Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1761/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ üzrə miras əmlakının dəyərinin müəyyən edilməsi və əmlakın dəyərinin bölünməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülki işin ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 13 fevral 2023-cü il tarixli, 2(103)674/2023 nömrəli qərardadından ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən Cavabdeh verilən xx.xx.2020-ci il tarixli X2 qalan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47,6 kv.m mənzilinin hərraca çıxarılmaqla satılmasını və dəyərinin ½ hissəsinin İddiaçı verilməsini, 1998-ci il buraxılışlı “Mercedes E-240” min ik markalı 90KT787 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin bazar qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin Cavabdeh tərəfindən İddiaçı ödənilməsini, X2 miras qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin Cavabdeh tərəfindən İddiaçı ödənilməsini, məhkəmə zamanı Cavabdeh tərəfinin daşınar miras əmlakına dair İddiaçı borclu olması və həmin borcu ödəməyinə imkansız olması yaxud onu ödəməkdən açıq şəkildə imtina edilməsi müəyyən edildikdə, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini, məhkəmə xərclərinə aid İddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən Cavabdeh verilən xx.xx.2020-ci il tarixli X2 qalan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47,6 kv.m mənzilinin naturada bölünməsi, bu mümkün olmasa hərraca çıxarılmaqla satılmasını və dəyərini n ½ hissəsinin İddiaçı verilməsini, 1998-ci il buraxılışlı “Mercedes E-240” minik markalı 90KT787 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alqı-satqı qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin Cavabdeh tərəfindən İddiaçı ödənilməsini, X2 miras qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin Cavabdeh tərəfindən İddiaçı ödənilməsini, məhkəmə zamanı Cavabdeh tərəfinin daşınar miras əmlakına dair İddiaçı borclu olması və həmin borcu ödəməyi nə imkansız olması yaxud onu ödəməkdən açıq şəkildə imtina edilməsi müəyyən edildikdə, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini, məhkəmə xərclərinə aid İddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsini xahiş etmişdir.
3. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və İddiaçı mərhum X3 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində və avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı gö rülən digər işlərlə əlaqədar çəkilən 68000 manat xərclərə aid edilməsi və həmin 68000 manat pulun yarısı olan 34000 manat pulun cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20000 manat pulun yarısı olan 10000 manat məbləğində pulun, ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun və 200 manat ödənilmiş vəkil pulunun, cəmi 44330 manat pulun cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(011)3376/2022 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimli) ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı “Mercedes Benz E 240” minik markalı, 90KT787 dövlət qeydiyyat nişanlı avtomobildəki payına uyğun olaraq 5500 manatın, 1 ədə d üzərində qaşı olan kişi qızıl üzüyündə, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyündə, 1 ədəd qızıl boyunbağında, 1 ədəd qızıl qolbağında, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğasında, 7 ədəd qızıl dişdə olan payına uyğun olaraq 1100 manatın və 6403 ABŞ dolları pul vəsaitində olan payına uyğun olaraq ödəniş gününə qüvvədə olan məzənnə ilə 3201,5 ABŞ dolları məbləğinin Azərbaycan Respublikası manatı ilə, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqu st 2022-ci il tarixli, 2(011)-3376/2022 nömrəli qətnaməsinin ilki iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2023-cü il tarixli, 2(103)-674/2023 nömrəli qərardadı ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.C.Kazımovun və N.Ş.Cəfərovun iştirakları ilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(011)-3376/2022 nömrəli qətnaməsi ləğv olunaraq, mülki iş aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, Mülki Prosessual Məcəlləsinin 31.1, 35.1, 39.1-ci maddələrinə istinad edə rək mövqeyini belə əsaslandırmışdır ki, Təhməzov X5 rayonu, Bankə qəsəbəsi, Pişəvəri küçəsi ünvanında, İmanova X4 rayonu, Bankə qəsəbəsi, S.Vurğun küçəsi, ev 542 ünvanında qeydiyyatdadırlar. Həm ilkin, həm qarşılıqlı iddia tələbləri pulun tutulması ilə bağlıdır. Həmin tələblər MPM-in 39.1-ci maddəsinin təsiri altına düşmür. Mülki işə aidiyyət qaydalarına uyğun olaraq həm də Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasında olmayan Neftçala Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğu halda, Xətai Rayon Məhkəməsi işə aidiyyət qaydalarını pozaraq baxmışdır ki, bu da qətnamənin qeyd-şərtsiz ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
8. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 13 fev ral 2023-cü il tarixli, 2(103)-674/2023 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı pozulmuşdur.
10. Belə ki, apellyasiya məhkəməsi uzun müddət çəkən məhkəmə baxışının mahiyyəti üzrə baxılıb tamamlanmasına baxmayaraq, rayon məhkəməsinin qətnaməsini ondan ötrü ləğv etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tə ləblərini pozulmuşdur. Lakin, qərəzli şəkildə nəzərdən qaçırılmışdır ki, Cavabdeh tutduğu “dekonstruktiv” mövqeyinə görə, mərhum qardaşı X2 qalan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 64 nömrəli 2 otaqlı mənzilin və sairə daşınar əmlakın bölünməsi mümkün olmamışdır. Cavabdeh həmin mənzilə çıxarışı əldə edərək, mənzilin yeganə sahibkarı sayılır. İddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi pulun tutulması ilə yox, qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş vərəsəlik hüququ ilə, mərhum qardaşından qalan, ilk növbədə Xətai rayonu ərazisində yerləşən, daşınmaz əmlak olan, mənzilinin hərraca çıxarılması ilə satılması və dəyərinin Cavabdeh ilə aralarında bölünməsi olmuşdur. Burada hər hansı pulun Cavabdeh tutulmasından söhbət getmir və bir mənalı olaraq pulun tutulması ilə bağlı deyil. İddia tələbinin əsas mübahisə predmeti Xətai rayon ərazisində yerləşən mənzilin məcburi bölünməsinə aid olmuşdur. Bu səbəbdən iddia tələblərinə müstəsna aidiyyətə görə, Azərbaycan Respublikasının MPM-nin 39.1-ci maddəsinin təsir altına düşür.
11. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.3-cü maddəsinə əsasən qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə ve rilir. 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilm əlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində cavabdehin apellyasiya şikayətinə baxarkən işə birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılmasını müəyyən etmiş və MPM-in 387.2.9-cu maddəsinə əsasən qətnamənin ləğv edilməsi və işin aidiyyəti üzrə baxmalı olan rayon məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir.
15. Belə ki, tərəflərin hər ikisinin rəsmi qeydə alındıqları yerin Neftçala rayonu olması işin mübahisəsiz halıdır.
16. Həmçinin iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, iddiaçı cavabdehlə birgə mülkiyyətlərində olduğunu iddia etdiyi daşınar əmlakların dəyərindən ona düşən payının qarşı tərəfdən tutulmasını, habelə daşınmaz əmlakın hərracdan satılaraq dəyərinin ½ hissəsinin ona ödənilməsini xahiş etmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ilk iddia tələbi pulun tutulması ilə bağlı olduğundan, işə Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən cavabdehin qeydə alındığı ünvan üzrə məhkəmə tərəfindən baxılmalıdır.
17. İşin müstəsna aidiyyət qaydalarına əsasən baxılmalı olmasına dair kassasiya şikayətinin dəlili ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hü quqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). 18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında izah olunmuşdur ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz.
19. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində dəyərinin bölünmə si tələb olunan əmlaklardan biri Bakı şəhərinin Xətai rayon ərazisində yerləşən daşınmaz əmlak olsa da, belə tələbə müstəsna aidiyyət qaydalarına uyğun baxılması Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulmadığından, iddiaçının şikayətinin bu dəlili əsassız hesab olunmalıdır.
20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aidiyyət qaydalarının pozulması ilə baxılmış iş üzrə qəbul edilən məhkəmə aktının şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli olması mülki prosessual qanunvericiliyin tələbi olduğundan, hazırki işə uzun müddət ərzində birinci instansiya məhkəməsində baxılmasına dair kassasiya şikayətinin dəlili də əsassızdır.
21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin ərazi aidiyyəti üzrə gö ndərilməsinə dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2023-cü il tarixli, 2(103)-674/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.