Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1775/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər İddiaçı və Cavabdeh X, (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X və Maraqlı şəxs) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, aldatma nəticəsində bağlanmış əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Həsənağa oğluna qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 103)-5222/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə 10 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942B, mənzil 125 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinksi küçəsi, 268, M4, m6) xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 2. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamış və xx.xx.2022-ci il tarixdə həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına mülkiyyət üzrə qeydiyyata alınmışdır.
3. Üçüncü şəxs Maraqlı şəxs anası X2 xx.xx.2022-ci ildə vəfat et mişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun əsasında cavabdehin adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd olunmuş faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin dəyəri X2 tərəfindən 2017-ci ildən kooperativə ödənilməklə iddiaçının adına sənədləşdirilmiş və həmin andan X1, oğlu X və qızı X ixtiyarına verilmişdir. X rəhmətə gedən günə kimi həmin mənzildə yaşamışdır. 2020ci ildə bütün özəlləşdirmə, çıxarışın onun adına alınmasına ba xmayaraq, bütün rüsumları Sədaqətin qızı X ödəmiş, hətta 95% mənzilin pulu Maraqlı şəxs tərəfindən ödənilmişdir. Çıxarışı alandan sonra mənzilin X adına rəsmiləşdirilməsi üçün pul lazım olduğundan bir müddət gözləmiş və 2021-ci ilin dekabr ayında x xanım ona zəng edərək dayısı Cavabdeh X oğlunun rəhbərliyi ilə göndərdiyi pulla notariusa gedib mənzili anası X2 adına rəsmiləşdirməyi xahiş etmişdir. Cavabdeh X oğlunun dediklərinə əməl edərək, ondan istədiyi sənədləri təqdim etmiş və sonuncu ondan xx.xx.2022-ci ildə, səhər saat 10-da 7 saylı notariusda olmasını istəmiş, bütün sənədləri həmin notariusda imzalamışdır. Bir qəpik də pul Cavabdeh X oğlundan almadan evə qayıtmışdır. Orda nələrin baş verməsindən, Cavabdeh hərəkətlərindən xəbərsiz olmuşdur. Hal-hazırda ona məlum olmuşdur ki, Cavabdeh X oğlu onu aldatmış, söz verdiyi kimi mənzili X1 adına rəsmiləşdirməyərək, ağır xəstəlik keçirmiş bacısı X xanımı və onu aldadaraq mənzili öz adına rəsmiləşdirmişdir.
6. Birinci instansiya məhkəməsində Cavabdeh X oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X onun bacısının qızıdır. Mübahisəli ev onun bacısının evi idi. Evin pulunu mərhum bacısı verib alıb. Bacısına o baxıb. X anasını atıb gedib. Bacısı sağ olanda x evə gəldi, lakin bacısı evə buraxmadı. Mərhum ona demişdir ki, evi ona verir. Ona görə də, o, bacısının pul verərək aldığı evi özünə bağışlatmışdır. Cavabdeh iş materiallarına əlavə olunmuş CD diskdə olan səs yazının ona məxsus olduğunu bildirmiş, X pulu bacısı X baxdığı üçün istədiyini, X xaricdə yaşadığından və anasına baxmadığından,bacısına o baxdığından, evi X q aytarmaq üçün ondan çəkdiyi xərclərin əvəzi olaraq pul istəmişdir.
7. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəməyə bildirmişdir ki, o, mübahisəli evdə ailəsi ilə birlikdə yaşayır. Evi 2014-cü ildə X alıb. O, həmin evi 2017-ci ildə X alıb. Evin pulunu kredit kimi aybaay ödəyib. O, işləməyə xarici ölkəyə getmişdi. Ona dedilər ki, 4000 manat pul versin evi anasının adına keçirsinlər. O, evin sənədləşmə işlərinin aparılmasını və evin anasın adına keçirilməsini dayısından xahiş etmişdir. Lakin cavabdeh olan dayısı evi öz adına keçirmişdir. O, qızı və anası ilə həmin evdə yaşayırdılar. O, cavabdehin həmin evi hansı əsasla öz adına rəsmiləşdirdiyini bilmir. O, evi onun adına rəsmiləşdirməyi dayısından xahiş etdikdə, sonuncu əgər ev satılarsa, ond an 20000 manat, yox öz adına rəsmiləşdirəcəksə 10000 manat pul istəmişdir.
8. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Xı məhkəməyə verdiyi izahatında bildirdi ki, mübahisəli ev onun anası tərəfindən alınıb. O, mərhum nənəsi ilə həmin evdə yaşayıb. Mübahisəli evin cavabdehə heç bir aidiyyatı yoxdur.
9. X3 bildirmişdir ki, X 2022-ci ildə 7 saylı Notariat ofisində tanış olub. O, həmin vaxtadək X tanımayıb. O, Ceyhunu uzun müddətdir ki, tanıyır. Hətta X ona borcu da olub. O, X X yanında olanda notariat kontorunda tanış olub. Həmin vaxt X ona dedi ki, bacısı X ev alıb, ona görə həmin evin sənədləşmə işləri aparılır. X orda ona bildirdi ki, bacısı X deyib evi X adına rəsmiləşdirsin.
10. Digər şahid X4 ifadəsində göstərdi ki, X onun dayısı oğlu, X isə əmisiqızıdır. O, mübahisəli evin yerləşdiyi binada qalır. O, o vaxt X X təklif edib ki, gəlib oradan ev alsın. X12 alıb. Ev alınan gündən də həmin evdə X anası X və X qızı birgə yaşayıblar. X qızı ilə heç bir problemi yox idi. X mübahisəli evi X bağışlamalı idi.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-963/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim E. Məmmədli) iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 7 saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı öz mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942B, 125 nömrəli mənzili (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinksi küçəsi, 268, M4, m6) xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh bağışlamışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək həmin bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş edir. İddiaçı öz tələbini onunla əsaslandırır ki, sözügedən bağışlama müqaviləsi bağlanarkən niyyəti əmlakı Maraqlı şəxs özgəninkiləşdirmək olmuşdur. Mübahisəli ev İddiaçı olmuş və o, həmin evin dəyəri tam almaqla satmışdır.
13. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli evin tam dəyəri ödənilməklə İddiaçı alınmış, eyni zamanda Cavabdeh evi alınması üçün hər-hansı vəsait ödəməmişdir.
14. Mübahsiəli hal ondan ibarətdir ki, mübahisəli evi X deyil, cavabdehin bacısı X almışdır və qızını sevmədiyinə görə həmin evi X bağışlamaq istəmiş və İddiaçı X istəyinə görə evi Cavabdeh bağışlamışdır.
15. Məhkəmə iclasında tədqiq edilmiş (dinlənilmiş) iş üzrə tərəflər arasındakı danışıqların əks olunduğu CD diskdə X adlı şəxs bildirir ki, əmlakı 100.000 manata sata bilsə, ondan 20.000 özünə götürüb qalanını X verəcək. Xanım dayısından birdən evi satmaq istəməsə, öz adına keçirmək istəsə ondan nə qədər istəyəcəyini soruşanda digər şəxs 10-15000 manat pul tələb etdiyini bildirir. Bundan sonra o, X müraciət edərək deyir ki, ev sənindir, həmin evdə də yaşayırsan, mənə nə vaxt zəng etsən gəlib evini istədiyin adamın adına keçirəcəm.
16. Məhkəmə hesab etmişdir ki, İddiaçı öz əmlakının dəyərini Maraqlı şəxs tam almaqla, hər hansı tanışlığı olmayan və hazırda həmin əmlakda yaşayan Maraqlı şəxs dayısı Cavabdeh bağışlaması həmin müqavilənin başqa əqdi pərdələmək məqsədi ilə bağlanmasına dəlalət edir. Bağışlama müqaviləsi əvəzsiz bağlanan müqavilə olmaqla, mənəvi dəyərlərə malik müqavilədir. Ona görə ki, müqavilə tərəfi kimi hədiyyə verən öz əmlakını digər şəxsə - hədiyyə alana verməklə onu zənginləşdirir, bunun müqabilində isə özü üçün heç bir əvəz almır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı ilə Cavabdeh arasında bağışlama müqaviləsi bağlanan zaman onların arasında mənəvi dəyərlərə əsaslanan münasibətin olmadığı müəyyən edilmişdir. Belə ki, işin ha llarından və hər iki tərəfin izahatından görünür ki, onlar müqavilədən əvvəl ümumiyyətlə bir-birini tanımamışdır. Cavabdeh bağışlama müqaviləsini bacısının tapşırığı ilə bağladığını, müqavilə bağlanarkən hər iki tərəfin niyyətinin notariat rüsumundan azad olmaq üçün bağışlama şəklində əslində alqı-satqı etmək olduğunu, əmlakın dəyərinin bacısı tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə iclasında tərəflər müqaviləni vahid niyyətlə bağlamadıqlarını nümayiş etdirmişlər. Belə olan halda, iddiaçının mübahisəli daşınmaz əmlakı heç bir əvəz almadan tanımadığı şəxsə – Cavabdeh bağışlamaq istəyində olması ağlabatan deyil.
17. Məhkəmə hesab etmişdir ki, mübahisəli əmlak İddiaçı haqqı ödənilməklə əldə edilmişdir. Göründüyü kimi müqavilənin motivi bağışlama deyil, mübahisəli əmlakın alqısatqı müqav iləsidir. Beləliklə, iddiaçının və cavabdehlərin izahatları, işin digər materialları məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli əmlak ilə əlaqədar bağlanmış bağışlama müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış əqddir. Müqavilə tərəflərinin əsas niyyəti alqı-satqının həyata keçirilməsi, həmçinin həmin alqı-satqının Cavabdehlə deyil, əslində evin dəyərini ödəyən X həyata keçirilməsi olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əslində başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış müqavilədir. İddiaçı və cavabdeh Maraqlı şəxs hər ikisinin izahatları ilə müəyyən edilir ki, mübahisəli əmlakın alqı-satqısı onlar arasında həyata keçirilmiş, Maraqlı şəxs hazırkı vaxtadək həmin ünvanda yaşayı r. Digər Cavabdeh də əmlaka dair haqq ödəmədiyini etiraf edərək, müqavilə üzrə özünün “alıcı” kimi çıxış etməsini bacısının bunu ona tapşırması ilə əsaslandırmış, lakin öz etirazına dair hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Tərəflərin izahatları və işin hallarından görünür ki, iddiaçı müqavilə bağlanarkən əmlakı Maraqlı şəxs xeyrinə özgəninkiləşdirmək niyyətində olmuşdur. Bu hal, yəni mübahisəli evin İddiaçı dəyəri ödənilməklə alınmasının, Cavabdeh isə müəyyən pul müqabilində həmin evin X qaytara bilməsi, eyni zamanda həmin evin X məxsus olmaqla sonuncunun orada yaşaması məhkəmə iclasında tədqiq edilmiş (dinlənilmiş) iş üzrə tərəflər arasındakı danışıqların əks olunduğu CD diskdə olan Cavabdehlə Maraqlı şəxs arasında olan danışıqlardan da müəyyən edilir.
18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlandığından, əslində iddiaçının mübahisəli evi satmaq məqsədi ilə tərəfə bağışladığından, eyni zamanda cavabdehin əslində həmin müqavilənin tərəfi olmamaqla onun həmin evlə hər-hansı bağlılığı olmadığından xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab olunmalıdır. Əmlakın özgəninkiləşdirilməsi barədə müqavilə etibarsız hesab edildiyindən, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da etibarsızdır. Odur ki, Cavabdeh adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir.
19. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.2, 152.3, 152.4, 157.8, 158.2, 324.1, 324.2, 324.3, 337.4, 337.1, 337.3, 337.5, 340.1, 340.2–ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı pretenziya qaydalarına əməl etməmiş, yəni, imtina haqqında bildirişin hədiyyə alana çatması, onun qüvvədə olması barədə məlumatı iş materiallarına əlavə etməmişdir. Mübahisənin predmeti bağışlama müqaviləsi olsa da, məhkəmə həmin müqaviləyə aid normalara istinad etməyərək maddi hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarını araşdırmamış, onlara düzgün qiymət verməmiş, iddiaçının izahatlarını sübut kimi qəbul etsə də, cavabdeh tərəfin verdiyi izahata inanmayaraq sübut kimi qəbul etməmiş, obyektiv yanaşılmamış, işə baxan hakim ehtimallarla yanaşmış, belə olan halda sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxmamışdır. İddiaçı onun adına verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq çıxarışın ləğv olun masını qət etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-522/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İ.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki hazırki iş üzrə mübahisələndirilən bağışlama müqaviləsini birinci instansiya məhkəməsi əhəmiyyətsiz əqd, yəni yalan əqd kimi qiymətləndirsə də, etibarsızlıq nəticəsini yaradan halların müqavilənin etibarsızlığının səbəbi kimi mübahisə edilən əqdlər növünə aid olduğuna dəlalət edir. Əlbəttə ki, tərəflər və üçüncü arasında mübahisə predmeti olan mənz illə bağlı münasibətlər o qədər qarışıq olmuşdur ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən əqdi yalan əqd hesab etməsi açıq-aşkar əsassız görünməyə bilər. Apellyasiya baxışı zamanı da müəyyən olundu ki, mübahisə predmeti olan mənzil hələ alındığı vaxtdan və sonradan xx.xx.2020-ci ildə iddiaçının adına mülkiyyət hüququ üzrə formal qeydə alınsa da, faktiki olaraq həmin mənzil Maraqlı şəxs və onun ailəsinə məxsus olmuşdur. Mənzildə iddiaçı heç vaxt yaşamamış, yalnız Maraqlı şəxs, onun qızı və mərhum anası X yaşamışdır. Mənzilin dəyəri də onlar tərəfindən ödənilmişdir. Maraqlı şəxs iddiaçının bibisi oğlu Rövşən Yarməmmədovun əmisi qızıdır və mənzili də Xvasitəsilə əldə etmişlər. Bu işin mübahisəsiz halıdır. Mənzil formal olaraq iddiaçının mülkiyyətində qaldığından, həm iddiaçı, hə m də üçüncü şəxs mənzilin anası X adına rəsmiləşdirmək barədə razılığa gəlmişlər. Əlbəttə ki, mənzilin X X adına rəsmiləşdirmək üçün hansısa özgəninkiləşdirmə üsulundan istifadə edilməli idi. Bunun alqı-satqı müqaviləsi olması da yuxarıda qeyd olunan səbəblərdən mümkünsüz idi. Çünki, onsuz da mənzilin dəyərini Maraqlı şəxs və onun ailəsi ödəmişdir. Alqı-satqı müqaviləsinin bağlanması üçün əsas yaranmamışdır. Çıxış, yolu kimi iddiaçı ilə üçün şəxs bağışlama yolu ilə mənzilin X mülkiyyətinə keçirilməsi barədə razılığa gəlmişlər. Lakin cavabdeh Maraqlı şəxs ölkədə olmamasından və anasının etibarından sui-istifadə edərək faktiki olaraq iddiaçını aldatmaqla bağışlama müqaviləsi əsasında mənzilin mülkiyyətinə keçməsinə nail olmuşdur.
24. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırki iddianın predmeti baxımından, yəni iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzillə bağlı bağlanmış bağışlama müqaviləsinin etibarsızlığının səbəbi aydınlaşdırılmaqla onun növü müəyyən edilməli idi. Lakin birinci instansiya məhkəməsi müqavilə tərəflərinin başqa əqdi pərdələmək üçün görünüş üçün yalan əqd-bağışlama müqaviləsi bağladıqları qənaətinə gəlmişdir.
25. Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunduğu kimi, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Baxmayaraq ki, iddiaçının yalan əqdi bağlamaq niyyəti olmamışdır, onun niyyəti yalnız özünə aid olmayan mənzili aid olan şəxsin mülkiyyətinə keçirmək olmuşdur. Hətta bu belə olmasaydı da, yəni bağı şlamaq yolu mənzili üçüncü şəxsin anasının mülkiyyətinə vermək niyyəti başqa əqdi pərdələmək kimi görünsə belə, cavabdehin niyyəti ümumiyyətlə yalan əqd bağlamaq olmamış, yaranmış şəraitdən istifadə edərək iddiaçını aldatmaqla mənzili öz mülkiyyətinə keçirmək olmuş və buna da nail olmuşdur. Ona görə də məhkəmə tərəfindən əqdin etibarsızlığının növü yalnız müqavilə tərəflərin niyyətinə və işin həqiqi hallarına uyğun müəyyən edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əqdın etibarsızlığının növünü mübahisələndirilən əqdlər kimi deyil, əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir.
26. Məhz qeyd olunan səbəblərə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə gö rə ləğv edilməsini apellyasiya instansiya məhkəməsi məqsədəmüvafiq hesab etmir. Çünki, məhkəmənin gəldiyi yekun nəticə düzgün olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu c ür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əqdlərin etibarsızlığı və hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin təkrar apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin predmeti bağ ışlama müqaviləsindən gələn öhdəlik olduğu halda məhkəmə öz mövqeyini əsaslandırarkən həmin maddənin normalarına istinad etməmiş, bununla da qətnamə maddi hüquq normalarına riayət edilmədən qəbul olunmuşdur. İşdən göründüyü kimi iddiaçı pretenziya qaydalarına əməl etməmiş, göründüyü kimi o, imtina haqqında bildirişin hədiyyə alana çatması, onun qüvvədə olması barədə məlumatı iş materiallarına əlavə etməmişdir. Məhkəmə qeyd etmişdir ki, “işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli evin tam dəyəri ödənilməklə İddiaçı alınmış, eyni zamanda Cavabdeh evi alınması üçün hər- hansı vəsait ödəməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, mübahisəli evi X deyil, cavabdehin bacısı X almışdır və qızını sevmədiyinə görə həmin evi Ceyhuna bağışlamaq istəmiş və İddiaçı X istəyinə görə evi C avabdeh bağışlamışdır”. iddiaçı tərəfin verdiyi izahatlara inanaraq sübut kimi qəbul etsə də, cavabdeh tərəfin verdiyi izahata inanmayaraq sübut kimi qəbul etməmiş, belə olan halda sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxmamışdır. Məhkəmənin işin hərtərəfli, obyektiv araşdırılmaması deməkdir. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarını araşdırmamış, onlara düzgün qiymət verməmiş, iddiaçı tərəfin verdiyi izahatlara inanaraq sübut kimi qəbul etsə də cavabdeh tərəfin verdiyi izahata inanmayaraq sübut kimi qəbul etməmiş, obyektiv yanaşılmamış, işə baxan hakim ehtimallarla yanaşmış, belə olan halda sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 30. 3-cü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi y olu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
35. Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, alda dılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
36. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
37. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının m ülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
38. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
39. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşaraq qeyd edir ki, qanunverici ba ğışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Əks halda iddiaçının da xüsusi mülkiyyətində olan mənzili cavabdehə bağışlamasının başqa motivi olmalıdır. Bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz aralarında danışaraq razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakını heç bir səbəb olmadan başqasına bağışlanmasının mümkünsüz olduğunu labüd edir. Bununla yanaşı, iddiaçı aldadılma olmasaydı mənzili bağışlamaqla hansısa bəhrələnmək məqsədi güdməmişdir. Bunu cavabd eh də inkar etmir. İddiaçı sadəcə formal olaraq mülkiyyətində qalan mənzili X yaxud onun anasının adına qeydə alınmasına nail olmaq istəmişdir. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də, iddiaçının aldanmasaydı onu zənginləşdirmək niyyəti olmamışdır. Buna görə aldadılması iddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Ona görə də bağışlama müqaviləsinin etibarsız hesab edilməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
49. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Başqa sözlə, hazırki işdə bağışlama müqaviləsini tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti deyil və işin mübahisəsiz halıdır. Göründüyü kimi, cavabdehin müqavilənin bağlanmasına dair aparılan danışıqlar və müqavilənin bağlanması zamanı yalan məlumat vermədiyini yaxud məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat verməmək kimi bir niyyətinin olmadığını və bununla da iddiaçını aldatmadığını sübut etmək yü kü artıq onun üzərinə düşür. Belə ki, ağlabatan mühakimə də təsdiq edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmasaydı hansı səbəbdən öz əmlakını əvəzsiz olaraq cavabdehin mülkiyyətinə verməlidir. Şübhəsiz ki, aldadılma olmasaydı, nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin öz əmlakını başqasının mülkiyyətinə əvəzsiz verməsinə dair bağışlama müqaviləsini bağlaması inandırıcı və ağlabatan deyildir. Göründüyü kimi, cavabdeh bu halları sübuta yetirə bilmir. Ona görə də, müqavilənin etibarsız hesab edilməsinə dair tələb əsaslı olduğundan təmin olunması da düzgün olmuşdur.
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflə rin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, apelyasiya şikayətinin dəlillərinə müffəsəl qiymət verilmiş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5222/2023 nömrəli mülki iş üzrə 09 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.