Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1779/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc və əmlak” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-11175/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhk əməyə müraciət edərək, “Toyota Prado” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona verilməsi, borca görə 13500 manat, avtomobilin qanunsuz istifadəsinə görə əldən çıxmış fayda kimi 14490 manat, cavabdehin borcunun ödənilməsinə görə banka ödənilmiş 5705,61 ABŞ dolları məbləğin cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1606/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “X2 Prado” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq, İddiaçı verilməsi, Cavabdeh 13500 (on üç min beş yüz) manat və 5705,61 (beş min yedi yüz beş dollar altmış bir sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı) məbləğindəpul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Mədinə Bağırova) Cavabdeh qətnamənin ondan 13500 (on üç min beş yüz) manat və 5705,61 (beş min yedi yüz beş dollar altmış bir sent) ABŞ dolları məbləğində pulun tutulması hissəsindən apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3444/2018 saylı, xx xxxxxx 2018-ci iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1606/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Abiddin Hüseynov, Vahid Sadıqov) Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il t arixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3444/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11175/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdehn apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1606/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin Cavabdeh 13500 (on üç min beş yüz) manat və 5705,61 (beş min yedi yüz beş dollar altmış bir sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı) məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi) Vüqar Həsənov, Şərafət Məmmədova) İddiaçı və vəkili Vəkil kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq göstərdi ki, cavabdeh 13500 manat pulun ona verilməsini etiraf etsə d ə, apelyasiya instansiyası məhkəməsi həmin pulun borc məqsədilə verilməsinin sübuta yetirilməsi vəzifəsini düzgün olmayaraq iddiaçının üzərinə qoymuş, həmçinin 5705,61 ABŞ dollarına aid hissədə tələbin borc yox, reqress tələb kimi olmasına diqqət yetirməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsiinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıiddiaçının vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətiqismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11175/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qətnaməsi qismən – 5705,61 ABŞ dollarına aid iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız şikayət həddində, yəni borc məbləğinə aid iddia tələbinin təmin olunması hissəsində yoxladığı üçün kassas iya instansiyası da apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bu hissədə yoxlayır. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi də şikayətin belə dəlillərini araşdırmır və onlara qiymət vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək, müəyyən işlər üzrə (kassasiya şikayətindən dəlillərindən və s. asılı olaraq) aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Bu baxımdan hazırki iş üzrə də məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara istinad etməsi işin faktiki hallarını araşdırma qəbul edilməməlidir. İddia tələbindən görünür ki, iddiaçı 13500 manat hissədə tələbini həmin məbləğin borc kimi müxtəlif vaxtlarda cavabdehin kart hesabına köçürməsi, 5705,61 ABŞ dolları məbləğində pulun isə cavabdehin “Texnikabank”a olan borcunu ödəməsi ilə əsaslandırmışdır. Cavabdeh həmin hissədə iddiaya etirazını onunla əsaslandırıb ki, 13500 manat pul onların atasından qalan bağın satışından əldə olunmuş məbləğdir və iddiaçı həmin pulu hissə-hissə hər ay ona bank kartı vasitəsilə ödəyib, 5705,61 ABŞ dolları pul isə işlədiyi “Texnikabank”dan son haqq-hesab kimi ona verilməli məbləğ olub, verilmədiyi üçün bu məbləği kartdan çıxarıb, bank pulu geri tələb edəndə iddiaçı onun əvəzindən həmin pulu banka ödəyib. Apelyasiya instansiyası məhkəməsi 13500 manat borc tələbi hissəsində iddianı təmin etməyərkən cavabdehin həmin məbləğin ona məxsus olmasını bildirməsinə baxmayaraq, qeyd edilən məbləğin cavabdehə məhz borc verilməsinin iddiaçı tərəfindən sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası bu hissədə apelyasiya instansiyasının gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apelyasiya instansiya sının Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qərarında şərh olunan göstərişlərə uyğun olaraq 13500 manat hissədə iddianı sübutetmə vəzifəsinin iddiaçının üzərinə düşməsi barədə gəldiyi nəticə düzgündür. Həqiqətən də iddiaçı tərəfindən 13500 manat pulun cavabdehin bank kartı hesabına ödənilməsi təsdiqini tapsa da, iddiaçı həmin pulun cavabdehə borc qismində göndərilməsini sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə bu hissədə iddianı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası bu hissədə kassasiya şikayətinin dəlilini – 13500 manat pulu almasını cavabdehin etiraf etməsi, bununla da iddiaçının həmin pulu borc verməsi halının sübuta yetirilməsi – əsaslı saymır. Çünki bir halda ki, cavabdeh həmin p ulun onun özünə məxsus olmasını və borc olmamasını bildirir və tərəflər arasında bu məbləğə dair borc münasibətlərinin olmasını təsdiq edən hər hansı digər sübut da yoxdur, belə olan halda verilən məbləğin məhz borc olmasını sübuta yetirmək vəzifəsi iddiaçının, başqa sözlə inkar edən cavabdehin yox, iddia edən iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki mühakimə icraatında da sübutetmə yükünü bir qayda olaraq, inkar edən deyil, iddia edən daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini 13500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edib, həmin hissədə iddianı təmin etməmə klə düzgün nəticəyə gəlmişdir. Buna görə də qeyd edilən hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bununla belə, məhkəmə kollegiyası 5705,61 ABŞ dolları hissəsində iddianın rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Qətnamədən görünür ki, 5705,61 ABŞ dolları hissəsində də iddianın təmin edilməməsi nəticəsinə gələrkən apelyasiya instansiyası məhkəməsi həmin məbləğin cavabdehə borc verilməsi halının iddiaçı tərəfindən sübut edilməli olmasına baxmayaraq, iddiaçının bu halı sübut edə bilməməsinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi bu nəticəni də Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh olunan göstərişlərə uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, apelyasiya instansiyası məhkəməsi 5705,61 ABŞ dollarına adi hissədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarında şərh edilən göstərişlərə formal yanaşımış, 5705,61 ABŞ dollarının iddiaçı tərəfindən cavabdehə sonuncunun “Texnikabank”a olan borcunun ödənilməsinə yönəldiyini, bu faktın işdə olan ödəniş qəbzi ilə təsdiq, eləcə də cavabdehin özü tərəfindən də etiraf edilməsinə baxmayaraq, bunun nəyə görə nəzərə alınmadığını əsaslandırmamış, 5705,61 ABŞ dollarına aid hissədə tərəflərin hansı hüquq münasibətlərində olmasını, habelə cavabdehin həmin məbləğ miqdarında əsassız varlanıb-varlanmaması halını aydınlaşdırmamış, həmçinin iddiaçının vəkilinin bu barədə verdiyi vəsatət əsasında tam hüquqlu məhkəmə kimi araşdırma aparmamışdır. Ümumiyyətlə, qətnamədə iddianın qeyd edilən hissədə rədd edilməsi əsasları göstərilməyib. Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələbinə görə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi 5705,61 ABŞ dolları hissəsində iddia tələbinin təmin olunmaması nəticəsinə gələrkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin qeyd edilən hissədə ləğvi üçün əsasdır. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi qismən – 5705,61 ABŞ dollarına aid iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin 5705,61 ABŞ dollarına aid iddianın təmin olunmayan hissəsinin ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, bunun nəticəsi olaraq mübahisəyə hansı maddi hüquq normasının tətbiq edilməsini müəyyən etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11175/2019 nömrəli qətnaməsi qismən – 5705,61 ABŞ dollarına aid iddianın təmin olunmayan hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhk əməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1779/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1779/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver