Məhkəmə qərarları › İş №2(102)-1780/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1780/2021

24.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1780/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5764/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: “GROVE” xüsusi markalı avtokran xx xxxxxxxx 2012-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “xxxx” MMC-nin mülkiyyətind ə olmuş və xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən həmin avtomaşın “xxxx” MMC-yə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin yanvar ayında “xxxx” MMC cavabdeh “xxxx” MMC -yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək onlara məxsus nəqliyyat vasitəsinin heç bir səlahiyyəti olmadan Cavabdeh2 tərəfindən cavabdeh “xxxx” MMC-yə satılmasını əsas göstərməklə bu barədə olan müqavilənin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-819/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: F.X.Mirzəyev) iddia təmin edilərək tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli al qı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək onun cavabdeh təşkilatda mütəxəssis vəzifəsində işləməsini və müqavilənin hər iki Cəmiyyətin ümumi razılığı əsasında bağlanmasını, lakin işə baxan məhkəmənin işin həmin hallarına düzgün qiymət vermədən və iddia müddətinin ötürülməsini nəzərə almadan qətnamə qəbul etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsində alıcı qismində iştirak etmiş və məhkəmə tərəfindən cavabdeh kimi işə cəlb edilmiş Cavabdeh3 da qətnamədən apellyasiya şikayəti verərək alqı-satqı müqaviləsinin tərəflərin ümumi razılığı ilə bağlanmasını və həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddia müddətinin ötürülməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 MMC–nin direktoru da qətnamədən verdiyi apellyasiya şikayətində digər cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və işdə olan sübutlar əsasında iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5764/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 202 0-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən hər üç cavabdeh ayrı-ayrılıqda eyni məzmunda kassasiya şikayəti vermiş və şikayətlərini apellyasiya şikayətlərinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya icraatı iştirakçılarının izahatları İş üzrə cavabdeh “xxxx” MMC–nin vəkili kassasiya şikayətini müdafiə edərək təmin olun masını xahiş etmişdir. İddiaçının vəkili kassasiya şikayətləri ilə razılaşmayaraq rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 26.1 Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2 Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətlərində qətnamənin ləğv olunması xahiş edildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, alqı-satqı müqaviləsinin predmeti olan nəqliyyat vasitəsi “xxxx” MMC-nin mülkiyyətində olmuş və həmin nəqliyyat vasitəsi xx xxx xxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında “xxxx” MMC-yə satılmışdır. Hazırkı mübahisə, işdən göründüyü kimi, həmin Cəmiyyətlər arasında yaranmışdır. Hər iki Cəmiyyət isə, işdən göründüyü kimi, hüquqi şəxslərdir. Azərbaycan Respublikası MPM-nin 26-cı maddəsinə əsasən hüquqi şəxslər arasında mübahisə, eləcə də müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələrə kommersiya məhkəmələri baxdıqlarından, işə baxan apellyasiya instansiyası məhkəməsi isə işin həmin halına əhəmiyyət və qiymət vermədən nəticəyə gəldiyindən, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cav abdehlərin kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5764/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar