Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1757/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şirkətinin Cavabdeh (Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr, özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması, icra qaydası və müddəti müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əziağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Şirkəti Cavabdeh özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmasını tələb edir.
2. Tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyildir(Özbaşına tikilidir). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3 saylı mədənin 6-cı sahəsində kadastr nömrəsi 16560 olan və xəritədə qeyd edilmiş (395301.**********.082, 395303.***-*******.180, 395293.***-*******.665, 395284.**********.620, 395267.***-*******.408, 395267.***-*******.320, 395258.**********.998, 395263.***-*******.489) koordinatlar daxilində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlar ının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ("xxxx"), X2 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7366/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddia təmin edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli tor paq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir.
7. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasə n qanunsuz tikilidir.
8. Məhkəmədə sübut edilmişdir ki, torpaq cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil, ona görə də iş üzrə mövcud olan sübutlar əsasında iddianın təmin edilməsini istisna edən hallar yoxdur.
9. Məhkəmə hesab etmişdir ki, özbaşına tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.8, 158.1.2, 158.4, 180.1, 180.2, 180.3, 180.4-cü, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1,2,3-cü hissələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassız olduğundan, işin əsl halları, qanunverciliyin tələbləri diqqətə alınmayaraq qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, cavabdehə məhkəmə prosesləri barədə məlumat verilməmiş, iclas onun iştirakı olmadan keçirilmiş və nəticədə cavabdehin hüquqlarını kobud şəkildə pozan məhkəmə aktı qəbul edilmişdir. Bu səbəbdən vaxtında əsaslı etiraz, əraziyə baxış və ekspertizanın keçirilməsi barədə vəsatət verə bilməmişdir.
13. Bundan başqa, nəzərə alınmalıdır ki, cavabdeh sözügedən sahəni abadlaşdıraraq təxminən 40 ildir fasiləsiz və etirazsız ailəsi ilə birgə həmin evdə yaşayır. Bugünə kimi bütün kommunal ödənişlər, vergilər cavabdeh tərəfindən həyata keçirilmiş, onun adına başqa əmlak qeydiyyata alınmamış, yəni həmişə sözügedən ünva nda yaşamış, bütün həyatını orada qurmuşdur. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” xx.xx.2011-ci il tarixli “Hesabat cədvəli” tərtib edilmişdir. Həmin cədvəldə “Tikinti və torpaq sahəsinin baş planı”, “Tikintinin planı”, “Tikintinin təsviri” öz əksini tapmışdır. Cavabdeh evin mülkiyyətçisi olmasa da, uzun müddətdir mülkiyyət hüququndan irəli gələn bütün vəzifələrini həyata keçirir və gözlənti hüququ da mülkiyyət hüququnun tərkib hissəsini təşkil edir. Lakin məhkəmə, qeyd edilənləri nəzərə almamış, iddianın təmin edilməsi barədə əsassız nəticəyə gəlmişdir.
14. Apellyasiya icraatı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədli yyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2859 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa olunmuş tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901 İİQD nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” xx.xx.2004-cü il tarixli Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Baxış zamanı təqdim olunmuş torpaq sahəsinin kənarı boyu, 75 mm-lik neft boru kəmərinin keçdiyi müəyyən edilmişdir. Lakin baxış zamanı həmin boru kəmərinin işlək vəziyyətdə olub-olmadığını müəyyən etmək mü mkün olmamışdır. Eyni zamanda, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin daxilində və yaxınlığında göz ilə görünə bilən neft buruğu və neft qurğusu aşkar edilməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-13/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Məmməd Məmmədov-sədrlik edən və məruzəçi, Azad İmanov və Fuad Talıinski) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, işdə olan sənələrdən müəyyən edilir və cavabdeh tərəfindən də inkar edilmir ki, mübahisəli ev buna müvafiq icazələr olmadan inşa edilmişdir.
17. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 18. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 94 saylı, xx.xx.2001-ci il tarixli qərarına görə, neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
19. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, birinci instnasiya məhkəməsi iş üzrə cavabdehə məhkəmə baxışı iclaslar ının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat vermiş, ona dəfələrlə elektron qaydada və kağız daşıyıcıda “məhkəmə bildirişləri” göndərmişdir. Lakin o, məhkəmə baxışı iclaslarında iştirak etməmişdir. Cavabdeh, ona göndərilmiş bildirişi aldıqdan sonra məhkəməyə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, iddianın əsassız olduğunu bildirmiş və mübahisəli torpaq sahəsinə yerində müayinə keçirilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi qanunla onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirmiş, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişini göndərmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 180.3, 180.4-cü, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci, 111-ci maddənin 1,2,3-cü hissələrinə, Mülki Prosessual Məcəllənin 185, 185.3, 185.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi onun əsaslı apellyasiya şikayətinə, iş üzrə verilmiş ekspertiza rəyinə, işdəki mötəbər sübutlara, beynəlxalq və yerli səviyyədə qəbul edilmiş məhkəmə aktlarına, təcrübəyə adekvat olmayaraq nəticəyə gəlmişdir.
24. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəll ənin 157.2, 178.5-ci maddələrinə, İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci maddəsinə istinadla əsaslandırılmışdır.
25. Kassatorun vəkili Vəkil məhkəmə kollegiyasına ərizə göndərmiş qeyd edilən hüquqi və prosedur nüanslarla yanaşı, qeyd etmişdir ki, hazırda mövcud məhkəmə təcrübəsinə əsasən, eyni məzmunlu işlərə baxılarkən qətnamənin qət etdi hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmunda qeyd yazıldığı halda (sübut qismində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-230/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsi qeyd edilir ki: Məhkəmə kollegiyası “Əhmədova Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-c i il tarixli qərarında nəzərdə tutulmuş, Qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələnin məhkəmələr tərəfindən müzakirə edilməsi ilə bağlı göstərişə əsasən, cavabdeh tərəfindən tikilmiş tikilinin hazırda cavabdehin yaşayışını təmin edən fərdi yaşayış evi olmasını nəzərə alaraq hesab edir ki, tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması ilə bağlı qətnamənin icrası həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladığı zaman icra edilməlidir), ona münasibətdə qəbul edilmiş qətnamədə bu qeyd əksini tapmamışdır. Odur ki, eyni məzmunlu işlər üzrə müxtəlif hakimlər tərəfindən müxtəlif cür yanaşmanın tətbiq edilməsi bərabərlik prinsipinin tələblərinin kobud şəkildə pozulması, ayrı-seçkiliyin tətbiq edilməsi deməkdir k i, bu da ədalət mühakiməsini həyata keçirən məhkəmə adına yaraşan, qanunvericiliyin tələblərinə adekvat olmayan haldır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
28. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
29. Maddə 180.3. Özbaşına tikintiyə mü lkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
30. Maddə maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
31. Maddə 22 (hissə 2.) Əhalinin təhlükəsizliyinin təmin olun ması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə npormativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və sularının yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarına əsasən, neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 150 metr olmalıdır.
32. Maddə 111 (hissə 1.) Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
33. Maddə 111 (hissə 2.) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qa ytarılmalıdır.
34. Maddə 111 (hissə 3.) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhk əmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü madd əsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
47. Bununla belə kollegiya hesab edir ki, hazırkı mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən qətnamənin icrası qaydası ilə bağlı məsələ həll edilməli olduğu halda, bu məsələyə münasibət bildirilməmiş, qətnamənin icra qaydası və müddəti müəyyənləşdirilməmişdir.
48. Be lə ki, iddia tələbi iddiaçı şirkətin istifadəsində verilmiş sənaye əhəmiyyətli torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsi ilə bağlı olsa da, iddiaçı şirkət həmin torpaq sahəsində bu söküntünün dərhal icrasını zəruri edən neft-qaz hasilatı ilə bağlı işlərin həyata keçirilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Əksinə, verilən izahatlarla və ekspert rəyi müəyyən olunmuşdur ki, mübahisəli özbaşına tikilinin yerləşdiyi sahədə hal-hazırda neft-qaz hasilatı ilə bağlı işlər həyata keçirilmir və mübahisəli torpaq sahəsinin daxilində və yaxınlığında gözlə görünə bilən neft buruğu və neft quyusu mövcud deyildir.
49. İşin bu halı, “Əhmədova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında həm in Məhkəmənin ifadə etdiyi mövqeyi, habelə MPM-in 220.6-cı maddəsinin tələbləri baxımından bu qənaətə gəlmək olur ki, özbaşına tikilinin sökülməsi həmin tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman həyata keçirilməlidir.
50. Nəzərə alınmalıdır ki, Cavabdeh kassasiya şikayətinin dəlillərindən biri də, məhz hazırda mövcud məhkəmə təcrübəsinə əsasən, eyni məzmunlu işlərə baxılarkən qətnamənin qət etdi hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmunda qeyd yazıldığı halda, ona münasibətdə qəbul edilmiş qətnamədə bu qeydin öz əksini tapmaması ilə bağlı olmuşdur.
51. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası kassatotun bu dəlilini əsa slı hesab edir və belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli və torpaq sahəsinin üzərində inşa edilmiş ünvan 1 ünvanda inşa edilmiş özbaşına tikilidən cavabdehin çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması hissəsi üzrə icra qaydası və müddəti müəyyən edilməlidir. Qətnamə həmin hissədə, özbaşına tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman icra edilməlidir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.2 və 419-cu maddələrini rəhbər tutub, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2025-ci il tarixli 2(103)13/2025 saylı qətnaməsi dəyişdirilsin. Qətnamənin Cavabdeh 3 saylı mədənin 6-cı sahəsində kadastr nömrəsi 16560 olan və xəritədə qeyd edilmiş (395301.***-*******.082, 395303.850- 4476953.180, 395293.**********.665, 395284.***-*******.620, 395267.955- 4476925.408, 395267.***-*******.320, 395258.***-*******.998, 395263.043- 4476944.489) koordinatlar daxilində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş ünvan 1 ünvanda inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması hissəsi üzrə icra qaydası və müddəti müəyyən edilsin. Qətnamə həmin hissədə, özbaşına tikilinin yerləşdiyi ərazidə neft-qaz hasila tının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman icra edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.