Məhkəmə qərarları › İş №2(102)-1770/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1770/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1770/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh2 ASC-nin vəkili Bədəlov Mürsəl Natiq oğlunun iştirakı ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC, Yasamal Rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən K.Əmirxanova, iş 2(005)-936/2019)iddia təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Əliyev və F.T alışinski, iş № 2(103)-10616/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 ASC-nin vəkili Bədəlov Mürsəl Natiq oğlu izahatın da göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunu n tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüqu qunun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 2(004)-133/2016 saylı icra vərəqəsinə əsasən 206689.0 manat əsas borc, 56324.0 manat faiz borcu 20000 manat məbləğində cərimə borcu, cəmi 283013 manat və məhkəmə xərcinə görə 35.6 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh2 ASC-yə ödənilməli, tutma İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında istifadədə olan 0.03012 ha torpaq sahəsində yerləşən 102 nömrəli binada 61 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və onun dəyərindən cəmi 283013 manat borc və məhkəmə xərcinə gör ə 35.6 manat məbləğində pul vəsaiti Cavabdeh2 ASC-yə ödənilməli, ipoteka qoyulmuş mənzilin aıq hərracda ilkin satış qiyməti 140.000 manat məbləğində müəyyən edilməlidir. Hərracın keçirilməsi barədə 30.10.2017-ci il tarixli, 05.12.2017-ci il tarixli bildirişlərə görə, İddiaçı hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. «xxxxx» qəzetinin 28-30 oktyabr 2017-ci il tarixli buraxılışlarında Bakı şəhəri,ünvan 2 ünvanında yerləşən 102 saylı evin, 2 saylı mənzili Cavabdeh1 MMC tərəfindən müvafiq olaraq 27.11.2017-ci il tarixlərində saat 11:00-da hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. Hərracın yekunları barədə 17.01.2017-ci il tarixli protokola görə, ipoteka predmeti Bakı şəhəri, ünvan 2 ünvanında evin, 2 saylı mənzili ilkin satış qiyməti 119000 manat məbləğində müəyyən edilərə k «xxxx» şirkətlər Qrupu MMC tərəfindən keçirilmişdir. 17.01.2017-ci il tarixli Hərracın yekunları üzrə alqı-satqı barədə müqaviləyə görə, İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 ünvanında 102 saylı evin, 2 saylı mənzili Cavabdeh2 ASC tərəfindən satın alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 11.01.2019-cu il tarixli Bakı şəhəri, envan 2 ünvanında evin, 2 saylı mənzil 3 saylı «ASAN Xidmət» mərkəzinin dövlət notariusu tərəfindən təsdiq edilmiş 15.05.2018-ci il tarixli 4Ə-805 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə “İpoteka haqqında” Azərbaycan Resp ublikası Qanununun 33, 42, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 646, 182, 182.2, 337.5-ci maddələrini tətbiq etmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...işdə olan sübutlardan (bildirişlər, elanlar, protokol, alqı-satqı müqaviləsi və s.) aydın olur ki, hazırki mübahisə obyekti üzrə iki hərrac (27 noyabr 2017-ci ildə ilk və 27 dekabr 2017- ci il tarixdə təkrar) keçirilmiş, hərracların yeri və vaxti barədə maraqlı şəxslərə bildirişl ər göndərilmiş, qəzetlərdə müvafiq elanlar verilmiş, lakin hərrac baş tutmamış, nəticədə ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunmuş, sonuncunun əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.”. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgü n tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar