Məhkəmə qərarları › İş №2(102)-1756/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1756/2021

30.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1756/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdeh 1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxs) əqdin etibarsızlığını tələb etməyə subyetiv hüququ olmayan Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı və vəkili Vəkil1, Cavabdeh1 və onun vəkili Quliyev Elnur Ağalar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh1 və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı «bağ sahəsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105 )-5130/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Binəqədi bələdiyyəsi ilə Cavabdeh1 arasında Goradil bağlar massivində yerləşən, sahəsi 0,12 ha bağ sahəsinə dair 453 saylı, xx.xx.2006-cı il tarixli uzunmüddətli icarə müqaviləsi bağlanmışdır. Cavabdeh1 2016-cı ilin may ayında həmin bağ sahəsini qeyri-rəsmi olaraq İddiaçı satmış, sonuncu ailəsi ilə birlikdə həmin sahədə məskunlaşmışlar. Sonradan tərəflər arasında məhkəmə mübahisələri başlamış və Cavabdeh1 İddiaçı bağ sahəsindən çıxarılmasını tələb etmişdir. Həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarları ilə Cavabdeh1 iddiası təmin olunmamışdır. Məhkəmələr hesab etm işlər ki, Cavabdeh1 belə bir subyektiv hüququ yoxdur. İddiaçı məhkəmə mübahisələri zamanı mübahisəli torpaq sahəsinin əslində bələdiyyə torpaq fonduna aid olmadığı, dövlət fonduna aid torpaq olması faktının təsdiq olunmasına istinad edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı «bağ sahəsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Binəqədi bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Goradil bağlar massivində yerləşən və sahəsi 0,12 ha olan 453 saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş et mişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: Binəqədi bələdiyyəsi ilə Cavabdeh1 arasında Goradil bağlar massivində yerləşən, sahəsi 0,12 ha bağ sahəsinə dair 453 saylı, xx.xx.2006-cı il tarixli uzunmüddətli icarə müqaviləsi bağlanmış, sonuncu 2016-cı ilin may ayında həmin bağ sahəsini 80.000 manata ona faktiki alqı-satqı qaydasında satmışdır. Bağın pulunu tam ödəmiş, Cavabdeh1 isə bağ sahəsini onun istifadəsinə vermiş və 2016-cı ilin may ayından etibarən ailə üzvləri ilə birlikdə fasiləsiz və etirazsız olaraq həmin bağda davamlı yaşamağa başlamışdır. Yaşadıqları müddət ərzində bağda dəyəri 17000 manat olan hovuz inşa etdirmiş və dəyəri 4000 manat olan işıqlanma sistemi və daş döşəməsi işləri də gördürmüşdür. 2019-cu ilin təxminən mart-aprel ayından etibarən bir qohumu ilə Cavabdeh1 mün asibəti pozulmuş, sonuncu bunu bəhanə edərək üstündən 3 ilə yaxın vaxt keçəndən sonra bağın pulunun ödənilməsini danmağa başlamışdır. Cavabdeh1 bu hərəkətlərini davam etdirdiyi üçün onun qanunsuz hərəkətlərindən polisə şikayət etmiş və həmin şikayət əsasında polisdə və prokurorluqda araşdırmalar aparılmışdır. Sonradan Cavabdeh1 onun və ailə üzvlərinin mübahisəli bağ sahəsindən çıxarılmaları barədə iddia qaldırmış, həmin işə baxan Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia subyektiv hüququn yaranmadığı səbəbilə əsassız hesab edilərək rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə isə rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Rəsmi sənədlərlə mübahisə edilən bağ sahəsinin Binəqədi bələdiyyəsinə heç bir aidiyyə tinin olmadığı təsdiqini tapmışdır. Binəqədi bələdiyyəsi səlahiyyəti olmadığı halda, bələdiyyə torpağı hesab edilməyən əraziyə dair cavabdeh ilə uzunmüddətli icarə müqaviləsi bağlamış və bu formal müqaviləyə istinad edən qarşı tərəf onun bağdan çıxarılmasını tələb etmişdir. Hesab edir ki, ailə üzvlərilə yaşadığı bağ sahəsinə dair Cavabdeh1la Binəqədi bələdiyyəsi arasında bağlanmış 453 saylı, xx.xx.2006-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilməlidir. Bu müqavilə onun qanuni mənafeyinə toxunduğundan onu mübahisə etməyə maraqlı şəxs kimi hüququ vardır. Bələdiyyənin ərazisi olmadığından cavabdehlər arasında bağlanmış 453 saylı, xx.xx.2006-cı il tarixli uzunmüddətli icarə müqaviləsi əhəmiyyətsiz əqddir və etibarsızdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci i l tarixli, 2(001)799/2020 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia təmin olunmuşdur.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 337, 339-cu maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- R.Eyvazov (sərlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-799/2020 saylı qətnaməsi ləğv olunaraq, iddia tələbi təmin olunmamışdır.

7. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qətnaməsini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51, 55, 66, 67, 68-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, m əhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti belə əsaslandırılmışdır: İddia ərizəsində qeyd olunan faktiki hallara əsasən onun hazırkı tələbi irəli sürməyə subyektiv hüququ var. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı və onun vəkili Vəkil1 kassa siya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. Cavabdeh1 və onun vəkili Quliyev Elnur Ağalar oğlu kassasiya şikayəti etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq:

13. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birin ci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

14. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra, TM) 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.

15. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əv əzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

16. Məcəllənin 55-ci maddəsinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

17. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

18. Məcəllənin 68-ci maddəsinin tələbinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

19. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Apelyasiya Məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, bələdiyyənin torpaq sahəsini icarəyə verməyə huququ olmasa da, həmin əqdi mübahisələndirmək torpaq sahəsinə hüququ olan şəxsə, yəni dövlətə məxsusdur. Çünki iddiaçının da torpaq sahəsinə qanuni istifadə hüquqları yaranmamışdır.

26. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış «Binəqədi rayonu Bələdiyyəsinin İnzibati ərazisində olan torpaq sahəsini bağ sahəsi kimi aba dlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında» xx xxx 2006-cı il tarixli, 453 saylı icarə müqaviləsinin surətindən görünür ki, icarəyəverən Binəqədi rayonu Görədil bağ massivində yerləşən 1200 kv.m olan torpaq sahəsini sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları əkməklə yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılması məqsədilə icarədara verməyi, sonuncu isə sadalanan işləri öz vəsaiti hesabına görməklə həmin sahəni qəbul edərək xx xxx 2006-cı ildən xx xxx 2056-cı ilədək hər il üçün 144 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

27. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)-765/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «cavabdeh və onun ailə üzvlərinin ona məxsus bağ evindən çıxarılması» tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamə digər instansiya məhkəmələrində baxış predmeti olmuş və dəyişdirilmədən saxlanmışdır.

28. Qeyd edilən qətnamə ilə müəyyən olunmuşdur ki, Binəqədi bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında 453 saylı, xx xxx 2006-cı il tarixli müqaviləyə əsasən iddiaçı Cavabdeh1 Binəqədi rayonu, Goradil bağ massivində 1200 m2 sahəni xx xxx 2056-cı il tarixədək icarəyə götürmüşdür. Bundan sonra, iddiaçı və cavabdeh İddiaçı 80000 manata qeyd olunan ünvanda yerləşən evi və içərisində olan əşyaları alqı-satqı etməyə razılığa gəlmişlər. Buna görə də iddiaçı, xx xxx 2016-cı il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 38 saylı notariat kontorunda əmlakın 5 il müddətinə idarə edilməsi və üzərində sərəncam verilməsi hüququ ilə cavabdehə etibarnamə vermişdir. İş materialları ilə müəyyən olunur ki, həmin torpaq sahəsi iddiaçıya yox, Binəqədi bələdiyyəsinə məxsusdur, yalnız icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Belə olan halda isə həmin torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətində olduğundan iddiaçı yalnız icarə müqaviləsi əsasında ona verilmiş hüquqlar çərçivəsində iddia qaldıra bilər və iddiaçının cavabdehin və onun ailə üzvlərinin bağ evindən çıxarılması barədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir.

29. Məhkəmə cavabdehin və onun ailə üzvlərinin bağ evindən çıxarılması barədə Cavabdeh1 tələb hüquqlarının mövcud olmaması (həmin hüququn bələdiyyəyə məxsus olması) əsası ilə iddianı rəd d etmişdir.

30. Başqa məhkəmənin başqa iş üzrə müəyyən etdiyi hallar (faktları) o halda preyudisial hallar, yəni doğruluğu başqa məhkəmələr üçün məcburi olan hallar sayılırlar ki, onlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən olunsunlar və baxılmış iş üzrə iştirakçı olan şəxslərə aid olsunlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Eyni zamanda işin mübahisə olunmayan hallarına əsasən iddiaçı ilə cavabdeh arasında mübahisəli bağ sahəsinin faktiki alqı-satqısı barədə razılıq əldə olunsa da, bu istiqamətdə müvafiq sənədləşdirmə işləri aparılmamış, əmlak üzərində iddiaçının hər hansı əmlak hüquqları dövlət qeydiyyatına alınmamışdır.

32. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçının iddia etdiyi torpaq sahəsi qanunvericiliklə müəyyən olunmuş qaydada onun qanuni istifadəsinə ayrılmamış, müvafiq yer quruluşu işləri aparılmamışdır (torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir).

33. Ona görə Apelyasiya Məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırki iddianı qaldırmağa müvafiq subyektiv (tələb) hüququnun mövcudluğu müəyyən olunmur. Çünki yuxarıda qeyd edilən məhkəmə qətnaməsinin mövcudluğu da iddiaçının hazırki iddia tələbini irəli sürməkdə ona müvafiq tələb hüququnu verməmişdir.

34. Eyni zamanda, Apelyasiya Məhkəməsi qeyd etmişdir ki, əgər mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətində aiddirsə, iddiaçı müvafiq səlahiyyətli orqana müraciət etməklə qanunverici liklə müəyyən olunmuş qaydada həmin torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirə bilər. Bunun üçün cavabdehin adına verilmiş icarə müqaviləsinin etibarsızlığı tələbini irəli sürməyə də hər hansı zərurət yoxdur.

35. Məhkəmə kollegiası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5130/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar