Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1777/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar X1, İddiaçı3 və İddiaçı2 cavabdeh Yasamal İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1777/21 (Açar sözlər: əqdin etibarsızlığı ) Bakı şəhəri, 03 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızndan, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdehnə qarşı “əqdin etibarsızlığı” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(103) -6919/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayətinə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 232972 manat məbləğində kompensasiya alaraq ünvan 1 ünvanında yerləşən 63 saylı yaşayış evindən Cavabdeh xeyrinə imtina etmişdir.
2. İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı3 296800 manat məbləğində kompensasiya alaraq ünvan 1 ünvanında yerləşən 63 saylı yaşayış evindən Cavabdeh xeyrinə imtina etmişdir.
3. Qeyd edilən müqavilələr qanunu qüvvəyə minmiş məhkəmə qərarları əsasında bağlanıb. Belə ki, qüvvədə olan məhkəmə qərarına əsasən ünvan 1 ünvanında yerləşən 63 saylı yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı İddiaçı1 232972 manat, İddiaçı3 və İddiaçı2 296800 manat məbləğində kompensasiya ödənilməklə ev boşaldılmalıdır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək X2 ilə Cavabdeh arasında 27.10.2018- ci il tarixli, 3M-799 saylı reyestrlə qeydə alınmış, İddiaçı3 ilə 06.11.2018-ci il tarixli, 3M-835 saylı reyestrlə qeydə alınmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi belə əsaslandırılıb ki, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 232972 manat məbləğində kompensasiya müqabilində qeydiyyatda olmaqla uzun müddət istifadəsində olan ünvan 1 ünvanında yerləşən 63 saylı yaşayış evindən Cavabdeh xeyrinə imtina edib.
6. Müqaviləyə əsasən İddiaçı1 yaşayış sahəsini müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 1 ay müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla evi boşaltmağı, Cavabdeh isə evi qəbul etməyi öhdəsinə götürüb.
7. İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı3 296800 manat məbləğində kompensasiya müqabilində qeydiyyatda olmaqla uzun müddət istifadəsində olan ünvan 1 ünvanında yerləşən 63 saylı yaşayış evindən Cavabdeh xeyrinə imtina edib.
8. Həmçinin İddiaçı3 da yaşayış sahəsini müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 1 ay müddətində boşaltmağı, Cavab deh isə onu qəbul etməyi öhdəsinə götürüb.
9. İddiaçılar sözügedən müqavilələrin məcburiyyət qarşısında imzalandığını bildirirlər.
10. İddiaçılar tələbin əsası kimi Mülki Məcəllənin 337, 560 və 567-ci maddələrinə istinad ediblər.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6911/2019 saylı, 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı3 iddiası təmin edilməmişdir. (hakim Fərid Əyyubov)
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6911/2019 saylı, 20 dekabr 2019-cu il tarixli qərardadı ilə mülki iş İddiaçı2 aid olan hissədə baxılmamış saxlanmışdır. Sonradan həmin qərardad apellyasiya instansiyası tərəfindən ləğv edilmiş, İddiaçı2 aid hissədə əlavə qətnamə qəbul edilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6911/2019 saylı 09 iyun 2020-ci il tarixli əlavə qətnaməsi ilə X2 ilə Cavabdeh arasında bağlanmış 27.10.2018- ci il tarixli, 3M-799 saylı reyestrlə qeydə alınmış, İddiaçı3 ilə bağlanmış 06.11.2018-ci il tarixli, 3M-835 saylı reyestrlə qeydə alınmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə İddiaçı2 da iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 232972 manat məbləğində kompensasiya alaraq daimi qeydiyyatda olmaqla uzun müddət istifadəsində olan, 27.10.2018-ci il tarixdə 43 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 831 olan forma 2 arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 63 saylı yaşayış evindən Cavabdeh xeyrinə imtina edir. İddiaçı1 yaşayış sahəsini müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 1 ay müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı, Cavabdeh isə onu qəbul etməyi öhdəsinə götürür. İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı3 296800 manat məbləğində kompensasiya alaraq daimi qeydiyyatda olmaqla uzun müddət istifadəsində olan, 05.11.2018-ci il tarixdə 43 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 870 olan forma 2 arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 63 saylı yaşayış evindən Cavabdeh xeyrinə imtina edir. İddiaçı3 da yaşayış sahəsini müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 1 ay müddətində boşaltmağı öhdəsinə götürüb.
15. Məhkəmə qeyd edib ki, İddiaçı1 və İddiaçı3 iddia tələblərində müqav ilənin etibarsızlığını qoysalar da, iş materialları ilə müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. İddiaçılar müqavilənin zor tətbiqi altında bağlanıldığına, məcburiyyət qarşısında qalıb müqaviləyə imza atdıqlarına istinad etmiş, lakin bu halları məhkəmə baxışında sübut edə bilməmişdirlər.
16. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən alğısatqı müqavilələrinin etibarsızlığı üçün əsas görməmişdir.
17. Məhkəmə mövqeyini Mülki Məcəllənin 337-ci maddəsi ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçılar apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
19. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
20. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(103)-6919/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6911/2019 saylı iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)
21. Apellyasiya məhkəməsi də qeyd edib ki, İddiaçı1 və İddiaçı3 iddia tələblərində müqavilənin etibarsızlığını sözügedən müqavilələrin məcburiyyət qarşısında imzalanması ilə əsaslandırsalar da, tələbin əsası kimi istinad istinad etdiyi hallara dair sübut təqdim etməyiblər.
22. Apellyasiya məhkəməsi vurğulayıb ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qəra rının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
23. Apellyasiya məhkəməsi hesab etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
24. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılar ının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı3 kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
27. Kassasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
28. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbi q edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası mə hkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə tam mübahisələndirildiyindən v ə apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
33. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayə tinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
34. İddia tələbi əqdin etibarsız hesab edilməsi barədədir. İddiaçılar müqaviləni zor tətbiq edilməsi nəticəsində məcburiyyət qarşında imzaladıqlarını bildiriblər. Belə olan təqdirdə, iddianın təmin edilməsinin əsas şərti məhz müqavilə bağlanarkən iddiaçılara zor tətbiq edilməsi və bunun nəticəsi olaraq iddiaçıların məcburiyyət qarşısında müqavilələri imzalaması halının müəyyən edilməsidir.
35. İddiaçılar müqavilə bağlanarkən onlara zor tətbiq edilməsinə istinad etsələr də, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçılara zor tətbiq edilməsi halı müəyyən edilməmişdir.
36. Araşdırılmış sübutlarla işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarət olub ki, iddiaçılar iddia tələblərində mü qavilənin etibarsızlığını sözügedən müqavilələrin məcburiyyət qarşısında imzalanması ilə əsaslandırsalar da, tələbin əsası kimi istinad istinad etdiyi hallara dair sübut təqdim etməyiblər.
37. Göründüyü kimi, apellyasiya instansiyası iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin 337.1-ci maddəsini düzgün tətbiq etmişdir. Çünki qeyd edilən maddənin dispozisiya şərtləri iddianın təmin edilməsini istisna etmişdir.
38. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inka r edənin deyil, iddia edənin üzərinə düşür.
39. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçıların üzərinə düşdüyü və buna baxmayaraq, onlar öz tələblərini işə mahiyyəti üzrə baxan məhkəmlərdə sübut edə bilməyiblər.
40. Apelyasiya məhkəməsi iş materiallarında olan sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.
41. Bu baxımdan, apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması barədə şikayətin dəlilləri əsasızdır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(103)-6919/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.