Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1779/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(103)10676/2018 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia tələbi qismən təmin edilmiş, ünvan 1 mənzilinin ½ hissəsinin x3 və ½ hissəsinin x4 hədiyyə edilməsi barədə x2 tərəfindən Bakı şəhəri 1 saylı notariat kontorunda bağlanmı ş 02.03.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında əldə edilmiş bütün hüquqların, o cümlədən hüquq müəyyənedici sənədlərin ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10676/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Hüseynov, X.Cəmilova, İ.Xəlilov) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(103)-10676/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əsgərov Səyad Güləhməd oğlu kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10676/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2, x3, x4 və Bakı şəhəri 1 saylı Notariat Kontoruna qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x5-nin cavabdeh x6 və x2 qarşı verilmiş iddia tələbi üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli, 2(006)-2004/2013 nömrəli qətnaməsinə əsasən tutma yönəlmiş ünvan 1 evin 50 kv.metr sahədən ibarət 3 saylı mənzilin ½ hissəsinin (25 kv.metr) x3 və ½ hissəsinin (25 kv.metr) x4 hədiyyə edilməsi barədə x2 tərəfindən Bakı şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış 02 mart 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilmə si və həmin müqavilə əsasında əldə edilmiş bütün hüquqların, o cümlədən hüquq müəyyənedici sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Əsgərov Səyad Güləhməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)10676/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)2004/2013 saylı, 04.06.2013-cü il tarixli qətnaməsi ilə x6 Bankın xeyrinə cəmi 25038,81 manat kredit borcu tutulmuş və tutma ipoteka predmeti olan mübahisəli mənzilə yönəldilmişdir. Qətnamə icra olunmuş, 14.05.2014-cü il tarixdə Bank mübahisəli mənzili açıq hərracdan almış, mənzilə Bankın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı Şəhə ri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6805/2014 saylı, 17.12.2014-cü il tarixli qətnaməsi ilə x2 Nəsimi rayon İcra şöbəsinə, Banka və qeyrilərinə qarşı iddiası təmin edilərək, mübahisəli mənzilə dair 14.05.2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-128 saylı protokol etibarsız hesab edilmiş və Bankın adına həmin mənzilə dair verilmiş çıxarış ləğv edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 8(006)-897/2014 saylı qərardadına əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2004/2013 saylı, 04.06.2013-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardad ləğv edilmiş, icra sənədi icra edilməsi üçün yenidən icraya yönə ldilmişdir. İşdə olan 02.03.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən x2 mübahisəli mənzilin ½ hissəsini (25 kv.m) x3 və ½ hissəsini (25 kv.m) x4 bağışlamışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 16.1, 269, 337-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələb mübahisəli mənzilə yönəldildiyindən bağışlama müqaviləsi etibarsız hesab edilməli və onun hüquqi nəticələri ləğv olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibə tdə nəzərə alınmalıdır ki, x2nın ipoteka predmeti olan mübahisəli əmlakı özgəninkiləşdirdiyi dövrdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2004/2013 saylı, 04.06.2013-cü il tarixli qətnaməsi qüvvədə olmuş və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə icraat təzələnmişdir. 14.05.2014-cü il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə tərəflər qanunun tələbinə əsasən həmin hərraca qədərki vəziyyətə qayıtdıqlarına görə mübahisəli mənzil ipoteka ilə yüklü olmuş, lakin cavabdeh x2 daşınmaz əmlakın dövlət reyestrində yüklülük barədə qeydin bərpa edilmədiyindən sui-istifadə edərək qanunsuz olaraq yüklü əmlakı özgəninkiləşdirmişdir. Kollegiya, həmçinin nəzərə alır ki, mülki qanunvericilik müqavilənin ləğvindən fərqli olaraq müqavilənin etibarsızlığı tələbi ilə çıxış etmək hüququna malik subyektlərin dairəsini müqavilə tərəfləri ilə məhdudlaşıdrmamışdır. Əksinə qanunvericilik müqavilə ilə hüquq və mənafelərinə ziyan dəymiş istənilən maraqlı şəxsin müqavilənin etibarsızlığı barədə mübahisə açmaq hüququnu istisna etmir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1779/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1779/2019
07.03.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver