Məhkəmə qərarları › İş №2(102)-1769/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1769/2019

07.03.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1769/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x2 vəkili Ağaşirinov Ağalar Əzizağa oğlunun iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4775/2018 saylı, 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) iddiaçı x1 cavabdeh x2 qarşı 20100 manat kompensasiya ödənilməklə ünvan 1 mənzilindən cavabdehin və əşyalarının çıxarılmas ı tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10626/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Həsənov, V.Baxışova və N.Cəfərov) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4775/2018 saylı, 10 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın təmin edilməsi, x2 25000 məbləğindəkompensasiyaverilməklə x1 məxsus olan ünvan 1 mənzilindən əşyalarıiləbirlikdə çıxarılması qət edilmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10626/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 iddia ərizə si ilə məhkəməyə müraciət edərək cavabdeh x2 20100 manat məbləğində kompensasiya ödənilməklə ünvan 1 mənzilindən cavabdehin və əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 01.10.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladları vardır. Daha sonra onlar arasında olan nikah pozulmuş və azyaşlı uşaq cavabdehin himayəsində saxlanılmışdır. Bundan başqa cavabdeh köçürüldüyü ünvan 1 mənzilində yaşamır. Bakı Apellyasiya Məhkəməsinin 04.07.2017-ci il tarixli 2(103)- 7176/2017 saylı qətnaməsi ilə x1 x2 qarşı 12400 manat kompensasiya ödənilməklə mənzildən yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Hal-hazırda iddiaçı yenidən ailə qur muş və mənzillə bağlı mübahisəyə son qoyulması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən cavabdeh x2 ünvan 1 mənzilindən 20100 manat kompensasiya ödənilməklə özünün və əşyaların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)10626/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavab deh x2 vəkili Ağaşirinov Ağalar Əzizağa oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi x3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş material larına əlavə edilmiş 02.08.2008-ci il tarixli müqavilədən görünür ki, x1 ünvan 1 mənzilini 62000 manata x4 almışdır. İş materiallarına əlavə edilmiş x4 tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 mənzilinin vəsaiti tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.12.2014-cü il tarixli 2(011)-7005/2014 saylı qətnaməsinin surətindən görünür ki, x2 ünvan 1 mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 04.07.2017-ci il tarixli 2(103)-7176/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı x1 cavabdeh x2 qarşı 12400 manat kompensasiya ödənilməklə mənzildən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan x4 tərəfindən verilən 01 oktyabr 2018-ci il tarixli, 000202 saylı arayışın m əzmununda göstərilmişdir ki, ünvan 1 mənzildə həqiqətən son 4 ildən artıqdır ki, yaşayış yoxdur. Belə ki, son 2 ildə heç bir kommunal borcları ödənilməmiş, qalmış elektrik xətti kəsilmişdir. Faktiki olaraq hazırda yuxarıda qeyd edilən mənzildə heç bir şəxs yaşamır. Bununla da, cavabdehin həmin ünvanda hazırda yaşamasına və kommunal borcları ödəməsinə dair bildirdikləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası müəyyən edir ki, Bakı şəhəri, ünvan 1 mənzili müqavilə əsasında x1 məxsus olmuşdur. x1 ilə x2 birgə nikahda olmuşlar, tərəflər arasındakı nikah məhkəmə qətnaməsi əsasında ləğv edilmişdir. x2 azyaşlı övladı ilə hazırda faktiki olaraq bir neçə ildir ki, həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Lakin x2 yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmışdır. ünvan 1 mənzili hazırda x1 məxsusdur. Mənzilə dair sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının mənzilə üzərində malik olduğu hüquqlarını həyata keçirməyə mane ola bilməz. Cavabdehin isə mənzil üzərində sərəncam vermək hüququ yoxdur. Məhkəmə qətnaməsi ilə onun yalnız mənzildən istifadə etmək imkanı təmin olunmuşdur. Mənzilin gələcəkdə dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınması zamanı cavabdehin sərəncam hüququnun qeydə alınmasına əsaslar mövcud deyildir. Mənzildə qeydiyyatda olan və ya istifadə hüququna malik olan şəxsin, mənzilin dəyərini ödəyərək onu sahibliyinə, istifadəsinə alan şəxslə bərabər hüquqlara malik ola bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mənzilə köçürülmə ilə bağlı qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldiyi halda keçən müddət ərzində o, məcburi qaydada mənzilə köçürülməsini tələb etməmiş, faktiki olaraq digər yaşayış yerlərində yaşamaqda davam edir, mübahisəli mənzildən yaşayış sahəsi kimi daimi istifadə etmir. Bu isə onu təsdiq edir ki, cavabdehin həmin mənzilə ehtiyacı yoxdur. Əgər belə bir ehtiyacı olmuş olsa idi, qətnamənin qanuni qüvvəyə minməsindən dərhal sonra mənzilə köçərək, daimi olaraq orada yaşayar və ya istifadə edərdi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqla rını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı x1 iddia tələbi kompensasiya verilməklə, mənzildən əşyaları ilə birlikdə çıxarılmasından ibarət olmaqla faktiki olaraq iddia tələbi onun mənzildə malik olduğu istifadə hüququna xitam verilməsinə yönəlmişdir. Təklif olunan kompensasiya məbləği isə istifadə hüququnun əvəzləşdirilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh x2 iddiaçının mənzildən maneəsiz və sərbəst istifadə etməsinə imkan verməməsi birbaşa olaraq mülkiyyətçinin qanunla tanınan və qorunan hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən 25000 manat müəyyən edilmiş kompensasiya məbləğini ədalətli və ağlabatan məbləğ hesab edir. Kompensasiya məbləği mülkiyyətçinin hesabına x2 davamlı surətdə və təxminən 3 il və daha artıq müddətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı 2011-2014-cü illər ərzində davamlı olaraq mübahisəli mənzildə yaşamışdır. Belə olan halda onun davamlı olaraq mənzildə daimi yaşadığı müddət üç ili əhatə edir. Bundan sonrakı dövrdə mənzilə köçürülməsinə dair iddiasının təmin olunmasına baxmayaraq əşyaları mübahisəli mənzildə olmasına baxmayaraq davamlı olaraq mübahisəli mənzildə yaşaması müəyyən olunmur, lakin mənzildən iddiaçının da istifadəsinə imkan vermir. Mülki Məcəllənin 228.2-ci maddəsi isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensa siya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu özünün N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Məhkəmə kollegiyası nəzərə alır ki, kompensasiyanın müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyin in müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu mənada, məhkəmə kollegiyası cavabdehin kompensasiyanın məbləğinə dair bildirdiklərini əsassız hesab edir. Kompensasiyanın məbləği qeyd olunan meyarlara əsasən müəyyənləşdirilmir. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müə yyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası tərəflər arasında hüquq münasibətlərinə qüvvədə olan Mənzilə Məcəlləsinin 30-cu maddəsinin müddəalarının tətbiqi baxımından qeyd edir ki, mənzildən ailə üzvü olaraq istifadə hüququ əldə etmiş şəxsin ailə hüquq münasibətlərinə xitam verilməsindən sonra istifadə hüququna xitam verilməsi təsbit edilmişdir. Lakin məhkəmə tərəfindən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun tanınmasını müəyyən etmiş olsa da, bu hüququn daimi əsaslarla müəyyən edilməsi anlamına gələ bilməz. Göstərilən normanın tələbi aşkar olaraq onu müəyyən edir ki, iddiaçının müvəqqəti olaraq mənzilə istifadə hüququ saxlanmışdır. Həmin norma saxlanmış istifadə hüququnun kompensasiya ilə əvəzləşdirilməsini nəzərdə tutmur. Lakin bu o, demək deyildir ki, iddiaçının istifadə hüququ saxlanmış şəxsə kompensasiya təklif edilməsi istisna olunur. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehin müəyyən müddətə saxlanmış istifadə hüququnun pul ilə əvəzləşdirilməsini tələb etməsi qanunla qadağan olunmamışdır. Bu tələbi irəli sürmək üçün iddiaçı subeyektiv hüquqa malikdir. Hətta hüquq daimi əsaslarla müəyyən olunmuş olsa belə təklif olunan məbləğ müəyyən müddət üçün cavabdehin özünü başqa yaşayış sahəsi ilə təmin e tmək üçün yetərli olan məbləğdir, işdə bunun əksini təsdiq özündə hər hansı sübut mövcud deyildir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar