Məhkəmə qərarları › İş №2(102)-1771/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1771/2025

02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1771/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb olunmaqla iş üzrə QƏRARİ (Açar sözlər:hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, icraata xitam verilməsi, iş məhkəmədə baxılmalı deyilsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb olunmaqla) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2564/2025 nömrəli, 2025-ci il 4 aprel tarixli qərardadından Ərizəçi kassasiya şikayətinə 02 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi (bundan sonra “ərizəçi”) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının ünvan 1ində 1993-cü il tarixdə hüquqi şəxs olaraq “XXX” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun xx.xx.1960-cı il tarixdə doğulmuş mərhum X4nun olması, sonuncuya məxsus müəssisədəki təsis payının – mirasın ərizəşi tərəfindən faktiki qəbul edilməsi və müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarının “XXX” çoxsahəli kiçik müəssisəsinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ərizə üzrə maraqlı şəxsdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X4 xx.xx.1996-cı ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Atası sağlığında 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda qeydiyyata alınmaqla oğulları – ərizəçi və ərizəçinin qardaşı X6ın adına “XXX” çoxsahəli kiçik müəssisəsini təsis etmişdir. Həmin müəssisənin yeganə təsisçisi v ə direktoru da ərizəçinin atası olmuşdur. Atası 1996-cı ildə vəfat edəndə ərizəçinin 10 yaşı olduğundan müəssisə fəaliyyətsiz qalmışdır. Müəssisədən yalnız möhür və torpaq ayrılması barədə sənədlər qalmışdır. Müəssisəyə 0,5 ha torpaq sahəsi ayrılmışdır. Ərizəçi özü vəkil olduğundan müəssisəyə və ayrılmış torpaq sahələrinə dair soğrular vermiş, sorğulara gələn cavablarda həmin müəssisəyə və ona ayrılmış torpaq sahələrinə dair sənədlərin heç biri arxivdə aşkar edilməmişdir. Lakin, bütün sənədlərin əslləri və möhür şəxsən ərizəçinin özündədir. Belə olan halda, həmin sənədləri bərpa etməyin başqa yolu olmadığından məhkəməyə müraciət etmişdir.

4. Ərizəçi Mülki Prosessual Məcəllənin 307 və 308-ci madələrinə istinad etmişdir.

5. Maraqlı şəxs etiraz təqdim edərək, qeyd etmişdir ki, 2008-ci il yanv arın 1-dək sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatı Dövlət Vergi Xidmətinin səlahiyyəti xaricində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təhvil verilmiş qovluqlar sırasında “XXX” kiçik müəssisəsi adlı hüquqi şəxs müəyyən edilməmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-884/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, **********12 nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Ərizəçi qaytarılması qərara alınmışdır. (hakim Aytəkin Əsədzadə)

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini istədiyi 4 ayrı tələb mövcuddur: 1) Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993-cü il tarixdə hüquqi şəxs olaraq “XXX” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi faktı; 2) müəssisənin yeganə təsisçisi və direktorunun xx.xx.1960-cı il tarixdə doğulmuş mərhum X4 olması faktı; 3) ona məxsus müəssisədəki təsis payının – mirasın tərəfindən faktiki qəbul edilməsi faktı; 4) müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarınnın “XXX” çoxsahəli kiçik müəssisəsinə məxsus olması faktı.

8. Ərizəçinin istinad etdiyi hal ondan ibarətdir ki, mərhum atası 1993-cü ildə dövlət qeydiyyatına alınmaqla “XXX” çoxsahəli kiçik müəssisəni yaratmış, həmin müəssisəyə 0,50 ha torpaq sahəsi ayrılmışdır. Hazırda ar dıcıl olaraq qeyd etdiyi faktları təsdiq etdirməklə həmin torpaq sahəsinin dövlət qeydiyyatının aparılmasına nail olmaq istəyir.

9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ərizəçinin göstərdiyi faktların hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Belə ki, Ali Məhkəmənin Plenumunun hüquqi əhəmiyyətli faktlarla bağlı məhkəmə təcrübəsini müəyyən edən qərarına əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar 1) hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun; 2) ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3) qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın; 4) hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

10. Tələblərdən birincisi hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsidir. Mərhələli şəkildə yoxlama apardıqda ilk növbədə məlum olur ki, bu tələblə bağlı, eyni zamanda digər tələblərdəki faktların müəyyən edilməsinə məhkəmə qaydasında baxıla bilməsi üçün ilkin şərt həmin faktların ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət etməsidir. Ərizəçinin ilk növbədə əldə edəcəyi əmlak aktivi müəssisədəki təsis payıdır və ərizədə də həmin təsis payının miras əmlak kimi ərizəçi tərəfindən qəb ul olunduğuna istinad olunur. Sözügedən əmlak aktivinin mövcudiyyəti isə birbaşa olaraq hüquqi şəxsin mövcudiyyəti ilə bağlıdır. Yəni, hazırki hüquqi vəziyyətdə ortada bir əmlak mövcud deyil və hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsi barədə birinci tələb ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət edir.

11. Növbəti mərhələdə yoxlama aparılmalı olan məsələ həmin faktları təsdiq edən sənədlərin başqa qaydada alına bilib-bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olub-olmamasıdır. Lazımı sənədlərin alınmasının mümkünsüzlüyü dedikdə isə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyat qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə, belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin halları baxımından lazımi sənədlərin alınmasının mümkünsüzlüyü faktı öz təsdiqini tapmır. Belə ki, qanunvericilikdə bu faktın qeydiyyat qaydası nəzərdə tutulmuşdur. Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli qanunu ilə təsdiq olunmuş Mülki Məcəllənin 25-ci maddəsinə əsasən, hüquqi şəxs nizamnamə (əsasnamə) əsasında hərəkət edir.... Hüquqi şəxsin hüquq qabiliyyəti onun nizamnamə və ya əsasnaməsinin təsdiq edildiyi vaxtdan, hüquqi şəxs həmin növ təşkilatlara dair ümumi əsasnaməyə görə hərəkət etməli olduğu hallarda isə, səlahiyyətli orq an tərəfindən, onun təşkilinə dair qərarın verildiyi vaxtdan əmələ gəlir. Nizamnamə qeydə alınmalı olduğu hallarda isə, hüquqi şəxsin hüquq qabiliyyəti, onun qeydə alındığı vaxtdan əmələ gəlir. Həmin Məcəllənin xx.xx.1992-ci il tarixli Qanunla əlavə edilmiş 25-1-ci maddəsinə əsasən hüquqi şəxs müəyyən edilmiş qaydada 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçməlidir. Dövlət qeydiyyatının məlumatları, o cümlədən firma adı varsa, həmin firma adı hamının tanış olması üçün açıq olan dövlət hüquqi şəxslər reyestrinə daxil edilir. Hüquqi şəxsin yaradılmasının qanunvericilikdə müəyyən edilmiş qaydasının pozulması və ya onun təsis sənədlərinin qanunvericiliyə uyğun olmaması hüquqi şəxsin dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur.

13. Birinci instansiya məhkəməsi göst ərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi.

14. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, itən sənədlərin bərpasının mümkünsüzlüyü halına da istinad oluna bilməz, çünki hüquqi şəxsin təsis edilməsi yuxarıda da qeyd edildiyi kimi xüsusi prosedur qaydaya tabedir və bu qaydaya əməl edilib müvafiq qeydiyyat sənədləri əldə edildikdən sonra həmin sənədlərin itməsinə istinad oluna bilərdi. Hazırkı halda isə müvafiq qeydiyyatın aparılmasına istinad olunur, lakin xüsusi qeydiyyat qaydası nəzərdə tutulan faktların özünün məhkəmə qaydasında təsdiq edilməsi yolverilməzdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcllənin 261.0.1, 262.1, 307.1, 307.2.11, 308, 310.1-ci və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 nömrəli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi və işə mahiyyəti üzrə baxaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsi, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiṣ etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadı qəbul etmək üçü n gətirilən işə aidiyyatı olmayan əsaslar tamamilə işin faktiki və hüquqi hallarına birbaşa ziddir. Çünki məhkəmənin istinad etdiyi hallara diqqət etdikdə ərizəçinin tələbinin kifayət qədər sübutlarla, aydın və əsaslı olmasına əhəmiyyət verməlidiyi tamamilə aşkardır. Ərizəçi 16 illik vəkil və praktik hüquqşünas fəaliyyətinə əsaslanaraq qeyd etmişdir ki, qəbul edilmiş hazırki qərardad MPM-in və qanunvericliyin imperativ tələblərinin və işin hallarının nəzərə alınmamasının birbaşa nəticəsidir. Belə ki, qərardadda qeyd edilir ki, "hüquqi şəxsin mövcudluğu sübut olunmadığına görə". Məhz ilk olaraq bu əsasa münasibətdə qeyd edilməlidir ki, məhkəmə prosesində müəyyən edilmiṣdir ki, Şərur Rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli qərarına əsasən 0,5 hektar torpaq sahəsinin “XXX” kiç ik müəssisəsinə təmin edilməsi qərara alınmışdır. Belə olan halda, mövcud olmayan bir hüquqi şəxsə torpaq sahəsinin ayrılması mümkündürmü? Həmin hüquqi şəxsə və ona ayrılmış torpaq sahələrinə dair sənədlərin əsillərinə müəssisənin möhür və ştampına prosesdə baxılmamıṣdırmı? Bu barədə hətta həmin hüquqi şəxsə aid sənədlərin notarial surətləri ərizəçi tərəfindən iş materiallarına əlavə edilməyibmi? Bu barədə prosesin audiovideo yazısına baxmaq kifayətdir. Belə olan halda hansı əsasla hüquqi şəxsin mövcudluğunun sübut olunmadığı göstərilə bilər? Hüquqi şəxs mövcud olmasa idi, onda belə çıxır ki, Şərur rayon XDM-nin İcraiyyə Komitəsi havadan belə bir müəsissəni öz qərar və sərəncamlarında qeyd edib. Əlində olan möhür və ştamplar başqa müəsissəyə aiddir, istifadəsində olan torpaq başqa şəxsləri ndir? Məhkəmənin mövqeyinə görə iş məhkəmədə baxılmalı deyil. Sonra qərardadda qeyd edilmişdir ki, işin halları baxımından lazımi sənədlərin alınmasının mümkünsüzlüyü faktı öz təsdiqini tapmır, 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi. Qeyd edilən bu dəlil tamamilə əsassızdır. Çünki iş materiallarına diqqət edilsə, görülər ki, dövlət orqanı qalmayıb ki, həmin orqanlara müraciət edilməsin və onların rəsmi cavabları alınmasın. Bütün dövlət orqanları da deyir ki, arxivdə yoxdur və ya təhvil verilməyib. Son nəticədə ərizəçi əlində hüquqi şəxsə aid sənədlərin əsilləri, müə sissənin möhür və ştampı ola-ola necə və hansı qaydada belə bir hüquqi şəxsin olması və ona torpaq ayrılmasını məhkəmədən kənar başqa qaydada təsdiq etsin? Lazımi sənədlərin alınmasının mümkünsüzlüyü faktı öz təsdiqini tapmadığı doğru deyildir. Ərizəçi bu sübutları iş materiallarına əlavə etmişdir, ən azı onlara əhəmiyyət vermək lazımdır. Ərizəçi məhkəmədən hüquqi şəxs yaratmasını xahiş etmir. Mövcud olan hüquqi şəxsin məhz mövcudluğu barədə hüquqi faktın məhkəmə tərəfindən tanınmasını xahiş edir. Bu prosedurlar fərqli-fərqlidir. Ərizəçiyə 1993-cü ildə təsis edilmiş, təsisçisi və direktoru mərhum atası olmuş “XXX” kiçik müəssissəsinin mövcudluğunun hüquqi əhəmiyyəti vardır və həmin müəsissəsinin balansında torpaq sahəsi var. Yeni hüquqi şəxs eyni adla yarada bilər, amma yaranacaq hazırki hüqüqi şəxs hazırki predmet olan və balansında torpaq sahəsi olan “XXX” kiçik müəsissəsinin hüquqi varisi olmayacaq. Belə olan halda, qeyd edilmiṣ əsasın işin hallarına uyğun olmadığını müəyyən edilir. Məhkəmənin mövqeyinə görə 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi. “XXX” kiçik müəsissəsi deyilən qaydada qeydiyyatdan keçməsə idi, o halda ona hüquqi şəxs kimi İcraiyyə Komitələri tərəfindən 2 dəfə torpaq sahəsi ayrılması barədə Qərar və Sərəncam verməzdilər. Məhz Ədliyyə Nazirliyi də cavabında qeyd etmişdir ki, sənədləri Vergi orqanına təhvil vermişlər, Vergi orqanı da öz növbəsində sənədlər qovluğunda müəssisəyə aid sənədləri tapa bilmir. Əslində məhkəmə sənədlərin əsllərini araşdırmasaydı, müəsissənin möhür və ştampını görməsəydi, hesab olunardı ki, məhkəmə hüquqi şəxsin mövcudluğuna dair sübutlar görmədiyindən hazırki əsaslara istinad edir. Ancaq məhkəmə bu sənədlərin əsllərini görə-görə qərardadda qeyd etmiṣdir ki, müəssisə yoxdur, müəssisəni ərizəçi guya məhkəmə qaydasında təsis etmək istəyir, amma bu qeydiyyatı məhkəmə apara bilməz və sonra da qeyd edir ki, müəssisənin itmiş sənədlərin bərpası mümkündür. Ərizəçi 1993-cü ildə təsis edilmiş və torpaq sahələri ayrılmış bir hüquqi şəxsi (arxivdə tapılmayan) məhz varis kimi məhkəmənin qeyd etdiyi qaydada köhnə qanunla necə təsis edə bilər? Ümumiyyətlə ərizəçinin bunu etmək üçün hüquqi imkanı varmı? Qərardadda qeyd edilmiṣdir ki, itən sənədlərin bərpasının mümkünsüzlüyü halına da istinad oluna bilməz, ona görə ki, hüquqi şəxsin təsis edilməsi yuxarıda da qeyd edildiyi kimi xüsusi prosedur qaydaya tabedir və bu qaydaya əməl edilib müvafiq qeydiyyat sənədləri əldə edildikdən sonra həmin sənədlərin itməsinə istinad oluna bilərdi. Hazırkı halda isə müvafiq qeydiyyatın aparılmasına istinad olunur, lakin xüsusi qeydiyyat qaydası nəzərdə tutulan faktların özünün məhkəmə qaydasında təsdiq edilməsi yolverilməzdir. Bu sənədlərin itməsi və arxivdə tapılmaması özü faktdır. Bunu dövlət orqanlarının iş materiallarında olan cavabları da təsdiq edir. Ancaq buna baxmayaraq məhkəmə qeyd etmiṣdir ki, ərizəçi müvafiq qeydiyyat sənədlərini əldə etməlidir və sonra həmin sənədlərin itməsinə istinad etməlidi r. Onda sual yaranır: ərizəçi “XXX “kiçik müəsissəsinin qeydiyyat sənədlərini (arxivdə olmadığı halda) necə və hansı qaydada əldə etməlidir? Qeyd edilmiṣ əsas üzrə ərizəçi hər yerə müraciət edib və cavabı da məlumdur. Məhkəmənin ərizə ilə bağlı icraata xitam vermək üçün qeyd etdiyi əsaslar əslində dolayı yolla ərizəni təmin etməmək və qətnamə qəbul etmək üçün əsaslar kimi anlaşılır. Çünki icraata qəbul edilmiṣ və məhkəmə baxışında qətnamə qəbul etmək yerinə hazırki qəbul edilmiṣ qərardadın əsasarı birbaşa işin mahiyyəti üzrə hallardır. Ancaq ərizə ilə bağlı icraata xitam vermək məhz bu cür əsassız mülahizələrlə sadəcə yolverilməzdir və hüquqların kobud şəkildə pozulmasıdır. Məhkəmənin mövqeyinə görə hazırkı hüquqi vəziyyətdə ortada bir əmlak mövcud deyil və hüquqi şəxsin təsis edilməsi fak tının müəyyən edilməsi barədə birinci tələb ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət etməlidir. Bu əsas, ümümiyyətlə, iş materillarının nəzərə alınmamasının göstəricisidir. Çünki hüquqi şəxsin balansında torpaq sahəsi olmasaydı, onda 1993-cü ildə təsis edilmiş bir hüquqi şəxs üçün bu qədər əziyyət çəkməyə dəyərdimi? Əlbəttə ərizəçi mərhum təsisçinin oğlu olaraq hüquqi şəxsin mövcudluğunu təsdiq etdikdən sonra, mərhum atasının yerinə təsisçi kimi dövlət orqanında qeydə alınıb və təsis payına sahib olaraq avtomatik şəkildə müəssisənin balansında olan torpaq sahəsinə sahiblənməyi də özündə ehtiva etdiyindən hazırki ərizə də məhz son nəticədə dolayı yolla əmlak hüquqlarının əldə edilməsinə yönəlmişdir. Bu əsası açıq-aşkar elə ərizə tələbində, bu faktların təsdiq edilməsi ərizəçiyə lazımdır deyə izahatında məhkəməyə məlum etsə də, digər sübutlar və izahatlar kimi bu da məqsədli şəkildə diqqətdən kənarda saxlanılmıṣdır. Məhkəmə nəzərə almamıṣdır ki, 1993-cü ildə təsis edilmiş bir müəssisənin mövcudluğu faktı və torpaqayırma sənədlərinin həmin müəssisəsəyə aid olması faktları məhkəmə qaydasında ərizçiyə nəyə görə lazımdır? Ərizədə qeyd olunan faktlar məhkəmə tərəfindən təsdiq olunduqdan sonra ərizəçi “XXX” kiçik müəssisəsinin mərhum təsisçisinin varisi kimi X1 reyestrdən çıxarış alıb və sonra da hüquqi şəxsin səlahiyyətli şəxsi kimi uzun illərdir onlara məxsus olan torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış alınması üçün DƏDRX-in Naxçıvan şöbəsinə müraciət edəcəkdir. Məhz “XXX” kiçik müəssisəsinin təkcə adı “Orxan”dır deyə onun adından ərizəçinin müraciət e də bilməyi mümkündürmü? Və ya onun adı ilə başlasa da “XXX” kiçik müəssisinə hüquqi cəhətdən nə bağlılığı var? Məhz bu cür sadə suallara ona görə, cavab verilməlidir ki, ərizəçinin niyə məhkəmədən kömək istəməsinin başqa alternativi olmadığı müəyyən edilsin. Ancaq məhkəmə kömək etmək yerinə sənədlərin əsillərini görməzdən gəlmiṣdir. Hətta maraqlı şəxs belə iddiaya etiraz verib ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmədiyi halda məhkəmə obyektiv və ədalətli, qanuni qərarını qəbul etməmişdir. Lazımi sənədlərin alınmasının mümkünsüzlüyü dedikdə, mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilmə sinin mümkün olmaması başa düşülür. Hazırki vəziyyətdə ərizəçinin 1993-cü ildə təsis edilmiş bir müəssisəni qeydiyyatdan keçirməsi qeyri-mümkündür. Çünki həmin sənədlər arxivdə yoxdur və ya məhv olunub, itib. Həmin arxivdə olmayan bir sənədin dublikatının verilməsi isə gülüncdür. Çünki olmayan bir sənədin dublikatı necə verilə bilər? Məhz bu əsaslara məhkəmə formal istinad etməyib nəzərə alsa idi, o halda ərizənin nə qədər əsaslı və qanuni olduğu nəzərə alınardı. Bütün şərtlər ərizədə olmasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iş üzrə işin məhkəmədə baxılmamalı olması əsası ilə icraata xitam vermiṣdir.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)884/20245 saylı qərardadı ilə həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından ərizəçinin verdiyi şikayət b axılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2564/2025 nömrəli, 2025-ci il 4 aprel tarixli qərardadı ilə şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)

20. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, ərizəyə görə ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993-cü il tarixdə hüquqi şəxs olaraq “XXX” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsinin, müəssisənin yeganə təsisçisi və direktorunun mərhum xx.xx.1960-cı il tarixdə doğulmuş X4 olmasının, mərhuma məxsus müəssisədəki təsis payının – mirasın tərəfindən faktik i qəbul edilməsinin və müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarının “XXX” çoxsahəli kiçik müəssisəsinə məxsus olmasına dair tələblərinə xüsusi icraat qaydasında baxılaraq hüquqi əhəmiyyətli faktlar kimi müəyyən edilməsinə dair məhkəmə aktının qəbul edilməsindən ibarətdir.

21. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin qeyd etdiyi faktların hüquqi əhəmiyyətli fakt kimi xüsusi icraat qaydasında müəyyən edilməsinin yolverilməzliyi qənaətinə gələn birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq qeyd etmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şə xsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Eyni zamanda məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.

22. Apellyasiya instansiyası işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlm işdir ki, təsis edildiyi iddia edilən dövrdə qüvvədə olan qanunvericiliyə əsasən yaradılması, fəaliyyət göstərməsi müəyyən edilməyən bir müəssisəyə 31 il əvvəl torpaq sahəsinin ayrılması ehtimal olunan, hal-hazırda isə arxivdə aşkar olunmayan qərarın, müəssisənin möhür və ştamplarının mövcudluğu hazırkı ərizədə qeyd olunan tələblərə xüsusi icraat qaydasında baxılmasına əsas vermədiyindən, ərizəçinin hazırkı tələbləri ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olduğundan, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas olmadığından, ərizəçi tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Ərizəçi (vəkil Ərizəçi) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillər ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ərizə xususi icraat qaydasında baxılmalıdır və məhkəmədən kənar bu faktların təsdiqi mümkün deyil. Buna görə də ərizə üzrə icraata qeyd edilən mübahisələndirilən qərardadla yox, qətnamə ilə hüquqi qiymət verilməldir. Məhz ərizəyə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir, qərardad yox. Prosessual hüquq normasının pozulması ilə qəbul edilən qərardad isə iş üzrə tərəfin mənafeyinin, qanuni maraqlarının, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Məhkəmə qanunv ericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli № 3 Qərarı Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bənd 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan isti fadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Bənd 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, e ləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Bənd 1.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yox lamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Bənd 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sən ədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazıl maması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bənd

13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraa t qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Ərizəçi ərizəsində 4 faktın: 1) Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993-cü il tarixdə hüquqi şəxs olaraq “XXX” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi; 2) müəssisənin yeganə təsisçisi və direktorunun xx.xx.1960-cı il tarixdə doğulmuş mərhum X4nun olması; 3) X4na məxsus müəssisədəki təsis payının – mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi; 4) müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarının “XXX” çoxsahəli kiçik müəssisəsinə məxsus olması faktlarının müəyyən edilməsini xahiş etmişdir.

30. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən ona istinad etmişdir ki, 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi. İtən sənədlərin bərpasının mümkünsüzlüyü halına da istinad oluna bilməz, çünki hüquqi şəxsin təsis edilməsi xüsusi prosedur qaydaya tabedir və bu qaydaya əməl edilib müvafiq qeydiyyat sənədləri əldə edildikdən sonra həmin sənədlərin itməsinə istinad oluna bilərdi. Hazırkı halda isə müvafiq qeydiyyatın aparılmasına istinad olunur, lakin xüsusi qeydiyyat qaydası nəzərdə tutulan faktların özünün məhkəmə qaydasında təsdiq edilməsi yolverilməzdir.

31. Apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşmışdır.

32. Məhkəmə ko llegiyası hesab edir ki, qeyd edilən əsasla iş üzrə icraata xitam verilməsi düzgün olmamışdır.

33. Belə ki, işdən görünür ki, ərizəçi məhkəmə qaydasında tanıtmaq istədiyi ilk 2 fakta dair, yəni 1) 1993-cü il tarixdə hüquqi şəxs olaraq “XXX” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi; 2) müəssisənin yeganə təsisçisi və direktorunun xx.xx.1960cı il tarixdə doğulmuş mərhum X4nun olmasını göstərmiş, sübut kimi qeyd edilən hüquqi şəxsə aid arxiv məlumatlarının olmaması barədə arayışa, eləcə də müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarına istinad etmişdir.

34. Mülki Prosessual Məcəllənin 308-ci maddəsi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini mü əyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər.

35. Hazırki halda ərizəçi 1993-cü il tarixdə hüquqi şəxs olaraq “XXX” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi; həmin müəssisənin yeganə təsisçisi və direktorunun xx.xx.1960-cı il tarixdə doğulmuş mərhum X4nun olması faktının məhkəmə qaydasında tanıtmasını istəyir və dəlillərinə görə o, həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməmişdir. Eyni zamanda həmin faktlarla bağlı itirilmiş sənədləri bərpa etməyin mümkünlüyü də müəyyən edilməyib.

36. Birinci instansiya məhkəməsi həmçinin 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin nizamnamə və ya əsasnaməsinin təsdiq edilməli olması, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli olmasını qeyd etsə də, hüquqi şəxsin təsis edilməsinin ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilib-keçirilməməsinə aydınlıq gətirməmişdir.

37. Bu məsələyə aydınlıq gətirildiyi halda, qeyd edilən iki faktın məhkəmə qaydasında müəyyən edilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulan şərtlərin mövcudluğu istisna edilməyə də bilərdi.

38. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, hazırki hüquqi vəziyyətdə ortada bir əmlak mövcud deyil və hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsi ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət edir.

39. Görü ndüyü kimi, birinci instansiya məhkəməsi hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsinin ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət etməsi ilə razılaşmışdır.

40. Belə olan halda, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata bütövlükdə xitam verilməsi işin müəyyən edilmiş hallarına uyğun olmamışdır.

41. Həmçinin birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hüquqi şəxsin qeydiyyatı qaydalarına əməl edilib müvafiq qeydiyyat sənədləri əldə edildikdən sonra həmin sənədlərin itməsinə istinad oluna bilərdi.

42. Bu mövqe ona görə əsaslı sayıla bilməz ki, ərizəçi hüquqi şəxsin qeydiyyatı qaydalarına əməl edilməklə vaxtilə müvafiq qeydiyyat sənədlərinin olmasına, lakin onların hazırda olmamasın a, itirilməsinə və bərpasının da mümkünsüzlüyünə istinad etmişdir. Yəni ərizənin də mahiyyəti məhz elə bu, olmuşdur. Əks halda qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edilməsinə də zərurət qalmazdı.

43. Bundan əlavə, birinci instansiya məhkəməsi iş üzrə icraat xitam versə də, məsələ ilə bağlı ərizəçinin hansı orqana, nə məzmunda müraciət etməli olmasını göstərməmişdir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinin tələbinə görə isə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

44. Prosessual qanunvericiliyin təsbit etdiyi bu qaydanın məqsədi məhkəməyə müraciət edən şəxsin məhkəmədən əldə bilmədiyi hüquqi nəticənin başqa hansı yolla əldə bilməsinin mümkünlüyü ilə bağlı müəyyənliyin yaradılmasıdır.

45. Apellyasiya instansiyası məhkəməsi isə hazırkı ərizədə qeyd olunan tələblərə xüsusi icraat qaydasında baxılmasına əsas olmadığından, ərizəçinin hazırkı tələbləri ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir.

46. Mülki Prosessual Məcllənin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.

47. Prosessual normanın tələbinə görə məhkəməyə aid hüquq haqqında mübahisə olduğu halda ərizə baxılmamış saxlanılmalıdır.

48. Əvvəla, apellyasiya instansiyası məhkəməsi hazırki işdə məhkəməy ə aid hüquq haqqında mübahisənin olub-olmaması, bu mübahisənin nədən ibarət olmasına aydınlıq gətirmədən belə bir nəticəyə gəlmişdir.

49. Eləcə də apellyasiya instansiyası hüquq haqqında mübahisə olduğunu müəyyən etmişdisə, işin baxılmamış saxlanmalı olması barədə prosessual qaydaya əməl etmək əvəzinə, iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərardadına dəyişdirmədən saxlamaqla səhv nəticəyə gəlmişdir.

50. Beləliklə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxılarkən ərizəçinin məhkəmə qaydasında tanıtmaq istədiyi hər bir fakt üzrə işin məhkəmədə baxılması olması məsələlərinə aydınl ıq gətirməli, bununla bağlı zəruri sübutlara qiymət verməklə hansı faktlar üzrə iş üzə icraata xitam verilməsi, hansı faktlar üzrə isə işə mahiyyəti üzrə həll edilməsi halına qiymət verməli, bundan çıxış edilərək müvafiq əsaslı məhkəmə akt(lar)ı qəbul edilməlidir.

51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2564/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar