Məhkəmə qərarları › İş №2(102)-1771/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1771/2020

22.05.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1771/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı4, vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Bakı şəhəri 13 saylı DNK-na qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi” İddiaçı Maraqlı şəxs Cavabdeh1 və Xna qarşı “mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” barədə ilk, Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3367/19 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı4 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və qeyriləri Cavabdeh1 və Bakı şəhəri 13 saylı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailələri - ataları X1, anaları X2 və onların 5 uşaqları olmaqla 7 nəfərdən ibarət olmuşdur. Onlar 1975-ci ildən Bakı şəhəri, Maştağa qəsəbəsi, Subtropik Sovxozda məskunlaşmışlar. Ailənin 5 üzvü müəyyən illərdə həmin sovxozda işləmişdir. Abşeron rayon XDS İcariyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 12 nömrəli qərarına əsasən anaları X2nın adına fərdi yaşayış evi tikintisi üçün 0,07 hektar torpaq sahəsi ayrılmışdır. Ataları başda olmaqla ailə üzvlərinin köməkliyi ilə analarına ayrılmış torpaq sahəsində ev tikmişlər. Həmin evdə ataları və anaları ilə birlikdə yaşamışlar. Ataları 16 fevral 2012-ci ildə, anaları isə 09 oktyabr 2015-ci ildə vəfat etmişdir. Cavabdeh olan qardaşları Cavabdeh1 onlara bildirmədən həmin evə Bakı şəhəri 13 saylı Notariat Kontorunda vərəsəlik haqqında şəhadətnamə almışdır. Onlar cavabdehə evə dair vərəsəli k şəhadətnaməsini verilməsinə razılıq verməmişlər. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Qarayeva) iddia təmin edilmiş, 09 oktyabr 2015-ci il tarixdə ölmüş X2ndan miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı 10 aprel 2018-ci il tarixli çıxarışla qeydiyyatdan keçən Bakı şəhəri, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ərazisində yerləşən 0,07 torpaq sahəsinə dair övladı Cavabdeh1 Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən 12 aprel 2018-ci ildə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, həmin 0,07 torpaq sahəsinə dair mərhum X2nın uşaqları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 1/5 hissədə vərəsəlik paylarının müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamədən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir. Bununla yanaşı, iddiaçı Maraqlı şəxs Cavabdeh1 və Xna qarşı «mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi» barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin və digər şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 150C saylı fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması, dəymiş 2400 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarıl masını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında notarial qaydada bağlanmış 26.04.2018-ci il tarixli, AN-1 saylı ******* saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evini və 0,07 ha torpaq sahəsini 75000 manata ona satmış, müqavilə Bakı şəhəri 5 saylı notariat kontorunda cavabdehin etibarnamə üzrə nümayəndəsi olan oğlu X tərəfındən imzalanmaqla rəsmiləşdirilmişdir. Bundan sonra 30.04.2018-ci il tarixdə həmin evin mülkiyyətində olmasını dövlət orqanlarında qeydə almaqla RX seriyalı, ******* saylı (qeydiyyat nömrəsi **********) çıxarış əldə etmişdir. Buna baxmayaraq, dəfələrlə etdiyi xəbərdarlıqlardan sonra da cavabdehlər müxtəlif bəhanələrlə müqavilə şərt lərinə əməl etməmiş, qanuni mülkiyyətində olan mənzili boşaltmamış və ona təhvil verməmiş, hətta qohumlarını da oraya yerləşdirmişlər. Halbuki, alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən cavabdeh əmlakı ona təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 17-ci bəndinə görə isə bu müqavilənin şərtləri tərəflər üçün məcburi olmasına baxmayaraq cavabdehlər müqavilə şərtlərinə əməl etmirlər. Hazırda altı aydır ki, mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Neftçala sakini olmaqla Bakıda mənzil almaqla kirayədə yaşamaqdan canını qurtarmaq, xərclərdən azad olmaq istərkən cavabdehlər aldığı evi ona verməməklə, onu kirayədə yaşamaq məcburiyyətində qoymuş, ona hər ay 400 manat olmaqla altı ay ərzində artıq 2400 manat maddi, eləcə də əsəb, stress, diskomfort yaşatmaqla 5000 manat məbləğind ə mənəvi ziyan vurmuşlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, həmin üzrə Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması» barədə qarşılıqlı iddia verərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin alqı-satqısına dair 26.04.2018-ci il tarixli, AN-1 ******* saylı müqavilənin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30.04.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyes trindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Eləcə də böyük qardaşı İddiaçı2 da həmin ünvanda yaşayır. Maraqlı şəxs təxminən 2-3 ay əvvəl tanımış, heç vaxt da üz-üzə gəlməmişlər. Heç bir vaxt həmin evin və torpaq sahəsinin ona satılmasına nə yazılı, nə də şifahi razılıq verməmişdir. Eləcə də həmin evdə daimi yaşayan qardaşı X4 və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxozunda yaşayan bacıları X5 və X6, qardaşı X7 də həmin evin və torpaq sahəsinin iddiaçı Maraqlı şəxs satılmasına nə yazılı, nə də şifahi razılıq verməmişlər. Mübahisəli fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi onun və həyat yoldaşının birgə nikahları dövründə əldə etdikləri əmlakdır. Qeyd edilənlərə əsasən məhkəmədən qarşılıqlı iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim Emin Mehdiyev) ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Xnun və digər şəxslərin iddiaçı Maraqlı şəxs tam mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 150C saylı fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv i tələbinə dair» qarşılıqlı iddia ərizəsinin rədd olunması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıya aid edilməsi qət olunmuşdur. Qeyd edilən qətnamədən cavabdehlər Cavabdeh1 və X apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 may 2019-ci il tarixli qərardadı hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmiş, birləşdirilmiş işə 2(103)-3367/2019 nömrəsi verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev və Fuad Talışinski) 23.07.2019-cu il tarixli, 2(103)-3367/2019 nömrəli qətnaməsi ilə İd diaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Bakı şəhəri 13 saylı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, həmin iddia təmin edilməmiş, iddiaçı Maraqlı şəxs Cavabdeh1 və Xna qarşı «mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və X tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməyərək, həmin qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı4 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3367/19 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ilk iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya kollegiyasının iddianı rədd etmək üçün gəldiyi nəticə tamamilə mülahizələrə əsaslanır. Belə ki, o, vərəsəlik iddiasını q aldiran zaman həmin əmlakın Maraqlı şəxs mülkiyyətində olduğunu bilməmişdir. Hətta məhkəmə prosesləri zamanı da Cavabdeh1 həmin miras əmlakı artiq Maraqlı şəxs satmasına dair hər hansi bir məlumat verməmişdir. Cavabdeh1 məhz qanunsuzluqlari açılacaq deyə həmin əmlakı başqa şəxsin adına keçirdib və Maraqlı şəxs isə əmlakı necə alibsa mübahisəli miras əmlaka gəlməyib, evlə tanış olmuyub. Bu hallar baş versə idi o, halda qanunsuzluqlardan məlumati olardi. Məhkəmə isə hətta vicdanlı alıcı ilə bağlı Qanuna edilmiş dəyişiklikləri nəzərə almaması azmiş kimi Maraqlı şəxs vicdanlı alıcı kimi dəyərləndirib. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı4 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli, 12 saylı qərarı ilə Bakı şəhəri, Maştağa qəsəbəsi, Subtropik sovxozda yerləşən torpaq sahəsinin 0,07 hektar hissəsində sovxozun əməkdaşı X2na fərdi yaşayış evinin tikintisi üçün icazə verilmiş, sonuncu 09 oktyabr 2015-ci tarixdə vəfat etmiş, bundan sonra onun övladı Cavabdeh1 miras əmlakla bağlı Bakı şəhəri 13 saylı DNK-na müraciət etmiş, notariat orqanı tərəfindən miras qoyan X2nın mülkiyyətində olmuş həmin 0,07 ha torpaq sahəsinə dair 12 aprel 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1 adına Bakı şəhəri Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 150C və onun yerləşdiyi 0,07 ha torpaq sahəsinə dair çıxarış verilmişdir. Cavabdeh1 26.04.2018-ci il tarixli, AN-1 ******* d aşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270,3 kv.metr olan fərdi yaşayış evini və 0,07 ha torpaq sahəsini 75000 manata Maraqlı şəxs satmışdır. Alqı-satqı müqaviləsi zamanı Cavabdeh1 15.12.2017-ci il tarixli, ƏN-İ seriyalı, 683073 saylı etibarnamə əsasında nümayəndəsi X təmsil etmişdir. Alqısatqıdan sonra Maraqlı şəxs qeyd edilən daşınmaz əmlaklar üzərində mülkiyyət hüququ 30.04.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, hazırda da mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı Maraqlı şəxs Cavabdeh1 və Xna qarşı «mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesa b edilməsi və çıxarışın ləğv olunması» barədə qarşılıqlı iddiası üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 646, 337-354, 337.1, 359.1, 362.1 və 362.2-ci maddələrinə istindən gəldiyi nəticələrdən görünür ki, mübahisələndirilən əqd (alqı-satqı müqaviləsi) üzrə qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilmiş, iddiaçının irəli sürdüyü əsaslar üzrə əqdin etibarlılığına şübhə yaranmamışdır. İddia qaldırıldığı anda mübahisəli əmlak vərəsəlik qaydasında Cavabdeh1 mülkiyyətində olmadığından, ona miras əmlak kimi vərəsələrin payı da müəyyən oluna bilməzdi. Mirasın əmlakın qəbulu zamanı Cavabdeh1 tərəfindən digər vərəsələrə məlumat verilməməsi və s. bu kimi pozuntulara yol verilməsi hazırki vəziyyətdə əmlakın qanuni və vicdanlı sahibi (mülkiyyətçisi) olan Maraqlı şəxs daşınma z əmlak üzərində hüquqlarının ləğvinə əsas ola bilməz. Belə ki, alqı-satqı müqaviləsinin bağlanması zamanı Cavabdeh1 iddiası üzrə əqdin etibarsızlığına əsas ola biləcək hal müəyyən olunmamış, eyni zamanda alıcı Maraqlı şəxs mülkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən əmlakı əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin iddia üzrə daha sonra hesab etmişdir ki, qarşılıqlı iddia əsassız olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq ilk iddianı «fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması» hissəsində təmin etmişdir. Çünki, iddiaçının tələb hüququ Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Bakı şəhəri 13 say lı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə gəldiyi nəticələrə əsasən iddiaçılar qeyd edilən iddia tələbini irəli sürən vaxtı (iddia ərizəsi 25 oktyabr 2018-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur) artıq mübahisəli əmlak vicdanlı alıcı Maraqlı şəxs xüsusi mülkiyyətində olmaqla, miras əmlak statusunda olmamışdır. Buna görə də, həmin əmlakda miras əmlak kimi vərəsələrin payı da müəyyən oluna bilməzdi. Miras əmlakın qəbulu zamanı Cavabdeh1 tərəfindən digər vərəsələrə məlumat verilməməsi və s. bu kimi pozuntulara yol verilməsi hazırki vəziyyətdə əmlakın qanuni və vicdanlı sahibi (mülkiyyətçisi) olan Maraqlı şəxs daşınmaz əmlak üzərin də hüquqlarının ləğvinə əsas ola bilməz. Həmçinin apellyasiya instansiyası məhkəməsinin həmin iddia ilə bağlı mövqeyinə görə mirasın qəbulu zamanı hüquqlarının pozulduğunu iddia edən digər vərəsələr miras əmlakı təklikdə qəbul etmiş Cavabdeh1 qarşı dəymiş zərərlə bağlı tələb hüquqlarını özlərində saxlayırlar. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətini iddiaçılardan yalnız İddiaçı4 verməsinə və onun kassasiya şikayətinin məzmunu apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütünlüklə ləğv edilməklə İddiaçı1 və qeyriləri Cavabdeh1 və Bakı şəhəri 13 saylı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinin təmin olunması barədə olduğundan və bu iddianın rədd ed ilməsi iddiaçı Maraqlı şəxs Cavabdeh1 və Xna qarşı «mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi» barədə tələbininin təmin ilə əsaslandırıldığından sözügedən qətnamə kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçı Maraqlı şəxs Cavabdeh1 və Xna qarşı «mənzilin boşaldılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi» barədə ilk, həmçinin Cavabdeh1 cavabdeh Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması» barədə qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticələr qanuni və əsaslı olmuşdur. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəz ərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567ci mad.) Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. (MM-nin 646-cı mad.) Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmla kın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir (M.Şahverdiyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2013-cü il tarixli qərarı). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Məcəllənin 362.1 və 362.2-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmçinin Mülki Məcəlləsinin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış sahəsinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin sadalanan qanunvericilik normlarına əsasən işdə olan sübutlarla mübahisələndirilən əqd (alqı-satqı müqaviləsi) üzrə qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilməsi və iddiaçının irəli sürdüyü əsaslar üzrə əqdin etibarlılığına şübhə yaranmamasına dair nəticələri işin araşdırılmış hallarına uyğun olmuşdur. Belə ki, işin materiallar ından görünür ki, tərəflərin niyyətləri məhz mübahisəli daşınmaz əmlakın (torpaq sahəsi və onun üzərindən yerləşən fərdi yaşayış evi) alqı-satqısına yönəlmiş, tərəflər mübahisəli mənzilin alqı-satqısı ilə bağlı razılığa gəldiklərini bəyan etmiş, müqavilə azadlığı prinsipinə əsaslanaraq, qiyməti 75000 manat müəyyənləşdirmiş, X da notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında ona verilmiş səlahiyyətlərdən (bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, əqdlər bağlamaq və s.) çərçivəsində Cavabdeh1 məxsus əmlak üzərində sərəncam hüququnu həyata keçirmiş, müvafiq əqdi (alqı-satqı müqaviləsini) bağlamışdır. Belə olan halda məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının «fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin b oşaldılması» hissəsində tələb hüququ Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlməsinə dair mövqeyi də əsaslı olmuşdur. Belə ki, həmin normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Qeyd edilməlidir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası İddiaçı1 və qeyri lərinin iddia tələbini irəli sürən vaxtı (iddia ərizəsi 25 oktyabr 2018-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur) artıq mübahisəli əmlakın vicdanlı alıcı Maraqlı şəxs xüsusi mülkiyyətində olmaqla, miras əmlak statusunda olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşsa da, eyni zamanda hesab edir ki, məhkəmənin İddiaçı1 və qeyriləri Cavabdeh1 və Bakı şəhəri, 13 saylı DNK-na qarşı «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbi üzrə gəldiyi nəticələri mülki və mülki prosessual qanunvericiliyin tələbləri üzrə düzgün əsaslandırılmamışdır. Belə ki, İddiaçı1 və qeyrilərinin iddia tələbinin predmeti olan əmlak artıq Maraqlı şəxs mülkiyyətində olsa da, apellyasiya instansiyası məhkəməsi onların vərəsəliklə bağlı tələblərinin qanuniliyinə vərəsəliklə bağlı mülki qanunvericiliyin müddəaları və həmin iddia üzrə cavabdehin etirafının mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət vermədən, həqiqətən də iddiaçıların vərəsəlik hüquqlarının pozulub-pozulmadığını müəyyən etmədən, onların Cavabdeh1 qarşı dəymiş zərərlə bağlı tələb hüquqlarının olması barədə gəldiyi nəticə əsaslı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, mi ras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır - 1145-ci maddəyə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. - 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə fakt ik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmçinin, Azərbaycan Respublikasının MPM-nin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina et məsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.4-ci maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 iddia tələbinin etiraf edilməsinin qanuna zidd olub-olmamasını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmamasına hüquqi qiymət verməli, yuxarıda göstərilən qanun normaları baxımından iddiaçıların vərəsəlik hüquqlarını pozulub-pozulmadığını müəyyən etməli olduğu halda, bunu etməmiş və nəticədə mirasın qəbulu zamanı hüquqlarının pozulduğunu iddia edən digər vərəsələrin miras əmlakı təklikdə qəbul etmiş Cavabdeh1 qarşı dəymiş zərərlə bağlı tələb hüquqlarını özlərində saxlamasına dair qənaətini əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, əvvəla apellyasiya instansiyası məhkəməsi tərəfindən vərəsələrin dairəsi tam müəyyənləşdirildikdən sonra miras əmlakı qəbul etmiş vərəsələrə münasibətdə Cavabdeh1 tərəfindən hər hansı hüquq pozuntusu faktı müəyyən edildikdən sonra onlara göstərilən qaydada hüquqlarını pozan şəxsə qarşı dəymiş zərərlə bağlı tələb hüquqlarının olması izah edilməli idi. Kollegiya qeyd edir ki, Azərbaycan Respub likasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin: - 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. - 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq ol unmamış hesab edilir. - 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin ləğv olunmuş hissəsi üzrə hərtərəfli, tam və o byektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 52.5, 191.4, 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı4 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3367/19 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsi İddiaçı4 və qeyrilərinin iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilsin və iş qeyd edilən hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar