Məhkəmə qərarları › İş №2(102)-1752/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1752/2019

13.03.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1752/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, X17 oğlunun katibliyi, 3-cü şəxs X1 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2013-cü il tarixli 2(103)-3673/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə müştərək qaydada 500.000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olmuş Cavabdeh1 biznes qurmaq məqsədi ilə iddiaçıdan, 10% əlavə ödəmək şərti ilə, 18.06.2012-ci il tarixdə 500.000 ABŞ dolları məbləğində pulu 1 il müddətinə borc almışdır. Borcun verilməsi Cavabdeh1 arvadı, iş üzrə cavabdehlərdən biri olan Xnın iştirakı ilə həyata keçirilmişdir. İddiaçının təklifi ilə Cavabdeh1 iddiaçıdan borc alması barədə “iltizamnaməni” imzalamışdır. 06.05.2013-cü il tarixdə eşitmişdir ki, Cavabdeh1 vəfat etmişdir. Yas mərasimlərinin qurtarması və a iləsinin hüzndən ayrılması üçün bir müddət gözlədikdən sonra iddiaçı, Cavabdeh1 arvadı Cavabdeh4 ilə telefonla danışaraq borcun qaytarılması barədə maraqlanmışdır. Cavabdeh4 iddiaçıya demişdir ki, ərindən miras qalmış və Bakı şəhərində yerləşən daşınmaz əmlak var, o həmin əmlakı satıb onun borcunu qaytaracaqlar. Bir müddət sonra Cavabdeh4 iddiaçıya zəng vuraraq bildirmişdir ki, borcu qaytara bilmir. İddiaçı öz etirazını bildirərək borcun tam şəkildə və tezliklə qaytarılmasını tələb etdikdə Cavabdeh4 telefonu söndürmüş və bundan sonra iddiaçının zənglərinə cavab verməmişdir. Bundan sonra, iddiaçı, hüquqi yardım almaq üçün vəkillərə müraciət etmişdir. Vəkil sorğuları nəticəsində məlum olmuşdur ki, mərhum Cavabdeh1 miras əmlak kimi Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 100 “a”, 42 nömrəli 3 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 73, 71 nömrəli 1 otaqlı mənzil və Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 26/32, 21 nömrəli 2 otaqlı mənzil qalmış və həmin miras əmlaklar cavabdehlər (mərhumun arvadı və 2 övladı) tərəfindən miras kimi qəbul edilmişdir. Bununla əlaqədar cavabdehlər mərhumun vərəsələri olaraq mərhumun iddiaçıya olan borcunu ödəməlidirlər. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-7546/2014 saylı 17.09.2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 500.000 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnəsi ilə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarında tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat rüsum unun müştərək qaydada cavabdehlərə aid edilməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Sənan Hacıyev (sədrlik edən və məruzəçi), Etibar Nəbiyev və Raqib Qurbanov) 19.07.2017-ci il tarixli 2(103)3144/2017 nömrəli qətnaməsi ilə qətnamə ilə maraqlarına toxunan şəxs X1nın apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-7546/2014 saylı 17.09.2017-ci il tarixli qətnaməsi cavabdehlərdən pulun tutulması tələbinin təmin edilmiş hissəsində ləğv edilmiş, cavabdeh Xdan pulun tutulması hissəsində iddia rədd edilmiş, iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh2 pulun tutulması hissəsində iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçının xeyrinə 500.000 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnəsi ilə manatla miqdarı hər birinin qəbul etdikləri miras əmlakdakı paylarının hissəsinə mütənasib olaraq və həmin hissənin dəyəri həddindən çox olmamaq şərti ilə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın X1dan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən X1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası(hakimlər İlqar Xələfov(sədrlik edən və məruzəçi), Qəhrəman Allahverdiyev, Ənvər Şadiyev) iş № 2(102)-8909/2017 saylı 27.12.2017-ci il tarixli qərarla kassasiya şikayətlərini təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş qətnaməni ləğv edərək işi yeni apellyasiya baxışına göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X7 (sədrlik edən və məruzəçi), X15 və X13) 06.08.2018-ci il tarixli 2(103)- 3673/2018 nömrəli qətnaməsi ilə X1 apellyasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 Qaib oğluna qarşı “borcun tutulması tələbi barədə” iddiasının təmin edilməməsi, iddia əsassız hesab edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı və vəkili Nümayəndə1 tərəfindən Bakı Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2018-ci il tarixli 2(103)- 3673/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 500000 (beş yüz min) ABŞ dolları məbləğində pulu borc olaraq mərhum Cavabdeh1 vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3144/2017 saylı iş üzrə 19.07.2017-ci il tarixli qətnaməsi ümumiyyətlə tam qarışıq bir hüquqi akt olmuşdur. Belə ki, borc müəyyən olunduğu halda nə üçün hüquqlarına toxunan şəxs kimi işə qoşulan X1 əmlakına tələbin yönəlməməsi qeyri-müəyyən idi. Həmin qətnamədən verilən kassasiya şikayəti təmin edilərək həmin qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi iş üzrə təkrar ekspertizanın keçirilməsini, iltizamın kim tərəfindən və hansı kompüterdə çap olunması məsələsinin araşdırılması, nə üçün onun və X2 iltizamda imza etməmələrini müəyyən etməyi tövsiyə etmişdir. Göstərilən normalardan aydın olur ki, kassasiya instansiyası məhkəməsinin göstərişləri həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsində iş üzrə təkrar ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən gələn cavaba əsasən onun Azərbaycan Respublikasında olduğu tarix ilə iltizamda göstərilən tarixin fərqli olması səbəbi ilə iş ekspertizadan əsassız olaraq geri çağırılmışdır. Belə halda ikili vəziyyət yaranır: 1) iltizamda imza borclu şəxsindir, 2) iltizamda olan tarixdə o, Bakıda olmamışdır. Bununla bağlı qeyd etmək istərdi ki, iltizam da tarixin səhv göstərilməsi tam mexaniki səhv kimi qiymətləndirilməlidir. Belə ki, mərhum Cavabdeh1 imzasının iltizamda olması şübhə doğurmur. Həmin imza mərhumun digər sənədlərdə olan imzaları ilə uyğunlaşdırılmışdır və həmin imzanın mərhuma məxsus olması ekspertin rəyi ilə təsdiq olunmuşdur. Mərhum X3 Federasiyasında yaşadığı dövrdən onunla ailəvi dost olmuşlar. Birgə sahibkarlıq fəaliyyətləri olub. O, Bakı şəhərinə köçdükdən sonra Bakı şəhərində evlər alaraq təmir etdirib baha qiymətə satmaqla da məşğul olurdular Hal- hazırda da mərhumun ailəsi ilə dostluq münasibətindədir, qaynı ilə birgə biznes şərikliyi vardır. Fəaliyyətləri ilə bağlı dəfələrlə mərhuma və ya o, ona külli miqdarda pul vəsaitlərini vermiş və heç bir problem olmadan geri qaytarmışlar. Ümumiyyətlə onların fəaliyyətindən X1 heç bir məlumatı olmamışdır. Digər cavabdehlər onun mərhuma borc verdiyini etiraf edirlər, həmçinin həmin borcu da qaytarırlar (az-az) olsa belə, digər cavabdehlər yalnız işin məhkəməyə düşməsinin tərəfdarı deyillər. Bu səbəblərdən Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə tam əsassız və qanunsuzdur. Belə ki, Apellyasiya instansiyası məhkəməsi iltizamda olan imzanın mərhuma məxsus olmasını təsdiq etmiş olsa da, iltizamda olan tarixin mexaniki olaraq səhv yazılmasını əsas tutaraq qətnamə çıxarmışdır. Halbuki, Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin faktiki olaraq borcu təsdiq etdiklərinə diqqət yetirməmiş, X1 ümumiyyətlə borc münasibətlərində iştirakını, şahidlərin ifadələrini, onların biznes fəaliyyətlərinin nədən ibarət olmasını, araşdırmamış, kassasiya instansiyası məhkəm əsinin göstərişlərinə əməl etməmiş və işi təkrar ekspertizadan geri almışdır. Göstərilənlərə əsasən hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3673/2018 saylı iş üzrə çıxardığı 06.06.2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: 3-cü şəxs X1 vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, kassasiya şikayətinə dair yazılı etirazın məzmununa uyğun izahat vermiş və onun təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-c ü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin faktiki halları ondan ibarətdir ki, 500.000 ABŞ dolları borcun verilməsi barədə Cavabdeh1 ilə iddiaçı arasında yazılı və notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmamışdır. İddiaçı tərəfindən məhkəməyə borcun verilməsini təsdiq edən sübut kimi yalnız mərhum Cavabdeh1 tərəfindən imz alanması iddia edilən 18.06.2012-ci il tarixli iltizam təqdim edilmişdir. Həmin “iltizamın” mətni kompüterdə tərtib edilmiş və çap olunmuşdur. “İltizamda” onun Bakı şəhərində, 18.06.2012-ci il tarixdə tərtib olunması və onun Cavabdeh1 tərəfindən imzalanması göstərilmişdir. “İltizamın” məzmunundan görünür ki, Cavabdeh1 18.06.2012-ci il tarixdə iddiaçıdan 500.000 ABŞ dolları məbləğində borc almış və həmin borcu 18.06.2013-cü il tarixdə tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 06.05.2013-cü il tarixdə vəfat etmişdir və cavabdehlərdən Emil və Aydan Əsədullayevlər, habelə X1 onun qanun üzrə vərəsələridir və bununla bağlı onlara 19 saylı Notariat Kontoru tərəfindən müvafiq şəhadətnamələr verilmişdir. Cavabdeh1lə X arasında nikah Moskva şəhəri Timiryazevsk Bələdiyyələrarası xalq məh kəməsinin 22.01.1999-cu il tarixli qətnaməsi ilə pozulmuş və Cavabdeh4 miras əmlakın ½ hissəsinə mülkiyyət hüququnun müəyyən olunmasına dair iddiası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2015-ci il tarixli qətnaməsi ilə rədd olunmuşdur. İş üzrə cavabdehlər mərhum Cavabdeh1 iddiaçıdan qeyd edilən məbləğdə borc almasını təsdiq edir, lakin 3-cü şəxs V.İmaməliyeva cavabdehlərin iddiaçı ilə birgə hərəkət etdiyini və həqiqətdə onun oğlu olan Cavabdeh1 tərəfindən belə bir məbləğdə borc alınmadığını və alınmasının da mümkün olmadığını, iltizamın saxta olduğunu bildirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12359 nömrəli 31.05.2017-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, “iltizamda” olan “Cavabdeh1” yazısının qarşısındakı imza Cavabde h1 özü tərəfindən icra edilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin 02.05.2018-ci il tarixli məktubu ilə məhkəmənin sorğusuna verilmiş cavabdan müəyyən edilmişdir ki, İddiaçı 04.07.2012-ci il tarixdə Azərbaycan Respublikasının sərhədini keçərək ölkəyə daxil olmuş, 14.08.2012-ci il tarixdə ölkənin sərhədinin hüdudlarından kənara çıxmışdır. Eyni zamanda, sorğuya cavabda göstərilmişdir ki, o, 17.12.2013-cü il tarixdə ölkənin sərhədini keçərək onun hüdudlarına daxil olmuş və 22.12.2013-cü il tarixdə ölkəni tərk etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, ekspertiza tərəfindən verilmiş rəy yalnız bir “A” hərfin tədqiqinə söykəndiyindən, ödənilməsi isə tələb olunan borcun məbləği külli miqdar təşkil etdiyindən və borcu aldığı qe yd edilən Cavabdeh1 vəfat etməklə anası X oğlu tərəfindən borcun alınmasını qəti inkar etdiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 101.3-cü maddələrinin tələblərini nəzərə alaraq iltizamdakı imzanın Cavabdeh1 məxsus olmasını müəyyən edən ekspert rəyinin mövcudluğundan asılı olmayaraq borcun verilməsinin həqiqiliyini başqa sübutlarla müəyyən etməyə çalışan apellyasiya instansiyası məhkəməsi bu məqsədlə, İddiaçı 2011ci, 2012-ci və 2013-cü illərdə Azərbaycan Respublikasının Dövlət Sərhədindən keçibkeçməməsi (giriş-çıxışı) barədə ətraflı arayışın alınması üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə sorğu vermiş, sorğuya verilmiş cavabdan məlum olmuşdur ki, borc verilən gün, yəni iltizamda qeyd edi lən 18.06.2012-ci il tarixdə iddiaçı ölkə ərazisində olmamışdır. Dövlət Sərhəd Xidmətinin cavab məktubu məhkəməyə daxil olduqdan sonra keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi məsələyə aydınlıq gətirməyə çalışaraq “18.06.2012-ci il tarix”in iltizama səhv yazıldığını qeyd etsə də, öz iddiasının əsaslığını sübut etmə yükü üzərinə düşən iddiaçı tərəf borcun məhz hansı tarixdə və şəraitdə verilməsinə dəqiq aydınlıq gətirə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində qeyd edilən külli məbləğdə pulun borc verilməsini dərk edən və bu səbəbdən borcalanın iltizama “imza etməsini” təşkil edən iddiaçının həmin iltizamın tərtib etməsi zamanı tarixi düz yazmaması inandırıcı görünmür, çünki iddiaçı iddia ərizəsində 18.06.2012-ci il tarixdə Bakı şəhərində C avabdeh1 500.000 ABŞ dolları pulu nağd şəkildə borc verdiyini, borc verilən gün Cavabdeh1 tərəfindən “İltizam” tərtib edilərək imzalandığını göstərmiş, iş üzrə cavabdehlər X2 və Cavabdeh2lar da öz izahatlarında bu halı təsdiq etmişlər. Cavabdeh1lə Cavabdeh4 arasında nikahın 1999-cu ildən pozulmuş olması, Cavabdeh4 miras əmlakın ½ hissəsinə mülkiyyət hüququnun müəyyən olunmasına dair iddiasının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2015-ci il tarixli qətnaməsi ilə rədd olunmasını nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh4 borcun onun yanında verilməsi barədə dediklərini inandırıcı hesab etməmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş materialları ilə Cavabdeh1 belə böyük məbləğdə borc aldığı halda həmin vəsaiti vəfat edən günə kimi nəyə sə sərf etməsi, bu ərəfədə hər hansı qiymətli əmlak əldə etməsi, yaxud müəyyən biznes fəaliyyətinə sərf etməsi, eləcə də vəfat etdikdən sonra ondan pul formasında miras qalması təsdiq olunmur. Qeyd edilən bütün bu hallar Cavabdeh1 tərəfindən, həqiqətən də, qeyd edilən məbləğdə borc alınmasını şübhə altına alır və bu şübhənin əsassız olmasını təsdiq edən hər hansı sübut Məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən, apellyasiya instansiya məhkəməsi iddianı əsassız hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin və ona etirazın dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni v ə əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hə r bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə kollegiyası hes ab edir ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə görə borcun verilməsinin sübut etmə vəzifəsi borc verənin üzərinə düşür. Bununla əlaqədar iddiaçının istinad etdiyi yeganə yazılı sübut borcun Bakı şəhərində mərhuma verilməsi barədə 18.06.2012-ci il tarixli iltizamdır. Həmin iltizamdakı imzanın borc alana məxsus olması məhkəmə-xətşünasliq ekspertizasının rəyi ilə müəyyən edilsə də, iltizamda göstərilə tarixdə iddiaçı Bakı şəhərində olmamışdır. Belə olan halda isə, iddiaçının iddiasında göstərdiyi faktiki hallar, yəni onun tərəfindən 18.06.2012-ci il tarixdə Bakı şəhərində mərhuma 500.000 ABŞ dolları pulu nağd qaydada verməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini qəbul etməməsinin səbəblərini qətnamədə əsaslandırmış, ekspert rəyini işdə olan digər sübutlarla birgə qiymətləndirərək onu mötəbər sübut kimi qəbul etməmişdir. Hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin 27.12.2017-ci il tarixli qərarında da apellyasiya məhkəməsinə göstəriş verilmişdir ki, iltizamdakı imzanın Cavabdeh1 məxsus olmasını müəyyən edən ekspert rəyinin mövcudluğundan asılı olmayaraq borcun verilməsinin həqiqiliyi daha dərindən və ətraflı araşdırılmalı, toplanmış sübutlara məcmu halında qiymət verilməlidir. Buna görə də, apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ekspertiza tərəfindən verilmiş rəy yalnız bir “A” hərfin tədqiqinə söykəndiyindən, ödənilməsi isə tələb olunan borcun miqdarı külli məbləğ təşkil etdiyindən və borcu aldığı qeyd edilən Cavabdeh1 vəfat etməklə anası X oğlu tərəfindən borcun alınmasını qəti i nkar etdiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 101.3-cü maddələrinin tələblərini nəzərə alaraq iltizamdakı imzanın Cavabdeh1 məxsus olmasını müəyyən edən ekspert rəyinin mövcudluğundan asılı olmayaraq borcun verilməsinin həqiqiliyini başqa sübutlarla müəyyən edilməlidir. Bu baxımdan apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan əlavə araşdırma zamanı əldə edilmiş sübutlar əsasında borc verilən gün, yəni iltizamda qeyd edilən 18.06.2012-ci il tarixdə iddiaçı ölkə ərazisində olmadığı müəyyən edilmişdir. İşin materiallarından görünür ki, Dövlət Sərhəd Xidmətinin cavab məktubu məhkəməyə daxil olduqdan sonra keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi məsələyə aydınlıq gətirməyə çalışaraq bild irmişdir ki, “18.06.2012-ci il tarix” iltizama səhv yazılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, öz iddiasının əsaslığını sübut etmə yükü üzərinə düşən iddiaçı tərəf borcun məhz hansı tarixdə və şəraitdə verilməsinə dəqiq aydınlıq gətirə bilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia ərizəsində qeyd edilən külli məbləğdə pulun borc verilməsini dərk edən və bu səbəbdən borcalanın iltizama “imza etməsini” təşkil edən iddiaçının həmin iltizamın tərtib etməsi zamanı tarixi düz yazmamasının inandırıcı görünməməsinə dair qənaəti ilə də razılaşır. Məhkəmə kollegiyası həmçinin iş üzrə cavabdehlər X2 və Cavabdeh2lar tərəfindən iddianın etiraf olunması ilə bağlı qeyd edir ki, Xnın Cavabdeh1lə arasında nikah Moskva şə həri Timiryazevsk Bələdiyyələrarası xalq məhkəməsinin 22.01.1999-cu il tarixli qətnaməsi ilə pozulması, bunun sonradan X1nın apellyasiya şikayəti əsasında aşkar edilərək Cavabdeh4 miras əmlakın ½ hissəsinə mülkiyyət hüququnun müəyyən olunmasına dair iddiasının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2015-ci il tarixli qətnaməsi ilə rədd olunması, cavabdehlər və mərhumun digər vərəsəsi olan anası X1 arasında əmlakla bağlı mübahisələrin olması həmin şəxslərin hazırki iddianın etirafında maraqlı olduqları qənaətinə gəlməyə əsas verir. Beləliklə də, borcun Cavabdeh4 yanında verilməsi yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar nəzərə alınmaqla inandırıcı görünməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə kollegiya razılaşır və hesab edi r ki, işə apellyasiya icraatı qaydasında baxan məhkəmənin iş materialları ilə Cavabdeh1 belə böyük məbləğdə borc aldığı halda həmin vəsaiti vəfat edən günə kimi nəyəsə sərf etməsi, bu ərəfədə hər hansı qiymətli əmlak əldə etməsi, yaxud müəyyən biznes fəaliyyətinə sərf etməsi, eləcə də vəfat etdikdən sonra ondan pul formasında miras qalması təsdiq olunmaması, qeyd edilən bütün bu halların Cavabdeh1 tərəfindən, həqiqətən də, qeyd edilən məbləğdə borc alınmasını şübhə altına alması barədə qənaəti və bu şübhənin əsassız olmasını təsdiq edən hər hansı sübutu Məhkəməyə təqdim edilməməməsi barədə mövqeyi əsaslıdır. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdəırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd ed ir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tər əfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki pros esdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətn aməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələ blərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbayca n Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2018-ci il tarixli 2(103)3673/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar