Belə ki, qeyd olunan maddələrin mənasına görə, tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində və ya buna lazımi icazələr almaqla və ya şəhərsalma və tikinti normalarına və qaydalarına əməl etməklə tikilmiş tikili özbaşına tikinti hesab edilmir. İddiaçı kassasiya ş ikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı SOCAR “Azneft” İB-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)-4498/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-175/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-175/2022
01.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver