Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1751/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və X5 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-11226/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Ş.Quliyev, iş № 2(005)-2207/2019) İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddiası qismən təmin edi lərək Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2013-cü il tarixdə bağlanmış N massivində inşa edilən yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 65.5 kv. metr olan bir otaqlı mənzilə dair müqavilənin etibarsız hesab edilməsi, həmin əqdin etibarsızlığının nəticələri tətbiq edilməklə 25.000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 MMC-dən alınıb Cavabdeh1 verilməsi, qalan hissədə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə birləşdirilmiş iş üzrə iddiaçı X1 birləşdirilmiş işə dair iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC–yə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, qarşılıqlı iddiaçı Cavabdeh1 “xxxx” MMC–yə qarşı qarşılıqlı id diası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ona münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx xxxx 2005-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə Yeni Yasamal yaşayış massivində yerləşən 1.0 ha ölçüdə torpaq sahəsində yaşayış binalarının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. xx xxxxxx 2007-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 3 bloklu yaşayış bin asının tikintisi üçün ayrılmış torpaq sahəsi və digər sənədlər Cavabdeh2 MMCyə təqdim edilmişdir. Müqaviləyə görə Cavabdeh2 MMC-yə tikinti işləri başa çatdıqdan sonra yaşayış və qeyri-yaşayış sahələrinin 50 faizi Cavabdeh2 MMC-yə verilməli, lakin həmin yaşayış və qeyri-yaşayış sahələrinin satılması yalnız İddiaçı MMC adından rəsmiləşdirilməlidir. xx xxxx 2012-ci il tarixdə İddiaçı MMC ilə X3 arasında kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmış və tikintisi başa çatdırılmış binanın 1-ci girişinin 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 65.5 kv.metr təşkil edən 43 saylı mənzil dəyəri ödənilməklə T.D.Balayevə verilmişdir. xx xxxxxx 2013-cü il tarixdə isə həmin mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Həmin mənzilə görə Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-yə 25.000 manat ödənilmişdir. 2019-cu ilin aprel ayında İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC-nin onlar arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin 2.1.5-ci bəndinin tələbinə zidd olaraq xx xxxx 2012-ci il tarixdə onlar tərəfindən X2 45.850 manata satılmış bir otaqlı mənzili xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh1 satmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 337-ci maddələrinin tələblərinə müvafiq olaraq Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzili xx xxxxxx 201 3-cü ildə almaqla həmin vaxtdan mənzilə faktiki sahiblik etməsini, lakin 2018-ci ilin dekabr ayında mənzilin qapısının dəyişdirilməklə onun mənzilə buraxılmamasını əsas göstərməklə mənzilin İddiaçı MMC-nin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxx 2012-ci il tarixli müqavilə əsasında mübahisəli mənzili almış X3 ayrıca icraatda məhkəmədə iddia qaldıraraq mübahisəli mənzili qanuni əsaslarla və dəyərini ödəməklə əldə etməsinə baxmayaraq həmin mənzilin "Cavabdeh2" MMC tərəfindən qanunsuz olaraq Cavabdeh1 satılmasını əsas göstərməklə sonuncu ilə bağlanmış müqavilənin etibarsız sayılmasını xahiş etmiş, bu zaman maddi hüquq norması kimi Mülki Məcəllənin 337-ci maddəsinə istinad etmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabd eh1 kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı MTK-nın nümayəndəsi və vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə k asasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzil üzərində sərəncam vermək hüququ İddiaçı MMC-yə məxsus olmuş və mənzil onun tərəfindən Tofiq Balayevə xx xxxx 2012-ci il tarixdə dəyəri ödənilməklə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən Tofiq Balayev mənzilə sahiblik və istifadə hüququ əldə etməsinə baxmayaraq, həmin mənzil Cavabdeh2 MMC tərəfindən 25.000 manata Cavabdeh1 satılmışdır. Həmçinin müəyyən olunmuşdur ki, cəmiyyətlər arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən Cavabdeh2 MMC mübahisəli mənzil üzərində sərəncam vermək hüququna malik olmamış, lakin buna baxmayaraq mənzil onun tərəfindən Mülki Məcəllənin 572.1-ci maddəsinin ziddinə olaraq Cavabdeh1 satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mübahisəli mənzilin Cavabdeh1 satılması zamanı Mülki Məcəllənin normalarının tələbləri pozulduğundan kollegiya onunla bağlanmış müqavilənin etibarsız sayılmasını əsaslı sayır və hesab edir ki, mübahisə işdə olan sübutlara və qanunun tələblərinə uyğun həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1751/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1751/2020
10.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver