Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1754/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Kazımova X32 və digərlərinin Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: şəhadətnamənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abba oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-673/2025 saylı, 25 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçılar Kazımova X32 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Miras qoyan X45 (Abdul) oğlu ilə X10 xx.xx.1948-ci ildə nikah bağlamışlar və bu nikahdan onların 5 övladları- X29 xx.xx.1949-cu ildə, Cavabdeh3 xx xxxxxx 1951-ci ildə, X35 03 avqust 1955-ci ildə, Kazımov(Essert) Kazım Davud oğlu xx.xx.1958-ci ildə, X20 xx xxxxxx 1962-ci ildə doğulmuşlar.
2. X33 13 noyabr 1990-cı ildə, X8 28 iyul 2008-ci ildə, X35 10 may 2005-ci ildə, X29 12 avqust 2021-cı ildə, arvadı X5 isə 21 yanvar 2023-cü ildə ölmüşlər.
3. X29 ilə X2 24 oktyabr 1978-ci il tarixdə bağlanmış nikahından xx.xx.1980-ci ildə X21 və xx.xx.1981-ci ildə X24 doğulmuşlar.
4. X35 ilə Kazımova (Rzayeva) X18 xx.xx.1986-cı ildə nikah bağlamış və onların birgə nikahından xx.xx.1987-ci il təvəllüdlü İddiaçı2 doğulmuşdur. X36 isə 05 avqust 2013-cü il də ölmüşdür.
5. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 30 avqust 1996-cı il tarixli, 2-301/1996saylı qətnaməsi ilə iddia təmin edilərək, X9 ilə X34 arasında bağlanmış 26 mart 1988-ci il tarixli nikahın pozulması qət edilmişdir.
6. X34 ilə Essert Svetlana arasında 01 iyun 2007-ci il tarixdə nikah bağlanmışdır.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışa əsasən ünvan 1 ünvanda yerləşən 0.12537 ha. torpaq sahəsi xx.xx.2023-cü il tarixdə X22 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
8. Bakı şəhəri, 11 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətn amə ilə xx.xx.1990-cı il tarixdə vəfat etmiş X22 vərəsələri ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh4, ünvan 2 evdə qeydiyyatda olan Cavabdeh3 və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr-ti 57 saylı evin 85 saylı mənzilində qeydiyyatda olan Cavabdeh2 hər biri miras əmlakdan bərabər (1/5 hissədə) irs almalıdırlar. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən miras əmlak ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.12537 ha. olan torpaq sahəsindən ibarətdir və miras əmlakın qalan 2/5 hissəsi açıq saxlanılmışdır.
9. Bakı şəhəri, 11 saylı Notariat Ofisində təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli “Miras payın bağışlanması müqaviləsi”nə əsasən Cavabdeh4 və Cavabdeh3 xx.xx.1990-cı ildə vəfat etmiş atası X16 miras qalmış əmlakdan onlara çatası 1/5 hissədə miras paylarını bacıları Cavabdeh2 bağışlamışlar. 10. ünvan 1 ünvanda yerləşən 0.1254 ha. Torpaq sahəsi Cavabdeh2 adına 3/5 hissəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. X22 adında qalan 2/5 hissə isə açıq saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar Kazımova X32 və İddiaçı2 (bundan sonra- iddiaçılar) cavabdehlər Bakı şəhəri, 11 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 11 saylı Notariat Ofisi tərəfindən verilmiş, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X25 məxsus olan ünvan 1 ünvanda yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli “ Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 0.1254 ha torpaq sahəsi mərhum X45 (Abdul) oğlunun mülkiyyətində və şəxsi istifadəsinə olmuşdur. Kazımov Davud sağlığı dövründə həmin ərazidə kiçik bir daxma inşa etmişdir. Davud Kazımov xx.xx.1990-cı il tarixdə vəfat etmiş və oğlu X3 ərazidə yerləşən daxmanı tamamilə sökmüş və yerində 3 mərtəbəli yaşayış evi inşa etmişdir. Lakin bu günə qədər sözügedən mənzili özəlləşdirmək mümkün olmamışdır. X35 10 may 2005-ci il tarixdə vəfat etmişdir. Hazırkı iddia üzrə İddiaçı2 onun qızı, X6 isə onun həyat yoldaşıdır. Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 X45 (Abdul) oğlunun övladlarıdır. X45 (Abdul) oğlu və X26 vəf atından sonra cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 16 oktyabr 2023cü il tarixdə Bakı şəhərində sözügedən əraziyə dair “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə almışlar. Cavdehlərdən bəziləri sözügedən ünvanda qeydiyyatda olsalar da, hazırda heç biri həmin ünvanda yaşamır. Cavabdeh4 isə faktiki olaraq Almaniyada yaşayır. Sözügedən yaşayış evi X35 tərəfindən inşa edilmiş və onun vəfatından sonra iddiaçılar İddiaçı2 və X6 prosesi bilmədikləri üçün “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə almamışlar. Yaşayış evi X6 və mərhum X26 birgə nikah dövründə onların birgə vəsaiti hesabına inşa edilmişdir. Həmin evin inşası üçün cavabdehlər bir manat belə xərc çəkməmişlər. Cavabdehlərin nə sözügedən evlə, nə də evin yerləşdiyi 0.1254 ha torpaq sahəsi ilə heç bir əlaqələri yoxdur. “Vərəsəlik hüquq u haqqında” Şəhadətnamə üçün necə və nə vaxt müraciət ediləcəyini bilməmişlər. “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin mövcud olması məlumatını isə cavabdehlərdən almışlar. Miras əmlakın faktiki olaraq onların istifadəsində olmasını və sözügedən ərazidəki evin X1 onun və həyat yoldaşının birgə vəsaiti hesabına tikilmiş olmasını nəzərə alaraq, alınmış olan şəhadətnamə etibarsız hesab edilməlidir.
13. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək, Bakı şəhəri, 11 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X25 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbinə dəqiqləşdirilmə barədə ərizədə göstərilir ki, iddia ərizəsinin xahiş edirəm hissəsi Bakı şəhəri, 11 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X25 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarasınız“ kimi yazılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin xahiş edirəm hissəsinə dəyişiklik edərək, Bakı şəhəri, 11 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X25 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli “Qanun üzrə vər əsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3437/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən 0.1254 ha torpaq sahəsi xx.xx.1990-cı il tarixdə vəfat etmiş mərhum X45 (Abdul) oğlunun mülkiyyətində olmuşdur.
17. İddiaçılardan Kazımova X32 mərhum X13 Əbil Davud oğlunun arvadı, İddiaçı2 isə X26 qızıdır. X35 isə 10 may 2005-ci il tarixdə vəfat etmişdir.
18. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 X45 (Abdul) oğlunun övladlarıdır.
19. İddiaçılar iddia edir ki, X35 ilə X6 birgə nikah dö vründə onların birgə vəsaiti hesabına yuxarıda qeyd olunan torpaq sahəsində Kazımov Davud tərəfindən inşa edilmiş kiçik həcmli evin yerində 3 mərtəbəli yaşayış evi inşa etmişlər, iddiaçılarda həmin evdə yaşayırlar. Cavabdehlər 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində sözügedən əraziyə dair vərəsəlik haqqında şəhadətnamə alarkən onların xəbəri olmamışdır. Buna görə də, miras əmlakın (3 mərtəbəli yaşayış evi ilə birlikdə) faktiki olaraq onların istifadəsində olmasını və sözügedən ərazidəki evin X1 onun və həyat yoldaşının birgə vəsaiti hesabına tikilmiş olmasını nəzərə alaraq, notariat ofisi tərəfindən verilmiş şəhadətnamə ləğv olunmalıdır.
20. İddiaçılar tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə istinad etmişlər və məhkəmə aşağıdakıla ra görə iddiaçıların arqumentlərini əsaslı hesab etmir. Belə ki, birincisi iddiaçıların ünvan 3 ünvanda yerləşən 0.1254 ha torpaq sahəsində inşa olunmuş evlə bağlı hər hansı hüquqlarının mövcudluğuna dair heç bir sübut təqdim edilməməklə yanaşı, sözügedən evin miras aktivinə də daxil olması müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Həmin Məcəllənin 1151.1ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək mal ik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
22. Göründüyü kimi, miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir, bu zaman hər hansı gözlənilən mülkiyyət hüquqlarından deyil, məhz əmlak hüquqlarının yaranması üçün həmin hüquqların dövlət qeydiyyatına alınmalıdır. Hazırda isə mübahisəli evin üzərində nə mərhum X45 (Abdul) oğlunun, nə də mərhum X26 mülkiyyət hüquqları qeydiyyata alınmadığından, həmin əmlak miras əmlakların siyahısına aid olmamışdır.
23. İkincisi cavabdehlər tərəfindən miras şəriklərinin möcvudluğu gizlədilməmiş, mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə 11 saylı notariat ofisinə ünvanlanan ərizələrdə İddiaçı2 X 22 vərəslərindən biri olması qeyd edilmişdir.
24. Üçüncüsü iddiaçılar tərəfindən vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizələr verilməsə də, 16 oktyabr 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədə miras əmlakın qalan 2/5 açıq saxlanılmışdır.
25. Qeyd olunmalıdır ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi məsələsi həll edilərkən notarius tərəfindən vərəsələrə münasibətdə müvafiq qanunvericilik normalarına riayət edib-etməməsi ilə yanaşı, iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ə dalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. 26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, “Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
27. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm b ütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
28. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9- cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı).
29. Qüvvədə olan qanunver icilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. 30. “Notariat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. 31. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə ç ağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
32. Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilm əsi mütləqdir.”
33. Hazırkı halda işin məhkəmə araşdırılması ilə 16 oktyabr 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərkən iddiaçıların hüquqlarının pozulması ilə yanaşı notariusun hərəkətlərində “Notariat haqqında” Qanunun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın yuxarıda qeyd olunan normalarının pozulması da müəyyən olunmur.
34. Bakı şəhəri, 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən haqlı olaraq (miras əmlakın qalan 2/5 açıq saxlanılmaqla) xx.xx.1990-cı il tarixdə vəfat etmiş X22 vərəsələri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tikili ilə birlikdə deyil, yalnız DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən, ünvan 1 ünva nda yerləşən 0.1254 ha torpaq sahəsinə dair bərabər (1/5 hissədə) irs almaları barədə 16 oktyabr 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə vermişdir.
35. Göründüyü kimi iddiaçıların qeyd etdikləri işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlmir. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı halda 11 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X25 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi üçün heç bir əsas mövcud deyil.
36. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 1133, 1134, 1151, 1159, 1243, 1248, 1255, 1272, 1 273, 1321 və 1325-ci; “Notariat haqqında” Qanunun 57, 58 və 59-cu; “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94 və 95-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
37. İddiaçılar tərəfindən birgə verilmiş (Vəkil1) apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur.
38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə cavabdehlərin təxminən 30 ildən sonra notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almalarının qanuniliyini, yəni notariusun şəhadətnamə verərkən qanunun tələblərini pozub-pozmamasını araşdırmamışdır. Halbuki, həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən mirasın qəbul edilməsi bir sıra şərtlərlə, o cümlədən müddət şərti ilə şərtləndirilmişdir. cavabdehlər mirası faktiki qəbul etmədikləri halda, mirasın qəbulu müddətini ötürdükləri halda, notarius tərəfindən onlara qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Göründüyü kimi, məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, bununla da düzgün olmayan qətnamə qəbul etmişdir. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunl ar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər.
39. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-673/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov sədrlik edən, məruzəçi, Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3437/2024 saylı, 1 8 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
41. Bununla bağlı məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayd a olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla mahiyyət etibarı ilə düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkə məsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
43. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, miras qoyan X45 (Abdul oğlu) ilə X7 nikahından 5 övladları - X29, Cavabdeh3, X35, Kazımov(Essert) Kazım Davud oğlu və X20 doğulmuşdur. X33 13 noyabr 1990-cı ildə, X8 28 iyul 2008-ci ildə, X35 10 may 2005- ci ildə, X29 12 avqust 2021-cı ildə ölmüşdür. X17 arvadı ölmüş, övladları X21 və X4. X26 arvadı Kazımova (Rzayeva) X18, qızı isə İddiaçı2dır və hazırkı iddia onlar tərəfindən irəli sürülmüşdür. Miras əmlak olan ünvan 1 ünvanda yerləşən 0.12537 ha. torpaq sahəsi ilkin olaraq mərhum X22 adına xx.xx.2023-cü ildən mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, 11 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 16 oktyabr 2023cü il tarixli “Qa nun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ilə xx.xx.1990-cı il tarixdə vəfat etmiş X22 vərəsələri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 miras əmlakdan bərabər (1/5 hissədə) irs almışlar və miras əmlakın qalan 2/5 hissəsi açıq saxlanılmışdır. Bakı şəhəri, 11 saylı Notariat Ofisində təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 və Cavabdeh3 xx.xx.1990-cı ildə vəfat etmiş atası X16 miras qalmış (Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi ev 39) əmlakdan onlara çatası 1/5 hissədə miras paylarını bacıları Cavabdeh2 bağışlamışlar. ünvan 1 ünvanda yerləşən 0.1254 ha. torpaq sahəsinin Cavabdeh2 adına 3/5 hissəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, X22 adında isə 2/5 hi ssə açıq qalmışdır.
44. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçılar əvvəlcə “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsızlığını, sonradan isə tələbi dəyişərək ləğv olunmasını xahiş etmişdir. Nəyə görə bu iddianı irəli sürdüklərini iddiada və məhkəmə iclaslarında verdikləri izahatlarında göstərmişlər. Təmin olunmadığı üçün qətnamədən apellyasiya şikayəti veriblər və qətnamənin ləğv, iddianın isə təmin olunmasını istəyirlər.
45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 217.2ci maddəsi). Miras qoyan X33 13 noyabr 1990-cı ildə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq müna sibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan Respublikasının 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
46. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, hər iki Mülki Məcəllənin tələbinə görə miras qoyanın vərəsələri olan cavabdehlərdən Essert (Kazımov) Kazım Davud oğlu və Cavabdeh3 miras əmlak olan torpaq sahəsində yerləşən evdə yaşamaqla miras torpaq sahəsinə yiyələnməsi və onu idarə etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onlar tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Miras əmlakın faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras torpaq sahəsi üzərində yerləşən, qeydə alınmasa da miras qoyana m əxsus evdə birgə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bunun üçün notariusa və ya məhkəməyə müraciət edilməli olması dəlili əsaslı hesab oluna bilməz. İddiaçı tərəf Cavabdeh3 miras açıldığı vaxtdan 2022- ci ilə qədər, miras torpaq sahəsində yerləşən evin birinci mərtəbəsində, miras qoyanın ölmüş övladı Seyran Kazımovun isə ailəsi ilə birlikdə evin 2-ci mərtəbəsinin bir tərəfində olan otaqlarda ailəsi ilə birlikdə 1999-cu ilədək yaşaması və faktiki olaraq mirası qəbul etməsini ümumiyyətlə apellyasiya baxışı zamanı da mübahisələndirmədi və buna etiraz olunmadı. Digər vərəsə Essert (Kazımov) Kazım Davud oğlunun isə torpaq sahəsinin bir hissəsini satdığını bildirsə də iddi açı tərəf buna dair məhkəməyə hər hansı bir sübut təqdim etmədi. Digər tərəfdən Essert(Kazımov) Kazım Davud oğlunun 1988-ci ildə nikah bağlayıb bir müddət nikahda olduğu arvadının evində yaşadığı göstərilsə də miras əmlak olan torpaq sahəsində yerləşən miras qoyana məxsus evlə əlaqəsi kəsilməmiş, həmin evin birinci mərtəbəsində yaşamış, 1996-cı ildə nikahı pozulduqdan sonra da həmin evdə yaşamağa davam etmiş, bugünədək həmin evdə qeydiyyatı mövcuddur. Deməli Essert(Kazımov) Kazım Davud oğlunun da sonradan Almaniya Federativ Respublikasında yaşaması onun mirası qəbul etmədiyi anlamına gəlmir. Çünki miras qoyanın arvadı da ölənədək, yəni 2008-ci ilin iyul ayınadək evin birinci mərtəbəsində yaşamışdır.
47. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, digər cavabdeh olan vərəsə Mürsəlova (Kazımova) Elsevər Davud qızı 1986-cı ildə ailə quraraq başqa ünvana köçsə də 2005-ci ildən başlayaraq miras əmlak sayılan torpaq sahəsinin bir hissəsində qeyri yaşayış sahəsi inşa etmiş və həmin qeyri-yaşayış sahəsi də 2006-cı ildən hazır olmaqla bu günədək aktiv fəaliyyət göstərir. Bunu iddiaçı tərəf də mübahisələndirmədi, əksinə apellyasiya baxışı zamanı təsdiq etdi. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 553-cü maddəsinin 2-ci cümləsində qeyd olunur ki, mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Göründüyü kimi, 20 ilə yaxın müddətdə miras əmlak olan torpaq sahəsində qeyri-yaşayış sahəsi inşa edərək orada fəaliyyət göstərməsinə X26 arvadı və qızı olan iddiaçılar da daxil olmaqla bütün vərəsələrin hamısının razılığı olduğuna görə Cavabdeh2 tərəfindən miras əmlak olan torpaq sahəsi qəbul olunmuş hesab edilir. Bu cür razılığın olmasını, iddiaçıların 20 il ərzində susması, cavabdeh vərəsələrin ikisinin öz miras payını Cavabdeh2 bağışlaması, eləcə də digər ölmüş vərəsə olan X17 övladları X11 və X12 notarial qaydada təsdiq edilmiş mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariat işində olan ərizələri də təsdiq edir. Demək ki, iddiaçıların sonradan cavabdeh vərəsələrlə, o cümlədən Cavabdeh2 ilə xoş olmayan münasibətlərinin yaranması cavabdehlərin miras torpaq sahəsini faktiki qəbul etməməsi kimi qiymətləndirilə bilməz.
48. Məhkəmə kollegiyası daha sonra qeyd etm işdir ki, vərəsə olan cavabdehlərin 30 ildən sonra cavabdeh Notariat Ofisinə müraciət edərək “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almalarının qanuniliyinin yoxlanılması, yəni notariusun şəhadətnamə verərkən qanunun tələblərinin pozulub-pozulmamasının müəyyən edilməsi iddianın uğurluluğuna bağlı idi. Yəni, iddia rədd edilmişdirsə demək ki, şəhadətnamənin alınması qanunsuz olmamışdır. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinin məzmunundan bəlli olur ki, vərəsə o zaman mirası qəbul etmiş hesab olunur ki, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin yaxud da vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Qeyd olunduğu kimi notariat orqanına mirası qəbul etmək barədə ərizə verilmə məsi işin mübahisəsiz halıdır. Bununla yanaşı, mirasın açıldığı vaxt, yəni 13 noyabr 1990-cı ilə hazırda miras əmlak hesab edilən torpaq sahəsinin miras əmlak kimi qəbul etmək üçün notariat orqanına müraciət edilməsinin də əhəmiyyəti yox idi. Birincisi ona görə ki, həmin vaxt Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibində idi və torpaqlar dövlət mülkiyyətində olmuşdur. Dövlət mülkiyyətində olan torpağın isə həmin vaxt notariat orqanına ərizə verərək miras əmlak kimi qəbul edilməsi mümkün deyildi. Yalnız respublikamız müstəqillik əldə etdikdən sonra ölkəmizdə həyata keçirilən torpaq islahatlarının davamı olaraq torpaq sahələrinin, o cümlədən hazırda mübahisə predmeti olan torpaq sahəsinin də özəlləşdirilməsi üçün hüquqi mexanizmlər yarandı. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüqu qtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Ona görə də bu hallar apellyasiya şikayətinin dəlillərinin əsaslı olmadığına dəlalət edir.
49. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, 11 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X25 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv olunması üçün hər hansı bir əsas mövcud deyildir. Çünki miras qoyanın övladları olan cavabdehlərin hər biri miras əmlakdan 1/5 hissədə irs almaları düzgün olmuşdur. Miras qoyanın adında açıq qalan 2/5 hissəsi üzrə miras qoyanın ölmüş övladları olan X29 və X26 vərəsələri (övladları) tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına heç bir maneə mövcud deyildir.
50. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (01 sentyabr 2000ci il tarixədək qüvvədə olmuş) 527, 528, 529, 530, 532, 552 və 553-cü; habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 372 və 384-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
51. İddiaçılar kassasiya şikayəti verərək (Vəkil1), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barəd ə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
52. Apellyasiya şikayətinin dəlilləri eyni məzmunda olan kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə cavabdehlərin təxminən 30 ildən sonra notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almalarının qanuniliyini, yəni notariusun şəhadətnamə verərkən qanunun tələblərini pozub-pozmamasını araşdırmamışdır. Halbuki, həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən mirasın qəbul edilməsi bir sır şərtlərlə, o cümlədən müddət şərti ilə şərtləndirilmişdir. cavabdehlər mirası faktiki qəbul etmədikləri halda, mirasın qəbulu müddətini ötürdükləri halda, notarius tərəfindən onlara qa nun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, bununla da düzgün olmayan qətnamə qəbul etmişdir. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasınımüəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145- ci maddəsi). Mülki Məcəllənin 1146-cımaddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasınımiras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsullarımüəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun o laraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəb ulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və M ülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlımüvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılırazılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60cımaddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə ça ğırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlımübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. O da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246cımaddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlımüraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik normasımirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı madd əsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı cavabdehlərin birgə etiraz ərizəsi daxil olmuşdur və etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
54. Maddə 149 (Vİİ hissə) Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş)
55. Maddə
527. Vərəsə lik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
56. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
57. Maddə
529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
58. Maddə
530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
59. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq d a birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
60. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
61. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olun muş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (01 sentyabr 2000-ci ildən qüvvədə olan)
62. Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
63. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
64. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
65. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
66. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
67. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mira sı tamamilə qəbul etmişdir.
68. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
69. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində iddiaçılar apellyasiya instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
77. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin də lillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
78. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
79. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq müəyyən etmişdir ki, miras qoyan X45 (Abdul oğlu) ilə X7 nikahından 5 övladları - X29, Cavabdeh3, X35, Kazımov(Essert) Kazım Davud oğlu və X20 doğulmuşdur. X33 13 noyabr 1990-cı ildə, X8 28 iyul 2008-ci ildə, X35 10 may 2005ci ildə, X29 12 avqust 2021-c ı ildə ölmüşdür. X17 arvadı ölmüş, övladları X21 və X4. X26 arvadı Kazımova (Rzayeva) X18, qızı isə İddiaçı2dır və hazırkı iddia onlar tərəfindən irəli sürülmüşdür. Miras əmlak olan ünvan 1 ünvanda yerləşən 0.12537 ha. torpaq sahəsi ilkin olaraq mərhum X22 adına xx.xx.2023-cü ildən mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, 11 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 16 oktyabr 2023cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ilə xx.xx.1990-cı il tarixdə vəfat etmiş X22 vərəsələri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 miras əmlakdan bərabər (1/5 hissədə) irs almışlar və miras əmlakın qalan 2/5 hissəsi açıq saxlanılmışdır. Bakı şəhəri, 11 saylı Notariat Ofisində təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsi nə əsasən Cavabdeh4 və Cavabdeh3 xx.xx.1990-cı ildə vəfat etmiş atası X16 miras qalmış (Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi ev 39) əmlakdan onlara çatası 1/5 hissədə miras paylarını bacıları Cavabdeh2 bağışlamışlar. ünvan 1 ünvanda yerləşən 0.1254 ha. torpaq sahəsinin Cavabdeh2 adına 3/5 hissəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, X22 adında isə 2/5 hissə açıq qalmışdır.
80. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar əvvəlcə “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsızlığını, sonradan isə tələbi dəyişərək ləğv olunmasını xahiş etmişlər. Miras qoyan X33 13 noyabr 1990-cı ildə ölmüşdür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 552-ci ma ddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərə səyə məxsus hesab olunur.
81. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
82. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər iki Mülki Məcəllənin tələbinə görə miras qoyanın vərəsələri olan cavabdehlərdən Essert (Kazımov) Kazım Davud oğlu v ə Cavabdeh3 miras əmlak olan torpaq sahəsində yerləşən evdə yaşamaqla miras torpaq sahəsinə yiyələnməsi və onu idarə etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onlar tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Miras əmlakın faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras torpaq sahəsi üzərində yerləşən, qeydə alınmasa da miras qoyana məxsus evdə birgə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bunun üçün notariusa və ya məhk əməyə müraciət edilməli olması dəlili əsaslı hesab oluna bilməz.
83. İddiaçılar, Cavabdeh3 miras açıldığı vaxtdan 2022-ci ilə qədər, miras torpaq sahəsində yerləşən evin birinci mərtəbəsində, miras qoyanın ölmüş övladı Seyran Kazımovun isə ailəsi ilə birlikdə evin 2-ci mərtəbəsinin bir tərəfində olan otaqlarda ailəsi ilə birlikdə 1999-cu ilədək yaşaması və faktiki olaraq mirası qəbul etməsini ümumiyyətlə apellyasiya baxışı zamanı da mübahisələndirmədi və buna etiraz olunmadı. Digər vərəsə Essert (Kazımov) Kazım Davud oğlunun isə torpaq sahəsinin bir hissəsini satdığını bildirsə də iddiaçı tərəf buna dair məhkəməyə hər hansı bir sübut təqdim etmədi. Digər tərəfdən, Essert(Kazımov) Kazım Davud oğlunun 1988-ci ildə nikah bağlayıb bir müddət nikahda olduğu arvadının evində yaşadığı göstərilsə də miras əmlak olan torpaq sahəsində yerləşən miras qoyana məxsus evlə əlaqəsi kəsilməmiş, həmin evin birinci mərtəbəsində yaşamış, 1996-cı ildə nikahı pozulduqdan sonra da həmin evdə yaşamağa davam etmiş, bugünədək həmin evdə qeydiyyatı mövcuddur. Deməli Essert (Kazımov) Kazım Davud oğlunun da sonradan Almaniya Federativ Respublikasında yaşaması onun mirası qəbul etmədiyi anlamına gəlmir. Çünki miras qoyanın arvadı da ölənədək, yəni 2008-ci ilin iyul ayınadək evin birinci mərtəbəsində yaşamışdır.
84. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, digər cavabdeh olan vərəsə Mürsəlova (Kazımova) Elsevər Davud qızı 1986-cı ildə ailə quraraq başqa ünvana köçsə də, 2005-ci ildən başlayaraq miras əmlak sayılan torpaq sahəsinin bir hissəsində qeyri yaşayış sahəsi inşa etmiş v ə həmin qeyri-yaşayış sahəsi 2006-cı ildən hazır olmaqla bu günədək aktiv fəaliyyət göstərir. Bunu iddiaçı tərəf də mübahisələndirmədi, əksinə apellyasiya baxışı zamanı təsdiq etdi. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 553-cü maddəsinin 2-ci cümləsində qeyd olunmuşdur ki, mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər.
85. Göründüyü kimi, 20 ilə yaxın müddətdə miras əmlak olan torpaq sahəsində qeyriyaşayış sahəsi inşa edərək orada fəaliyyət göstərməsinə X26 arvadı və qızı olan iddiaçılar da daxil olmaqla bütün vərəsələrin hamısının razılığı olduğuna görə Cavabdeh2 tərəfindən miras əmlak olan torpaq sahəsi qəbul olunmuş hesab edilir. Bu cür razılığın olmasını, iddia çıların 20 il ərzində susması, cavabdeh vərəsələrin ikisinin öz miras payını Cavabdeh2 bağışlaması, eləcə də digər ölmüş vərəsə olan X17 övladları X11 və X12 notarial qaydada təsdiq edilmiş mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariat işində olan ərizələri də təsdiq edir. Demək ki, iddiaçıların sonradan cavabdeh vərəsələrlə, o cümlədən Cavabdeh2 ilə xoş olmayan münasibətlərinin yaranması cavabdehlərin miras torpaq sahəsini faktiki qəbul etməməsi kimi qiymətləndirilə bilməz.
86. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, vərəsə olan cavabdehlərin 30 ildən sonra cavabdeh Notariat Ofisinə müraciət edərək “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almalarının qanuniliyinin yoxlanılması, yəni notariusun şəhadətnamə verərkən qanunu n tələblərinin pozulub-pozulmamasının müəyyən edilməsi iddianın uğurluluğuna bağlı idi. Yəni, iddia rədd edilmişdirsə demək ki, şəhadətnamənin alınması qanunsuz olmamışdır. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinin məzmunundan bəlli olur ki, vərəsə o zaman mirası qəbul etmiş hesab olunur ki, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin yaxud da vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Qeyd olunduğu kimi notariat orqanına mirası qəbul etmək barədə ərizə verilməməsi işin mübahisəsiz halıdır. Bununla yanaşı, mirasın açıldığı vaxt, yəni 13 noyabr 1990-cı ilə hazırda miras əmlak hesab edilən torpaq sahəsinin miras əmlak kimi qəbul etmək üçün notariat orqanına müraciət edilməsinin də əhəm iyyəti yox idi. Birincisi ona görə ki, həmin vaxt Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibində idi və torpaqlar dövlət mülkiyyətində olmuşdur. Dövlət mülkiyyətində olan torpağın isə həmin vaxt notariat orqanına ərizə verərək miras əmlak kimi qəbul edilməsi mümkün deyildi. Yalnız respublikamız müstəqillik əldə etdikdən sonra ölkəmizdə həyata keçirilən torpaq islahatlarının davamı olaraq torpaq sahələrinin, o cümlədən hazırda mübahisə predmeti olan torpaq sahəsinin də özəlləşdirilməsi üçün hüquqi mexanizmlər yarandı. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüqu qtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Ona görə də bu hallar apellyasiya şikayətinin dəlillərinin əsaslı olmadığına dəlalət edir.
87. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, 11 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixdə vəfat etmiş X25 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 0.1254 ha torpaq sahəsinə dair 16 oktyabr 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv olunması üçün hər hansı bir əsas mövcud olmamışdır. Çünki miras qoyanın övladları olan cavabdehlərin hər biri miras əmlakdan 1/5 hissədə irs almaları düzgün olmuşdur. Miras qoyanın adında açıq qalan 2/5 hissəsi üzrə miras qoyanın ölmüş övladları olan X29 və X26 vərəsələri (övladları) tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə alınmasına heç bir maneə mövcud deyildir.
88. Göstərilənlərə əsasən, kassasiya in stansiyası məhkəməsi iddiaçıların kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tuta raq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar Kazımova X32 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 fevral 2025-ci il tarixli, 2(103)-673/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.