Məhkəmə qərarları › İş №2(102)-1760/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1760/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1760/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1760/20 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi, protokolun və çıxarışın ləğvi) Bakı şəhəri, 03 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər “xxx x” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi və “xxxx” QSC-yə qarşı “hərracın nəticələrinin etibarsız, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11351/2019 nömrəli, 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. XXX 0.0718 ha torpaq sahəsində yerləşən 67 saylı fərdi yaşayış evi İddiaçı məxsus olub. İddiaçı həmin evi kredit öhdəliyinin təminatı kimi “xxxx” QSC-nin xeyrinə yüklü edib.

2. Cəlilabad rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı kredit üzrə borc tutulub, tələb ip oteka predmetinə yönəlib, ipoteka predmetinin hərracda ilkin satış satış qiyməti 37500 manat müəyyən edilib.

3. Təkrar hərracda “xxxx” QSC ipoteka predmeti olan evi 23906,25 manata almışdır. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC, Cavabdeh2, ACavabdeh3 və “xxxx” QSC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə təqdim edərək, ünvan 1 ünvanda yerləşən 0,0718 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hərracın yekunları barədə 36/04 nömrəli, 07 avqust 2018-ci il tarixli protokolun etibarsız hesab edilməsi və həmin fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən "xxxx" QSC-nin adına verilmi ş 20 sentyabr 2018-ci il tarixli, Seriya RX, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, Cəlilabad rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qətnaməsinin surəti İddiaçı təqdim olunmadan, icra vərəqi Cavabdeh2nə göndərilmişdir.

6. İş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 hərracın keçirilməsini digər cavabdeh "xxxx" MMC-yə sifariş vermişdir. "xxxx" MMC guya bir neçə dəfə hərrac keçirmiş və sonda həmin mənzili "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 23906,25 manata satmışdır. Halbuki "xxxx" MMC real olaraq heç bir hərrac keçirməmiş və mənzilin mülkiyyətçisi olan İddiaçı hərrac barədə heç bir məlumat verməmişdir.

7. Nəticədə iddiaçıya cavabdeh olduğu iş üzrə məhkəmə qətnaməsinin surəti verilmədən və onun həmi n qətnamədən apellyasiya şikayəti vermə müddəti gözlənilmədən qətnamə qanunsuz olaraq icraya göndərilmiş, hərracın keçirilməsi sifarişini alan "xxxx" MMC isə saxtakarlığa yol vermiş, mülkiyyətçiyə bu barədə məlumat vermədən və əslində, heç bir hərrac keçirmədən hərracın yekunları barədə 07 avqust 2018-ci il tarixli, 36/04 nömrəli protokol tərtib etmiş və iddiaçıya məxsus olan mənzili çox ucuz qiymətə tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vermişdir.

8. İddiaçı sonradan Cəlilabad rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, 2(073)-174/2016 saylı qətnaməsinin surətini əldə etmiş və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. X3 Məhkəməsi apellyasiya şikayətini təmin etməmişdir.

9. Göründüyü kimi, Cəlilabad rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, 2(073)l74/2016 saylı q ətnaməsi qanuni qüvvəsini almadan, tamamilə qanunsuz olaraq həmin qətnamə icraya yönəldilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən hərracın nəticələrinə dair saxta protokol tərtib olunmuş, bununla da qanunvericiliyin tələbləri və iddiaçın hüquqları kobud qaydada pozulmuşdur.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 415.2, 416.1, 416.2, “İpoteka haqqında” Qanunun 42.1, 42.3 və 43.1.2-ci maddələrinə istinad etmişdir.

12. Cavabdehlər “xxxx” QSC və “xxxx“MMC-nin nümayəndələri iddiaya etiraz olaraq bildiriblər ki, hərrac barədə iddiaşıya məlumat verilib, hərrac qanuni əsaslar və qaydalarla keçirilib.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1844/2019 nömrəli, 11 iyun 2019-cu il tarixli qətn aməsi ilə iddia təmin edilməmişdir. (hakim Solmaz Əbilova)

14. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı məxsus olan Cəlilabad şəhəri, M.Hüseyn küçəsində 0.0718 ha torpaqda yerləşən 67 saylı fərdi yaşayış evi Cəlilabad Rayon Məhkəməsinin 2(073)-174/2016 nömrəli, 20.10.2016-cı il tarixli icra vərəqəsinin, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 87493/30-4 nömrəli, 08.05.2018-ci il tarixli sifariş məktubunun və “xxxx” QSC-nin 11006 saylı, 06.08.2018-ci il tarixli məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Hərrac barədə 18-24 may 2018-ci il, 01-07 iyun 2018-ci il, 22-28 iyun 2018-ci il,“ 06-12 iyul 2018-ci il və“ 27 iyul-02 avqust 2018-ci il tarixli “Birja Yenilikləri” qəzetlərində İddiaçı məxsus olan Cəlilabad şəhəri, M.Hüseyn küçəsi 0.0718 ha torpaq sahəsi ndə yerləşən 67 saylı fərdi yaşayış evi “ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Əmlakın ilkin hərrac qiyməti 37500 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 31875 manat olub. Daha sonra ipoteka predmetinin qiyməti 25% aşağı salınaraq 23906,25 manat qiymətlə tələbkara təklif edilib. Bununla bağlı həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə imzalanmışdır.

15. Birinci instansiya məhkəməsi hərracla bağlı proseslərin 2018-ci ilin avqust ayında yaranmasını nəzərə alıb prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbinə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun“ qüvvədə olan müvafiq müddəaları baxımından qiymət vermişdir.

16. Birinci instansiya məhkəməsi qeyd edib ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar “xxxx” QSC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür.

17. Məhkəmə hesab etmişdir ki ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Cəlilabad şəhəri, M.Hüseyn küçəsi 0.0718 ha torpaq sahəsində yerləşən 67 saylı fərdi yaşayış evi “İcra haqqında”, “İpoteka haqqında” Qanunların və Mülki Məcəllə tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir.

18. Birinci instansiya məhkəməsi iddiaçının dəlilləri – fərdi yaşayış evi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsi, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi – ilə bağlı qeyd edib ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin ünvanda yaşayan şəxslər tərəfindən, o cümlədən iddiaçının özü tərəfindən imza edilərək qəbul edilmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur.

19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 415.2, “İpoteka haqqında” Qanunun 3 4.1.1, 41.1, 41.2, 41.3, 41.5, 42.1, 42.3, 42.5, 42.6, 43.4, 43.8, “İcra haqqında” Qanunun 53.2, 62.1, 62.2-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, hərracların keçirilmə vaxtı və yeri barədə iddiaçıya heç bir məlumat verilməmişdir və işdə bunu təsdiq edən heç bir möhtəbər sübut yoxdur. Hərrac barədə məlumatın iddiaçıya göndərildiyinə dair məhkəməyə təqdim o lunan qəbzlər tamamilə saxtadır.

22. Həmin qəbzlər üzərində olan imzalar nə iddiaçıya, nə iş üzrə zaminlərə, nə də onların ailə üzvlərinə məxsus deyildir. Bundan başqa, həmin qəbzlər məhkəməyə «xxxx» MMC tərəfindən deyil, iş üzrə digər cavabdeh olan «xxxx» QSC tərəfindən təqdim olunmuşdur. İşin bu və digər faktiki halları onu göstərir ki, «xxxx» MMC tərəfindən nəinki heç bir hərrac keçirilməmiş, hətta hərrac prosesində «xxxx» MMC-nin adının keçməsi belə formal xarakter daşımışdır.

23. Cavabdehlərin və məhkəmənin hərrac hesab etdikləri həmin proses tələbkar təşkilat olan «xxxx» QSC-nin özü tərəfindən və saxta üsulla aparılmış, ipoteka predmetlərinin sahibi olan iddiaçıya hərracın keçirilmə vaxtı və yeri barədə heç bir məlumat verilmədiyi halda, saxta qəbzlər tərtib edilmiş və həmin qəbzlər sübut kimi məhkəməyə təqdim edilmişdir. Buna görə məhkəmədən müvafiq ekspertiza təyin olunmasını xahiş etmişlər. Lakin məhkəmə vəsatəti təmin etməmişdir.

24. Həmin qəbzlərin saxta olub-olmamasını yalnız ekspert rəyi ilə müəyyən etmək mümkündür. İddiaçı ipoteka qoyan kimi həmin hərracda iştirak edə bilərdi və eyni zamanda mənzilin sahibi olduğuna görə digər paycılara nisbətdə mənzli əldə etmək üstünlüyünə malik idi. Lakin hərracda i iştirakı təmin edilmədiyi üçün iddiaçı həmin hüquqdan məhrum edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11351/2019 nömrəli, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1844/2019 saylı 11iyun 2019-cu il tarixli qətnaməsi İddiaçı münasibətdə mübahisələ ndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vüqar Həsənov (sədrlik edən, məruzəçi), Şərafət Məmmədova, Xəyal Sarıyev)

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edib ki, hərracın keçirilməsini həyata keçirən «xxxx» MMC tərəfindən «İpoteka Haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan “xxxx” QSC öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ona edilmiş təklif əsasında ipoteka predmetini 30 gün müddətində müəyyən olunmuş məbləğə münasibətdə əldə etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri – hərracın keçirilməsi ilə bağlı bildirişlərin ona çatdırılmaması, ipoteka predmetinin onun tərəfindən alınmasına imkan yaradılmaması, ona təklif edilməməsi – ilə bağlı qeyd etmişdir ki, ipoteka predmeti ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş İddiaçı göndərilmiş və bunu təsdiq edən müvafiq qəbzlər mövcuddur. Müvafiq olaraq mətbuatda bununla bağlı məlumat verilmişdir. Bildirişlər iddiaçının yaşadığı ünvana göndərilmiş və həmin ünvanda imza edilərək qəbul edilmişdir. Belə olan halda iddiaçı həmin hərracların keçirilməsi ilə bağlı tam olaraq məlumatlandırılmış hesab olunur.

28. Apellyasiya instansiyası vurğulayıb ki, iddiaçıya borcun, ipoteka saxlayan qarşısında məsuliyyətinin mövcudluğu məlum olmuşdur. Lakin borcun ödənilməsi təmin olunmadığına görə bank haqlı olaraq borcun tutulması və tələbin əmlaka yönəldilməsini tələb etmişdir. Hazırda isə iddiaçı imk an yaradıldığı təqdirdə hərracda iştirak edərək onu almaq hüququnun olmasını göstərir. Hər bir halda iddiaçıya aşkar olaraq aydın olmuşdur ki, ipoteka predmetinin hərraca çıxarılması mütləqdir. Belə olan halda mülkiyyətində olan əmlakın taleyi ilə maraqlanmaq və bank qarşısında kredit öhdəliyinin icra etmək iddiaçının vəzifəsi olmuşdur. Lakin iddiaçı nəinki həmin vəzifələrini yerinə yetirməmiş, əksinə, mübahisəli ünvana göndərilmiş bildirişlərə əhəmiyyət verməyərək, sonradan hazırkı iddia tələbinin irəli sürülməsi ilə bağlı özü üçün əsas yaratmağa çalışmışdır. İddiaçı ona bildiriş göndərilmədiyini, təqdim olunmuş bildirişdə olan imzaların ona və ailə üzvlərinə məxsus olmadığını və saxtalaşdırıldığını göstərsə də, aşkar surətdə müəyyən olunur ki, bildirişlər məhz hazırkı işdə də ona bildiri ş göndərilən ünvana göndərilmiş və həmin ünvanda bildiriş qəbul olunmuşdur. Hərrac təşkilatçısı isə haqlı olaraq bildirişlərin iddiaçıya çatmasının təmin olduqdan sonra hərracın keçirilməsini davam etdirmişdir.

29. Apellyasiya instansiyası iş materiallarına əsasən müəyyən edib ki, hərraç təşkilatçısı bir deyil, bir neçə bildiriş göndərmiş və hər bir bildiriş müvafiq imza edilməklə qəbul edilmişdir. Belə olan halda, nə birinci instansiya məhkəməsində, nə də hazırkı icraat daxilində müvafiq ekspertizasın təyin olunması üçün əsaslar olmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, hərrac təşkilatçısı tərəfindən bildirişlərin göndərilməsi işin mübahisəsiz halıdır. Nəzərə alınmalıdır ki, hərrac təşkilatçısının bildirişi iddiaçıya çatdırmaq vəzifəsi yoxdur.

30. Apellyasiya instansiyası “F.Cavad ov və V.Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyini də nəzərə alaraq qeyd edib ki, həmin Qərarında Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

31. Apellyasiya instansiyası onu da müəyyən edib ki, 26 fevral 2018-ci il tarixdə yalnız ipoteka saxlayana edilmiş təklifin qəbul edilməsi ilə bağlı ümumi hərracın yekunlarına görə protokolun tərtib olunması üçün hərracdan kənar müqavilənin bağlanması təşkil edilmişdir. Mülki qanunvericilikdə edilmiş təklifin qəbulu ilə bağlı qaydalar müəyyən edilməmişdir. Çünkü qanunvericilikdə ipoteka saxlayanın əmlakın qəbul etməsinə dair müqavilənin bağlanması üçün təyin olunmuş gündə ipoteka qoyanın həmin hərəkətlərin icra edil məsində iştirakının təmin olunması vacibliyi nəzərdə tutulmamışdır. Qanunla müəyyən edilməyən əsaslara istinad edərək 26 fevral 2018-ci il tarixdə bağlanmış müqavilənin (protokolun) etibarsız hesab edilməsi nəticəsinə gəlinməsi yolverilməzdir. İddiaçı ipoteka predmetinin onun tərəfindən əldə edilməsinə imkan yaradılmadığını göstərir, lakin qeyd edilməlidir ki, qətnamənin qanuni qüvvədə olması və icraya yönəldilməsi, bank qarşısında iddaçının öhdəliklərinin mövcud olması işin mübahisəsiz halıdır. Belə olan halda, hərracın keçirilməsindən və edilmiş sifarişdən əvvəl, qətnamə qəbul olunduğu zaman iddiaçının hərracdan kənar qaydada ipoteka predmetinin əldə edilməsi üçün kifayət qədər imkanı olmuşdur. Bunun üçün hərracın keçirilməsinin və ona hərrac vasitəsi ilə təklif göndərilməsinin gözləməyi n heç bir əhəmiyyəti olmamışdır. İddiaçının istinad etdiyi dəlil isə ona görə əsassızdır ki, maddi vəsaitinin olduğu təqdirdə bank qarşısında öhdəliyin icrasını təmin etmək vəzifəsi vardır, lakin o belə vəzifəsini icra etməməklə mülkiyyətində olan əmlaka tələbin yönəldilməsinə razı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkil Vəkil2 oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilərinə uyğun belə əsaslandırılıb ki, ipoteka predmeti dəyərindən aşağı qiymətə hərraca çıxarılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasi ya şikayətinə cavabdehlərin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləş dirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Qanun Maddə 34.1.1 Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşk ilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda i ştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. “Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda“ istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir“20“təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçiri lən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Qanun Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərar Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

41. İddia tələbi hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipoteka predmetinə dair çıxarışın ləğv edilməsi barədədir. Tələbin faktiki əsası kimi iddiaçı hərrac barədə ona məlumat verilməməsinə istinad etmşdir.

42. Belə olan halda, hərracın yekunları barədə protokolun etibarsız edilməsi barədə iddia tələbi yalnız o halda t əmin edilə bilər ki, həqitətən də iddiaçının istinad etdiyi faktiki əsas öz təsdiqini tapmış olsun, hərrac “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin müəyyənləşdirdiyi qaydaları pozmaqla keçirilsin.

43. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə hərracın yekunları barədə protokolun etibarsız edilməsinə əsas olan halları, hərrac barədə iddiaçıya məlumat verilməməsini, hərracın keçirilməsinin qanunvericliklə müəyyən edilmiş qaydasının pozulmasını müəyyən etməmişlər.

44. Apellyasiya məhkəməsi iddiaçının həmin dəlilləri ilə bağlı mövqeyini iş materiallarındakı sübutları MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirməklə əsaslandırıb. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və hazırki qərarın 26-31-ci bəndlərinə göstərilənləri bir daha təkrar etməyə lüzum görmür.

45. M əhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11351/2019 nömrəli, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar