Məhkəmə qərarları › İş №2(102)-1779/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1779/2024

04.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1779/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, iddia tələbindən kənara çıxma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-328/2023 nömrəli 6 noyabr 2023-cü il tarixli qətnaməsindən Əriz əçi və maraqlı şəxs Tağıyev Lətif Nəbi oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətkərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi, maraqlı şəxs Lətif Tağıyevin övladıdır.

2. Tağıyev Lətif Nəbi oğlu xx.xx.1951-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Ərizəçi xx xxxxxx 1982-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2021-ci il tarixli 6126 saylı məktubda göstərilmişdir ki, Tağıyev Nəbi Lətif oğlu xx.xx.2021-ci il tarixdə “qocalıq psixozu” diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuşdur, hazırda müalicəsi davam edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası Tağıyev Lətif Nəbi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Tağıyev Lətif Nəbi oğlu ünvan 2 ünvanında qeydiyyatda olsa da, bu ilin aprel ayınadək ünvan 3 ünvanında ərizəçi, ərizəçinin anası, həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayırdı. Atası son zamanlar özünü müstəqil idarə edə bilmir, əhval-ruhiyyəsi tez-tez dəyişir, gah yersiz gülür gah da acıqlı və kədərli olur, heç bir əsas olmadan əsəbiləşir və ya öz-özünə deyinir, verilən sualları anlamır, hərəkətlərinin mahiyyətinə varmır, öz hərəkətlərinin mənasını başa düşmür və onlara rəhbərlik edə bilmir, cürbəcür lazımsız əşyaları toplayır, öz ota ğında saxlayır, köhnə əşyaları atmağa və ya kiməsə verməyə icazə vermir, hər şeydən şübhələnir, deyinir. Gecə də narahatdır, yatmır, heç kimə demədən evdən çıxıb gedir, öz hərəkətlərinə tənqidi münasibəti qəti qəbul etmir. Həmçinin onun həmişə pis davranışları olmuşdur, lap cavan yaşlarından spirtli içki qəbul edib və həmişə də onun təsirindən evdə, işdə, qonşularla dava salmışdır, hazırda isə spirtli içki təsirindən etdiyi hərəkətlər psixi pozuntularla daha da kəskinləşib və idarə edilməz hal almışdır, evdə tez-tez dava salır, ərizəçinin yaşlı anasına - öz yoldaşına əl qaldırır, yatdığı otaqda bıçaq saxlayır, emosional gərgin olduqda həmin bıçaqla ailə üzvlərini ölümlə hədələyir. Bu hərəkətlər evdə yaşayanları, o cümlədən yetkinlik yaşına çatmayan nəvələrini həm qorxudur, həm də psixoloji baxımdan pis təsir edir, 66 saylı MKİS tərəfindən verilmiş, iş materiallarına əlavə olunmuş xasiyyətnamədən də görünür ki, L.Tağıyev qonşularla pis rəftar edir, içki aludəçisi olduğundan tez-tez dalaşır nalayiq sözlər deyir. Həmçinin L.Tağıyev 2021-ci ilin may iyun aylarında Narkoloji mərkəzdə alkoqol qəbulu nəticəsində asıllıq sindromu diaqnozu ilə müalicə almışdır, xx.xx.2021-ci il tarixdən isə Psixiatriya Xəstəxanasında stasionar qaydada müalicə alır.

7. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin “Qəyyumluq və himayəçilik komissiyası”nın nümayəndəsi E.M.Əhmədov ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmiş və iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin müvafiq rəyinin əsas götürülməsini xahiş etmişdir.

8. Azərbaycan R espublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli, 2124 saylı rəyində göstərilib ki, Tağıyev Lətif Nəbi oğlunda “damar mənşəli demensiya (ağıl zəifliyi), psixotik pozuntularla” qeyd olunur, Tağıyev Lətif Nəbi oğlu öz psixi vəziyyətinə görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6348/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) ərizə təmin edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Tağıyev Lətif Nəbi oğlu damar mənşəli demensiya (ağıl zəifliyi) psixi xəstəliyindən əziyyət çəkir, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında d eyildir. Bununla belə, Tağıyev Lətif Nəbi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8, 28.9-cu maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2, 320.2, 321.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Maraqlarına toxunan şəxs Tağıyev Lətif Nəbi oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Tağıyev Lətif Nəbi oğlu iddia olunanların əksinə, tam sərbəst şəkildə özünü idarə edən, heç bir psixoloji və sair narahatlığı olmayan şəxsdir. Onun barəsində hazırkı ərizənin məzmunundan da görü ndüyü kimi oğlunun etdiyi hərəkətlər sırf məkrli plandan ibarətdir. Bu isə onun əmlakını və sair hüquqlarını ələ keçirməkdən başqa bir şey deyildir. Məhkəmə tərəfindən Tağıyev Lətif Nəbi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istisna edən hallar müəyyən olunmadığı bildirilsə də, onun faktiki olaraq fəalliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün bütün zəruri məktublar “yığılaraq” məhkəməyə təqdim edilmişdir. Bu isə onun mülkiyyət və sair hüquqlarını ələ keçirmək üçün ona qarşı olan planın bir parçasıdır.

14. Apelyasiya instansiyası məhkəməsi Tağıyev Lətif Nəbi oğlunun barəsində təkrar kompleks məhkəmə-tibbi və stasionar məhkəmə-psixiatrik ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsi ilk olaraq məhkəmə tibbi-ekspertiza hissəsində Azərbaycan Respublikası Səhiyyə Naz irliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoiya Birliyi” PHŞ-yə və daha sonra stasionar məhkəmə-psixiatrik ekspertizası hissəsində “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ -yə həvalə edilmişdir.

15. Məhkəmə Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Ərizəçi adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq rəy verilmişdir. Rəydə suallara cavab olaraq bildirilmişdir ki, Ərizəçi adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda beyni qidalandıran damarlarda stenozlar təyin olunmur və damarların zədələnməsinə səbəb olacaq xəstəliklər müəyyən edilməyib. “Ege Hospital”da tərtib edilmiş xx.xx.2023-cü il tarixdə aparılmış MRT müayinəsi zam anı Ərizəçi supratentorial sahədə bir neçə ədəd işemik-qliotik ocağın olduğu müəyyən edilmişdir. Psixi Sağlamlıq Mərkəzi PHŞ-də Ərizəçi adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixdə həkim-psixiatr komissiyası tərəfindən onun müayinəsi aparılmış və psixi pozuntuların olmadığı, yaşına uyğun norma çərçivəsində koqnitiv funksiyaların nisbətən aşağı olması, anamnezdə isə psixi sağlamlığı ilə bağlı problem yaşamadığı müəyyən edilmişdir. 16. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Tağıyev Lətifdə müəyyən edilən vaskulyar demensiyanın dalğavari gedişə malik xroniki psixi patologiya olması, bununla yanaşı xroniki alkoholizm və keçmiş travmanın uzaq nəticələri kimi baş-beyin toxumasında yarana biləcək dam ar mənşəli dəyişikliklərin artması (əldə olan tibbi sənədlərə əsasən baş beyin toxumasında işemikqliotik dəyişikliklər müşahidə olunur) qeyd olunan əsas patologiyanın təkrar kəskinləşməsinə, əvvəllər də qeyd olunan əlamətlərin təkrarlanmasına və ya daha da dərinləşməsinə gətirib çıxara bilər. L.N.Tağıyevdə qeyd olunan əsas psixi patologiya onun tam fəaliyyət qabiliyyətli hesab olunmasına əsas vermir. Yoxlanılan şəxs Lətif Tağıyevin xroniki alkoholizmdən əziyyət çəkməsi onun məhdud fəaliyyət qabiliyyətli hesab olunmasına əsas verir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-328/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizə qismən təmin edilmiş, Tağıyev Lətif Nəbi oğlu məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş Tağıyev Lətif Nəbi oğlunun üzərində himayəçi təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində icraat zamanı Tağıyev Lətif Nəbi oğlunun fəaliyyət qabiliyyətsiz olması barədə verilmiş rəyi deyil, apellyasiya icraatı zamanı verilmiş rəyi əsas götürməsini onunla izah etmişdir ki, apellyasiya icraatı zamanı verilmiş rəy şəxsin stasionar müayinəsi əsasında daha dəqiq və detallı müayinəsi nəticəsində veri lmişdir.

19. Həmçinin kollegiya nəzərə almışdır ki, birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2021-ci il tarixli rəy hazırkı rəydən təxminən 2 il əvvəl verilmişdir. Belə olan halda, yoxlanılan şəxsin 2 illik müddət ərzində səhhətində baş vermiş dəyişikliklər, yaxşılaşması və ya ağırlaşması hallarının olub-olmaması sonradan verilmiş rəylərdə öz əksini tapa bilər. Şəxsin vəziyyətinə 2 il əvvəl verilmiş rəy üzrə qiymət verilməsi onun səhhətinin son vəziyyəti üzrə qiymətləndirmə aparılmasına mane ola bilər.

20. Kollegiya hesab etmişdir ki, iş materiallarında olan digər tibbi sənədlərin də tədqiq edildiyi, stasionar müayinə əsasında daha ətraflı tədqiqatın aparıldığı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspert rəyləri əsas götürülməklə qərar qəbul edilməlidir.

21. Məh kəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.1, 32.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2, 320.2, 321.2-ci maddələrin tələblərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Ərizəçi (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin tam şəkildə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən “Psixiatriya yardımı haqında” Azərbaycan Respublikasının Qanunun 8.1.-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, həm məhkəmə, həm də Lətif Tağıyevin nümayəndələri tərəfindən onun müxtəlif profilli həkimlərə göstərməklə ümumi sağlamlığının vəziyyətinə dair müayinələr aparılaraq ps ixi sağlam kimi təqdim edilməsinə çalışılmışdır. Məhkəmə Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli ekspert rəylərini verən 3 mütəxəssisin heç biri həkim-psixiatr olmamışdır. Ümumiyyətlə həmin mütəxəssislərin tibbin hansı sahəsi üzrə mütəxəssis olduğu belə məlum deyil, məhkəmə üçün təqdim edilən rəydə də ancaq vəzifələri (şöbə rəisi, dosent və s) və iş yerləri qeyd edilib.

24. Ərizəçi hesab etmişdir ki, məhkəmə tərəfindən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 127 saylı rəyi düzgün tətbiq edilməyib. Tağıyev Lətif Nəbi oğlunda qeyd olunan əsas psixi patologiya onun tam fəaliyyət qabiliyyətli hesab olunmasına əsas vermir.” Göründüyü kimi L.Tağıyevin psixi vəziyyəti yaxşılığa doğru dəyişməyib.

25. Maraqlı şəxs (Vəkil6) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tağıyev Lətif Nəbi oğlu ümumiyyətlə spirtli içki qəbul etmir və iş materiallarında bunu təsdiq edəcək hər hansı bir sübut mövcud deyildir. Məhkəmə Mülki Məcəllənin 32.1-ci maddəsinin tələblərini nəzərə almamış və ümumiyyətlə belə halları araşdırmaqdan imtina etmişdir.

27. Məhkəmə tərəfindən “ekspert rəyi”nə istinad edilmiş və nəzərdən qaçırılmışdır ki, ekspert onun qarşısında sual qoyulmasına baxmayaraq hesab etmişdir ki, şəxs məhdud fəaliyyət qabiliyyətli hesab edilə bilər. Halbuki, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi üçün ekspertizanın keçirilməsini qanunverici nəzərdə tutmamışdır. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

30. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab ed ilə bilər.

31. Maddə 28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.

32. Maddə 32.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki ş əxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər.

33. Maddə 32.2. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

40. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından a sılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.

41. Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır.

42. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ol a bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

47. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə ərizəçi və maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə prosessual hüquq normaları pozulmaqla çıxarıldığına görə qətnamə ləğv olunmalı və yeni qərar çıxarılmaqla ərizə təmin edilməməlidir.

52. Belə ki, ərizəçinin tələbi atası Tağıyev Lətif Nəbi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasıdır. Lakin məhkəmə iddia tələbindən kənara çıxaraq, Lətif Tağıyevin məhdud fəaliyyət qabiliyyətli hesab olunması barədə qətnamə çıxarmışdır.

53. Nəzərə alınmalıdır ki, bir qayda olaraq 18 yaşına şatmış şəxs tam fəaliyyət qabiliyyətli hesab edilir və həmin andan öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətinə malik olur. Tam fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməsi ilə bağlıdır.

54. Belə ki, fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş h allarda və qaydada məhdudlaşdırıla bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək iqtidarında olmadığı halda fəalyyət qabiliyyəti olmayan hesab edilə bilər. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti isə məhkəmə tərəfindən məhdudlaşdırıla bilər.

55. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

56. Şəxsin fəaliyyət qabiliyyəti olmaya n hesab edilməsinin hüquqi nəticəsi olaraq, həmin şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər.

57. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər.

58. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxsin üzərində isə himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər.

59. Göründüyü kimi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə tələblə, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab olunması barədə tələbin hüquqi əsasları və buna müvafiq olaraq hüquqi nəticələri də bir-birindən fərqlənir.

60. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmi yyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

61. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür.

62. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

63. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu maddə “ne ultra petita” prinsipini nəzərdə tutur və mülki prosesdə dispozitivlik prinsipinin qüvvədə olduğunu təsdiq edir. Həmin norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisəni həll etsin. İddia tələbi onun əsaslandığı maddi hüquq norma sının dispozisiya şərtlərinin müəyyən olunması əsasında işin hallarının araşdırılma sərhədlərini müəyyən edir.

64. İddia tələbindən kənara çıxma isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirilir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə q ətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.

65. Beləliklə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Baxılan işdə ərizəçinin atası Tağıyev Lətif Nəbi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb etdiyi və iddia tələbindən kənara çıxmağa qanunda göstərilən müstəsna hallar olmadığı halda, işə baxmış məhkəmə iddia tələbindən kənara çıxaraq, Lətif Tağıyevin məhdud fəaliyyət qabiliyyətli hesab etməklə MPM-nin 218.3-cü maddəsinin tələbini pozmuşdur.

66. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

67. Həmin Məcəllənin 417.1.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Ərizəçi kassasiya şikayəti qismən təmin edilsin. Tağıyev Lətif Nəbi oğlunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-328/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. Ərizəçi atası Tağıyev Lətif Nəbi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar