Məhkəmə qərarları › İş №2(102)-1750/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1750/2022

05.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1750/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı notariat ofisinə, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı notariat ofisinə, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1750/22 Açar sözlər: əqdin etibarsızlığı, əhəmiyyətsiz əqd, əqdin mübahisələndirilməsi, əqdin etibarsızlığı nəticələrinin tətbiqi Bakı şəhəri 05 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1893/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları "xxxx" MMC (bundan sonra - MMC) - 21.12.2016-cı il tarixdə təsis olunmuş və MMC-nin nizamamə kapitalı 1.700.000 manat məbləğində müəyyən edilmişdir. Nizamnamə kapitalının 65%-- “X2 Şirkəti” QSC-yə (bundan sonra – Şirkət), 35%-i isə Cavabdeh1 aid olmuşdur. Sonuncunun adına qoyulmuş 595.000 manatın 295.000 çanatı İddiaçı1 tərəfindən ödənilmişdir. K ommersiya qurumunun dövlət reyestrindən çıxarışda MMC-nin qanuni təmsilçisi kimi İddiaçı2 adı qeyd olunmuşdur. MMC-nin 10.11.2017-ci il tarixdə keçirilmiş Ümumi yığıncağının protokoluna əsasən Cavabdeh1 məxsus 35% payın onun tərəfindən hər birinə 17,5% olmaqla iddiaçılara satılması qərara alınmış və protokol hər iki təsisçi tərəfindən (Şirkətin adından qanuni təmsilçisi kimi Şahid) imzalanmışdır. 16.11.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış müəssisədəki payın alqı-satqısı barədə müqaviləyə əsasən, MMC-də Cavabdeh1 məxsus 35% pay hər birinə 17,5% (297.500 manat dəyərində) olmaqla iddiaçılara satılmış və MMC-nin digər təsisçisi olan Şirkətin qanuni təmsilçisinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmışdır. 25.04.2018-ci il tarixdə iddiaçılar və Cav abdeh1 aralarında bağlanmış 16.11.2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi barədə ərizələrlə eyni notariat ofisinə müraciət edərək, ödənilmiş pay haqlarının geri qaytarıldığını bildirərək, müqavilənin ləğv edilməsini xahiş etmişdirlər. Bundan sonra 01.05.2018-ci il tarixə MMC-nin Nizamnaməsinə dıyişiklik edilərək, Cavabdeh1 35% paya sahib təsisçi kimi təkrar qeydə alınmış və 21.05.2018-ci il tarixdə həmin payın alqı-satqısı barədə sonuncu ilə Cavabdeh3 arasında Bakı şəhəri 50 saylı notariat ofisində müqavilə bağlanmış və MMC-nin digər təsisçisi olan Şirkətin qanuni təmsilçisinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehlərə qarşı iddi a ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25.04.2018-ci il tarixdə onlar və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrələrlə qeydə alınmaqla Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ərizələrin, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış, Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21.05.2018-ci il tarixli, 3M451 saylı MMC-nin 35% payının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bununla bağlı Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il tarixdə Namik Məmmədmura dov, iddiaçılar və Cavabdeh1 kənd təsərrüfatı məhsulları istehsalı ilə birgə məşğul olmaq qərarına gəlmiş və sonuncu tərəfindən “X2 Şirkəti” QSC-nin investor qismində cəlb edilməsi təklif edilmiş və 21.12.2016-cı il tarixdə "xxxx" MMC təsis olunmuşdur. MMC-nin nizamnamə kapitalı 1.700.000 manat müəyyən olunmaqla, 65%-i Şirkətə, 35%-i isə Cavabdeh1 aid olunmuş, sonuncunun adına qoyulmuş 595.000 manat iddiaçılar tərəfindən ödənilmişdir. 16.11.2017-ci il tarixdə Cavabdeh1 tərəfdən MMC-də olan payının hər birinə 17,5% olmaqla iddiaçılara satılması barədə müqavilə bağlamışlar. Qeyd olunan müqavilə müddətindən 5 ay keçdikdən sonra, Cavabdeh1 onlara müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyini, bununla əlaqədar kredit götürmək istədiyini, lakin kreditin alınması üçün MMC-də olan əvvəlki payını n adına göstərilməsinin zəruri olduğunu bildirmiş və payların 1 ay müddətinə müvəqqəti onun adına geri qaytarılmasını xahiş etmişdir. Bu barədə 25.04.2018-ci il tarixdə aralarında əməkdaşlıq müqaviləsi bağlanmış və həmin tarixdə onlar notariusa müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair formal ərizələr vermişlər. Ərizələr formal olduğundan müqavilənin ləğvi məhz ərizələrə əsasən həyata keçirilmişdir, halbuki qanuna əsasən müqavilənin ləğvi yeni müqavilənin bağlanması ilə rəsmilləşdirməlidir. Bundan başqa, ərizələr formal olduğuna görə, payların dəyəri Cavabdeh1 tərəfindən qaytarılmamış və notariat kontorunda payçı İddiaçı1 arvadının alqı-satqı müqaviləsinin ləğvinə dair razılıq ərizəsi alınmamışdır. Lakin Cavabdeh1 verdiyi sözə əməl etmədən, iddiaçıların etibarından sui-istifadə edərək, onları aldatmış və 21.05.2018-ci il tarixdə həmin payı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh1 notarial qaydada təsdiqlənmiş 15 dekabr 2012-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, 25.04.2018-ci il tarixli payın alqı-satqısı barədə 16.11.2012-ci il tarixli müqavilənin ləğvinə dair ərizələr formal olmuşdur. Belə ki, maliyyə çətinlikləri ilə əlaqədar kredit götürmək məqsədilə iddiaçılardan onlar satdığı cəmi 35 % payın 1 ay müddətinə formal olaraq onun adına keçirilməsini xahiş etmiş, iddiaçılar da heç bir vəsait almadan köməklik məqsədilə MMC-də olan paylarını müvəqqəti olaraq onun adına keçirmişlər. Həmin ərəfədə MMC-nin digər təsisçisi olan Şirkətin qanuni nümayəndəsi kimi Şahid da borc götürmüş və sonuncunun tələb ilə həmin borcun təminatı kimi formal olaraq adına keçirdiyi 35% payı iddiaçlara xəbər vermədən Şahid yaxın dostu, tələbə yoldaşı olan Cavabdeh3 adına keçirmiş və sonuncu payların iddiaçılara məxsus olmasından tam məlumatlı olmuşdur. Borcu tam ödəməsinə baxmayaraq, Şahid və Seymur Həmidov payı nə ona, nə də iddiaçılara qaytarmamışdır. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 (bundan sonra – üçüncü şəxs) cavabdehlərə qarşı iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 25.04.2018-ci il tarixdə əri İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6658 nömrə ilə qeydə alınmaqla Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21.05.2018-ci il tarixli, 3M-451 saylı MMC-nin 35% payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bununla bağlı kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb onunla əsaslandırılmışdır ki, üçüncü şəxs, cavabdeh İddiaçı1 10.08.2011-ci il tarixdə nikaha daxil olmuşdur. 16.11.2017-ci il tarixdə ərinin adına MMCnin nizamnamə kapitalında 17.5% payın rəsmilləşdirilməsi barədə onun məlumatı olmuş, lakin Cavabdeh1 həmin payın 1 ay müddətinə müvvəqəti onun adına qaytarılması barədə xahişi və əri tərəfindən 25.04.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı nota riat kontorunda bağlanılan 16.11.2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair formal ərizənin verilməsi barədə son vaxta qədər xəbərdar olmamış, bu hal ona Yasamal Rayon Məhkəməsindən ərinə SMS bildiriş gələn zaman məlum olmuşdur. Bu barədə soruşduqda İddiaçı1 bildirmişdir ki, payın alqı-satqı müqaviləsinin ləğvinə dair ərizə formal olduğundan həmin məsələ ilə bağlı ona deyilməyib və notarius tərəfindən razılığı alınmayıb. Cavabdeh3 iddia tələblərinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçılar və Cavabdeh1 məhkəmə iclasında verdikləri izahatlarında payın Nəsib Seymurovun adına keçirilməsi barədə 2018-ci ilin avqust-sentyabr ayında məlumatları olduğunu bildirmişlər. Lakin iddiaçılar hazırkı iddiadan əvvəl 2019-cu ilin oktyabr ayında Xaçmaz R ayon Məhkəməsində müəssisədəki payın alqı-satıqı barədə 16.11.2017-ci il tarixli müqavilənin ləğvinə dair 25.04.2018-ci il tarixli ərizələrin və onların nəticələrin etibarsız hesab edilməsi barədə iddia qaldırmışlar. Həmin iş üzrə verdikləri iddia ərizəsi isə tamamilə fərqli mülahizələr üzərində qurulmuşdur. Belə ki, iddiaçılar həmin iş üzrə Cavabdeh1 onlara yeni bağların salınması məqsədilə ərəblərlə danışdığını, lakin şirkətə sərmayəni yalnız onun payı olacağı halda qoyacaqlarını bildirmiş, buna görə də də dostluq münasibətlərinə əsasən özlərinə məxsus payı formal olaraq 1 ay müddətinə 25.04.2018-ci il tarixdə Cavabdeh1 adına keçirdiklərini, bu ilin aprel ayında isə mənfəətdən paylarını istədikdə sonuncunun rəsmi reyestrdə payı öz adına keçirməsindən xəbər tutduqlarına, bu barədə soruş duqda isə onun əvvəlki vəziyyəti bərpa etmək üçün 3 ay vaxt istədiyinə, lakin bundan yayındığına istinad etmişlər. Göründüyü kimi, 2019-cu ilin oktyabr ayında tərəflərin hazırda istinad etdikləri 25.04.2018-ci il tarixli əməkdaşlıq müqaviləsi mövcud olmamışdır, əks halda iddiaçılar mütləq iddia ərizələrində həmin müqaviləyə istinad edərdilər. Lakin əksinə, Cavabdeh1lə mübahisəni öz aralarında həll etdiklərinə istinad edərək, iddialarını baxılmamış saxlatmışlar. Tərəflərin müxtəlif məhkəmə işlərində fərqli versiyalar səsləndirmələri onu göstərir ki, iddiaçlar Cavabdeh1lə birləşərək, qanuni şəkildə bağlanmış müqaviləni etibarsız edib eyni payı bir neçə dəfə satıb qazanc əldə etmək niyyətindədirlər. Digər tərəfdən, Cavabdeh3la Cavabdeh1 arasında 21.05.2018-ci il tarixdə payın alqı-satqı müqav iləsi bağlanarkən sonuncu müəssisədəki 35% payın qanuni mülkiyyətçisi olmuş və bu barədə 01.05.2018-ci il tarixli reyestrdən çıxarış müqaviləyə əlavə edilmişdir. Bu halda Cavabdeh3 vicdanlı əldə edən olduğundan və onun iddiaçılarla Cavabdeh1 arasındakı münasibətlərə heç bir aidiyyəti olmadığından onunla bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Eyni zamanda iddiaçılar əqdin mübahisələndirilməsi ilə bağlı 1 illik müddəti də ötürmüşlər. Belə ki, onlar iddia ərizələrində və təqdim etdikləri əməkdaşlıq müqaviləsində 25.04.2018-ci il tarixli ərizələrə əsasən payları 1 ay müddətinə, yəni 25.05.2018-cil tarixədək formal olaraq Cavabdeh1 adına keçirdiklərini bildirmişlər. Belə olan halda, onların hüquqlarının pozulduğunu bildikləri vaxt 25.05.2018-ci il hesab edilməlidir, iddia çlar isə 1 illik müddəti ötürməklə 2019-cu ilin oktyabr ayında iddia qaldırmışlar. Müstəqil tələbə münasibətdə isə qeyd olunmuşdur ki, iddiaçılar məhkəmə iclasında verdikləri izahatlarında 16.11.2017-ci il tarixdə Cavabdeh1 payın alqı-satqı müqaviləsinə əsasən heç nə ödəmədiklərini bildirmişlər. Yəni, bağlanmış əqd əvəzli olsa da, üçüncü şəxsin əri tərəfindən vəsait xərclənməmişdir ki, bu halda onun arvadının müəssisədəki paya hüququ yarana bilməzdi. Ona görə də, üçüncü şəxsin hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş MMC-nin təsisçilərindən biri olan Şirkətin qanuni təmsilçisi Şahid ifadəsində bildirmişdir ki, əvvəldən biznes münasibətləri olduğu Azər onlara müraciət edərək, Qusar rayonuda alma bağları layihəsi barədə b ildirmiş və onlardan bu işə investisiya qoyulmasını xahiş etmişdir. Şirkət layihəni təhlil edib, həmin işə 1.105.000 manat, Azər isə 595.000 manat qoymuş və sonuncunun xahişi ilə iddiaçlar yaradılmış MMC-nin direktoru və onun müavini təyin edilmişdir. Bir müddət sonra Azər şirkətdəki pulları mənimsəyərək ölkədən qaçmış, əlaqə saxlanıldıqda isə qardaşının adına etibarnamə verərək, payları istədikləri şəxsin adına keçirə biləcəklərini bildirmişdir. Sonradan Azər ölkəyə qayıdaraq, işinə davam etmək istədiyini bildirmişdir. Onlara dəyən ziyan 1.200.000 manat olmuşdur. O da etiraz etməyərək, paylarını ödənişsiz alqı-satqı əsasında geri qaytarıb. 2-3 aydan sonra Azər borcları ilə bağlı payını satmaq istədiyini bildirəndə o, bununla bağlı tanıdığı insanlara, o cümlədən Seymura müraciət etmiş və S eymurla balanmış alqı-satqı müqaviləsi əsasında payı almışlar. Bundan sonra, Seymur ona zəng edərək, iddiaçların satılan payın ona məxsus olduğunu bildirdiklərini demiş, bu barədə Azərdən soruşduqda o, Elman tərəfindən MMC-dən pul mənimsənildiyini (həqiqətən də audit yoxlaması nəticəsində 300.000 manat mənimsəmə olduğu müəyyən edilmişdir), onun payının olmasından söhbət gedə bilməyəcəyini, Nazimin isə ona faizlə borc pul verdiyini və borcunu artıqlaması ilə qaytardığını bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 oktyabr 2020-ci il tarixli, 2(004)-1089/2020 saylı qətnaməsi ilə (hakim T.Xəlilova) hər iki iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçılar və Cavabdeh1 müəssisədəki payların alqısatqısına dair müqavilələrin ləğvinə dair razılığa gəlsələr də, müqavilənin qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməmiş, yəni bu barədə yazılı formada müqavilə bağlamamış, müqavilənin ləğvinə dair ərizələr vermişlər. Həmin ərizələrdə onların alqısatqı müqaviləsinin ləğvinə dair iradələri ifadə olunduğundan həmin ərizələrin etibarsızlığına dair mübahisəyə əqdlərin etibarsızlığına dair normalar tətbiq edilməlidir. Məhkəmə, Mülki Məcəllənin 399, 354.1 və 354.2-ci maddələrinə istinadla hesab etmişdir ki, həmin maddələrdə qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İş materiallarına əlavə edilmiş 25.04.2018-ci il tarixli əməkdaşlıq müqaviləsindən müəyyən olunur ki, iddia çılar MMC-də olan paylarını müvəqqəti olaraq 1 ay müddətinə 25.05.2018-ci il tarixə kimi qaytarmaq şərtilə Cavabdeh1 adına formal olaraq geri qaytarmışlar və sonuncu öhdəlik götürmüşdür ki, həmin tarixə kimi iddiaçılara məxsus olan payları qeyri-şərtsiz tam olaraq geri qaytaracaq. Lakin vədinə əməl etməyərək iddiaçıların paylarını geri qaytarmamış, əksinə 21.05.2018-ci il tarixdə Cavabdeh3 satmışdır. Beləliklə, iddiaçılar ən azı 25.05.2018-ci il tarixdə Cavabdeh1 tərəfindən aldadıqlarını bilmişlər, belə olan halda isə müəssisədəki paylarının alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrini 25.05.2018-ci il tarixdən 25.05.2019-cu il tarixədək mübahisələndirmək hüququna malik olmuşlar. Lakin belə iddia ilə məhkəməyə 07.11.2020-ci il tarixdə müraciət etmiş, bununla da, həmin ərizələrin mübah isələndirilməsi üçün bir illik müddət ötümüşlər. Bundan əlavə, məhkəmə, üçüncü şəxsin iddiasının əsaslandırdığı halları, yəni əri tərəfindən MMC-dəki payının Cavabdeh1a verilməsindən yalnız məhkəmədə iddia qaldırıldıqdan sonra məlumatı olmasına dair göstərdiklərini inandırıcı hesab etməyərək, qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, üçüncü şəxs ərinin işləri barəsində tam məlumatı olmuşdur. Belə olan halda, o da əri tərəfindən verilmiş 25.04.2018-ci il tarixli ərizənin mübahisələndirilməsi üçün qanunla müəyyən olmuş bir illik müddəti ötürmüşdür. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddialarının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şikayətlər eyni məzmunda belə əsasl andırılmışdır ki, məhkəmə əqdin etibarsızlığınının mübahisələndirilməsi üçün müəyyən edilmiş bir illik müddətə istinad edib iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ilk olaraq iddiaçılar Cavabdeh1lə müəssisədəki payların alqı-satqısına dair müqavilələrin ləğvinə dair razılığa gəlsələr də, müqavilənin qanunla müəyyən edilmiş forma və tələblərinə riayət etməmiş, yəni bu barədə yazılı formada müqavilə bağlamamış, müqavilənin ləğvinə dair ərizələr vermişlər. Yəni, bu niyyət ifadəsinin və prosesin gedişindən açıq bəlli olduğu kimi, həmin ərizələr sırf formal xarakterli olmuşdur, yəni başqa bir əqdi pərdələmək üçün tərtib edilmiş ərizələr olmuşdur. Bu səbəbdən də payların alqı-satqısından imtinaya dair tərtib edilmiş qeyd edilən ərizələrə hüquqi qiymət də uydurma (yalan) əqdlər ə tətbiq edilən hüquq normalarının tələbləri əsasında olmalıdır. Digər tərəfdən, məhkəmə tərəfindən işə aidiyyət qaydaları pozulmaqla baxılmışdır. Belə ki, hazırkı mübahisə hüquqi şəxsin təsisçiləri arasında olduğundan işə ümumi məhkəmə icraatında deyil, kommersiya icraatında baxılmalı idi. Üçüncü şəxs də apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onun iddiasını rədd edərkən yalnız 1 illik müddətin keçməsinə istinad etmişdir. Halbuki, iddia ərizəsində də qeyd etdiyi kimi, ərinin bütün işlərindən xəbərdar ola bilməzdi, bu müqavilənin mövcudluğundan isə yalnız Yasamal Rayon Məhkəməsindən SMS bildiriş gələndə xəbər tutmuşdur. Lakin işə baxan məhkəmə bu hala düzgün q iymət verməmişdir. Cavabdeh Seymur Həmidov isə apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçıların məhkəmə iclasında verdikləri izahatlarında, iddia ərizələrində və apellyasiya şikayətlərində onların aldadıldıqlarını bildikləri vaxtla bağlı müxtəlif tarixlər qeyd olunmuşdur. Belə ki, Xaçmaz Rayon Məhkəməsində bu tarix 2019-cu ilin aprel ayı, Yasamal Rayon Məhkəməsində 2018-ci ilin sentyabr ayı, hazırkı apellyasiya şikayətində isə 2018-ci ilin dekabr ayı qeyd olunmuşdur. Bu tarixlər 1 illik kəsici müdətin hesablanması ilə bağlı bildirilsə də, iddiaçılar bununla bağlı heç bir sübut təqdim etməmişlər. Özlərinin bildirdiklərinə görə Azər 25.05.2018-ci il tarixədək paylarını onlara geri qaytarmalı idi. Belə olduğu halda isə, 26.05.2018-ci il tarixdən tələb hüqu qları yaranmış, lakin məhkəməyə 07.01.2020-ci il tarixdə müraciət etmişlər. Üçüncü şəxsin isə iddiaya qarşı verilmiş etirazda qeyd olunan əsaslara görə hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, o, müəssisədəki payı əldə edərkən reyestr məlumatlarına etimad etdiyindən vicdanlı əldə edən sayılmalıdır. İddiaçıların məhkəmə aidiyyəti ilə bağlı dəlillərinə münasibətdə isə qeyd olunmuşdur ki, nə tərəflərin subyekt tərkibi, nə mübahisənin predmeti, nə də hüquq münasibətlərinin xarakteri məhkəmə aidiyyətinin pozulmasına dəlalət edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1893/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Resublikası Mülki Məcəlləsin in 337.1, 337.2, 337.5, 339.6, 346 və 354-cü maddələrinin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciəti üzrə məhkəmənin yekun qərarı qəbul olunanadək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Müraciət üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı qəbul edilərək, dərc olunduqdan sonra apellyasiya instansiyası məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçılar tərəfindən apellyasiya məhkəməsinə təqdim olunmuş İddiaçı1la Cavabdeh3 arasında aparılan və məzmunu məhkəmə iclasında araşdırılan telefon danışıqlarından müəyyən edilmişdir ki, həmin müqavilədə alıcı qismində Cavabdeh3 çıxış etsə də, əslində bu formal xarakter daşımış, həmin müqavilənin bağlanması onun iradə ifadəsi ilə deyil, Cavabdeh1lə digər MMC-nin həmtəsisçisi olan Şirkətin direktoru olan Şahid arasında olmuş, bu səbəbdən Cavabdeh3 həmin müqaviləni bağlamışdır. Apellyasiya instansiyası məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilməklə 25.04.2018-ci il iddiaçılar və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələr, habelə MMC-nin 35% payına dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış və Bak ı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21.05.2018-ci il tarixli, 3M451 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və bununla bağlı kommersiya hüquqi şəxslərin dövlət reyestrindən verilmiş çıxarış ləğv edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iddianı rədd edərkən iddiaçılar tərəfindən əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş bir illik müddətin ötürülməsinə istinad etmiş, tərəflər arasında bağlanmış və mübahisənin predmetini təşkil edən müqavilələrin həqiqiliyini iddia tələblərinin dəlilləri əsasında yoxlamamışdır. İddiaçılar iddia tələblərində işin o h alına istinad etmişlər ki, onlarla Cavabdeh1 arasında bağlanmış 16.11.2017-ci il tarixli payın alqı-satqı müqaviləsinin ləğvinə dair 25.04.2018-ci il tarixdə ərizələrin verilməsi formal xarakter daşımış, müqavilənin ləğvi və payların Cavabdeh1 geri qaytarılmasında məqsəd sonuncunun borc pul götürməsi üçün əmlakının olması görüntüsü yaratmaq məqsədi daşımış, onların həmin payları həqiqətən də, Cavabdeh1 qaytarmaq niyyətləri olmamışdır. Bundan başqa, müqavilənin ləğv edilməsinin özü də notariat orqanı tərəfindən qanun pozuntuları ilə həyata keçirilmişdir. Cavabdeh1 qeyd edilən halları mübahisələndirməmişdir. Tərəflər həmçinin, mübahisə etməmişlər ki, alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrin mətnində 297.500 manat pulun iddiaçılara qaytarılması göstərilsə də, əslində həmin məbləğ Cava bdeh1 tərəfindən onlara verilməmişdir. İşdə olan sənədlərdən və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan müəyyən olunur ki, iddiaçılarla Cavabdeh1 arasında hələ bu müqavilələr (payın alqı-satqısı və həmin alqı-satqının ləğv edilməsi müqavilələri) bağlanmamışdan əvvəl başlayan və müqavilələr bağlanana qədər, həmçinin onlar bağlandıqdan sonra da davam edən işgüzar münasibətlər mövcud olmuşdur. Bu fakt işin o halları ilə təsdiq olunur ki, MMC-nin nizamnamə kapitalındakı payın bir hissəsini Cavabdeh1 adından İddiaçı1, qalan hissəsini isə tərəflərin hər ikisinin etiraf etdiyi kimi, digər İddiaçı2 ödəmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış 25.04.2018-ci il tarixli əməkdaşlıq müqaviləsindən də müəyyən olunur ki, iddiaçılar müəssisədəki öz paylarını formal olaraq geri qa ytarılmasını şərtləşdirmişlər. Həmçinin, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12.08.2019-cu il tarixli qərarının məzmunundan da görünür ki, iddiaçılar müvafiq olaraq, MMC-nin direktoru və direktor müavini qismində fəaliyyət göstərmişlər. Eyni zamanda, 21.12.2016-cı il tarixli kommersiya qurumunun dövlət resyestrindən çıxarışdan görünür ki, MMC-nin təsisçisilərindən biri İnvestisiya Şirkəti olduğu zaman həmin müəssisənin qanuni təmsilçisi hazırkı iş üzrə İddiaçı2 olmuşdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçılar MMC-nin birbaşa təsisçiləri olmasalar da, onun təşkil edilməsində və fəaliyyətində iştirak etmiş, sonradan isə həmin MMC-nin təsis payının Cavabdeh1 məxsus 35% hissəsini MMC-nin digər təsisçisi olan Şirkətin razılığı ilə hər birinə 17,5% olmaqla, əldə etmişlər. Lakin bundan cəmi 5 ay sonra iddiaçılar alqı-satqı müqaviləsini ləğv etdirməklə əldə etdikləri təsis paylarını yenidən Cavabdeh1 geri qaytarmış və sonuncu bununla bağlı 10.05.2019-ci il tarixdə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən öz adına çıxarış aldıqdan bir neçə gün sonra, yəni 21.05.2019-cu il tarixdə MMC-dəki təsis payını özgəninkiləşdirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh1 tərəfindən MMC-dəki payın iddiaçılara satılması, qısa müddət ərzində həmin alqı-satqının ləğv edilməsi və bundan bir neçə gün sonra həmin payın başqa şəxsin adına özgəninkiləşdirilməsi, bu əqdlərin zəruriliyi və iqtisadi faydası barədə ağlabatan izahın olmaması, habelə yuxarıda sadalanan digər hallar belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında b ağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə ərizə verilərkən tərəflərin əsl niyyəti müqavilənin ləğv edilməsinə yönəlməmişdir. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, tərəflər müqavilənin ləğv edilməsinə dair yalnız ərizə verməklə kifayətlənmiş, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair yeni müqavilə bağlamamışlar. Halbuki, tərəflər arasında təsis payının alqı-satqısı notarial qaydada imzalanmış yazılı müqavilənin tərtib edilməsi ilə rəsmiləşdirildiyindən, həmin müqavilənin ləğv edilməsi də eyni formada, yəni yazılı müqavilənin tərtib edilməsi yolu ilə həyata keçirilməli idi. Lakin tərəflər müqavilənin formasına dair qanunvericiliyin bu tələbinə əməl etməmişlər. Beləliklə, Kollegiya, işin müəyyən edilmiş halların ı qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun öz qərarlarında formalaşdırdığı hüquqi mövqe baxımından qiymətləndirərək, belə qənaətə gəlmişdir ki, iddiaçılarla Cavabdeh1 arasında MMC-nin nizamnamə kapitalındakı payının alqı-satqısına dair bağlanmış müqavilənin ləğv edilməsinə dair ərizələr uydurma əqd olmuş, həmin ərizələr verilərkən iddiaçıların əsl niyyəti alqı-satqı müqaviləsinin həqiqətən ləğv edilməsi deyil, yalnız üçüncü şəxslərin qarşısında Cavabdeh1 MMC-də təsis payına sahib olması görüntüsünü yaratmaq olmuşdur. Belə olan halda, hazırkı mülki mübahisənin həlli zamanı Mülki Məcəllənin 354.1ci maddəsində göstərilmiş müddətlərə istinad etməklə, iddianın rədd olunması yolverilməzdir. Apellyasiya məhkəməsi cavabdehlər Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış 21.05.20 18-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçıların, habelə Cavabdeh1 nümayəndəsinin izahatlarından görünür ki, bu müqavilə Cavabdeh1lə MMCnin icraçı direktoru Şahid arasında mövcud olmuş borc məbləğinin qaytarılmasının təminatı kimi bağlanmış, Cavabdeh3 əslində Şahid tələbə yoldaşı və dostu olmuş, müqavilə də Şahid göstərişi ilə formal olaraq bağlanmışdır. Cavabdeh3 nümayəndəsi isə izahatında və apellyasiya şikayətinə etirazda Cavabdeh3 vicdanlı alıcı olduğunu və müqavilədə göstərilən pul məbləğini ödəyərək MMC-dəki təsis payının 35%-ni qanunauyğun şəkildə əldə etdiyini bildirmişdir. Lakin onunla İddiaçı1la arasında aparılan telefon danışıqlarının məzmunundan Cavabdeh3 həmin müqavilən in bağlanması və MMCdəki payın əldə edilməsi zamanı vicdanlı alıcı olması müəyyən edilmir. Belə ki, həmin telefon danışıqları zamanı Cavabdeh3 dəfələrlə təkrar edərək müəssisədəki payların geri qaytarılması məsələsinin ondan asılı olmadığını, bu məsələni onların digər şəxslə həll etməli olduğunu, həmin şəxs kimi desə, payları onun adına keçirəcəyini bildirmişdir. Tərəflər telefon danışıqlarındakı səslərin İddiaçı1 və Cavabdeh3 məxsus olmasını mübahisələndirməmişlər. Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.04.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq Kollegiya, tərəflər arasında aparılan telefon danışıqlarını iş üzrə mötəbər sübut kimi qiymətləndirərək işin həqiqi hallarının müəyyən edilməsində onlara istinad etmişdir. Məhkəmə kollegiyası, qeyd edilənlərdən bu qənaətə gəlmişdir ki, Cavabdeh1lə Cavabdeh3 arasındakı 21.05.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqısatqısına dair müqavilədə sonuncu əsl tərəf olmamış, müqavilənin bağlanmasında niyyət bu müqavilədə göstərilən nəticələrin əldə edilməsi olmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, həmin müqavilə əhəmiyyətsiz olmuşdur. Əqdin əhəmiyyətsiz olması onun həm görünüş üçün (uydurma əqd), həm də başqa əqdi pərdələmək üçün (yalan əqd) bağlanmasından irəli gəldiyindən, 21.05.2018-ci il tarixli müqavilənin iddiaçıların və Cavabdeh1 göstərdiyi kimi borcun təminatı olaraq bağlandığ ı (başqa əqdi pərdələmək), yaxud telefon danışıqlarından göründüyü kimi, görünüş üçün bağlandığı məsələsində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Sözügedən alqı-satqı müqaviləsinin etibarsızlığı müəyyən edildiyindən, həmin etibarsız müqavilə əsasında MMC-nin 35% payına dair kommersiya hüquqi şəxslərin dövlət reyestrində Cavabdeh3 barədə aparılmış qeydə dair verilmiş çıxarış ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi müstəqil tələbə münasibətdə isə vurğulamışdır ki, üçüncü şəxs etibarsızlığın əsası kimi əri İddiaçı1 tərəfindən onların ümumi birgə əmlakı hesab olunan MMC-də olan 17,5% təsis payı üzərində onun xəbəri və razılığı olmadan sərəncam verməsinə istinad etsə də, bu halın mövcudluğu özlüyündə həmin əqdin etibarsızlığına səbəb olmur. Belə ki, kommersiya təşkilatın da payın alqı-satqısı zamanı ümumi birgə mülkiyyətçinin razılığının alınması qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu cür razılığın alınması yalnız daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əşyaların alqı-satqısı zamanı nəzərdə tutulmuşdur (MM 225.6 və 650-ci maddələr). Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarının araşdırılması zamanı üçüncü şəxsin iddiasında mübahisələndirdiyi müqavilələrin başqa əsaslarla əhəmiyyətsiz əqd kimi etibarsızlığı müəyyən edilmişdir. Nə qədər ki, iddiaçıların iddialarının əsasını təşkil edən dəlillər əsasında yoxlanılan həmin əqdlərin əhəmiyyətsiz olmaqla, etibarsızlığı müəyyən edilmişdir, həmin əqdlərin başqa hüquqi əsaslarla etibarsız hesab edilməsi barədə üçüncü şəxsin iddiası da əsaslı hesab edilməlidir. Kollegiya, əqdin etibarsızlığı nəticələrinin tətbiq olunması ilə bağlı, həmçinin qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılarla Cavabdeh1lə arasında bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsinə dair ərizələr verilərkən tərəflər arasında həmin ərizələrdə qeyd edlimiş məbləğlərin alınıb-verilməsi müəyyən edilməmiş, cavabdehlər Cavabdeh1lə Cavabdeh3 arasındakı 21.05.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilədə Cavabdeh3 Cavabdeh1 595.000 manat pul verməsinin göstərilməsi, habelə Cavabdeh1 MMC-nin direktoru Şahid borc pul alması, bu müqavilənin məhz həmin borcun təminatı olaraq bağlanması və qeyd edilən borc məbləğinin böyük hissəsini qaytardığını bildirməsini, habelə Cavabdeh1lə Cavabdeh3 və Şahid arasında bununla bağlı mülki mübahisənin olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, həmin müqavilədə qeyd edilən pul məbləğinin restitusiyası məsələsi açıq saxlanılmaqla, tərəflərə bununla bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin rədd olunması barədə yeni qərar qəbul edilməsini və iddiaçıların və Cavabdeh1 əməllərində cinayətin əlamətlərinin olubolmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi onunla Cavabdeh1 arasında bağlanmış payın alqı-satqı müqaviləsinə uydurma əqd kimi q iymət verməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, artıq başqa məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş əqdə hazırkı məhkəmənin qiymət verməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan əlavə, işdə əqdin uydurma olduğunu təsdiq edəcək hər hansı sübut da yoxdur. Eyni zamanda, məhkəmə əqdin ləğv olunmasının formasına riayət olunmadığına istinad etsə də, nəzərə almamışdır ki, qanunverici müqavilənin forması dedikdə onun müqavilə şəkilində olmasını deyil, yazılı və şifahi formasını nəzərdə tutmuşdur. İşdə olan ərizələrdən də göründüyü kimi, müqavilənin ləğv edilməsi üçün tərəflər ərizə ilə notariusa müraciət etmişlər. Digər tərəfdən, işdən görünür ki, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi əsaslarından birini birinci instansiya məhkəməsinə təqdim e dilməmiş səs yazısının apellyasiya icraatında araşdırlması təşkil etmişdir. Lakin nə iddiaçılar, nə də həmin yazını qəbul edən məhkəmə kollegiyası hansı əsasdan çıxış etdiklərini izah edə bilməmişlər. Həmçinin, məhkəmə tərəfindən işə baxılması üçün qanunla müəyyən edilmiş müddət bununla bağlı hansı zərurətlərin olduğu əsaslandırılmadan uzadılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı1 və üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, tərəflərin verilmiş iddia ərizələri və apellyasiya şikayətləri ilə eyni əsaslardan çıxış etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticə lər yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətin ə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin q anuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən görünür ki, iddiaçılar 16.11.2017-ci il tarixli Cavabdeh1lə aralarında bağlanmış müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair notarial qayda verdikləri 25.04.2018-ci il tarixli ərizələrin etibarsızlığını tələb edərkən, Cavabdeh1l ə aralarında bağlanmış 25.04.2018-ci il tarixli əməkdaşlıq barədə müqaviləyə əsasən müqaviləni ləğinə dair ərizələri formal, yəni sadəcə payların Cavabdeh1 adına olması ilə bağlı görüntü yaratmaq məqsədilə verildiyinə, Cavabdeh1 tərəfindən paylarının dəyərinin onlara qaytarılmadığına, buna baxmayaraq, sonuncu tərəfindən aldadılaraq paylarının Cavabdeh3 satılmasına istinad edirlər. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlan masında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Apellyasiya məhkəməsi iddianı bu hissədə təmin edərkən, 25.04.2018-ci il tarixli əməkdaşlıq barədə müqaviləni, Cavabdeh1 notarial qaydada təsdiqlənmiş 15.12.2019-cu il tarixli ərizəsini əsas götürməklə, hesab etmişdir ki, tərəflər arasında bu hissədə mübahisə olmadığından müəssisədəki payının alqı-satqısına dair müqavilənin ləğvinə dair ərizələr uydurma əqd olmuş, həmin ərizələr verilərkən iddiaçıların əsl niyyəti alqı-satqı müqaviləsinin həqiqətən ləğv edilməsi deyil, yalnız üçüncü şəxslərin qarşısında Cav abdeh1 MMC-də təsis payına sahib olması görüntüsünü yaratmaq olmuşdur. Göründüyü kimi, məhkəmə bu hissədə iddianın qanuni əsasını düzgün müəyyən etməyərək, mübahisənin həllinə düzgün olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçılar həmin tələbin qanuni əsası kimi, özlərinin həqiqi vəziyyətin əksinə görüntü yaratmaq niyyəti ilə hərəkət etmələrinə baxmayaraq, Cavabdeh1 başdan etibarən aldatma niyyətilə hərəkət etməsinə istinad edirlər. Belə olan halda isə, işə mahiyyəti üzrə baxan məhkəmə mülki qanunvericiliyin əqdin əhəmiyyətsizliyi ilə bağlı deyil, mübahisələndirilməsi ilə bağlı müvafiq normalarını tətbiq etməklə, aldadılmanın olub-olmaması, etibarsız əqdin mübahisələndirilməsi ilə bağlı qanunda müəyyən edilmiş müddətin ötürülüb-ötürülməd iyi istiqamətində araşdırma aparmalı idi. Məhkəmə kollegiyası, cavabdehlər Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış 21.05.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə münasibətdə də apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır. Belə ki, ilk növbədə məhkəmə kollegiyası hesab edir ki, bu əqdin mmübahisələndirilməsi hüququ birinci tələbin təmin edilməsindən asılıdır. İkincisi apellyasiya məhkəməsi bu hissədə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, sözügedən müqavilə Cavabdeh1lə MMC-nin digər təsisçisi olan Şirkətin icraçı direktoru Şahid arasında mövcud olmuş borc məbləğinin qaytarılmasının təminatı kimi bağlanmaqla, Cavabdeh3 müqavilənin əsl tərəfi olmamış və müqavilənin bağlanmasında niyyət bu müqavilədə göstərilən nəticələrin əldə edilməsi olmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, həmin müqavilə əhəmiyyətsiz olmuşdur. Əqdin əhəmiyyətsiz olması onun həm görünüş üçün (uydurma əqd), həm də başqa əqdi pərdələmək üçün (yalan əqd) bağlanmasından irəli gəldiyindən, 21.05.2018-ci il tarixli müqavilənin iddiaçıların və Cavabdeh1 göstərdiyi kimi borcun təminatı olaraq (başqa əqdi pərdələmək), yaxud görünüş üçün bağlandığı məsələsində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Göründüyü kimi, məhkəmə Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış 21.05.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni Cavabdeh3 müqavilənin əsl tərəfi olmaması əsası ilə əhəmiyyətsiz hesab etmişdir ki, bu da həmin müqavilənin fərqli subyektlər arasında formal olaraq ba ğlanan yalan əqd olmasına dəlalət edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqelərə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir Plenum həmçinin qeyd etmışdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə k i, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Apellyasiya məhkəməsi isə, Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış 21.05.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni yalan əqd h esab etsə də, mülki qanunvericiliyin həmin əqdin pərdələdiyi əsl əqdə (borcun təminatı kimi girov) aid qaydalarının tətbiq edilməsi imkanlarını xidməti vəzifələrinə görə yoxlamalı olduğu halda, bu istiqamətdə heç bir hüquqi araşdırma aparmamışdır. Eyni zamanda, bu əqdi etibarsız hesab edərkən iş materiallarına əlavə edilmiş, Cavabdeh1 Cavabdeh3 qarşı bu əqdin etibarsız hesab edilməsi barədə mülki iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı 01.07.2021-ci il tarixli qətnaməsinin mövcudluğuna, həmin qətnamənin qanuni qüvvəyə mindiyi halda(18.10.2021-ci ildə apellyasiya verilib) hazırki iş üzrə hər hansı təsirinin olubolmamasına hüquqi qiymət verməmişdir. Kollegiya həmçinin hesab edir ki, əhəmiyyətsiz əqd hesab etdiyi əqdin etibarsızlığı nəticələrinin tətbiq olunması i lə bağlı da ziddiyyətli qənaətə gəlmiş, bir tərəfdən müqavilənin bağlanmasında niyyətin bu müqavilədə göstərilən nəticələrin əldə edilməsi olmadığını müəyyən etmiş, digər tərfdən isə həmin müqavilədə Cavabdeh3 Cavabdeh1 595.000 manat pul verməsinin göstərilməsi, habelə Cavabdeh1 MMC-nin direktoru Şahid borc pul alması, bu müqavilənin məhz həmin borcun təminatı olaraq bağlanması və qeyd edilən borc məbləğinin böyük hissəsini qaytardığını bildirməsini, habelə Cavabdeh1lə Cavabdeh3 və Şahid arasında bununla bağlı mülki mübahisənin olmamasını nəzərə alaraq həmin müqavilədə qeyd edilən pul məbləğinin restitusiyası məsələsinii açıq saxlanılmaqla, tərəflərə bununla bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqlarını izah etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara, eləcə də, apellyasiya şikayətinin və ona etirzın dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, həmçinin maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmiş, bir sözlə, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1893/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar