Məhkəmə qərarları › İş №2(102)-1756/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1756/2020

16.03.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1756/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1, Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*******/2019 nömrəli qətnaməsindən və xx.xx.2019-cu il tarixli, 2(103)-*******/2019 nömrəli əlavə qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəq ədi Rayon Məhkəməsinin (hakim V.Məmmədov) xx.xx.2018-ci il tаrixli, 2(001)-*******/2018 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pəncərələrin sökülməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan ******* saylı evə baxan iki pəncərənin əsaslı tikinti materialları ilə (mişar daşı) Cavabdeh hesabına bağlanılması, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat pul vəsaitinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) xx.xx.2019-cu il tarixli, 2(103)-*******/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikay əti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli, 2(001)-*******/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan ******* saylı evə baxan iki pəncərənin əsaslı tikinti materialları ilə (mişar daşı) Cavabdeh hesabına bağlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) xx.xx.2019-cu il tarixli, 2(103)-*******/2019 nömrəli əlavə qətnaməsi ilə iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət ed ilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*******/2019 nömrəli qətnaməsindən və xx.xx.2019-cu il tarixli, 2(103)*******/2019 nömrəli əlavə qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “özbaşına tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan1 ünvanda Cavabdeh tərəfindən aidiyyəti orqanlardan heç bir razılıq almadan, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini ciddi surətdə pozmaqla inşa edilmiş özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Daha sonra İddiaçı1 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin fa ktiki yaşadığı evdən onun həyətinə açılmış iki pəncərəsinin əsaslı tikinti materialları (mişar daşı) ilə öz hesabına bağlanması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 170-ci maddəsi daşınmaz əmlakın mülkiyyətçilərinə şamil olunur. Hazırki iş üzrə isə iddiaçının, mülkiyyətində olduğunu iddia etdiyi yaşadığı evin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən yaşayış evinin hər hansı hüquqla iddiaç ıya məxsusluğu müəyyən edilməmişdir. Buna görə də məhkəmə əvvəlcə iddiaçının subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Hazırki iş üzrə iddiaçını subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli yaşayış evi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Digər tərəfdən cavabdehin yaşadığı ev uzun müddətdir ki, inşa edilmişdir və həmin pəncərələr otaqların işıqlandırılması və günəş işığının düşməsi, havalandırılması üçün nəzərdə tutulmuşdur. Pəncərələrin bağlanması otaqlara digər yerdən pəncərə qoyulmasının mümkünsüz olması səbəbindən bağlanıla bilməz və işin bu faktiki halının müəyyən edilməsi üçün məhkəmə tərəfindən yerli baxış keçirilməmişdir. Mövcud pəncərələr iddiaçının heç bir hüququnu pozmur, onlar öz həyətlərindən rahat istifadə edirlər. Ekspertiza da həmçinin obyektiv aparılmamışdır. Cavabdehə məxsus fərdi yaşayış evi tikinti normalarına uyğun inşa edilmişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*******/2019 nömrəli qətnaməsinin və xx.xx.2019-cu il tarixli, 2(103)-*******/2019 nömrəli əlavə qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar ed ilmişlər. Lakin İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasi ya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, apelyasiya kollegiyası işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymət verərək hesab etmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan ******* saylı evə baxan pəncərələri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin yanaşı divarlar haqqında 72-ci maddəsinin tələblərinə uyğun inşa olunmadığından iddia təmin edilməli, həmin iki pəncərə əsaslı tikinti materialları ilə (mişar daşı) cavabdehin hesabına bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyə t hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlili olaraq ekspert rəyinin düzgün olmaması barədə dəlili apelyasiya şikayətinin də dəlili olmuş, apelyasiya kollegiyası həmin dəlilə münasibətdə haqlı olaraq vurğulamışdır ki, cavabdeh ekspert rəyinin qeyri-mötəbər hesab edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Kassasiya şikayətinin digər dəlili olan iddiaçının subyektiv hüquqa malik olub-olmamasının araşdırılması ilə bağlı qeyd edilməlidir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının hazırda yaşadığı ev onun sahibliyi ndədir və sahiblik hüququ da mülki qanunvericiliklə qorunur. Bu halda iddiaçının subyektiv hüquqa malik olmasının təzahürüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxl anılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*******/2019 nömrəli qətnaməsi və xx.xx.2019-cu il tarixli, 2(103)-*******/2019 nömrəli əlavə qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar