Məhkəmə qərarları › İş №2(102)-1774/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1774/2019

06.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1774/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə,ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 mart 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-1836/2018 saylı mülki iş) “xxxx”MTK tərəfindən ünvan 1 ünvanda inşa e dilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158,4 olan mənzilin İddiaçı Zya təhvil verilməsi vəzifəsinin “xxxx” MTK-ya həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən, məruzəçi), V.Baxışova və N.Cəfərov, 2(103)-8934/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi cavabdeh “xxxx” MTK-ya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Z cavabdeh “xxxx” MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin icra edilərək mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəli lləri Cavabdeh “xxxx” MTK apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hans ı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə “xxxx”MTK arasında ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158,4 olan mənzilin tikintisinə dair 05.08.2008-ci il tarixdə müqavilə bağlanmış və iddiaçı tərəfindən həmin mənzilə görə 190080 manat pay haqqı ödənilmişdir. Bununla bağlı “xxxx”MTK tərəfindən iddiaçının adına müvafiq kassa mədaxil orderləri verilmişdir. İddiaçı tərəfindən mübahisəli mənzillərin pay haqları tam ödənildikdən sonra o, həmin mənzillər üzərində istifadə və sahiblik hüquqları əldə etmişdir. Lakin buna baxmayaraq iddiaçı mübahisəli mənzillərin ona təhvil verilməsi və orada təmir-tikinti işlərinin aparılması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu mənzili təhvil verməkdən imtina etmiş və iddiaçıya mənzil üzərində olan istifadə və sahiblik hüquqlarının həyata keçməsinə maneçilik törətmişdir. Cavabdeh “xxxx”MTK müqavilə üzrə mənzilin tikilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik yerinə yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin maddi əsası kimi Azərbaycan Respublikası MM-nin 385,386.1,178.8 maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki,apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi və prossesual hüquq normaları pozulmaqla qəbul edilmişdir. İşin materiallarından görünür ki, iddianı təmin edən məhkəmələr iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 avqust 2008-ci il tarixli müqaviləyə və iddiaçının cavabdehə 190080 manat pul ödəməsinə dair 5/Vİİİ-2008-ci il tarixli kassa mədaxil orderinə əsaslanmışdır. Lakin iş materiallarında olan müqavilə və kassa mədaxil orderi kserosurəti olmaqla, məhkəmənin istinad etməklə qərar qəbul etdiyi sənədlərin əsli və ya notariat qaydasında təsdiq edilmiş surətləri iş materiallarında olmamaqla MPM-nin 88, 89-cu maddələrinin tələbləri pozulmaqla qərar q əbul edilmişdir. Cavabdehin dəlillərindən görünür ki, iddiaçı cavabdehə nömrəsi olmayan mənzilə görə 190.080 manat məbləğində pul ödəməmiş, qarşılqlı razılaşmaya əsasən həmin mənzil iddiasının Neftçilər prospektində yerləşən yaşayış sahəsinin əvəzinə iddiaçıya verilmiş, sonradan onlar iddiaçının yaşayış sahəsinin kv.m ilə əlaqədar onları aldatdığını bilmiş, iddiaçıya məxsus yaşayış sahəsi cavabdehin istəyi ilə “xxxx”MTK-nın şəriklərindən biri XMun adına rəsmiləşdirilmiş, cavabdeh iddiaçının onu aldatması ilə əlaqədar aralarındakı razılaşmanın pozulmasını, ondan alınmış yaşayış sahəsinin ona qaytarılmasını, iddiaçının isə”xxxx” MTK ilə mənzilə dair imzalanmış müqavilənin və onun adına yazılmış guya mənzilə dair ödədiyi ödənişlərə dair sənədlərin qaytarılmasını tələb etmiş, iddiaçı ilə cavab deh arasında mübahisəli mənzillə bağlı 05 avqust 2008ci il tarixli müqavilənin və ödəniş sənədinin cavabdehə geri qaytarılması, cavabdehin isə pul vəsaitini hissə-hissə iddiaçıya qaytarılması barədə razılıq əldə olunmuş və həmin razılaşma əsasında cavabdeh artıq iddiaçıya 7000 manat pul qaytarmışdır. Lakin iddiaçı mübahisəli mənzilə dair “xxxx” MTK ilə arasında bağlanmış müqavilənin və maliyyə sənədini cavabdehə qaytarmamışdır. İddianı təmin edən məhkəmələr cavabdehin bu dəlillərini obyektiv yoxlayıb qiymətləndirməmişdir. Bundan əlavə kassasiya şikayətinə əlavə edilmiş məhkəmə qətnamələrindən görünür ki, 19 iyul 2006-cı il tarixdə “xxxx” ASC ilə “xxxx”MTK arasında bağlanmış 30 saylı ipoteka müqaviləsinə əsasən mübahisəli yaşayış sahəsinin də yerləşdiyi bina və həmin binadakı tikililər ipot eka ilə yüklü edilmiş, mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi barədə müqavilə isə mənzil ipoteka ilə yüklü edildikdən sonra 05 avqust 2008-ci il tarixdə bağlanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-71 saylı 10 fevral 2011-ci il tarixli qətnaməsi ilə “xxxx”MTK-dan 1689496,10 manat borcun tutulması və tutmanın “xxxx”MTK-ya məxsus Bakı şəhəri ÜNVAN 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən tikililərə (o cümlədən mübahisəli mənzilə) yönəldilməsi, torpaq və tikililərin açıq hərracdan satılaraq, bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsi qət edilib. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-352/2011 saylı 01 iyun 2011-ci il tarixli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-71 saylı 10 fevral 2011-ci il tarixli qətna məsi dəyişdirilmədən qüvvədə saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-352/2011 saylı 01 iyun 2011-ci il tarixli qətnaməsi ləğv olunmayıb, qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti,yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində müb ahisələndirilmir və yenidən sübut edilmir. Lakin iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən obyektiv hallarını nəzərə almamış, mübahisəli mənzilin ipoteka ilə yüklü edilib-edilməməsini aydınlaşdırmamışdır. xxxxının işə maraqlı şəxs kimi cəlb olunub-olunmaması məsələsini aydınlaşdırmadan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yenidən apellyasiya baxışı zamanı qərarda gösətərilənlərə əməl edilməklə iş üzrə qanuni nəticə yə gəlinməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MTK-nın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar