Məhkəmə qərarları › İş №2(102)-1772/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1772/2025

21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1772/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya baxışına xitam. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1226/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətindən imtina edilməsi barədə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1. **********10076 saylı abonent koduna 31 yanvar 2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, aktda abonent tərəfindən mənzildə təbii qazdan sayğacdankənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi qeyd edilmişdir. Nəticədə Cavabdeh tərəfindən İddiaçı verilmiş 27 may 2024-cü il tarixli xəbərdarlığa görə iddiaçıya 7569,4 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, fərdi ev (abonent kodu **********10076) ünvanına hesablanmış 7569,40 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(011)5429/2024 saylı qətnaməsi ilə (hakim İ.Abbasova) iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********10076) hesablanmış 7569,40 manat məbləğində borcu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 95,7 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən, 110 manat ekspertiza xərcinin cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir.

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-1226/2025 nömrəli mülki iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X. Sarıyev (sədrlik edən və məruzəçi), G. Axundova və F. Qasımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(011)-5429/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra cavabdehin vəkili Vəkil xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə təqdim edərək, yaranmış vəziyyətlə əlaqədar göndərilmiş kassasiya şikayətini geri götürmək zərurəti yara ndığından kassasiya şikayətini geri götürülməsini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

8. Maddə 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

9. Maddə 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.

10. Maddə 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası kassasiya şikayətindən imtina barədə ər izəni iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin kassasiya şikayəti olmadığı üçün qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1226/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməlidir.

12. Yuxarıda göstərilənləri əsasən və MPM-in 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh vəkili Vəkil kassasiya şikayətindən imtinası qəbul edilsin. Mülki iş üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar