Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1763/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Kateqoriya (açar sözlər): istehlak münasibətlərindən irəli gələn mübahisələr, təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-649/2024 nömrəli, 9 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh İB tər əfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” iddiaçının sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 7.560 m3 həcmində, ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında 22.752 m3 həcmində, ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında 21.600 m3 həcmində, ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında 3.960 m3 həcmində, ******* saylı xx.xx.2023-cü il tarixli akt 3.960 m3 həcmində, ******* saylı xx.xx.2023-cü il tarixli akt əsasında 3.672 m3 həcmində itirilmiş qaz hesablanmışdır.
2. İddiaçı məxsus **********02930 saylı abonentin saldosuna əsasən cədvəlin “qa lıq və aktlar” bölməsində abonentin 2021-ci ilin noyabr ayı üzrə 806,40 manat, 2022-ci ilin mart ayı üzrə 2.730,24 manat, 2022-ci ilin noyabr ayı üzrə 2.592 manat, 2022-ci ilin dekabr ayı üzrə 475,20 manat, 2023-cü ilin yanvar ayı üzrə 475,20 manat və 2023-cü ilin fevral ayı üzrə 440,64 manat borcu mövcud olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ona hesablanmış 7.632 manat borcun silinməsi və qazın müqavilə şərtlərinə uyğun olaraq bərpa edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağladığı qaz təchizatına dair xx.xx.2013-cü il tarixli, 34037 saylı müqaviləyə əsas ən qaz sayğacı quraşdırılaraq onun tərəfindən qazın sərfiyyatına görə mütəmadi şəkildə ödənişlər icra edilmişdir. Daha sonra 12 ildən artıq istismarda olan qaz sayğacının yenisi ilə əvəz olunması barədə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək kartın aktivləşdirilməsi üçün aidiyyəti təşkilata müraciət edilməsi Cavabdeh tərəfindən ona tövsiyyə olunmuşdur. Lakin ona bildirilmişdir ki, kartın aktivləşdirilməsi üçün ona yazılmış 3.000 manatdan artıq borcu ödəməlidir. Borcun yaranma səbəblərini müəyyən etmək məqsədilə Cavabdeh İB-yə etdiyi müraciətinə xx.xx.2022-ci il tarixində bildirilmişdir ki, qeyd olunan ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması aşkar edildiyindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək dəym iş ziyan hesablanmışdır. Kompyüter açıqlanmasından göründüyü kimi, zərərin hesablanması 2014-cü ilin sonlarından başlanmış 2019-ci ilin dekabr ayınadək ümumilikdə 10.835 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən dəymiş ziyan həcmi cəmi 7560 m3, yəni 907.2 manat, xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən 21.600 m3, yəni 2.592 manat, xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən 3.960 m3 yəni 475.2 manat, ümumilikdə 3974.4 manat hesablanmışdır. Həmin hesabatlarda zərərin miqdarı hansı dövrü əhatə etdiyi müəyyən edilməmişdir. Nə sayğacdan kənar qoşulma barədə, nə də zərərin vurulması və bərpasına dair istehlakçıya heç bir məlumat təqdim edilməmişdir. Məlumat üçün bildirir ki, ona məxsus mənzil 3 (üç) ildən artıqdır ki, X1 və onun ailə ü zvlərinin əvəzsiz istifadəsindədir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması müddətində ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən ona əvvəl tələb olundandan daha artıq məbləğdə, 7.632 manat məbləğində borc hesablanmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3/991 saylı rəyi ilə, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Həmçinin qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 7 sentyabr 2023-cü il tarixli 2(011)-2628/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia tələbləri qismən təmin edilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli aktlara əsasən İddiaçı (abonent kodu: **********02930) hesablanmış 7.519,68 (yeddi min beş yüz on doqquz manat altmış səkkiz qəpik) manat məbləğində borcun silinməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il ta rixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli aktlara əsasən hesablanmış borcla əlaqədar ünvan 1i ünvanı üzrə (abonent kodu: **********02930) dayandırılmış qaz təchizatının bərpa edilməsi, 95.20 (doxsan beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, 64 (altmış dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi,iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, lakin göstərilən ünvanda məhz iddiaçı tərəfindən hansı dövr ərzin də təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi öz təsdiqini tapmamışdır. Cavabdehin iddiaçıdan təbii qazın pulunun 7.632 manat məbləğində ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 7.519,68 manat məbləğində borc silinməlidir və hesablanmış borcla dayandırılmış qaz təchizatı bərpa edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, «Qazdan istifadə Qaydaları»na, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.2, 88, 217.3, 217.4, 218.1, 119.2, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca şəkillər çəkilmiş və hər dəfə də qeyri-qanuni xətt ləğv edilmişdir. İstehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz ist ifadə etməyə davam etmişdir. İddiaçı sayğacdan kənar qazdan istifadə etdiyinə görə nə hər hansı ödəniş etmiş, nə də sərfiyyat qeydə alınmışdır. Məhkəmə iddia tələbinin həcminin artırılmasına dair ərizəsini icraata qəbul etməklə kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi abonent saldosundan açıq-aşkar məlum olur ki, iddia qaldırılan tarixə onun borcu 3.974,40 manat məbləğindən çoxdur. Bu isə təsdiq edir ki, iddiaçının daha çox borcunun olması barədə məlumatı artıq iddia qaldırılan tarixdə olmuşdur. İddiaçının ekspertizanın keçirilməsindən sonra məhkəmənin sonuncu hazırlıq iclasının keçirilməsi barədə məlumatlı olmamasına dair əsaslandırması ilə bağlı da bildiririk ki, ekspertizanın keçirilməsindən sonra sonuncu hazırlıq iclası xx.xx.2023-cü il tarixində keçirilmişdir və həmin iclasda iştirak edə bilməyəcəyi üçün məhkəmənin təxirə salınması ilə bağlı iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixində teleqram ünvanlamışdır. Bu da sübut edir ki, iddiaçının sonuncu məhkəmə hazırlıq iclasından xəbəri olmuş, lakin heç bir üzrlü səbəb olmadan həmin iclasda iştirak etməmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-birinci instansiya məhkəməsi) 2(103)-649/2024 nömrəli iş üzrə 9 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci tarixdə edilmiş dəyişikliklərə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
13. Baxılan iş üzrə isə tərtib edilmiş aktlardan dördü xx.xx.2022-ci il tarixdən sonraki dövrə aiddir və qanunvericiliyin tələbinə əsasən iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda həmin aktlara əsaslanaraq vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.
14. Digər iki (xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli) aktlara münasibətdə isə cavabdeh həmin aktlar əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
15. Təqdim edilmiş fotoşəkillər arasında uyğunsuzluq olduğundan, həmin fotoşəkillərin məhz iddiaçının evində məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır.
16. İddia ərizəsinə əlavə barədə ərizənin sonradan qə bul edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi verilərkən əlavə edilmiş abonent saldosunda göstərilən borca münasibətdə tələb irəli sürülüb, məhkəmə gedişi zamanı isə təqdim edilmiş abonent saldosunda borcun daha artıq məbləğdə olduğu məlum olduğundan həmin vaxt iddia ərizəsinə əlavə təqdim edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3,18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə, 13-cü maddəsinin 8-1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilə n “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 6.5, 6.6, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikasının MPM-in 14.2,77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli, 2(103)-649/2024 saylı qətnaməsini ləğv edərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edəsiniz
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər cavabdehin tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmə iddianı təmin etmişdir. Təmin edilmiş iddia tələbi cavabdehə də ymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. O, cümlədən məhkəmə qətnaməsini əsaslandırarkən fotoşəkillərin həmin ünvana uyğun olub olmadığını bildirsə də, bu halları dəqiqləşdirmək üçün məhkəmə iclasında şifahi verilmiş vəsatətimizə etinasızlıqla yanaşılmışdır. Apellyasiya şikayətində ekspertizanın o ünvanda olmamasını dəlil kimi gətirsə də məhkəmə bu halları araşdırmaqdan yayınmışdır.
20. İddiaçının əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazdır. Bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyriqanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Təqdim edilmiş fotoşəkillərdən, həmçinin saldodan təbii qazdan qeyri-qanuni i stifadə açıq aydın bəlli olsa da məhkəmə bu halları araşdırmadan qətnamə qəbul etmişdir.
21. İşin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hərtərəfli araşdırılmayıb. MM-nin 21-ci maddəsini əsas götürməklə, təqdim olunmuş sübutların obyektiv və hərtərəfli araşdırılmaması nəticəsində abonent tərəfindən heç bir ödənişin olunmadığı müəyyən olunmamışdır. Həmçinin onu da qeyd etmək istəyir ki, iddiaçıya borcun hesablandığı müddətdə, iddiaçının qaz sayğacı üzrə nə qədər ödəniş edib-etməməsi halının araşdırılması, onlara hüquqi qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmələr isə bu halı nəzərə almamış, bu yöndə ümumiyyətlə araşdırma aparmamışdır. Bununla da məhkəmə formal mülahizələrə əsaslanaraq, qətnamə qəbul etmişdir. Qətnamədə qeyd edilir ki, ünvanın iddiaçıya aid olub-olmaması məhkəmədə şübhə doğurur. Ancaq nə bu halı araşdırmış ümumiyyətlə isə qətnamədə talama faktını sanki dəstəkləmişdir.
22. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusatlara diqqət yetirməyərək qətnamə qəbul edilmişdir. Bununla yanaşı mülki işə əlavə edilmiş saldodan da görünür ki, istehlak edilmiş qaz həcmi ödənilmiş pul məbləği reallıqdan tam uzaqdır. İddiaçı təbii qazdan qeyri qanuni istifadə etdiyindən demək olar ki, heç bir ödəniş etməmişdir Məhkəmələr mülki işi tədqiq edərkən istehlak olunmuş qaz həcmini və ya istehlak qaza görə ödənilmiş pul məbləğini tam olaraq müəyyən etməmişlər. Halbuki bu hallardan iddiaçının təbii qaz dan qeyri qanuni istifadə etdiyi açıq aşkar görünə bilərdi. Həmçinin onu da qeyd etmişdir ki, qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş nə də ki, təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Sübut olaraq fotoşəkilləri təqdim edilsə də, məhkəmə təqdim edilmiş fotoşəkilləri araşdıraraq yerində müayinə edərək işin tam hər tərəfli həqiqəti aşkara çıxarmaq əvəzinə öz mülahizəsinə əsasən apellyasiya şikayətini təmin etməmişdir.
23. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş“Qazdan istifadə Qaydaları”– nın 6.5-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.5-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-in 77, 88-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanun
25. Maddə
3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;...
26. Maddə 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən yeyinti məhsullarının və dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini;[26]...
27. Maddə
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
28. Maddə 11.
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbək əyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 29. 18.xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsi: 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzib ati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, mak simal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
30. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
31. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
32. Bənd 2.5. (25 iyu n 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə edilən dəyişikliklərədək olan redaksiya)
33. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
34. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
35. Bənd 6.5. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə edilən dəyişikliklərədək olan redaksiya)
36. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşu lma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir;
37. Bənd 6.6. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə edilən dəyişikliklərədək olan redaksiya)Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir;
38. Bənd 6.7. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə edilən dəyişikliklərədək olan redaksiya)Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda ( bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol v erilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsinə aid hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiy a şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 yanvar 2024-cü il tarixli 2(103)-649/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.