Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1771/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, vəkili Vəkil1, Cavabdeh1, cavabdeh X1 vəkili Qəmbərov Tağı Ədalət oğlunun iştirakları ilə, İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı «daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və pul tələbinə dair» mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2018-ci il tarixli 2 (103)7807/2018 saylı qətnaməsindən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14/906 saylı daxili lizinq müqaviləsinin və 14/906 saylı zaminlik müqaviləsinin ləğv olunmasını, lizinq müqaviləsinə edilmiş Əlavə-1-də göstərilən dəri emalı üçün 15 növ, cəmi 56 ədəd avadanlığın - yəni, 2 ədəd mexaniki polad konstruksiya üzərində Baraban (iri) 6-8 tonluq (İstehsalçı: SVİT Machinary Company s r.o. (LTD); Kod: 07428 Pİ və 07429 Pİ; İstehsalçı ölkə: Çexiya; Diametri: 3500*3000), 1 ədəd mexaniki polad konstruksiya üzərində Baraban (kiçik) 5 tonluq (İstehsalçı: SVİT Machinary Company s r.o. (LTD); Kod: 07427 Pİ; İs tehsalçı ölkə: Çexiya: Diametri: 3000*2500), 1 ədəd mexaniki polad konstruksiya üzərində Baraban (kiçik) 4 tonluq (İstehsalçı: SVİT Machinary Company s r.o. (LTD); Kod: S 2520 P7; İstehsalçı ölkə: Çexiya; Diametri: 2500*2000), 1 ədəd Yarımfabrikat üçün Baraban (pasatmayan polad) (İstehsalçı: Agromexanizatsiya EİM; Kod: MRP 1 1200; İstehsalçı ölkə: Rusiya; Diametri: 1500*2000) 1 ədəd X6 gücü - 500 ədəd/gün (İstehsalçı: SVİT Machinary Company s r.o. (LTD); Kod: 070006 Pİ L2700; İstehsalçı ölkə Çexiya; Ölçüsü: 5100*1440*1540), 1 ədəd İkiləmə lent maşını İstehsal gücü - 270 yarım dəri/saat (İstehsalçı: SVİT Machinary Company s r.o. (LTD); Kod: 07567 P2L2700; İstehsalçı ölkə: Çexiya: Ölçüsü: 4800*900*1840), 1 ədəd X9 gücü - 180 bütöv dəri/saat (İstehsalçı: SVİT Machinary Company s r.o. (LTD); Kod: 07597 Pİ L3200; İstehsalçı ölkə: Çexiya; Ölçüsü: 4700*2500*2100), 1 ədəd Rəndələmə Maşını nəm dəri üçün İstehsal gücü - 120 yarım dəri/saat. (İstehsalçı: SVİT Machinary Company s r.o. (LTD); Kod: 07577 Pİ L1800; İstehsalçı ölkə: Çexiya. Ölçüsü: 3715*1505*1930), 1 ədəd Rəndələmə Maşını quru dəri üçün (İstehsalçı: DMK X12 Sanayii LTD model: TR-2K 150 İstehsalçı ölkə: Türkiyə Ölçüsü: 3700*1500*1580), 2 ədəd Kontaktlı-Vakuum quruducusu 3 səviyyəli quruducu (İstehsalçı: İNCOMA S.r.L kodu: TM3 Dim.S 4020. Növü: RH:732-84 İstehsalçı ölkə: Thiene şəhəri, İtaliya Ölçüsü: 6240*3200*2805), 1 ədəd Press Xırda (İstehsalçı: DMK X12 Sanayii LTD model: KM 415 İstehsalçı ölkə: Türkiyə Ölçüsü: 2600*1500*2200), 1 ədəd Press İri (İstehsalçı: DMK X12 Sanayii LTD model: KM 550 İstehsalçı ölkə: Türkiyə Öl çüsü: 3010*1500*2600), 1 ədəd Bölücü Maşın (İstehsalçı: Agromexanizatsiya EİM Model: MRP 11462 İstehsalçı ölkə: Rusiya Ölçüsü: 2230*1914*1345), 40 ədəd Dərinin dartılması və qurudulması üçün çərçivələr (paslanmayan poladdan yerində hazır olunub Ölçüsü: 1400*2000), 1 ədəd isti suyun və buxarın ötürülməsi üçün avadanlığın (İtaliya və Rusiya istehsalı olan komponentlərdən yerində yığılır) Cavabdeh1 təhvil alınaraq İddiaçı MMC-nə geri qaytarılması, cavabdehlərdən müştərək qaydada 71,174.42 manat əsas, 10,296.69 manat cərimə, cəmi 81,471.11 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 xüsusi mülkiyyətində olan YYYndə yerləşən torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ h esabına iddiaçıya ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X4 cavabdehlər İddiaçı MMC və Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı MMC ilə onun arasında bağlanmış 21.11.2014-cü il tarixli, 14/906 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Tale Kərimov) 2(001)-739/2018 saylı, 29 yanvar 2018-cı il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli, 14/906 saylı daxili lizinq müqaviləsinin və İddiaçı MMC ilə digər cavabdehlər Cava bdeh2 və X4 arasında bağlanmış 21.11.2014-cü il tarixli, 14/906 saylı zaminlik müqaviləsinin ləğv olunması, lizinq müqaviləsinə edilmiş Əlavə-1-də göstərilən dəri emalı üçün 15 növ, cəmi 56 ədəd avadanlığın Cavabdeh1 təhvil alınaraq normal köhnəlmə nəzərə alınmaqla saz vəziyyətdə İddiaçı MMC-nə geri qaytarılması, cavabdehlərdən müştərək qaydada 71174.42 manat əsas, 100 manat cərimə, cəmi 71274.42 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 xüsusi mülkiyyətində olan YYYndə yerləşən 0.1742 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin ilkin satış qiymətinin 76500 manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borcun tam ödənildikdən sonra məbləğin qalan hissəsinin Cavabdeh1 qaytarılması, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması müəyyən edilmiş, X1 qarşılıqlı iddia tələbi rədd edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X3) 13 iyul 2018-ci il tarixli 2(103)7807/2018 qətnaməsi ilə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-739/2018 saylı, 29 yanvar 2018-cı il tarixli qətnaməsi qismən, ilkin iddianın cavabdeh X2 aid hissəsində ləğv edilməsi və ilkin iddianın ona aid hissədə təmin edilməməsi, Cavabdeh1 tərəfindən verilmiş apelly asiya şikayətinin təmin olunmaması, qətnamənin cavabdehlərin apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2018-ci il tarixli 2(103)-7807/2018 saylı qətnaməsindən ləğv prosesində olan İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7807/2018 saylı 13 iyul 2018-ci il tarixli qətnaməsinin «X1 apellyasiya şikayətinin qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - yəni, ilkin iddianın ona aid hissəsində ləğv edilməsi və həmin hissədə ilkin iddianın təmin edilməməsi” ləğv edərək ilkin iddianın həmin cavabdehə (Hikmət Əliyevə) münasibətdə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi zamin Hikmət Əliyevin apellyasiya şikayətinin təmin edildiyi hissədə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməməsi, yaxud qanunu səhv təfsir etməsi yolu ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, məhkəmə işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, müəyyən edilən faktiki hallara düzgün hüquq normalarını tətbiq etməmişdir. İşin müəyyən edilən faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə tamamilə uyğun olduğu halda apellyasiya instansiyası birinci instansiya məhkəməs inin qətnaməsini qismən ləğv edərək zamin Hikmət Əliyevə münasibətdə ilkin iddianı təmin etməmiş, gəldiyi bu nəticəni hər biri bircə cümlədən ibarət 2 xırda abzasda izah etməyə çalışmış, hüquqi mövqeyini isə "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2012ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307,4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Qərarları ilə izah etməyə çalışmışdır. Halbuki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, ilkin iddiaçı ilə lizinqalan Cavabdeh1 21 noyabr 2014-cü il tarixdə 14/906 saylı daxili lizinq müqaviləsi bağlamış, həmin lizinq müqaviləsinə əsasən ilkin iddiaçı alqı-satqı əsasında əldə etdiyi dəri emalı sexi üçün 15 növ, cəmi 56 ədəd avadanlığı lizinqalan Cavabdeh1 əvəzli istifadəsinə vermiş, lizinqalan isə lizinq obyektlərindən müqavilədə nəzərdə tutulmuş şərtlərlə istifadə etməyi və bunun əvəzində müqaviləyə edilmiş Əlavə 2-də göstərilən ödəniş cədvəlinə uyğun ödəniş etməyi öhdəsinə götürmüşdür. Digər 2 cavabdehlə isə lizinq müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə ayrı-ayrılıqda Zaminlik müqavilələri bağl amış, buna əsasən Zaminlər lizinq müqaviləsindən yaranan öhdəliklərinin tamamilə icrası üçün iddiaçı qarşısında məsuliyyəti qəbul etmişlər. Həmçinin, lizinq obyektindən istifadə üçün nəzərdə tutulan sabit ödənişlərin lizinqalan Cavabdeh1 tərəfindən ardıcıl otaraq iki dəfədən artıq pozulması işin mübahisəsiz hallarındandır. Çünki məhkəməyə təqdim edilmiş ödəniş tarixçəsindən məlum olur ki, lizinqalan Cavabdeh1 18 ay ardıcıl otaraq heç bir ödəniş etməmiş, öhdəliklərini kobud şəkildə pozmuşdur. İşdən həmçinin görünür ki, lizinqalanla bağlanan Müqavilə ilə yanaşı, ilkin iddiaçı lizinqalanın müqavilə üzrə öhdəliyini təmin etmək məqsədilə 21 noyabr 2014-cü il tarixdə Cavabdeh2 və X4 ilə ayrı-ayrılıqda 14/906 saylı Zaminlik müqavilələri bağlamış, zaminlik müqavilələrinə əsasən zamin lizinqalanın öhdəliklərinin tamamilə icrası üçün Zaminlik müqaviləsində nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinqverən qarşısında məsuliyyət daşıyır. Zaminlik müqavilələri Müqavilənin qüvvədə olduğu müddət ərzində qüvvədə olur. Göründüyü kimi, ilkin iddia tələbi əsaslı olduğu halda, apellyasiya məhkəməsi qətnaməni qismən ləğv edərək zaminlərdən birinə (Hikmət Əliyevə) münasibətdə ilkin iddianı təmin etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh X1 vəkili Qəmbərov Tağı Ədalət oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsin ə əsasən onun izahatı dinlənilməmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi yalnız kassasiya şikayəti verilən hissədə, yəni ilkin iddianın cavabdeh X2 aid hissəsində ləğv edilməsi və ilkin iddianın ona aid hissədə təmin edilməməsi hissəsində yoxlanılır. Digər tərəflər kassasiya şikayəti vermədiyindən qətnamə onlara münasibətdə yoxlanılmır. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 21 noyabr 2014-cü il tarixində 14/906 saylı daxili lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə görə lizinq şirkəti müqaviləyə əlavədə göstərilmiş avadanlıqları-lizinq obyektini cavabdehə lizinqə vermiş, cavabdeh isə 36 ay müddətində 156.335 manat dəyərində lizinq ödənişini ödəniş cədvəlinə uyğun olaraq dəməyi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin təminatı kimi cavabdeh X4 ilə iddiaçı arasında 21.11.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 385.1, 739.1, 442, 472.1, 472.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2012-ci il tarixli Qərarına, eləcə də, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Qərarına istinad etməklə, hesab etmişdir ki, İddiaçı MMC ilə cavabdeh X4 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsindən zaminliklə təmin edilmiş öhdəliyin konkret həcminin müəyyən edilməsi mümkün deyildir. Həmin müqavilədə zaminin əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürməsi ilə bağlı ümumi müddəalar göstərilsə də, konkret olaraq daxili lizinq müqaviləsinin şərtləri göstərilməmişdir ki, bu da zaminin həmin şərtlərdən məlumatsız olması ilə bağlı dəlilinin əsaslı olduğunu təsdiq edir. Buna görə də, məhkəmə zamin X2 münasibətdə ilkin iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə cavabdeh X2 münasibətdə gəldiyi nəticə işin faktik hallarına uyğun olmadığına və maddi hüquq normasının düzgün tətbiq edilməməsinə görə əsaslı və qanuni sayıla bilməz. Belə ki, zaminli k müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Mülki Məcəllənin 470-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməs i nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi m ümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Cavabdeh X4 ilə iddiaçı arasında bağlanmış 21.11.2014-cü il tarixli zaminlik müqaviləsi aşağıdakı şərtlərinə əsasən: -1.1-ci bəndinə əsasən zamin lizinq verən və Cavabdeh1 arasında bağlanmış 14/906 saylı 21.11.2014-cü il tarixli daxili lizinq müqaviləsi (ona edilmiş bütün əlavə və dəyişikliklərlə birlikdə) üzrə lizinq alanın öhdəliklərinin tamamilə icrası üçün bu Mü qavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. -1.2-ci bəndinə əsasən lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyır. 2.1-ci maddəsinə əsasən zamin bəyan edir ki, lizinq müqaviləsinin şərtləri ona məlumdur,... lizinq müqaviləsinin və bu müqavilənin şərtləri ilə tanış olub, onun bu müqavilə və lizinq müqaviləsi üzrə öhdəlik və məsuliyyətinin mahiyyətini və həcmini tam olaraq anlayır. Müqavilənin 3-cü maddəsində zaminin məsuliyyətinin həcmi, onun lizinq alanın lizinq müqaviləsi üzrə bütün öhdəliklərinin lizinq müqaviləsində nəzərdə tutulmuş həcmdə və qaydada tamamilə icrasına, bu müqavilə üzrə öhdəliklər in icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüquqların bərpasına çəkilən xərclərin və lizinq verənə dəymiş zərərin tam əvəzinin ödənilməsi üçün məsuliyyət daşıdığı, 4-cü bəndində isə zaminin öhdəliklərinin icra qaydası və müddəti ətraflı göstərilmişdir. Apellyasiya instansiya məhkəməsinin cavabdeh X2 qarşı iddianın rədd edilməsi nəticəsinə gələrkən zaminlik müqaviləsində zaminin öhdəliyinin konkret həcminin, yəni borclunun kreditor qarşısında öhdəliyinin göstərilməməsinə istinad etmiş, lakin bu halın hansı hüquqi nəticəyə səbəb olduğunu (yəni müqavilənin etibarsızlığı və ya zaminliyə xitam verilməsi) əsaslandırmadan zaminə münasibətdə ilkin iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zaminlik müqaviləsində zaminliklə təmin edilmiş daxili liz inq müqaviləsinin tərəfləri, tarixi və nömrəsi göstərilmiş, zaminin məsuliyyətinin həcmi müəyyən edilmiş, həmçinin zaminin daxili lizinq müqaviləsinin şərtləri ilə tanış olduğu, lizinq müqaviləsi üzrə öhdəlik və məsuliyyətinin mahiyyətini və həcmini tam olaraq anladığı bəyan edilmişdir. Bundan başqa, daxili lizinq müqaviləsində ödəniləcək lizinq ödənişinin məbləği, müddəti dəqiq müəyyən olunmuşdur. Bu isə o qənaətə gəlməyə əsas verir ki, apellyasiya instansiya məhkəməsi mübahisənin həllinə formal yanaşmış, zaminlik müqaviləsinin bütün şərtlərini, tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almamış, bununla da müqaviləni Mülki Məcəlləni 404-cü maddəsinə uyğun təfsir etməmişdir. Halbuki Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavil ədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədər ki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə istinad etdiyi Konstitusiya Məhkəməsi qərarlarında müəyyən edilmiş hüquqi mövqeyi hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması ü çün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Konstitusiya Məhkəməsinin həmin qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən zaminin sonradan əmələ gələ cək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən mühüm şərtlər zaminlik müqaviləsində deyil, əsas öhdəliyin yarandığı müqavilədə, hazırki halda daxili lizinq müqaviləsində dəqiq göstərilməlidir. Hazırki iş üzrə zaminliklə təmin edilmiş daxili lizinq müqaviləsində də qeyd edilən mühüm şərtlər (lizinq ödənişlərinin məbləği, müddət, valyuta və s) kifayət qədər aydın göstərilmişdir, bu müqavilənin şərtləri əlavə müqavilələrlə dəyişdirilməmişdir. Buna görə də, zaminlik müqavilədə zaminin əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürməsi, zaminin daxili lizinq müqaviləsinin şərtləri ilə tanış olması barədə bəyənatı və s. müddəalar kifayət qədər aydın göstərildiyi halda apellyasiya instansiyası məhkəməsinin zaminin həmin şərtlərdən məlumatsız olması ilə bağlı mövqeyi əsassız olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddianı zaminə qarşı hissədə rədd etsə də, onun eyni əsaslarla qaldırdığı qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində qətnaməni dəyişdirmədən saxlamaqla, iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prossesual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks e tdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlar a əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yoxlanılan hissədə qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsinin qətnamənin mübahisələndirilən hissədə gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ilkin iddianın X2 aid hissədə rədd edilməsi hissəsində ləğv edilməli və iş həmin hissə üzrə yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğ v edilməsi üçün əsasdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olsa da, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara və kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən göstərişlə rə Azərbaycan Respublikası MPM-nin 88 və 420-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının13 iyul 2018-ci il tarixli 2(103)-7807/2018 saylı qətnaməsi qismən, ilkin iddianın X2 aid hissədə rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1771/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1771/2019
13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver