Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1763/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh1, X10, Orhan Akdoğa, X16, X11, İddiaçı1, X13, Cavabdeh2 və X5 qarşı; İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə öhdəliyin icrası, əşyanın təhvil verilməsi, əqdin etibarsızlığı, fərdi müəyyən əşyaya dair bir neçə müqavilənin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdehlər Cavabdeh1 MTK-ya, X6, Orhan Akdoğana, X15, X7, İddiaçı1, X8, Cavabdeh2 və X5 qarşı müqavilələrinin etibarsız hesab edilməsi və s. tələblərinə və İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilələrinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-321/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı2, 2(103)-7283/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTKya (bundan sonra – MTK) məxsus binanın 2-ci giriş 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahə si 152.8 kv.m olan 173 saylı mənzilə dair aşağıdakı müqavilələr bağlanıb: 1.1 İddiaçı2 və MTK arasında 13 mart 2007-ci il tarixli müqavilə (mənzilin dəyəri 65.704 manat, maliyyə arayışına əsasən tam ödənilib); 1.2 X11 ilə MTK arasında 13 mart 2007-ci il tarixli müqavilə (mənzilin dəyəri 76.400 manat, maliyyə arayışına əsasən tam ödənilib); 1.3 İddiaçı1 ilə MTK arasında 13 mart 2007-ci il tarixli müqavilə (mənzilin dəyəri 76.400 manat, maliyyə arayışına əsasən tam ödənilib); 1.4 X12 ilə MTK arasında 29 avqust 2009-cu il tarixli müqavilə (mənzilin dəyəri 55.008 manat, maliyyə arayışına əsasən tam ödənilib); 1.5 X14 ilə MTK arasında 29 avqust 2009-cu il tarixli müqavilə (mənzilin dəyəri 55.008 manat, maliyyə arayışına əsasən tam ödənilib); 1.6 Cavabdeh2 ilə MTK arasında 29 avqust 2009-cu il t arixli müqavilə (mənzilin dəyəri 55.008 manat, maliyyə arayışına əsasən tam ödənilib);
2. Hazırda mübahisəli 173 saylı mənzil Cavabdeh2 faktiki sahibliyində və istifadəsində olmaqla, mənzilə dair kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr onunla bağlanmışdır.
3. Qeyd edilən mənzillə bağlı tərəflər arasında mövcud olmuş məhkəmə mübahisələri üzrə aşağıdakı məhkəmə aktları qəbul edilmişdir. 3.1. MTK-nın İddiaçı2 və qeyrisinə qarşı mübahisəli mənzilə dair aralarında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və onun adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2267/2010 nömrəli, 02 iyun 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-19 5/2012 nömrəli, 15 mart 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır. 3.2. İddiaçı1 MTK-ya və Cavabdeh2 qarşı cavabdehlər arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və mənzili ona təhvil verilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)3722/2018 nömrəli, 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10292/2019 nömrəli, 20 avqust 2019cu il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Qətnamə qanuni q üvvəsini almışdır. Qətnamə qeyd olunmuşdur ki,...İddiaçı1 mübahisələndirilən müqavilənin tərəfi deyildir, çünki həmin müqavilə MTK ilə Cavabdeh2 arasında bağlanmışdır. Müqavilənin ləğv edilməsi tələbinin irəli sürülməsi hüququ yalnız müqavilə tərəfinə məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. Birinci iddia üzrə İddiaçı2 31 oktyabr 2019-cu il tarixdə cavabdehlər X6, Orhan Akdoğana, X15, X7, İddiaçı1, X8, Cavabdeh2, X5 və MTK-ya qarşı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK tərəfindən inşa olunan yaşayış binasında 141, 173, 181 saylı mənzillər üzərində onun sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin mənzillərdən istifadə etmək, mənzillərə sərbəst, maneəsiz ge diş-gəliş imkanlarının təmin edilməsi, təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və mənzillərdən istifadə etməsinə mane olan hərəkətlərin cavabdeh MTK-ya qadağan edilməsi, həmçinin cavabdeh MTK ilə cavabdeh X10 arasında 141 saylı mənzilə dair bağlanan xx.xx.2010-cu il tarixli, cavabdeh Orhan Akdohanla 181 saylı mənzilə dair bağlanan xx.xx.2010-cu il tarixli, həmin mənzilə dair X16 ilə bağlanan xx.xx.2015-ci il tarixli, 173 saylı mənzilə dair cavabdeh X11 ilə bağlanan xx.xx.2007-ci il tarixli, cavabdeh İddiaçı1 ilə bağlanan xx.xx.2007-ci il tarixli, cavabdeh X14 ilə bağlanan xx.xx.2009-cu il tarixli, Cavabdeh2 ilə bağlanan 29 avqust 2009-cu il tarixli, cavabdeh X12 ilə bağlanan xx.xx.2009-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, MTK ilə aralarında xx.xx.2007-ci il tarixdə bağlanmış 3 ayrı müqavilə üzrə 141, 181 və 173 saylı mənzillər onun mülkiyyətinə verilmiş, həmin mənzillərin tam dəyərini kooperativə ödəmiş və bu barədə müvafiq maliyyə arayışları verilmişdir. Bir müddət sonra MTK həmin mənzilləri ona təhvil vermək istəmədiyini bildirmiş, hətta ona qarşı həmin müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə əsassız iddia qaldırmış, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiası rədd edilərək, müəyyən olunmuşdur ki, bağlanan müqavilələr qanuni və əsaslıdır, mənzillərə görə cavabdeh tərəfə ödənişlər edilmişdir. Lakin MTK bu günədək həmin mənzilləri təhvil vermək istəmir, təmir işləri aparılmasına, mənzillərə sərbəst surətdə daxil olmağa maneələr yaradır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, MTK digər cavabdehlərlə də həmin mənzillərlə bağlı müqavilələr bağlamışdır. Bəzi müqavilələr onunla bağlanmış müqavilə ilə eyni tarixli olmaqla, digərləri sonrakı tarixlərə aiddir. Hesab edir ki, bu müqavilələr sonradan görünüş üçün bağlanmış, MTK mənzilləri ona təhvil verməmək üçün bu saxta müqavilələri tərtib etmişdir. 173 saylı mənzillə bağlı iki il sonra yenə eyni tarixdə, yəni xx.xx.2009-cu ildə 3 ayrı şəxsin adına müqavilənin bağlanması bir daha göstərir ki, MTK bu müqavilələri alıcıları aldadaraq bağlamış, onlara qarşı dələduzluq etmişdir.
6. Məhkəmə sorğusuna cavab olaraq verilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Cahangir Alışov 01 avqust 2005-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MTK-nin 15 yanvar 2007-ci ildən 11 mart 2011-ci il tarixədək rəsmi qaydada, sonuncu tarixdən 15 may 2017-ci ilədək isə faktiki olaraq və 15 may 2017-ci ildən yenidən rəsmi qaydada sədri vəzifəsində işləməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qabaqcadan əlbir olduğu qeyriləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək kooperativ tərəfindən ünvan 1 ünvanda 2006-cı ilin oktyabr ayından inşasına başlanılmış 2 girişli 16 mərtəbəli binadan müqavilə və pul vəsaitlərinin ödənilməsi haqqında maliyyə arayışlarına əsasən ayrı-ayrı şəxslərə mənzillər satıb, dəyəri ödənilmiş mənzilləri ilkin alıcıların məlumatı olmadan yenidən başqa şə xslərə sataraq onlardan müxtəlif məbləğlərdə pul qəbul edib adlarına rəsmiləşdirməklə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə həmin şəxslərin əmlakını ələ keçirmək məqsədilə, 2010-cu ilin əvvəlindən faktiki olaraq kooperativin səlahiyyətli nümayəndəsi, qeyd edilən mənzillərin faktiki satışını həyata keçirən vəzifəli şəxs olan Habil Fətəliyev və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, təkrar satışlar üzrə mənzillərin guya alıcılara kooperativ tərəfindən ilkin olaraq, yaxud əvvəlki alıcıların adından satılması haqqında özü və qeyrilərinin köməkçiliyi ilə yalan vədlər verib, bir sıra hallarda qabaqcadan əlbir olduğu Oruc Məmmədov, Mehti Mehtiyev və qeyrilərini qəsdən mənzil alıcılarına qanunsuz satılan mənzillərin ə vvəlki sahibləri kimi təqdim edib aldatmaqla, kooperativin inşa etdiyi binanın həyətində yerləşən ofisdə rəsmi sənəd olan müqavilə və maliyyə arayışlarının məzmununa mənzillərin alıcılara qanuni əsaslarla satılması barədə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edib, kooperativin dairəvi möhürü ilə sənədlərin qanuni şəkildə təsdiq edilməsi görüntüsü yaratmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə hazırladığı saxta möhürlə təsdiq etməklə şəxsən və ya qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə vəzifə saxtakarlığı edərək, bir sıra hallarda mənzili təkrar satdığı şəxsləri inandırmaq üçün onların həmin mənzilə qəsdən köçürülməsini təmin edib, mənzilin ilkin alıcıları olan qanuni sahiblərini faktiki olaraq əmlak hüquqlarından məhrum edərək, fiziki şəxslərin hüquqlarına və qanuni m ənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, kopperativ tərəfindən inşa olunan həmin binadan 3 otaqlı, 152,8 kv.m sahəli 173 nömrəli mənzili 13 mart 2007-ci il tarixli müqavilə ilə Zamiq Hüseynova satdığı və mənzilin dəyəri tam ödənildiyi halda, 2009-cu ilin avqust ayında həmin mənzilin əvvəldən heç kəsə satılmamasını Vaqif Zeynalova yalandan bildirib, tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, sonuncunun arvadı Rəna Zeynalovanın adına rəsmiləşdirilmiş 29 avqust 2009-cu il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Vaqif Zeynalova satılması adı ilə ondan həmin tarixdə binanın həyətində 55.000 manatı alıb, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-i stifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakına külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığı etmiş, bundan başqa, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, cinayətdən xəbərsiz olan Vaqif Zeynalovun özünə məxsus olduğunu hesab etdiyi həmin mənzili 2012-ci ildə Cavabdeh2 satmasına şərait yaradaraq, sonuncunun adından və onun pul vəsaitinə mənzili almaq məqsədilə müraciət etmiş Oktay Abdullayevə mənzilin digər sahibinin olmamasını, tam qanuni əsasla satılmasını yalandan bildirərək, onun tərəfindən Vaqif Zeynalova 52.000 manat ödənilməklə və sənədlərin rəsmiləşdirilməsi xərcləri adı ilə əlavə olaraq 3.000 manat aldatmaqla alaraq, tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, Oktay Abdullayevin adına rəsmiləşdirilməklə tarixi “29 avqust 2009-cu il” kimi göstərilmiş saxta müqavilə və maliyyə arayışını təqdim edərək, 2016- 2017-ci illərdə isə sənədləşdirmə üçün zəruri xərclərin ödənilməsi adı ilə Cavabdeh2 Oktay Abdullayevə göndərdiyi əlavə olaraq 3.000 manat pulu sonuncudan şəxsən alıb və mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, tarixi “29 avqust 2009-cu il” kimi göstərilmiş saxta müqavilə və maliyyə arayışını təqdim edib, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldat ma yolu ilə Cavabdeh2 cəmi 58.000 manat vəsaitiniözgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığı etmiş, həmçinin cinayət əməlini müəyyən müddətdə gizlətmək məqsədilə mənzili sonuncuya təhvil verib, mənzilin ilkin alıcısı Zamiq Hüseynovun həmin mənzili 2009-cu ilin noyabr ayında 76.400 manata satdığı İddiaçı1 öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə isə Cavabdeh1 MTK inşa etdiyi binada qanuni sahibləri olan 109 mənzili saxta müqavilə və maliyyə arayışları əsasında 123 nəfərə yenidən sataraq həmin şəxslərə məxsus ümumilikdə 59.74361,85 m anat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməklə, cəmi 29 fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərini törətmişdir. Qeyd olunan mənzilin müxtəlif şəxslərə satılması ilə bağlı ibtidai istintaq orqanı tərəfindən İddiaçı1 17 yanvar 2018-ci il tarixdə zərərçəkmiş şəxs, mülki iddiaçı qismində, Cavabdeh2 07 dekabr 2018-ci il tarixdə zərərçəkmiş şəxs qismində, Vaqif Zeynalov 08 dekabr 2018-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınıblar. İddiaçı2, Ruzigar Əhmədov və Orhan Akdoğan cinayət işi üzrə hər hansı formada iştirak etməyib və Oktay Abdullayev isə ibtidai istintaq zamanı şahid qismində dindirilib.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2021 nömrəli, 12 mar t 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh MTK inşa etdiyi yaşayış binasında 141, 181 və 173 saylı mənzili ilkin olaraq İddiaçı2 satmasına, mənzillərin pay haqqının iddiaçı tərəfindən tam olaraq əldə edilməsinə baxmayaraq, sonradan vəzifə saxtakarlığına yol verərək əlavə qazanc əldə etmək niyyəti ilə həmin mənzilləri digər cavabdehlərə satmışdır.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 157.2, 158.1.2, 337.1, 337.2, 385.1, 425.1, 178.8, 452.1, 567-ci maddələrinə istinadla əsaslandırmışdır.
10. İkinci iş üzrə İddiaçı1 18 may 2020-ci il tarixdə cavabdehlər Cavabdeh2 və MTKya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 173 sayl ı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, sözügedən mənzildən Cavabdeh2 çıxarılması və həmin mənzilin onun faktiki mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bu iddia onunla əsaslandırmışdır ki, 173 saylı mənzilə dair xx.xx.2007-ci il tarixdə MTK ilə Zamiq Hüseynov arasında bağlanmış müqaviləyə əsasən sonuncu MTK-da pay mülkiyyətiçisi statusu əldə etmiş, aldığı payı ona satmış və MTK ilə onun arasında ilkin tarixə dair, yəni xx.xx.2007-ci il tarixə müqavilə bağlanmış, MTK-ya borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmiş, həm müqavilə, həm də maliyyə arayışı MTK-nın sədri Cahangir Alışov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Aldığı mənzili n təmir edilməsinə 2016-ci ilədək MTK-nın rəhbərliyi tərəfindən icazə verilməmiş, bu müddətdən istifadə edən MTK rəhbərliyi mənzilləri təkrarən başqa şəxslərə satmışdır. 2016-cı ildən mənzilləri təmir etməyə icazə verilmiş, mülkiyyətində olan mənzili təmir etmək istəyərkən aldığı mənzilin başqaları tərəfindən təmir edildiyini görmüş, lakin mənzilin sahibini tapa bilməmişdir. Sonradan mənzilin Cavabdeh2 satıldığını öyrənmişdir. Cavabdeh MTK-nin sədri Cahangir Alışov 2013-cü ildə notarial qaydada verdiyi ərizəyə əsasən ona mənzili satdığını, həmin mənzilə dair heç bir iddiasının olmadığını, gələcəkdə də olmayacağını qeyd etməsinə baxmayaraq, ona məxsus mənzil xx.xx.2009-cu il tarixli müqavilə ilə təkrarən X5, daha sonra X9, sonuncu dəfə isə Cavabdeh2 satılmış və hazırda mənzil sonuncunun ist ifadə və sahibliyindədir. MTK-nin sədri mənzili təkrarən qeyd olunan şəxslərə satarkən mənzilin daha öncədən ona satılmasını, yəni faktiki olaraq mənzilin onun mülkiyyətində olmasını bilmiş, buna görə də sonrakı müqavilələri sadəcə pul əldə etmək üçün, yəni müqavilənin mahiyyətinə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan qarşı tərəfi aldatmaqla uydurma əqd bağlamışdır.
12. Cavabdeh2 iddia ərizəsinə qarşı etiraz və iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddiaçının oxşar iddianı daha əvvəl qaldırdığını və məhkəmələr tərəfindən təmin edilmədiyini, həmçinin iddia müddətini tətbiq edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
13. Bundan sonra, iddiaçı iddia müddətinin bərpasına dair ərizə təqdim edərək, müddətin buraxılmasının üzrlü hesab edilməsini, həmin müddətin xx.xx.2020- ci il tarixdən hesablanmasını xahiş etmişdir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 173 saylı mənzilə dair İddiaçı1 ilə MTK arasında bağlanmış müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki MTK mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək mənzilin ümumi dəyərini ödəmişdir. Hazırda həmin mənzil Cavabdeh2 qanunsuz sahibliyindədir. Belə ki, mübahisəli mənzil ilk öncə xx.xx.2007-ci il tarixdə X7, sonra onun razılığı ilə iddiaçıya satılmışdır. Daha sonra onlarla bağlanmış m üqavilələr ləğv və ya etibarsız hesab edilmədən xx.xx.2009-cu ildə X5, sonradan eyni tarixli sənədlərlə X9 və sonra Cavabdeh2 satılmışdır. Göründüyü kimi, MTK faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Cavabdeh2 ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamışdır.
16. Bu baxımdan, Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair ötürülmüş müddət bərpa edilməli, cavabdehlər arasında bağlanmış müqavilə etibarsız hesab edilməli, Cavabdeh2 mənzildən çıxarılmalı və mənzil iddiaçının sahibliyinə və istifadəsinə qaytarılmalıdır.
17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 337, 339, 354.1, 354.2, 372, 373, 752.1, 752.2-ci maddələrinə i stinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Birinci iş üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Şikayətdə göstərilmişdir ki, 173 saylı mənzilin ona satılması və tərəfindən mənzilin dəyərinin tam ödənilməsi barədə MTK ilə arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə və maliyyə arayışı mövcuddur. İddiaçı2 tərəfindən isə həmin mənzilin dəyərinin ödənilməsini təsdiq edən sənəd yoxdur. Hazırda MTK-nın təsisçiləri barəsində cinayət işi başlanılmış və o, həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
20. Digər Cavabdeh2 da apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzili aldıqdan dərhal sonra təmir edərək mənzilə köçmüş və hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Göründüyü kimi, mənzilin dəyərini tam ödəmiş, mülkiyyətçi də mənzili ona təhvil vermişdir. Məhkəmə isə əsassız yerə həmin əqdi etibarsız hesab etmişdir. İddiaçı ilə və onunla MTK arasında bağlanmış müqavilələr eyni tarixə təsadüf etdiyindən həmin şəxslərdən daha öncə kiminlə müqavilənin bağlanıldığını müəyyən etmək qeyrimümkündür. Odur ki, Mülki Məcəllənin 452-ci maddəsinin tələbinə əsasən iddiaçının mənzilə dair ona qarşı iddia qaldırmaq hüququ a radan qalxmışdır, iddianı MTK-ya qarşı qaldıra bilər. Həmçinin mənzilin vicdanlı əldə edilməsi barədə qanunvericiliyin tələbləri pozulmuşdur. O, mənzilə dair müqavilə bağlanan anda və orada yaşadığı müddətdə mənzili özgəninkiləşdirənin, iddiaçının və digər cavabdehlərin hüquqları barədə hər hansı şübhə etməmişdir.
22. İkinci iş üzrə də cavabdeh olan Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsindən də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini eyni məzmunda əsaslandırmaqla, həmçinin göstərmişdir ki, məhkəmə tərəfindən iddia müddəti ilə bağlı normalar pozulmuşdur.
23. Apellyasiya baxışında 16 noyabr 2021-ci il tarixli qərardadla hər iki mülki iş bir icraatda birləşdirilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-321/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmış; İddiaçı1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri isə qismən təmin edilərək, qətnaməsi qismən - MTK tərəfindən 173 saylı mənzili üzərində İddiaçı2 sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi və onun həmin mənzildən istifadə etmək, həmin mənzilə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzildə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin qadağan edilməsi; MTK ilə 173 saylı mənzilə dair X11 arasına bağlanmış xx.xx.2007-ci il tarixli, İddiaçı1 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissələrdə iddia rədd edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli 173 saylı mənzil xx.xx.2007-ci il tarixli müqavilə əsasında MTK tərəfindən X2 və onun tərəfindən dəyəri tam ödənilmişdir, daha sonra 2009-cu ildə o, həmin mənzili İddiaçı1 satmış, sonuncu tərəfindən mənzilin dəyəri tam ödənilmiş, onunla müqavilə elə X11 ilə ba ğlanmış tarixə (xx.xx.2007-ci il) bağlanılmışdır. Bundan başqa, həmin mənzil 2009-cu ildə X4 adına rəsmiləşdirilməklə Vaqif Zeynalova, həmçinin X3, Vaqif Zeynalov özünə məxsus olduğunu hesab etdiyi həmin mənzili 2012-ci ildə xx.xx.2009-cu il tarixli müqavilə əsasında Cavabdeh2 satmışdır.
26. Göründüyü kimi, mübahisəli mənzil ilk dəfə X7, onun tərəfindən isə İddiaçı1 satılmışdır (MTK-nın direktoru verdiyi ərizədə bu halı özü də təsdiq etmişdir). Daha sonra onlarla bağlanmış müqavilələr ləğv və ya etibarsız hesab edilmədən xx.xx.2009-cu ildə X5, sonradan eyni tarixli sənədlərlə X9 və sonra Cavabdeh2 satılmışdır.
27. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil İddiaçı1 məxsus olmuşdur. Bu halda onunla bağlanmış müqavilə ləğv edilmədən MTK ilə digər şəxslər arasında onun iradə ifadəsi olmadan qeyd edilən müqavilələr bağlana bilməzdi. Odur ki, Binəqədi Rayon Məhkəməsi MTK-nın faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Cavabdeh2 ilə bağladığı müqaviləni etibarsız (əhəmiyyətsiz) hesab etməklə, sonuncunun mübahisəli mənzildən çıxarılmasını və mənzilin İddiaçı1 faktiki mülkiyyətinə qaytarılmasını qət etməkdə haqlı olmuşdur.
28. Kollegiya, Cavabdeh2 tərəfindən bu qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə, həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 452.1-ci maddəsini hazırkı mübahisəyə tətbiq etməklə İddiaçı1 iddiasını rədd etmək olmaz. Belə ki, hazırda iddiaçının mübahisəli mənzili MTK-dan tələb etməsi üçün hər hansı qadağa mövcud de yildir, yəni həmin mənzil Cavabdeh2 adına qeydə alınmamışdır və onun mülkiyyətində deyildir. Başqa sözlə, cavabdehə münasibətdə həmin maddədə nəzərdə tutulmuş zəruri dispozitiv şərt (bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır) müəyyən edilmir.
29. Eyni zamanda, hazırkı iş üzrə mübahisələndirilən müqavilə əvəzedilməz əşya olan mənzilin alğı-satqısına dair bağlandığından, cavabdehin iddia müddətinin ötürülməsi barədə dəlili də əsassızdır. Nəhayət, cavabdeh Mülki Məcəllənin 182.1-ci maddəsinə istinadla vicdanlı əldə edən olmasını bildirsə də, həmin norma daşınar əşyalarla bağlı vicdanlılığı şərtləndirir. Hazırkı halda onun vicdanlı əldə edən olmasından söhbət gedə bilməz.
30. Kollegiya, birinci iş üzrə İddiaçı2 173 saylı mənzilə aid hissədə tələbinə münas ibətdə isə qeyd etmişdir ki, artıq yuxarıda müəyyən edildiyi kimi, mübahisəli mənzil birinci X7, onun tərəfindən də İddiaçı1 satılmışdır. İddiaçı2 ilə eyni tarixli müqavilə bağlansa da, hazırkı mübahisədən məlumatlı olmasına baxmayaraq, o, istintaq orqanına müraciət etməmişdir.
31. Düzdür, bu hal onun müqaviləsini şübhə altına almağa əsas verməsə də, nəticə etibarı ilə eyni mənzil barəsində eyni tarixli iki müqavilə mövcud olduğundan və onlardan hansının daha əvvəl bağlanmasını müəyyən etmək mümkün olmadığından, mübahisə Mülki Məcəllənin 452.1-ci maddəsinin müəyyən etdiyi qaydada (verilməmiş əmlak barəsində öhdəliyin hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlməsinin müəyyən edilmədiyi halda üstünlük daha əvvəl iddia irəli sürən kreditorundur) həll edilməlidir. Göstərilən qaydanın şərtlə ri nəzərə alındıqda müəyyən olunur ki, İddiaçı1 tərəfindən daha əvvəl iddia qaldırıldığından, üstünlük məhz ona verilməlidir.
32. Kollegiya öz mövqeyini, Mülki Məcəllənin 157.2, 178.8, 324, 337, 354.1, 385.1, 442, 452.1, 567, 752.1, 752.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
33. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, hər iki iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3671/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Əhmədov (məruzəçi), V.H əsənov və İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qətnaməsi qismən – İddiaçı1 cavabdehlər Cavabdeh2 ilə MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, 173 saylı mənzildən Cavabdeh2 çıxarılması və həmin mənzilin iddiaçının faktiki mülkiyyətinə qaytarılması hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
35. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, apellyasiya məhkəməsi mübahisəli 173 saylı mənzilə dair Cavabdeh2 ilə bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün etibarsız sayıldığı qəna ətinə gəlsə də, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini hazırkı mülki mübahisəyə tətbiq etməməsinin səbəblərini qətnamədə əsaslandırmayıb.
36. Halbuki, hazırkı halda ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur, yəni Cavabdeh2 hərəkətlərində hər hansı mülki hüquq pozuntusunun olması mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, işin mübahisə olunmayan hallarına görə Cavabdeh2 mənzili müqavilə əsasında əldə edib, müqaviləyə, maliyyə arayışına əsasən mənzili satın almaq üçün qabaqcadan 55.008 manat pay haqqı ödəyib və etirazına görə mənzilin təmirinə 80.000 manat xərc çəkib. İddiaçı1 da iddiasında mənzilin Cavabdeh2 tərəfindən təmir olunduğunu inkar etmir və sonuncunun ailə üzvləri ilə birlikdə mənzildə həqiqətən 2016-cı ildən yaşadığını iddia edir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-7283/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), F.Talışinski və A.İmanov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmışdır.
38. Məhkəmə kollegiyası mübahisəli 173 saylı mənzilə dair cavabdehlər Cavabdeh2 ilə MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edərkən əvvəlki apelyasiya məhkəməsinin qətnaməsi ilə eyni hüquqi əsaslardan çıxış edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən qeyd etmişdir ki, həmin qətna mə yalnız Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə uyğun olaraq restitusiya tətbiq edilmədiyi üçün ləğv edilmişdir.
39. Hazırkı halda ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur, yəni Cavabdeh2 hərəkətlərində hər hansı mülki hüquq pozuntusunun olması mülki iş materialları ilə təsdiq edilmir. Belə olan halda, 173 saylı mənzilə dair onunla MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə etibarsız olduğundan, etibarsızlığın nəticələri tətbiq olunmaqla müqavilə üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, Cavabdeh2 tərəfindən mənzili satın almaq üçün ödənilmiş 55.008 manat MTK-dan alınaraq оna qaytarılmalıdır.
40. Kollegiya Cavabdeh2 tərəfindən mənzilin təmirinə 80.000 manat xərc çəkməsi ilə bağlı qeyd etmişdir ki, bu hal əqdin icrası ilə bağlı deyildir, təmir xərci müstəqil mübahisənin predmeti olmaqla, hazırda bununla bağlı ayrıca tələb yoxdur və Cavabdeh2 bununla bağlı əsaslandırılmış iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
41. Birinci iş üzrə İddiaçı2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qətnaməsinin onun iddiasının təmin olunmayan hissələrində ləğv edilməsini, bütün iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Şikayət belə əsaslandırılmışdır ki, MTK-nın 173 saylı mənzil üzərində iddiaçının hüquqlarını pozan hərəkətlər etməsi, iddiaçıya müəyyən məhdudiyyətlər yaratması müqavilə öhdəliklərinin, eləcə də mülki qanunvericiliyin tələblərinin pozulmasıdır. Həmin mənzil yerləşən bina artıq tikilib başa çatdırılsa da, MTK mənzillə bağlı maneələr yaratmaqla iddiaçının sahiblik və mülkiyyət hüquqlarını pozur.
43. Eyni zamanda, apellyasiya məhkəməsi mübahisəli mənzilə dair qanuni qüvvədə olan məhkəmə qətnaməsini, işin həmin qətnamə ilə müəyyən olunan hallarını nəzərə almamış, bununla da MPM-in 82.3-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, əvvəlki məhkəmə mübahisəsində cavabdeh təşkilat 173 saylı mənzilin əvvəllər nə X11, nə İddiaçı1, nə də X1 barədə heç vaxt məhkəmədə bildirməmişdir. Əgər həmin mənzil 2007ci ildə eyni tarixdə İddiaçı1 və ya digərlərinə satılmış olsaydı, MTK bu barədə məhkəməyə sənəd təqdim edərdi. Lakin həmin vaxt məhkəməyə belə bir məlumat verilməmişdir. Bu isə o deməkdir ki, h əmin mənzilin İddiaçı1 satılmasına dair müqavilə MTK tərəfindən görünüş üçün hazırlanmışdır, saxtadır və həmin mənzilin iddiaçıya verilməsini əngəlləmək məqsədi daşıyır.
44. Bundan əlavə, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə müəyyən olunur ki, MTK-nın sədri Cahangir Alışovun barəsində cinayət işi qaldırılmışdır. Həmin cinayət işi üzrə məhkəmənin çıxardığı hökmlə müəyyən olunmuşdur ki, 173 saylı mənzilə görə İddiaçı1 zərərçəkən şəxs kimi tanınmışdır. Onun zərərçəkən kimi tanınması barədə istintaq orqanının xx.xx.2018-ci il tarixli qərarı da vardır. Bu isə o deməkdir ki, həmin şəxsin bağladığı müqavilə qanuni və əsaslı olmamış, İddiaçı1 aldadılmış, ona zərər vurulmuşdur. Əksinə, İddiaçı2 isə mənzilin qanuni sahibi olduğu üçün zərərçək ən kimi tanınmamışdır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi işin bu hallarını nəzərə almamışdır.
45. İkinci iş üzrə Cavabdeh2 (Vəkil1) da kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
46. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq hazırkı mübahisəyə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsini tətbiq etməklə kooperativin üzvünün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququnun yarandığını göstərmişdir. Qeyd olunan normaya istinad edərkən ilk növbədə həmin şəxsin kooperativə üzv olub-olmaması müəyyən edilməlidir. Hazırkı işdə tərəflərin koope rativə üzv seçilmələri barədə qərarlar mövcud deyildir. Həmçinin, bu normanın praktiki olaraq da tətbiqi mümkün deyildir. Belə ki, İddiaçı2 və İddiaçı1 aid müqavilələr eyni tarixə - xx.xx.2007-ci il tarixə təsadüf etdiyindən həmin müqavilələrdən hansının daha əvvəl bağlandığını müəyyən etmək qeyri-mümkündür.
47. Eyni zamanda, 173 saylı mənzil Cavabdeh2 faktiki sahiblik və istifadəsinə verilməklə, hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Onunla müqavilə bağlanan anda və mənzildə yaşadığı müddətdə mənzili özgəninkiləşdirənin və digər şəxslərin hüquqları barədə şübhə etməmişdir. Belə olan halda, işə baxan məhkəmə Mülki Məcəllənin vicdanlı əldə edənlə bağlı 182.1-ci maddəsinin də tələblərini pozmuşdur.
48. Apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 452.1-ci maddəsi də d üzgün tətbiq edilməmişdir. Belə ki, işdən də göründüyü kimi, mübahisəli mənzil artıq ona təhvil verilmişdir. Belə olan halda, digər şəxslər ondan mənzili geri istəmək hüququnu itirməklə, MTK-dan onlara dəymiş zərərin əvəzini tələb edə bilərlər. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
50. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
51. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
52. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
53. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiya).
54. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
55. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir
56. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
57. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
58. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etmə yi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
59. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı
60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Apellyasiya instansiya məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qətnaməsi İddiaçı2 kassasiya şikayəti əsasında 173 saylı mənzilə dair hissədə onun iddia tələblərinin təmin olunmayan hissəsində; 20 dekabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci apellyasiya icraatında apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə (İddiaçı2 173 saylı mənzilə dair hissədə iddia tələblərinin təmin olunmayan hissəsində) mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. İddiaçı2 kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə münasibətdə qeyd olunmalıdır ki, MTK-nın ona qarşı qaldırdığı mübahi səli 173 saylı mənzilə dair onunla MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddia qanuni qüvvəsini almış məhkəmə qətnaməsi (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-195/2012 nömrəli, 15 mart 2012-ci il tarixli qətnaməsi) ilə rədd olunmuşdur.
71. Qeyd olunan qətnamə ilə müəyyən edilmiş hallar (İddiaçı2 ilə bağlanmış müqavilənin etibarlılığı, onun tərəfindən mənzilin dəyərinin ödənilməsi) hazırkı iş üzrə mübahisələndirilməmiş, apellyasiya instansiyası məhkəməsi onun iddiasını 173 saylı mənzili üzərində sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin mənzilə dair MTK ilə X11 arasına bağlanmış xx.xx.2007-ci il tarixli, İddiaçı1 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilələrin et ibarsız hesab edilməsi hissəsində rədd edərkən gəldiyi qənaəti mübahisəli mənzilə dair onunla bağlanmış müqavilənin etibarsızlığı ilə deyil, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən üstünlük hüququn İddiaçı1 olmasına istinadla əsaslandırmışdır.
72. Belə ki, məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzil birinci X7, onun tərəfindən də İddiaçı1 satılmışdır. İddiaçı2 ilə eyni tarixli müqavilə bağlansa da, hazırkı mübahisədən məlumatlı olmasına baxmayaraq, o, istintaq orqanına müraciət etməmişdir. Bu hal onun müqaviləsini şübhə altına almağa əsas verməsə də, nəticə etibarı ilə eyni mənzil barəsində eyni tarixli iki müqavilə mövcud olduğundan və onlardan hansının daha əvvəl bağlanmasını müəyyən etmək mümkün olmadığından, mübahisə Mülki Məcəllənin 452.1- ci maddəsinin müəyyən etdiyi qaydada (ve rilməmiş əmlak barəsində öhdəliyin hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlməsinin müəyyən edilmədiyi halda üstünlük daha əvvəl iddia irəli sürən kreditorundur) həll edilməlidir. Göstərilən qaydanın şərtləri nəzərə alındıqda müəyyən olunur ki, İddiaçı1 tərəfindən daha əvvəl iddia qaldırıldığından, üstünlük məhz ona verilməlidir.
73. Kollegiya, apellyasiya istansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşaraq, həmçinin qeyd etməyi zəruri hesab edir ki, fərdi müəyyən əşyanın verilməsinə dair bir neçə müqavilə bağlandıqda, Mülki Məcəllənin 452.1-ci maddəsində göstərilən əsaslardan hər hansı birinə uyğun olaraq onlardan birinə üstünlük verilməsi, digər müqavilələrin etibarsızlığı nəticəsini doğurmur. Çünki mülki qanunvericilikdə fərdi müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etiba rlılıq şərti nəzərdə tutulmayıb, əskinə Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu (bu qayda təbii ki, həmin müqavilənin əqdin etibarlılığı ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş şərtlərə uyğun olduğu hallara aiddir) göstərir.
74. Yəni, qeyd edilən normanın mənasına görə, fərdi müəyyən əşyanın başqasına verilməsinə dair bir neçə şəxslə müqavilə bağlanmışsa, əşyanın təhvil verilməsi ilə bağlı daha əvvəl iddia irəli sürənə üstünlük verilir. Əgər ilk müqavilədən sonra bağlanmış müqavilələr etibarsız olsaydı, belə hesab olunardı ki, məhkəmə etibarsız müqaviləyə əsaslanaraq ilk iddia sürənin tələbini təmin etmişdir. Halbuki, müqavilə etibarsızdırsa, onda məhkəmə qərarı ilə təmin olunmalı bir haqq da ol maz. Əks yanaşma, Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi imkanlarını istisna edərdi.
75. Baxılan işdə İddiaçı2 qaldırıdığı iddia üzrə mübahisəli mənzilə dair ilk müqavilənin onunla bağlandığına istinad edərək, mənzilə dar digər şəxslərlə, o cümlədən İddiaçı1 ilə bağlanmış müqavilənin etibarsızlığı tələbini irəli sürmüş, həmin müqavilələrin MTK tərəfindən mənzilin ona verilməsinin qarşısını almaq üçün görünüş üçün bağlandığını bildirsə də, məhkəməyə bu halları təsdiq edən sübutlar təqdim etməmiş, MPM-in 77.1-ci maddəsinin tələblərinə əsasən apellyasiya məhkəməsi tələbini rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
76. Kollegiya həmçinin qeyd edir k, MTK-nın rəhbərliyi barəsində başlanmış cinayət işi üzrə İddiaçı1 zərərçəkmiş şəxs qismində cəlb edilməsi, mübahisəli mənzilə dair o nunla MTK arasında bağlanmış müqavilənin etibarsızlığına dəlalət edən hal olmamaqla, bu, mülki məhkəmə icraatı qaydasında mülki qanunvericiliyin normalarına əsasən həll edilməli olan məsələdir.
77. Məhkəmə kollegiyası, işin ikinci apellyasiya icraatında qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsini də qanuni və əsaslı hesab edir. Belə ki, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
78. Cavabdeh2 kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə (mübahisəli mənzilə dair onunla bağlanmış müqavilənin etibarsızlığı, mən zil ona təhvil verildiyinə görə Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən üstünlük hüququnun onda olduğu, vicdanlı əldə edən olması barədə) bu iş üzrə birinci apellasiya icraatında qəbul edilmiş 18 yanvar 2022-ci il tarixli qətnamə ilə hüquqi qiymət verilmiş, kassasiya instansiya məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarı ilə qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılaraq, yalnız apellyasiya məhkəməsi tərəfindən əqdin etibarsızlığına dair Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq edilməməsi əsası ilə geri qaytarılmışdır.
79. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi də qəbul etdiyi qətnamədə kassasiya şikayətinin göstərişlərinə uyğun olaraq yalnız həmin hissədə hüquqi dəyərləndirmə aparılmışdır. Göründüyü kimi, Cavabdeh2 hazırda həm in qətnamədən verdiyi kassasiya şikayətində qeyd olunan həmin dəlillərə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qiymət verildiyindən, bu məsələlər hazırkı kassasiya baxışının predmeti xaricindədir.
80. Əqdin etibarsızlığının nəticələrinin tətbiqinə dair hissədə isə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
81. Beləliklə, Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin 18 yanvar 2022-ci il tarixli və 20 dekabr 2022-ci il tarixli qətnamələri dəyişdirilm ədən saxlanılmalıdır.
82. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-321/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - 173 saylı mənzilə dair hissədə İddiaçı2 iddia tələblərinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7283/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.