Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1780/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, ilkin iddia üzrə iddiaçı X1 və vəkili Vəkil iştirakları ilə, ilkin iddia üzrə iddiaçı X1 və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin03 aprel 2018-ci il tarixli qətnaməsiilə (C.T.Qədimov, iş2(010)-510/18) X1 ilkin iddiası təmin edilərək mərhum X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçının ½ (ikidə bir) hissədə payının müəyyən edilməsi, ona müvafiq vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 10 saylı notariat kontoruna həvalə olunması, Cavabdeh3 qarşılıqlı iddiasının qismən təmin edilməsi, mərhum X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka Cavabdeh3 ¼ (dörddə bir) hissədə payının müəyyən edilmasini, ona müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 10 saylı notariat kontoruna həvalə olunması, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, iddiaçı X iddiasının qismən təmin edilmasi, mərhum X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka onun ¼ (dörddə bir) hissədə payının müəyyən edilməsi, ona müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 10 saylı notariat kontoruna həvalə olunması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov, iş2(103)-8562/2018) Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-510/2018 saylı, 03 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, yeni qətnamənin qəbul edilməsi, iddiaçı X1 ilkin iddiasının rədd edilməsi, Cavabdeh3 qarşılıqlı və X iddiasının qismən təmin edilməsi, mərhum X12 miras qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, A.Şəfiyev küçəsi, 4 saylı evin və 0,03367 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh3, ½ hissəsinə isə X paylarının müəyyən edilməsi və buna uyğun olaraq onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 10 saylı notariat kontoruna həvalə edilməsi qət edilmiş,Cavabdeh3 qarşılıqlı və X iddiası qalan hissədə rədd edilmişdir. İlkin iddia üzrə iddiaçı X5 və vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahişetmişlər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı X5 və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəlazımiqaydadaxəbərverilmiş, Bakı şəhəri, 10 saylı notariat kontoru məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin işt irakı olmadan keçirilməsini xahiş etmiş, digər tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı X5 cavabdehlər x2, Cavabdeh2, Bakı şəhəri 10 saylı Notariat Kontoru və Cavabdeh3 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 10 saylı notariat kontoru tərəfindən 31 oktyabr 1991-ci ildə təsdiqlənmiş, K-13-3046 nömrəsi ilə reyestrdə qeydə alınmış vəsiyyətnamə əsasında nənəsi X1 miras qalmış, ünvan 2 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi üzrə vərəsəlik payının müəyyən edilməsinə və vərəsəlik şəhadətnaməsi verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3nın 31 oktya br 1991-ci ildə təsdiqlənmiş K-13-3046 nömrəsi ilə reyestrdə qeydə alınmış vəsiyyətnaməsinin etibarsız hesab edilməsinə, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə, ünvan 3 ünvanında yerləşən mülkdə, ona vərəsə kimi məxsus olan payda yerləşən anası X3nın vaxtilə yaşadığı qeyri-qanuni tikilinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı x2 cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçının 31 oktyabr 1991-ci il tarixli vəsiyyətnamə üzrə Bakı şəhəri, Suraxanı rayonu, A.Şəfiyev küçəsində yerləşən 4 nömrəli evə olan miras payını qanunla nəzərdə tutulmuş müddət ərzində qəbul etməməsinin həmin miras əmlakdan imtinası kimi hesab olunmasına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşın maz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən anası x2 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, A.Şəfiyev küçəsində yerləşən 4 nömrəli yaşayış evinin və həmin evin altında yerləşən 0,03367 ha torpaq sahəsinin 1/3 hissəsinin 18 noyabr 2012-ci ildə onun tərəfindən faktik qəbul edildiyinə görə həmin əmlaka dair vərəsəlik hüququnun tanınmasına və həmin payın onun mülkiyəti sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan mülki işlər bir icraatda birləşdirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı X5 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işəbaxılanzaman işin halları araşdı rılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçı X3 və vəkili dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya inst ansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, x1 09 fevral 1934-cü ildə Bakı şəhərində doğulmuş, atası X2, anası X3dır. x1nun atası X9 Vətən Müharibəsi dövründə orduya çağırılmış və 1942-ci ildə cəbhədə itkin düşmüşdür. x1nun anası X3 18 noyabr 2002-ci ildə Bakı şəhərində ölmüşdür. x1 14 oktyabr 1983-cü ildə Bakı şəhərində ölmüşdür. X6 29 avqust 1965-ci ildə Bakı şəhərində doğulmuşdur. X7, anası X8r. X6 29 iyun 1990-cı ildə X10 ilə nikah bağlamış və Mekrailova soyadını qəbul etmişdir. x2 24 dekabr 1936-cı ildə Bakı şəhərində doğulmuş, atası X2, anası X3dır. Cavabdeh3 16 iyul 1939-cu ildə Bakı şəhərində doğulmuş, atası X2, anası X3dır. Cavabdeh2 21 noyabr 1966-cı ildə Bakı şəhərində doğulmuş, X7, anası X8r. İş materiallarında olan Bakı şəhəri, 10 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 31 oktyabr 1991-ci il tarixli vəsiyyətnamə ilə müəyyən olunur ki, Bakı şəhəri, Kirov qəsəbəsi, Kirov küçəsində yerləşən 4 nömrəli evdə yaşayan X3 vəfat edəcəyi gün ona məxsus olan, harada və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlakını, o cümlədən, yuxarıda göstərilən ünvanda yerləşən yaşayış evini iddiaçina vəsiyyət etmişdir. İşdə olan Daşınmaz əmlakın dövlət reyestrindən RX s eriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, A.Şəfiyev küçəsində yerləşən 4 nömrəli ev və ona aid olan 0,03367 ha torpaq sahəsi 15 avqust 2017-ci ildə mülkiyyət hüququ ilə mərhum X3nın adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan normalardan göründüyü kimi, qanunvericilikdə miras əmlakın qəbulunun aşağıda göstərilən 2 (iki) forması nəzərdə tutulmuşdur. - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə ərizə vermək; (mirasın qəbul edilməsinin formal üsulu) - əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq. (mirasın qəbul edilməsinin qeyri-formal üsulu) Göründüyü kimi, mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özünün də 2 (iki) növü var. - miras əmlaka faktiki sahiblik etmək; - miras əmlakı faktiki idarə etmək. Miras əmlaka faktiki sahiblik etmək konkludent hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir, təsdiqləyir. (vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin həmin mənzildə yaşam aqda davam etməsi, vərəsənin miras qoyana məxsus əşyalardan faktiki istifadə etməsi, miras qoyana məxsus əşyaları özünün yaşadığı mənzilə aparması və s. kimi hərəkətlər buna misal ola bilər.) Miras əmlakı faktiki idarə etmək vərəsənin miras əmlaka özünkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verən hərəkətlərin edilməsində ifadə olunur və bu hal bir qayda olaraq, vərəsənin həmin əmlaka yiyələnməsindən sonra baş verir. (miras qoyanın əmlakını lazımi vəziyyətdə saxlamaq, miras qoyanın əmlakını təmir etdirmək, miras əmlakla bağlı vergi, sığorta haqqı ödəmək və s. kimi hərəkətlər buna misal ola bilər.) İş materiallarından görünür ki, İddiaçı ailə qurduqdan sonra həyat yoldaşına məxsus Zirə qəsəbəsindəki evə köçdüyünü, nənəsinin sağlığında mübahisəli evə gedib-gəldiyini, nənəsinə baxd ığını, nənəsinin ölümündən sonra isə həmin evdən hər hansı əşyanı götürməyə ehtiyacının olmadığını, nənəsinin qızıl sırğasını hələ sağlığında ona bağışladığını, mübahisəli ünvanda qardaşı və əmilərinin yaşadığını, əmisinin orada müəyyən tikinti işləri apardığını, nənəsi tərəfindən ona mübahisəli evə dair vəsiyyətnamə verildiyini və həmin vəsiyyətnaməyə arxayın olaraq evi öz adına rəsmiləşdirəcəyini fikirləşdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı bu müddət ərzində mərhum nənəsi X1 miras qalmış mübahisəli əmlakı nə faktiki qəbul etmiş, nə də vəsiyyətnamə əsasında miras əmlakı qəbul etmək üçün müvafiq notariat orqanına müraciət etmişdir. İddiaçı iddia etdiyi vəsiyyətnaməyə əsasən qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmədiyindən hazırda onun tərəfindən mirasın qəbulu yolverilməzdir və birinci instansiya məhkəməsi onun ilkin iddiasını təmin etməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin şəxslərin mübahisəli miras əmlakı faktiki olaraq qəbul etmələri müəyyən olunmuş, ilkin İddiaçı da bu faktı mübahisələndirməmiş, əksinə əmilərinin həmin ünvanda müəyyən tikintilər aparmasını da təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 və x2 mübahisəli miras əmlakı faktiki olaraq qəbul etdiklərindən və miras qoyanın birinci nö vbə vərəsələri olduğundan onların həmin əmlakda payları bərabər olaraq müəyyən edilməli, qalan hissədə iddiaları əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, məhkəmə tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlindiyindən qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia rədd, qarşılıqlı və digər iddia qismən təmin edilərək, mərhum X12 miras qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, A.Şəfiyev küçəsi, 4 saylı evin və 0,03367 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh3, ½ hissəsinə isə X payları müəyyən edilməli, buna uyğun olaraq müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi 10 saylı notariat kontoruna həvalə olunmalı, onların iddiaları qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Ka ssasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA Kassasiya şikayəti təmin edilməsin. ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 03 oktyabr 2018-ci il tarixli, 2(103)-8562/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1780/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1780/2019
14.03.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver