Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1774/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “14” “dekabr” “2022”-ci il tarixli 2(103)-6279/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 cavabdehlər Cavabdeh1-yə, Bakı şəhəri 3 saylı ASAN Xidmət Mərkəzində Notariat Kontoruna, Bakı şəhəri 53 saylı notariat ofisinə, Bakı şəhəri 12 saylı notariat ofisinə, X1 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “14” “dekabr” “2022”-ci il tarixli qətnaməsi İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsi qismən, yəni miras qalmış əmlaklar üzərində payların müəyyən edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Bak ı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən İddiaçı1 tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(102)-1774/2023 saylı qərardadı ilə İddiaçı1 kassasiya şikayəti icraata qəbul edilmişdir. Bundan sonra, hazırkı iş üzrə digər Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının “14” “dekabr” “2022”-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi 30 may 2023-cü il tarixli məktubla müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması ilə əlaqədar mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Odu r ki, hazırkı işdə kassasiya şikayəti verən Cavabdeh1-nin kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verib-verməməsi və şikayətin mümkünlüyü ilə bağlı digər hallar məhz apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalıdır. Bu məqsədlə İddiaçı1 kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv olunmalı, iş kassasiya baxışından çıxarılmalı və apelyasiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv ed ərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417.1.7-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ali Məhkəmənin Mülki Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(102)-1774/2023 saylı qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “14” “dekabr” “2022”-ci il tarixli 2(103)-6279/2022 saylı qətnaməsindən İddiaçı1 verdiyi kassasiya şikayəti baxışdan çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1774/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1774/2023
02.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver