Məhkəmə qərarları › İş №2(102)-1775/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1775/2023

12.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1775/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2(103)2193/2023 nömrəli qərardadından iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(008)64/2021 nömrəli qətnaməsi ilə (hakim A.Z.Rzayev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı “Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin alqı-satqısına dair 17 avqust 2012-ci il tarixdə bağlanmış AN-İ ******* saylı “daşınmaz əmlakın alqı-satqısına dair müqavilə”nin və Cavabdeh1 ilə Cavabdeh3 arasında həmin yaşayış evinin alqı-satqısına dair 06 mart 2013-cü il tarixdə bağlanmış AN-0338577 saylı “daşınmaz əmlakın alqı-satqısına dair müqavilə”nin etiba rsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

2. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2(103)-2193/2023 nömrəli qərardadı ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və F.Ş.Talışinskinin iştirakları ilə) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(008)-64/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi digər tərəflərlə bərabər 06 dekabr 2021-ci il tarixdə İddiaçı da göndərilmişdir. İddiaçı tərəfindən isə qətnamədən verilmiş apellyasiya şikayəti 27 dekabr 2022-ci il tarixdə, yəni 1 ildən də artıq müddət keçdikdən sonra elektron qaydada məhkəməyə təqdim edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-64/2021 saylı iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən yaşayış evi üzərindən həbsin götürülməsi ilə bağlı ərizə verilmiş, həmin ərizə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərardadı ilə təmin edilmiş, həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-64/2021 saylı iş üzrə 03 d ekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətini qeyd edilən əsaslara görə geri qaytarmalı olduğu halda, bu hala diqqət yetirmədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

6. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(103)-2193/2023 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya g öndərilməmiş və rəsmi təqdim edilməmişdir. Qətnamə iddiaçının müraciətinə əsasən ona verilmiş və bundan sonra müəyyən olunmuş müddətdə apellyasiya şikayəti verilmişdir.

8. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddət ötürülmüşdür.

12. Belə ki, iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının vəkilinin iştirakı ilə elan olunmuş və qətnamənin əsaslandırılmış surəti iddiaçının ünvanına poçt vasitəsi ilə 07 dekabr 2021-ci il tarixli rey estrlə göndərilmişdir. Qətnamənin iddiaçıya rəsmi təqdim edilməsini təsdiq edən xəbərnamə iş materiallarına əlavə olunmamışdır.

13. Bununla belə, iş materiallarından müəyyən olunur ki, qətnamənin qəbulundan sonra Cavabdeh2 QSC birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, müvəqqəti təminat tədbiri olaraq mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin üzərinə qoyulmuş qadağanların götürülməsini xahiş etmiş, həmin ərizəyə baxılması ilə bağlı 16 fevral 2022-ci il tarixə məhkəmə iclası təyin edilmiş, tərəflərə məhkəmə bildirişləri, o cümlədən iddiaçıya “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə SMS bildirişi göndərilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.

14. Həmin qərardadın surəti 04 mart 2022 -ci il tarixə iddiaçının vəkili Vəkil rəsmi olaraq təqdim olunmuş, sonuncu qərardaddan şikayət versə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərardadı ilə şikayəti geri qaytarılmış, həmin Məhkəmənin 09 iyun 2022-ci il tarixli qərardadı ilə isə iddiaçının təkrar şikayəti təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Yalnız bundan sonra iddiaçının vəkili Vəkil birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmənin qətnaməsi 02 dekabr 2022-ci il tarixdə rəsmi qaydada ona təqdim olunmuş və qətnamədən apellyasiya şikayəti verilmişdir.

16. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfin birinci instansiya məhkəməsinin qətnaməsinin mövcudluğundan məlumatı olmuş, o cümlədən məhkəmənin 16 fevral 2022ci il tarixli qərardadında və həmin qərardaddan iddiaçının verdiyi şikayətdə qətnamənin nəticəsinə istinad olunmuşdur.

17. Belə olan halda, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf olan iddiaçı qətnamənin surətini əldə etmədiyi halda vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Halbuki, o, qərardadın verilməsi üçün 04 mart 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı isə məlumatlı olduğu halda uzun zaman hərəkətsizlik və etinadsızlıq etmiş, yalnız qətnamənin qəbulundan 1 il keçdikdən sonra müraciət edərək qətnamənin surətini əldə etmiş və apellyasiya şi kayəti vermişdir.

18. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı tərəfin göstərilən davranışı prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirməlidir. Belə ki, iddiaçı tərəf məhkəmə aktını əldə etmək üçün elementar hərəkətlər etmək imkanında olmuşdur. Bu hərəkətlərin etməməsinin riskini isə iddiaçı özü daşımalıdır. 19. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X3 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

20. Beləliklə, məhkəmə kollegiyası h esab edir ki, iddiaçının apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2(103)-2193/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar