Məhkəmə qərarları › İş №2(102)-177/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-177/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-177/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 və digərlərinin cavabdeh “xxxx” MMC və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-177/21 (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və X2 ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, X3 nümayəndəsi X5, X1 vəkili X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1120/2020 saylı qətnaməsindən İddiaçı2 kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, xx xxxxxx 2013-cü il tarixli, 48, 541 saylı və xx xxxxxx 2013-cü il tarixli, 50, 51, 52, 544, 548, 549, 550, 551, 552 saylı müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab edilməsi, alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” saylı məhəllədə “xxxx” MMC tərəfindən inşa edilən yaşayış binasının “A” korpusunda hər biri 39 kv.metr olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.metr olan obyektlərin, bundan əlavə “A 4” korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 139 kv.metr olan 35 saylı, sahəsi 138,97 kv.metr olan 3 otaqlı, 36 saylı mənzillərin, “A 5” korpusunun 12-ci mərətəbəsində yerləşən 3 otaqlı, sahəsi 139 kv.metr olan 24 saylı və həmin korpusun 17-ci mərətəbəsində yerləşən 3 otaqlı, sahəsi 186 kv.metr olan 34 saylı mənzillərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 155,08 kv.metr olan 39 saylı mənzilin və “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 214,14 kv.metr olan 24 saylı yaşayış və qeyri-yaşayış sahələrinin naturada onlara təhvil verilməsi, əmlaklara yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin “xxxx” MMC həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim A.Ə.Rzayev) iddia təmin edilib. Birinci instansiya məhkəm əsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçılar mübahisəli yaşayış və qeyri-yaşayış sahələrini cavabdehdən alqı-satqı müqavilələrinə əsasən əldə etdiklərindən, maliyyə arayışlarına əsasən həmin yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini tam məbləğdə cavabdehə ödədiklərindən, Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən həmin yaşayış və qeyri-yaşayış sahələrinin üzərində mülkiyyət hüquqları əldə ediblər. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.6, 178.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh “xxxx” MMC apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsind ə birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə (hakimlər M.F.Əsədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və T.M.Əliyev) “xxxx” MMC apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi apelyasiya şikayəti vermiş tərəfə münasibətdə dəyişdirilmədən saxlanılıb. Sonradan qətnamə icraya yönəldilib. xx xxxxxx 2016-cı il tarixdə Xuraman Əliyeva qətnamədən apelyasiya şikayəti, eyni zamanda xx xxxxxx 2016-cı il tarixdə prosessual müddətin bərpası barədə ərizə verib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə (Sədrlik edən, məruzəçi hakim A.Ə.Rzayev) ərizə təmin edilərək, Xuraman Əliyevanın həmin məhkəmənin xx xxxx 2013-cü il tarixl i qətnaməsindən apelyasiya şikayəti verməsi üçün prosessual müddət buraxılmamış hesab edilib və apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilib. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər M.A.Bağırova sədrlik edən, məruzəçi, M.A.Məmmədov və S.Ə.Məmmədov) Xuraman Əliyevanın apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi qismən- Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 155,08 kv.metr, yaşayış sahəsi 85,36 kv.metr olan mənzilə aid hissədə ləğv edilib, həmin hissədə iddia rədd olunub. Qətnamədən İddiaçı2 kasasiya şikayəti verib. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi Ə.G.Nurmmmədov və İ.K.Dəmirov) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilib. Eyni zamanda həmin qərarla Xuraman Əliyevaya Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsinin tələbinə müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli qətnaməsindən təqdimat verilməsi üçün Ali Məhkəmənin sədrinə müraciət etmək hüququ izah edilib. Bundan sonra, Xuraman Əliyevanın müraciətinə əsasən, Ali Məhkəmənin sədri Ali Məhkəmənin Mülki Kollegiyasına təqdimat verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (hakimlər T.A.Qoldman sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və G.A.Quliyev) Ali Məhkəmənin sədrinin təqdimatı təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində üçüncü icr aat İşə yenidən apelyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsindən Xuraman Əliyevanın da apelyasiya şikayəti verdiyi müəyyən edilib. İşdə iştirak etməmiş, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğu şəxs qismində onun da apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması mümkün hesab edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və S.F.Hacıyev) “xxxx” MMC və Xuraman Əliyevanın ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Xuraman Əliyeva qətnamədən kasasiya şikayəti verib. Eyni zamanda, İlqar Ağarəhimovun müraci ətinə əsasən, Ali Məhkəmənin sədri Ali Məhkəmənin Mülki Kollegiyasına təqdimat verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin- Bakı şəhəri, Atatürk prospekti 3078 “A” saylı məhəllədə yerləşən, “xxxx” MMC inşa etdiyi çoxmənzilli yaşayış binasının “A” korpusunda yerləşən, 39 kv.metr üç ayrı-ayrı qeyri-yaşayış sahələrinə dair İddiaçı3la “xxxx” MMC arasında bağlanmış 50; 51; 52 saylı, xx xxxxxx 2013-cü il tarixli müqavilələrə və həmin korpusda yerləşən 200 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinə dair İddiaçı1la “xxxx” MMC arasında bağlanmış 48 saylı, xx xxxxxx 2013-cü il tarixli müqavilələrə dair hissədə ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini x ahiş edib. Kasasiya instansiyası məhkəməsində üçüncü icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev sədrlik edən, məruzəçi, A.K.Kalbalıyev və V.Ə.İbayev) Ali Məhkəmənin sədrinin təqdimatı və Xuraman Əliyevanın kasasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi- Bakı şəhəri, Atatürk prospekti 308 “A” saylı məhəllədə, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 155,08 kv.metr olan 39 saylı mənzilə və “A” korpusunda yerləşən, hər birinin sahəsi 39 kv.metr olan 3 ayrı-ayrı qeyri-yaşayış sahələrinə və sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsinə aid hissələrdə ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün Ba kı Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində dördüncü icraat İşə yenidən apelyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsindən İlqar Ağarəhimov və Akif Həmzəyevin də ayrı-ayrılıqda apelyasiya şikayətləri verdikləri müəyyən edilib. İşdə iştirak etməmiş, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğu şəxslər qismində adı çəkilən şəxslərin də apelyasiya şikayətlərinə apelyasiya qaydasında baxılması mümkün hesab edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) Xuraman Əliyeva, İlqar Ağarəhimovun ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri tam, “xxxx” MMC apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi İddiaçı2la “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 544 saylı müqavilənin 5.4-cü bəndinin, İddiaçı1 və İddiaçı3la “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 48 saylı və xx xxxxxx 2013-cü il tarixli 50, 51, 52 saylı müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” saylı məhəllədə “xxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasının “A” korpusunda hər birinin sahəsi 39 kv.metr olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.metr olan obyektlərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 155,08 kv.metr olan 39 saylı mənzilin naturada iddiaçılara təhvil verilməsi, həmin əmlaklara yönəldilmiş maneələrin aradan qaldırılma sı vəzifəsinin “xxxx” MMC həvalə edilməsi” hissələrində ləğv edilib, həmin hissələrdə iddianın rədd edilməsi, eyni zamanda, hazırki apelyasiya baxışının predmeti olan Akif Həmzəyev və “xxxx” MMC mübahisələndirdiyi digər hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması (onlara münasibətdə) qət edilib. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzilə dair Xuraman Əliyeva ilə müqavilə İddiaçı2 əvvəl bağlanıb. “xxxx” MMC həmin mənzilə dair İddiaçı2la müqavilə bağlamaq səlahiyyəti olmayıb. Xuraman Əliyeva ilə bağlanmış müqavilələr isə qüvvədə olmaqla, onun ləğv edilməsi və ya etibarsız sayılması ilə bağlı hər hansı tələb irəli sürülməyib. Bu halların mövcudluğu mübahisəli mənzilin “xxxx” MMC tərəfindən İddiaçı2 təhvil veril məsini istisna edir, həmin mənzilə münasibətdə İddiaçı2 irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması müəyyən edilir. Bu səbəbdən də iddia tələbi Xuraman Əliyevaya məxsus mənzilə münasibətdə əsassız olduğundan rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 15.8, 165, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı2 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni Xuraman Əliyevanın apelyasiya şikayətinin təmin edilməsi hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, Xuraman Əliyevanın apelyasiya şikayətini əsassız olaraq təmin edib. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Xuraman Əliyeva zərərçəkmiş şəxs qismində tanınıb və sonuncu ona dəymiz zərərə görə “xxxx” MMC pul kompensasiyası tələb edə bilər. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İlqar Ağrəhimovun vəkili İlqar Abbasov kasasiya şikayətinin dəlilləri il ə razılaşmayıb izahatında apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Xuraman Əliyevanın nümayəndəsi Habil Əliyev məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı Əbil Zeynaov, vəkili Vəkil, cavabdeh İddiaçı3, mərhum İddiaçı1 prosessual hüquq varisləri Ülviyyə Qasımova, Bilqeis Zeynalova, həmçinin Akif Həmzəyev və Tofiq Nəsirov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan i şə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozma qla içra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki prosessual qanunverciliyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-nin 82.3-cü maddəsi). Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı2 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən- xx xxxxxx 2004-cü il tarixli müqaviləyə əsasən Xuraman Əliyevaya satılmış Bakı şəhəri, Atatürk prospekti 3078 “A” saylı məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 155,08 kv.metr olan 39 saylı mənzilə münasibətdə mübahisələndirdiyi üçün, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının t ələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, İddiaçı2 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddia tələbini sözügedən mənzilə münasibətdə təmin etməklə səhv nəticəyə gəlməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, “xxxx” MMC İddiaçı3la xx xxxxxx 2013-cü il tarixdə 50, 51, 52 saylı; İddiaçı2la 544, 548, 549, 550, 551, 552 saylı; xx xxxxxx 2013-cü il tarixdə İddiaçı1la 48 və 541 saylı müqavilələr bağlayıb, həmin müqavilələrdə “xxxx” MMC Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə inşa olunmuş yaşayış binasının “A” korpusunda hər biri 39 kv.metr olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.metr olan obyektlərin, “A 4” korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.metr olan 35 saylı, sahəsi 138,97 kv.metr olan 3 otaqdan ibarət 36 saylı mənzillərin, “A 5” korpusunun 12-ci mərətəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.metr olan 24 saylı və həmin korpusun 17-ci mərətəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 186 kv.metr olan 34 saylı mənzillərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.metr. olan 39 saylı mənzilin və “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət sahəsi 214,14 kv.metr olan 24 saylı yaşayış və qeyri-yaşayış sahələrinin adı çəkilən şəxslərə təhvil verilməsi öhdəliyi müəyyənləşdirilib, müqavilələrin 5.4-cü bəndində isə onların alıcılara girov müqaviləsi kimi verildiyi, müqavilələrdə göstərilən məbləğlərin alıcılara qaytarılmasından sonra müqavilələrə xitam veriləcəyi təsbit olunub. İşə əlavə edilmiş maliyyə arayışlarına əsasən, iddiaçılar sözügedən əmlakların dəyərini “xxxx” MMC-nə ödəyiblər və onların borcları yoxdur. Daha sonra işdən görünür ki, “xxxx” MMC ilə İlqar Ağarəhimov arasında xx xxxxx 2006-cı il tarixdə müqavilə bağlanıb və həmin müqavilənin predmetini Bakı şəhəri, Atatürk prospekti 3078 “A” saylı məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına uyğun çoxmərtəbəli binaların tikintisi, həmin sahədə aparılan tikintinin İlqar Ağarəhimov tərəfindən maliyyələşdirilməsi və “xxxx” MMC ticarət mərkəzinin “C” korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.metr; “A2” korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.metr; “E” korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.metr; “A3” korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.metr; “B” korpusu Ğ-D-35-26 oxları arasında sahəsi 654 kv.metr; “A4” korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.metr; “A5” korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.metr; “D” korpusu 1-9 rəqəm oxları ilə AÇ hərf oxları arasında sahəsi 496 kv.metr; beləliklə də cəmi sahəsi 4564 kv.metr təşkil edən obyektlərin İlqar Ağarəhimova satılması təşkil edir. Bu məqsədlə İlqar Ağarəhimov müqavilə bağlanan gün “xxxx” MMC hesabına 600.000 ABŞ dolları ödəməyi öhdəsinə götürüb. Həmçinin müqavilə üzrə “xxxx” MMC vəzifələri müəyyən edilib və İlqar Ağarəhimov tərəfindən ödənilmiş 600.000 ABŞ dolları pulun müqabilində “xxxx” MMC, ticarət mərkəzinin “C” korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.metr; “A2” korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.metr; “E” korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.metr; “A3” korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.metr; “B” korpusu Ğ-D-35-26 oxları arasında sahəsi 654 kv.metr; “A4” korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.metr; “A5” korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.metr; “D” korpusu 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 496 kv.metr; beləliklə də cəmi sahəsi 4564 kv.metr təşkil edən obyektləri sonuncuya satıb. İşin müəyyən olunan digər hallarına görə, “xxxx” MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün İlqar Ağarəhimov “xxxx” MMC qarşı iddia qaldırıb və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə “xxxx” MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 “A” saylı məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş ticarət mərkəz inin otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsinə dair “xxxx” MMC hərəkətinin qanunsuz hesab edilməsi, sonuncu tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 “A” saylı məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.metr artıq sahəyə görə xx xxxxx 2006-cı il tarixdə ödənilmiş 41 825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz İlqar Ağarəhimova verilməsi və işlərin görülməsi zamanı “xxxx” MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması qət edilib. İlqar Ağarəhimovun apelyasiya şikayətinə əlavə etdiyi sənədlərdən (məhkəmə aktl arından) aydın olur ki, mübahisəli ərazidə “xxxx” MMC inşa etdiyi çoxmənzilli yaşayış binalarının 1-ci və 2-ci mərtəbələrində yerləşən bütün qeyri-yaşayış sahələri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar, Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş akt əsasında xx xxxxxx 2014-cü ildə onun sahibliyinə verilib və həmin ərazidə başqa qeyri-yaşayış sahələri mövcud deyil. Eyni zamanda işdən görünür ki, “xxxx” MMC ilə Xuraman Əliyeva arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən “xxxx” MMC, Bakı şəhəri, Atatürk prospekti 3078 “A” saylı məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 155,08 kv.metr olan yaşayış sahəsini müqavilənin 2-c i bəndində sadalananlarla təchiz etməklə alıcıya, yəni Xuraman Əliyevaya təhvil verməyi, sonuncu isə həmin mənzilin müqabilində 3 gün ərzində 26.364 ABŞ dolları pulu “xxxx” MMC ödəməyi öhdəsinə götürüb. Bundan başqa işdən görünür ki, “xxxx” MMC xx xxxxxx 2007-ci il tarixdə Akif Həmzəyevlə müqavilə bağlayaraq, Bakı şəhəri, Atatürk prospekti 3078 “A” saylı məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “E” korpusunun 12-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 214,14 kv.metr olan mənzili Akif Həmzəyevə təhvil verməyi, sonuncu isə mənzilin müqabilində 214.140 manat pulu “xxxx” MMC ödəməyi öhdəsinə götürüb və bununla bağlı Akif Həmzəyevə kassa mədaxil orderi verilib. Hazırda iddiaçılar mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinin pay haqqlarını tam məbləğdə “xxxx” MMC ödəməklə həmin yaşayış və qeyri-yaşayış sahələrini satın aldıqlarını, lakin sonuncunun sözügedən müqavilələrin şərtlərini pozaraq həmin əmlakları onlara təhvil vermədiyini iddia edirlər. “xxxx” MMC-nin nümayəndəsi isə iddiaya etirazında, habelə apelyasiya şikayətində sözügedən müqavilələrin əslində “xxxx” MMC iddiaçılara olan borcunun təminatı kimi bağlandığını göstərib iddiaya etiraz edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəldirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, Xuraman Əliyevanın apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, “xxxx” MMC, xx xxxxxx 2004-cü il tarixli müqaviləyə əsasən, Xuraman Əliyevaya satdığı mənzilə dair xx xxxxxx 2013-cü il tarixdə İddiaçı2la da müqavilə bağlayıb və həmin müqavilədə sözügedən mənzilin borcun təminatı kimi girov qoyulduğu qeyd edib. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, “xxxx” MMC Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” saylı məhəllədə tikdiyi yüksək mərtəbəli yaşayış kompleksinin yaşayış və qeyri-yaşayış sahələrinin satışını və qeydiyyatının aparılmasını həyata keçirən vəzifəli şəxslərinin əvvəllər satılmış yaşayış sahələrinin yenidən satılmasına, ayrı-ayrı şəxslərin adına sənədləşdirməklə mülkiyyətçilərin hüquqularının pozulması hallarına yol verdiklərinə görə, onların barəsində cinayət işi başlanıb, həmin cinayət işi üzrə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmünə əsasən, Abdulla Abd ullayev, Elşən Novruzov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda İlyasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilindikləri cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış Xuraman Əliyevaya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilib. Apelyasiya instansiyası məhkəməsi İddiaçı2 mübahisəli mənzillə bağlı hazırki iddia tələbini arışdırıb haqlı olaraq qeyd etmişdir ki, “xxxx” MMC ilə Xuraman Əliyeva arasında həmin mənzilə dair xx xxxxxx 2004-cü il tarixli müqavilə bağlandıqdan sonra “xxxx” MMC mənzili xx xxxxxx 2013cü il tarixli müqaviləyə əsasən İddiaçı2 satıb və mənzili sonuncunun sahibliyinə, istifadəsinə verib. Həmçinin, apelyasiya instansiyası məhkəməsi mülki iş materiallarını araşdırıb, İddiaçı2 ka sasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbi ilə razılaşmayıb müəyyən etmişdir ki, xx xxxxxx 2004-cü tarixli müqavilə bağlandıqdan sonra Xuraman Əliyeva sözügedən mənzilin dəyərini tam məbləğdə ödədiyi halda, “xxxx” MMC İddiaçı2la bağladığı xx xxxxxx 2013-cü il tarixli müqavilə ilə sonuncunun verdiyi 26.364 ABŞ dolları pulun müqabilində həmin mənzili ipoteka qoyub. Lakin, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməyib və ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı2 qeydə alınmayıb. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə İddiaçı2 arqumentləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, “xxxx” MMC tərəfindən Xuraman Əliyevaya satılmış Atatürk prospekti 3078 “A” saylı məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmə rtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 155,08 kv.metr olan 39 saylı mənzili İddiaçı2, habelə başqa şəxslərin mülkiyyət, sahiblik və istifadə hüquqları ilə yüklü olmayıb. Bu baxımdan hazırki iddia tələbinin rədd edilməsinin əsası kimi Xuraman Əliyevanın “xxxx” MMC mənzil deyil, pul kompensasiyası tələb etməsinə dair İddiaçı2 irəli sürdüyü arqumentlər əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi işin bu halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Belə olan halda İddiaçı2la “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilənin 5.4-cü bəndinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” saylı məhəllədə “xxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasının “B” korpus unun 13-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 155,08 kv.metr olan 39 saylı mənzilinin naturada İddiaçı2 təhvil verilməsi, həmin mənzilə yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin “xxxx” MMC həvalə edilməsi tələbinin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, İddiaçı2 mübahisəli mənzillə bağlı iddia tələbini əsassız sayıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı2 istinad etdiyi sözügedən müqavilə onunla bağlanan zaman, “xxxx” MMC, Xuraman Əliyeva ilə daha əvvəl bağladığı müqavilə qüvvədə olub. Bu isə o, deməkdir ki, “xxxx” MMC, İddiaçı2 istinad etdiyi sözügedən müqavilənin predmeti olan mənzillə bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda, onunla müqavilə bağlayıb və bununla da yuxarıda sadalanan maddi hüquq normalarının tələbl ərini pozub. Bundan başqa, mübahisəli mənzilə dair “xxxx” MMC ilə Xuraman Əliyeva arasında bağlanmış müqavilə bu gündə qüvvədədir və həmin müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı tələb irəli sürülməyib. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, sadalanan halların mövcudluğu sözügedən mənzilin İddiaçı2 təhvil verilməsini istisna etməklə yanaşı, həmin mənzilə münasibətdə onun irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, İddiaçı2 kasasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbinə apelyasiya instansiyası məhkəməsi tərəfindən ar aşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar müzakirə etməyə lüzum yoxdur. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, İddiaçı2 kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1120/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə İddiaçı2 kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar