Məhkəmə qərarları › İş №2(102)-1761/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1761/2019

14.03.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1761/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Allahverdizadənin katibliyi, İddiaçı vəkili N.A.Sadıqovun, cavabdeh ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının ləğvedicisi X1nun vəkili X1 iştirakları ilə, cavabdeh ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının ləğvedicisi X1nun və vəkili A.M.Məmmədovun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə (R.Ə.Səmədov, iş 2(006)-3996/18) İddiaçı cavabdeh Azərbaycan Respublikası X1na qarşı sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi barədə iddia tələbi təmin edilib cavabdeh Azərbaycan Respublikası X1ndan 8915,10 ABŞ dollarının tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi ilə və 30 manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (E.C.Kazımov (sədrlik edən və məruzəçi),T.S.Səmədov və İ.S.Şirinov iş 2(103)-11235/18), Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X1 və vəkili A.M.Məmmədov kassasiya şikayəti ve rib qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, İddiaçı və cavabdeh Azərbaycan Respublikası X1nun nümayəndəsi üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə kassasiya qaydasında baxılan zaman cavabdeh X1nun vəkili A.M.Məmmədov kassasiya şikayətinin dəlillərini müdafiə edib təmin olunmasını, İddiaçı vəkili N.A.Sadıqov kassasiya dəlillərinə etirazını bildirib şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İŞİN HALLARİ: İddiaçı cavabdeh X1na qarşı sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edib QSC “xxxx”KB ilə 31 may 2006-cı il tarixdə bağladığı əmanət müqaviləsi üzrə hesabında olan 8.915 ABŞ dolları 10 sent məbləğində vəsaitin və 30 manat dövlət rüsumunun X1 tərəfindən onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” QSC ilə aralarında 31 may 2006-cı il tarixdə illik faiz dərəcəsi 11 faiz olmaqla, 12 ay müddətinə 3000(üç min) ABŞ dolları məbləğində 3526( LD**********) saylı əmanət müqaviləsi bağlanmışdır. “xxxx”QSC - də 04 oktyabr 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş və 11 oktyabr 2016-cı il tarixdən etibarən bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılmış, 17 noyabr 2016-ci ildə rəsmi ərizə və sənədlərlə ( müqavilə və əmanət kitabçası) X1na müraciət etm iş, X1 23 dekabr 2016-cı il tarixli, 19/16473 saylı məktubunda sığorta hadisəsi baş verdiyi zaman bankdakı məlumatlarda yanlışlığın baş verməsi, bu yanlışlığın aradan qaldırılmasının məsələyə hüquqi qiymət verildiyi təqdirdə mümkün olacağı bildirilsə də yanlışlıqların aradan qaldırılmasıilə bağlı heç bir tədbir görülmədiyindən 28 fevral 2018-ci il tarixdə sığortalanmış əmanətin verilməsi üçün yenidən fonda müraciət edilmiş və 06 aprel 2018-ci il tarixli 18/200802333 saylı məktubla əmanətlərin sığortalanmaması bildirilmişdir. “xxxx”QSC ilə olan 31 may 2006-cı il tarixli 3526 nömrəli əmanət müqaviləsinin 1.1-ci bəndinə əsasən bank 3.000 ABŞ dolları məbləğində pul vəsaitini 38410V001002152 saylı hesaba qəbul edib “Əmanətçi” yə əmanət məbləğini əsas müqavilədə nəzərdə tutan şərtlərlə və qaydad a “Əmanətçi” yə qaytarmağa, illik faiz dərəcəsi 11 faiz olmaqla faizlər ödəməyə dair öhdəlik götürmüş, müqavilə sığorta hadisəsi baş verənə kimi uzadılmışdır. “xxxx”QSC-nin hesabdan çıxarışında 01.01.2013-21.09.2017- ci illəri əhatə edən dövr üçün 8.915. ABŞ dolları 10 sent göstərilmişdir. Qoyulmuş əmanətin qorunan olması Himayəçilik Şurasının qərarına əsasən həmin dövr üçün xarici valyutalarla bağlı müəyyən edilmiş həddin illik 12 faiz olması ilə təsdiqlənir. Əmanət müqaviləsinin qüvvədə olduğu müddət ərzində faiz dərəcəsinin yüksək həddi ilə əlaqəli X1 tərəfindən verilən hər hansı bir qərar əmanətin qorunmasına təsir etmir. Belə ki, müqavilənin bağlandığı tarixdə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 23 faiz müəyyən edilməsinə dair qərar qüvvədə idi və o da müqavi ləni həmin faiz dərəcəsinə güvənərək imalamışdır. X1 tərəfindən iki müraciətə fərqli cavabların verilməsi, ilk məktubda “yanlışlıqların” olmasına, sonrakı məktubda “sığortalanmaması”na istinad olunması ona məxsus əmanətin verilməsindən qanunazidd olaraq imtina edildiyini göstərir. Halbuki, X1nun rəsmi internet səhifəsində 13.10.2016-cı il tarixdə “xxxx” QSC əmanətçilərin sayının çox və sosial həssas təbəqələrin olması nəzərə alınaraq X1 tərəfindən 13.10.2016-cı il tarixindən etibarən 50.000 ABŞ dolları və 80.000 manat məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinin həyata keçirildiyi qeyd olunmuşdur. Həmçinin 31 may 2006-cı il tarixli, 3526 nömrəli əmanət müqaviləsinin 2.7-ci bəndində əmanətçinin əmanəti geri tələb etmədiyi halda müqavilənin müddətinin hər il iyunu n 1-dən eyni şərtlərlə uzadıldığı nəzərdə tutulmuşdur. Əmanətin üzərinə 8.915 ABŞ dolları 10 sent məbləğinin faizlərlə birgə hesablandığı hesabdan çıxarışla təsdiq edilir. Tərəfindən müqavilənin dəyişdirilməsi və əmanətin sığortalanmamış əmanətlərə daxil edilməsi ilə bağlı müraciət edilməməsinə baxmayaraq, bank müqavilə şərtlərini birtərəfli qaydada dəyişib əmanətini sığortalanmamış əmanətlərə aid etmişdir. Halbuki, müqavilənin 2.7-ci bəndində əmanətçinin müqavilənin qüvvədə olma müddəti bitənədək əmanəti geri tələb etmədiyi təqdirdə müqavilənin eyni şərtlərlə növbəti müddətə uzadıldığı göstərilmişdir. Fondun 06.04.2018-ci il tarixli məktubunda 31.05.2006-cı il tarixli, 3526 saylı əmanət müqaviləsinin 2.7- ci bəndinə müvafiq olaraq sonuncu dəfə 10.06.2016-cı il tarixdə ABŞ dollarında illi k 5 faiz dərəcəsi ilə 12 ay müddətinə uzadıldığı və 02 mart 2016-cı il tarixindən etibarən X1na üzv banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddini xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətinə tam sığortalandığı və kompensasiya olunduğu bildirilmişdir. Hesab edir ki, Bankla aralarında bağlanmış 31 may 2006-cı il tarixli depozit müqaviləsinin müddəti 2.7-ci bəndin tələblərinə müvafiq olaraq eyni şərtlərlə uzadıldığından və həmin müqavilə bağlandığı zaman qüvvədə olan Əmanətlərin Sığortalanması Haqqında Qanununun 26.1-ci bəndinə əsasən fond tərəfindən hər bir iştirakçıya bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilməlidir və Fondun 3 faizdən yuxarı xarici valyutada olan əmanətlərin sığortalanmaması ilə bağlı göstərdiklərinin onunla bağlanmış müqaviləyə və şərtlərinə heç bir aidiyyəti yoxdur. Qorunan əmanəti üzrə 8.915 ABŞ dolları 10 sent məbləği fond tərəfindən kompensasiya edilməmişdir. Cavabdeh X1nun nümayəndəsi X4 oğlu iddianı qəbul etməmiş, iddiaçının mübahisələndirdiyi əmanətin qorunan əmanətlərə aid olmadığını göstərib iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh ləğv prosesində olan X1 və vəkili A.M.Məmmədov kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçının kompensasiya olunmasını tələb etdiyi əmanətin sığortalı olmamasına, xarici valyutada qorunan əmanətlər üzrə ill ik faiz dərəcəsinin 3 % olmasına, əmanət şərtlərinin dəyişdirilməsi barədə iddiaçı ilə Bank arasında müqavilənin olmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin təmin olunması barədə əsassız qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, X1nun vəkili A.M.Məmmədovu, İddiaçı vəkili N.A.Sadıqovu dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Hazırkı iş üzrə iddia tələ binin təmin olunması barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi öz qənaətlərini sığorta hadisəsi baş verdikdə kompensasiyanın ödənilməsinin əmanətin mülkiyyət kimi geri qaytarılmasını deyil, əmanətçiyə dəyə biləcək maddi ziyanı kompensasiya etmək məqsədi daşımasına, iddiaçı ilə müflis olmuş Bank arasında əmanət müqaviləsi üzrə münasibətlərin 31.05.2006-cı il tarixdə 10.06.2016-cı il tarixədək eyni şərtlərlə davam etməsinə 01.03.2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3% müəyyən edilməsi barədə X1nun Himayəçilik Şurasının qərarından nə iddiaçının, nə də Bankın dəqiq məlumatının olmamasına istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən a raşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. QSC “xxxx”KB ilə əmanətçi İddiaçı arasında bağlanmış 31.05.2006-cı il tarixli, 3526 saylı “Standart” Depozit müqaviləsinə əsasən Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 3000 ABŞ dolları) qəbul edib, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağa və onun üçün faiz ödəməyə dair öhdəlik götürmüş, müqavilədə müddət 12 ay illik faiz 11% müəyyən edilmişdir. QSC “xxxx” KB-nin Müştəri Xidməti Departamentinin hesabdan 22.07.2017-ci il tarixli çıxarışına əsasən İddiaçı Bankdakı əmanəti üzrə məbləğ 8.915 ABŞ dolları 10 sent təşkil edir. Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən Ban k əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (Bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə X1 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət- qorunan əma nətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edilir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi gündən etibarən faizlər “Əmanətlərin Sığortalanması haqqınnda” Azər baycan Respublikası Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq X1nun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan fondun iştirakçı Bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə Bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X1nun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsi nin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. “Banklar haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş Bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasına bölüşdürülür; təminatsız kreditorların tələbləri (maddə 82.1.8) Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla müəyyən edilir. X1nun Himayəçilik Şurasının 02 mart 2016 -cı il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 %, milli valyuta üzrə 12%, 16 sentyabr 2016-cı il tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 %, milli valyuta üzrə 15 % olmaqla 3(üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair 05 sentyabr 2018-ci il tarixli Qərarında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanə tlərin qorunmayan əmanətlərə aid edildiyi qeyd edilmiş, və “Əmanətlərin Sığortalanması haqqında”Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalı olması, əmanətlə bağlı verilən bonusun illik faiz dərəcəsinə aid edilmədiyi, bu qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlərin qorunan əmanətlər hesab edilməli olması qərara alınmışdır. Göründüyü kimi, qanunvericilik illik faiz dərəcələri X1nun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri Əmanətin sığortalanmasını həmin əmanətçilərin müraciətinin olması və bu müraciət əsasında əmanət müqaviləsində müvafiq dəyişiklik edilməsi ilə şərtləndirmişdir. Apellasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman İddiaçı xarici valyutada olan əmanətinin illik faiz dərəcəsinin 5% olmaqla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin 3%-lik yuxarı həddindən çox olmasına və həmin əmanətin sığortalanması yəni qorunan əmanət sayıla bilməsi üçün əmanətçi İddiaçı tərəfindən müqavilə şərtlərinin dəyişdirilib illik faiz dərəcəsinin 3%-ə endirilməsi üçün müraciət olunmamasına dair işin hallarına da düzgün hüquqi qiymət verilməmiş, əmanətin qorunan əmanət nö vünə aid olması kimi səhv nəticəyə gəlinib iddia tələbinin təmin olunması barədə qərar qəbul edilmişdir ki, bununla da, maddi və prossesual hüquq normalarının tələbləri pozulmuşdur. Bundan başqa, apellyasiya instansiya məhkəməsi tərəfindən əmanətin qorunan və qorunmayan olması ilə bağlı işin hallarına düzgün hüquqi qiymət verilməmiş, əmanət üzrə ödənilməli məbləğin mübahisəsiz olmasına istinad olunmaqla mübahisələndirilən əmanətin qorunan əmanət olması kimi səhv nəticəyə gəlinmiş və bu nəticənin qorunan əmanətin geri qaytarılmasının növbəlilik qaydasının tələblərini pozması, o cümlədən, iddiaçıya münasibətdə digər əmanətçilərlə müqayisədə hamının qanun qarşısında bərabərlik prinsipinə zidd olması kimi hüquqi nəticələr doğurmasına əhəmiyyət verilmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilmişdir. Şərh olunanları nəzərə alan kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmişdir. Kassator kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsini və həmin hissədə yeni qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırkı iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyil. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılan zaman qərarın təsviri hissəsində göstərilən hallar araşdırılıb mübahisənin həllinə dair qanuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 02 noyabr 2018-ci il tarixli 2(103)-11235/18 saylı qətnaməsi ləğv edilsin. İşə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar