Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1774/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və cavabdehin iddiaçıya məxsus əmlakdan çıxarılması” tələbinə iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdln etibarsızlığı, uydurma əqd, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X3 və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərki bdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(103)1187/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,0184 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 01 iyul 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin üzərində dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri inşa olunmuşdur.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsi İddiaçı 32000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb Cavabdeh2 verilməsi qət edilmişdir.
3. Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru Elşən Mirzəyevin 17 aprel 2015-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi əsasında icraat başlanmışdır. 4. 09 dekabr 2015-ci il tarixli müqavilə ilə İddiaçı özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0184 ha olan torpaq sahəsini Cavabdeh1 5300 manata satmışdır.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli qərardadı ilə təqdimatın qismən təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,0184 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qərarı ilə icra sənədinin icrası ilə əlaqədar İddiaçı Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinməsi və həmin Məcəllənin 21-ci maddəsi tətbiq edilməklə, ona xəbərdarlıq edilməsi qərara alınmışdır. 7. 01 dekabr 2016-cı il tarixli müqavilə ilə Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ümumi sahəsi 0,0184 ha olan torpaq sahəsini Cavabdeh2 5400 manata satılmışdır.
8. Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru Elşən Mirzəyevin 03 mart 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə, tələbkar Cavabdeh2 01 dekabr 2016-cı il tarixli ərizə ilə Qaradağ rayon İcra şöbəsinə müraciət edərək borclu tərəf ilə razılığa gəldiyini və heç bir şikayətinin olmadığını bildir diyindən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 mart 2015-cı il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir.
9. Cavabdeh2 mübahişəli torpaq sahəsini X1 (bu müqavilə hazırkı işdə mübahisələndirilmir). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş ********** say lı 22 yanvar 2020- ci il tarixli çıxarışın ləğv olunması, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində tikilmiş evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,0184 ha torpaq sahəsi 01 iyul 2011-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus olmuşdur. Cavabdeh2 2015-ci ildə məhkəmədə hazırkı iş üzrə iddiaçıya qarşı iddia qaldırmış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsi ilə ondan 32000 manat pulun tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. Həmin dövrdə torpaq sahəsinin əlindən çıxacağını düşünmüş, bu səbəbdən torpaq sahəsini ərinin qardaşı olan Cavabdeh1 adına rəsmiləşdirməyi qərara almışlar. Həmin torpaq sahəsi ndə sənədsiz iki ədəd iki otaqlı ev vardı, birində özü həyat yoldaşı ilə, digərində oğlu yaşayırdı. Qaynı Cavabdeh1 ilə aralarında olan razılaşmaya görə torpaq sahəsi formal olaraq sonuncunun adına rəsmiləşdirilməli, həmin torpaq sahəsində tikilmiş iki evdə onlar yaşamağa davam etməli idilər. Bu barədə 8 saylı notariat kontorunda 09 dekabr 2015-ci il tarixdə Cavabdeh1 ilə arasında formal olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə torpaq sahəsinin 5300 manata satılması qeyd edilsə də, aralarında heç bir pul münasibəti olmamış, yəni Cavabdeh1 ona hər hansı pul məbləği ödəməmişdir. Həmin alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Bundan sonra Kamal ona məxsus torpaq sahəsinə dair çıxarış almışdır. Cavabdeh1la razılaşmışlar ki, onun borcu qurtarandan sonra torpaq sahəsini ona qaytaracaqdır. Lakin, sonuncu həmin torpaq sahəsini iddiaçıya qaytarmamışdır. İddiaçı dəfələrlə torpaq sahəsinin öz adına qaytarılması barədə müraciət etsə də, Cavabdeh1 Cavabdeh2 çağırılmasını tələb etmiş, daha sonra torpağı onlara verəcəyini bildirmişdir. Cavabdeh2 isə iddiaçının qayını Cavabdeh1la əlbir olaraq, 2016-cı ildə iddiaçını və ailə üzvlərini icra məmurunun və polis əməkdaşlarının vasitəsi ilə borca görə evindən və torpaq sahəsindən zorla çıxarmışdır. Cavabdeh1 torpaq sahəsini 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına keçirmiş və 22 yanvar 2020-ci il tarixdə Cavabdeh2 həmin torpaq sahəsinə dair öz adına çıxarış almışdır. Göründüyü kimi, alqı-satqı müqavilələri tamamilə formal bağlanmış saxta əqdlərdir.
12. Cavabdeh1 birinci instansiya məhkəməs ində iddiaya etiraz edərək göstərmişdir ki, 2015-ci ildə qardaşı Camal həyat yoldaşı olan iddiaçının borc problemi səbəbindən axtarışda olduğunu, borca görə mülkiyyətində olan torpaq sahəsinin və üzərində tikilən evlərin itirilməsini istəmədiklərini bildirərək, torpaq sahəsinin formal olaraq onun adına keçirilməsini xahiş etmiş, o da bunu qəbul etmişdir. 09 dekabr 2015-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlamışlar, iddiaçıya hər hansı məbləğdə pul verməmiş, sənədləşmə xərclərini də iddiaçı tərəf özü vermişdir. Qeyd olunan müqavilə barədə iddiaçı tərəfin izahatları doğrudur, lakin digər müqavilə barədə deyilənlər doğru deyil. Belə ki, 2016-cı ildə qardaşı Camal borca görə Cavabdeh2 ilə razılaşdıqlarını, torpaq sahəsini Naidənin adına keçirməli olduqlarını bildirmiş, nətic ədə o, Camal, Rimma, Cavabdeh2 ilə birlikdə 01 dekabr 2016-cı il tarixdə notariusa gedərək torpaq sahəsini alqı- satqı müqaviləsi əsasında Naidənin mülkiyyətinə vermişdir. Rimma ilə Naidə arasında münasibətlərdən, hansı şərtlərlə razılaşma olduğundan onun məlumatı olmamış, onlar arasında hər hansı pulun alınıb verilməsinin şahidi olmamış, şəxsən ona hər hansı məbləğdə pul ödənilməmişdir. Torpaq sahəsinin Naidənin adına keçirilməsini ondan qardaşı Camal və həyat yoldaşı Rimma tələb etmişlər.
13. Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçıdan 32000 manat pulun tutularaq ona verilməsi qət edilmiş, həmin qətnamə üzrə borc məbləğindən iddiaçı bir manat belə ödəməmişdir. Məhkəmə qətnaməsi ni icra etmədiyinə görə o, tələbkar kimi şikayət etmiş, nəticədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsi tərəfindən iddiaçı saxlanılmışdır. Daha sonra müstəntiq onunla telefon vasitəsilə əlaqə saxlayaraq iddiaçının tutulduğunu bildirmiş və tərəf kimi onu İdarəyə çağırmışdır. İdarədə iddiaçının bacısı oğlu Elçin xalası Rimmanın bütün öhdəliklərini öz üzərinə götürdüyünü, bütün hərəkətlərə görə cavabdeh olduğunu bildirmiş və icradan imtina etməsini xahiş etmişdir. Elçinlə İdarədə olan danışıqlara əsasən onlar evə gəlmiş və Elçinin, Rimmanın, Camalın iştirakı ilə aralarında razılığa gəlmişlər. Belə ki, Rimmanın ona olan borcunun silinməsi müqabilində mübahisəli torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair razılıq olmuş, lakin Elçin əlavə olaraq torpaq sahəsinin dəyərinin borc məbləğindən çox olduğunu qeyd edərək, ondan 18.000 manat əlavə pul tələb etmişdir. O da buna razı olmuşdur. Faktiki olaraq torpaq sahəsini 50000 manata almaq barədə razılığa gəlmişdir. 18000 manatdan hər dəfə 6000 manat olmaqla iki dəfə pulu şəxsən Rimmaya və Camala vermiş, Rimmanın oğluna 10 ay ərzində hər dəfə 300 manat olmaqla ümumilikdə 3000 manat pul vermiş, qalan 3000 manat pulu isə Elçinin özünə vermişdir. 01 dekabr 2016-cı il tarixdə iddiaçının razılığı və Cavabdeh1 iştirakı ilə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni tarixdə o, ərizə ilə icra şöbəsinə müraciət edərək icradan imtina etmişdir. İddiaçı torpaq sahəsini və yaşadığı evi könüllü tərk etmişdir. Torpaq sahəsini aldıqdan sonra iki ev onun sahibliyində olmuşdur. Lakin, kənarda qalan üçüncü evi almağa görə əlavə olaraq Həsən adlı şəxsə 3000 manat, Akif adlı şəxsə 1ÜQ0O manat pul ödəmək məcburiyyətində qalmışdır.
14. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, iddiaçının həyat yoldaşıdır, cavabdeh Kamal isə onun qardaşıdır. Cavabdeh Naidə ilə həyat yoldaşı Rimma arasında borc problemi olmuş və 2015-ci ildə bu barədə qətnamə qəbul edilmişdir. Naidə Rimmanın borcuna görə mütəmadi olaraq şikayətlər etmiş, ona və ailəsinə qarşı təzyiqlər göstərmişdir. Borca görə torpaq sahəsini və yaşadıqları evi itirməmək üçün qardaşı Kamala etibar etmiş və torpağı müvəqqəti olaraq Kamalın adına keçirmişlər. Buna baxmayaraq Naidə icra məmurunun, polis əməkdaşlarının iştirakı ilə onları torpaq sahəsindən və yaşadıqları evdən zorla çıxarmışdır. Bundan sonra dəfələrlə Kamalda n torpağın sənədini geri qaytarmasını tələb etmiş, Kamal isə hər dəfə “Naidə gəlsin, Naidənin borcunu ödəyin, sonra” demiş, sənədi qaytarmaqdan imtina etmişdir. Torpaq sahəsinin Naidəyə satılması barədə heç bir razılaşma olmamış, Naidə tərəfindən iddiaçıya və ona hər hansı pul ödənilməmiş, torpaq sahəsinin Kamal tərəfindən Naidənin adına keçirilməsinə heç bir razılıq verilməmiş, bu barədə ümumiyyətlə məlumatları olmamışdır.
15. Şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı onun gəlinidir, Cavabdeh1 isə həyat yoldaşının oğlu olmuş, onu öz oğlu kimi böyütmüş, atalıq etmişdir. Tərəflər arasında mübahisədən ətraflı məlumatı olmamışdır. 7-8 il əvvəl oğlu Camal torpaq sahəsini müvəqqəti olaraq qardaşı Kamalın adına keçirəcəyini bildirmiş, daha sonra qardaşlar arasında mübahis ə yarandığını öyrənmiş, Kamaldan torpağın sənədlərini Camala qaytarmasını xahiş etmişdir.
16. Şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı qardaşı Camalın həyat yoldaşı, cavabdeh Kamal isə qardaşıdır, cavabdeh Naidəni tanımır. Tərəflər arasında mübahisədən ətraflı məlumatı olmamışdır. Alqı-satqı müqavilələri bağlanan zaman şəxsən iştirak etməyib. Sadəcə Kamal ona bildirmişdir ki, Rimmanın borclarına görə torpaq sahəsi Kamalın adına müvəqqəti olaraq keçirilmişdir.
17. Şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, iddiaçının bacısıdır, cavabdeh Kamal isə bacısının qaynıdır. Naidə ilə iddiaçı arasında borc mübahisəsi olmuşdur. İddiaçı qaynı Kamala inanaraq borclarına görə torpaq sahəsini müvəqqəti olaraq Kamalın adına keçirmişdir. Bundan sonra Kamal iddiaçı ya məxsus torpaq sahəsinə çıxarış almışdır. Kamalla razılaşmışlar ki, onun borcu qurtarandan sonra torpaq sahəsini iddiaçıya qaytaracaqdır. İddiaçı və ailə üzvlərini Cavabdeh2 icra məmurunun, kənardan gələn polis işçilərinin əli ilə qanunsuz olaraq zorla çıxarmış, iddiaçının evdən çıxarılmasına dair hər hansı qərar olmamışdır. Həmin vaxt torpaq sahəsinin hələ də Kamalın adına olduğunu güman edərək, hər hansı təhlükənin mövcudluğundan xəbərdar olmamışlar. Ancaq uzun müddət, 2024-cü ilə qədər Kamal sənədləri verməməkdə israr etdiyi üçün iddiaçı polisə şikayət etmiş və nəticədə öyrənmişdir ki, Kamal torpaq sahəsini ondan xəbərsiz Naidənin mülkiyyətinə vermişdir.
18. Şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, iddiaçı onun xalası, cavabdeh Kamal xalasının qayınıdır. Digər cava bdehi isə sonradan tanımışdır. Belə ki, təxminən 9 il əvvəl ona xalasının Ədliyyə Nazirliyinin İstintaq idarəsi tərəfindən tutulmasına dair zəng gəlmiş, o, hüquqşünas kimi bu məsələni araşdırmaq üçün həmin idarəyə yaxınlaşmışdır. Daha sonra Naidə xanım da həmin İdarəyə gəlmiş, problemin pul borcu ilə bağlı yarandığı aydın olmuş, Naidə xanıma borcun tez bir zamanda ödənəcəyi bildirilmiş, lakin borca görə torpaq sahəsinin satılması ilə bağlı hər hansı danışıq və razılaşma olmamışdır. Naidə xanım tərəfindən ona hər hansı pul məbləği ödənilməyib. Yalnız Naidə xanımı iddiaçının oğlu ilə tanış etmiş, Naidə xanım iddiaçının oğluna təxminən on ay ərzində hər ay 300 manat pul vermişdir, lakin həmin pulun verilmə səbəbi barədə onun məlumatı olmamış, həmçinin iddiaçının həmin dövrdə evdən çıxarılması ndan xəbərsiz olmuşdur. Hazırkı məhkəmə mübahisəsi zamanı Naidə xanım təxminən 2 ay əvvəl ona zəng edərək məhkəmədə şahid kimi onun xeyrinə danışmağını xahiş etmiş, lakin o, yalnız həqiqəti danışacağını bildirmişdir.
19. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(002)1862/24 nömrəli qətnaməsi ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, Bakı şəhəri 8 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, reyestrdə 4Ə-314 nömrəsi ilə qeyd edilmiş 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, reyestrdə 4Ə-344 nömrəsi ilə qeyd edilmiş 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli 22 yanvar 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş evdən çıxarılması qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 09 dekabr 2015-ci il tarixli müqavilə tərəflərinin özlərinin izahatlarına, şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara əsasən birmənalı olaraq ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış uydurma əqd olduğundan əhəmiyyətsizdir. Bundan əlavə, cavabdehlərin öz arasında bağladığı AN-İ seriyalı, ******* saylı, 01 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi də əhəmiyyətsiz əqd üzrə formal hüquq sahibi olan Cavabdeh1 əmlaka və hüquqa dair sərəncam vermək hüququ ol madığından, eyni zamanda həmin müqavilənin bağlanmasına iddiaçının razılığının olduğuna dair cavabdehlərin izahatlarında qeyd olunan dəlillər hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən və mülki iş üzrə sübutlarla (o cümlədən şahidlərin, hətta cavabdehlərin istinad etdikləri şahidlər Camal Əhmədovun, Elçin Məmmədovun ifadələri ilə) təkzib edildiyindən, etibarsız hesab olunmalıdır.
21. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 5.3, 141.1, 141.2, 152.1, 157.2, 324.1, 324.5, 324.6, 337.1, 337.3, 337.4, 340.1, 351.1, 354.1, 358.1, 384.0.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. Cavabdeh2 və üçüncü şəxs X4 ayrı-ayrılıqda apellyasiya şikayət ləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
23. Apellyasiya baxışı zamanı Cavabdeh1 vəfat etdiyi məlum olduğundan onun oğlu X16 cavabdehin prosessual hüquq varisi kimi işdə iştirak etməyə cəlb olunmuşdur.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(103)-1187/2025 nömrəli qətnaməsi ilə (hakim A.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Səlimova və M.Rüstəmli) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri 8 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli alqısatqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində tikilmiş evdən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
25. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçının tələbi 3 hissədən ibarətdir: 1) Mübahisəli torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız sayılması; 2) Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqısatqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş ********** saylı 22 yanvar 2020-ci il tarixli çıxarışın ləğv olunması; 3) cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində tikilmiş evdən çıxarılması.
26. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı ), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
27. Hazırkı işin hallarından və iddia ərizəsinin məzmunundan göründüyü kimi, İddiaçı 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsini ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün, ondan 32000 manat pulun tutulub Cavabdeh2 verilməsinə dair icra sənədinin icrasından yayınmaq məqsədilə bağlamışdır. Deməli, iddiaçı hüquqazidd hərəkət etməklə, gələcəkdə mübahisələndirilə bilən əqd bağladığını öncədən bilmişdir. İşə baxan məhkəmə də Mülki Məcəllənin 340.1 -ci maddəsini rəhbər tutaraq həmin müqaviləni uydurma əqd saymış və etibarsız hesab etmişdir.
28. Həmçinin, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından və apellyasiya baxışı zamanı tələb edilib öyrənilmiş icra işinin materiallarından müəyyən olunur ki, Qaradağ Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı 32000 manat pulun tutulub Cavabdeh2 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra məmurunun 17 aprel 2015-ci il tar ixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələb könüllü icra edilmədiyindən İddiaçı Qaradağ Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə təqsirli bilinmiş və həmin Məcəllənin 21-ci maddəsi tətbiq olunmaqla ona xəbərdarlıq edilmişdir. İddiaçı qətnamənin icrasından qərəzli olaraq yayındığına görə icra şöbəsinin təqdimatına əsasən onun haqqında Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanmışdır. Cavabdeh2 01 dekabr 2016-cı il tarixdə icra şöbəsinə ərizə yazaraq, borclu ilə razılığa gəldiklərini bildirmiş və icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. İcra məmurunun 03 mart 2017-ci il tarixli qəraailə icra sənədi üzrə icraata xitam verilmişdir. İstintaq orqanı da öz növbəsində cinayət işinin icraatına xitam vermişdir.
29. İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında icra sənədi üzrə verməli olduğu 32000 manatı Cavabdeh2 nağd şəkildə ödəmədiyini bildirmişdir. İşdən göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən ikinci müqavilə məhz elə 01 dekabr 2016- cı il tarixdə Cavabdeh1la Cavabdeh2 arasında bağlanmışdır. Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, o, 01 dekabr 2016-cı il tarixdə İddiaçı və iddiaçının əri Camal Əhmədovun xahişinə əsasən onlarla birlikdə notariat ofisinə getmiş və alqı-satqı müqaviləsi bağlamaqla mübahisəli torpaq sahəsini Cavabdeh2 mülkiyyətinə keçirmişdir. X18 Babayeva ilə razılaşdıqlarına görə torpaq sahəsini onun adına keçirməli olduqlarını bildirmişdir. Apellyasiya baxışı zamanı iş üzrə cavabdeh olan Cavab deh1 prosessual hüquq varisi Rəşad Qurbanov da eyni məzmunlu izahat vermişdir.
30. Bu fakt Cavabdeh2 tərəfindən təsdiq olunmuş və o, əlavə olaraq bildirmişdir ki, müqaviləyə qədərki danışıqlara və tərəflər arasında razılığa görə alqı-satqı müqaviləsi bağlanması ilə yanaşı o, İddiaçı əlavə olaraq 18000 manat da ödəməyi öhdəsinə götürmüş və həmin məbləği ona ödəmişdir. İddiaçı apellyasiya baxışı zamanı bu faktı təkzib edərək ona həmin məbləğin ödənilmədiyini bildirmişdir.
31. Apellyasiya kollegiyası işin apellyasiya baxışı zamanı araşdırılan hallarına əsasən müəyyən etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 alqı-satqı müqaviləsinin bağlandığı 01 dekabr 2016-cı il tarixədək bir-birilərini tanımamışlar. Bu hal tərəflərin izahatları ilə də təsdiq olunur.
32. Apellyasiya instansiyası məhkəməsi belə qə naətə gəlmişdir ki, 01 dekabr 2016cı il tarixli alqı-satqı müqaviləsi məhz tərəflər arasında İddiaçı barəsində başlanılmış cinayət və icra işləri üzrə əldə olunan razılığın nəticəsi olaraq bağlanmış və İddiaçı bu müqavilədən xəbərsiz olması ilə bağlı dəlilləri inandırıcı olmamaqla əsassızdır.
33. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
34. Bununla bağlı qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayə ti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
35. Apellyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı 09 dekabr 2015-ci il tarixli alqısatqı müqaviləsini bağlayarkən hüquqazidd hərəkət etdiyini, görünüş üçün uydurma əqd bağladığını bildiyindən və şüurlu surətdə buna yol verdiyindən o, həmin müqaviləni mübahisələndirmək hüququnu itirmişdir. 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirmək hüququ olmadığından 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi də onun tələbi üzrə etibarsız hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi onun bu tələbini hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 324.1, 324.5, 324.6, 337.1, 337.3, 340.1, 351.1, 35 8.1 -ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
37. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(103)-1187/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 324.1, 324.5, 324.6, 337.1, 337.3, 337.4, 340.1, 351.1, 358.1 -ci, Mülki Prosessual Məcəllənin 9, 14, 76, 77.1, 88, 372.1, 372.7-ci maddələrinin tələbləri pozulmuşdur.
39. Belə ki, 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olduğundan əhəmiyyətsi zdir. 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi isə əhəmiyyətsiz əqd üzrə formal hüquq sahibi olan Cavabdeh1 əmlaka və hüququna dair sərəncam vermək hüququ olmadığından eyni zamanda həmin müqavilənin bağlanmasından iddiaçının razılığı olmadığından etibarsızdır. Həmin uydurma əqd əsasında Cavabdeh1 iddiaçının əmlakını mənimsəyərək digər şəxsə satmışdır. Bununla da, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Lakin, məhkəmə bu faktları araşdırmamış və iddia tələbini əsassız hesab etmişdir. Hazırkı iş üzrə mübahisələndirilən ikinci müqavilə 01 dekabr 2016-cı il tarixdə Cavabdeh1la Cavabdeh2 arasında bağlanmışdır. Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatdan görünmüşdür ki, o, 01 dekabr 2016-cı il tarixdə İddiaçı və iddiaçının əri Camal Əhmədovun xahişinə əsasən onlarla bi rlikdə notariat ofisinə getmiş və alqı-satqı müqaviləsi bağlamaqla mübahisəli torpaq sahəsini Cavabdeh2 mülkiyyətinə keçirmişdir. X18 Babayeva ilə razılaşdıqlarına görə torpaq sahəsini onun adına keçirməli olduqlarını bildirmişdir. Apellyasiya baxışı zamanı iş üzrə cavabdeh olan Cavabdeh1 prosessual hüquq varisi Rəşad Qurbanov da eyni məzmunlu izahat vermişdir. Bu fakt Cavabdeh2 tərəfindən təsdiq olunmuş və o, əlavə olaraq bildirmişdir ki, müqaviləyə qədərki danışıqlara və tərəflər arasında razılığa görə alqı-satqı müqaviləsi bağlanması ilə yanaşı o, İddiaçı əlavə olaraq 18000 manat da ödəməyi öhdəsinə götürmüş və həmin məbləği ona ödəmişdir. İddiaçı apellyasiya baxışı zamanı bu faktı təkzib edərək ona həmin məbləğin ödənilmədiyini bildirmişdir. Lakin bu faktlar məhkəmə zamanı araşdırılmam ış, Cavabdeh2 18000 manat pulu İddiaçı verməsini desə də, buna dair heç bir sübut təqdim etməmişdir.
40. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1 -ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
41. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
42. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istina d etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 337.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2- ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.1 -ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 351.3- cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 351.4- cü maddəsinə əsasən əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. 425.1 -ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.3.2- ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2- ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4- cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1 -ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2- ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutu lmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1 -ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur.
47. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin yalan əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir.
48. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı mübahisələndirilən 09 dekabr 2015-ci il tarixli müqavilənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınmaq, yəni hüquqa zidd məqsədlə bağlandığını göstərməklə, onun uydurma əqd olmasını iddia edir.
49. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq iddiaçının bu tələbini hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir.
50. Qeyd olunm alıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021 -ci il 2 aprel tarixli, “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 aprel tarixli Qərarları).
51. Vicdanlıq prezumpsiyası ilə sıx b ağlı olan estoppel prinsipinə aydınlıq gətirən Konstitusiya Məhkəməsi izah etmişdir ki, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələn dirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda.
52. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin ye nidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
53. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri).
54. Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir.
55. G öründüyü kimi, apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiasını hüquqdan sui-istifadə kimi qiymətləndirməklə, Mülki Məcəllənin 425 və 560.3.2-ci maddələrini düzgün tətbiq etmişdir.
56. Cavabdeh2 iddiaçıya 18000 manat məbləğində vəsaitin ödənilməsinin araşdırılmamasına dair kassasiya şikayətinin dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçının müqavilələri mübahisələndirmək hüququ vicdanlılıq prinsipinə zidd hesab edildiyindən, cavabdehlər arasında bağlanmış 01 dekabr 2016-cı tarixli müqavilə bağlanarkən həmin vəsaitin iddiaçıya ödənilib-ödənilməməsi hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər ara sındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(103)- 1187/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.