Məhkəmə qərarları › İş №2(102)-1781/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1781/2021

05.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1781/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, Cavabdeh1 və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları

1. Mübahisə İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu 63 ünvanında inşa etdiyi binanın 63-cü mənzilinə dair cavabdehlərlə bağlanmış müqavilələrin etibarsızlığı tələbi ilə bağlıdır. MTK, həmin müqavilələrin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmasına görə etibarsızlığını iddia edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MTK-nın Bakı şəhəri, Binəqədi rayonu 63 ünvanında tikdirdiyi binanın 63-cü mənzilinin cavabdehlərə verilməsi haqqında 06.05.2010-cu il tarixli, 04.10.2012-ci il tarixli, 24.10.2012-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 63 ünvanında tikdirdiyi binanın 63-cü mənzilinin guya cavabdehlərə pul müqabilində verilməsi haqqında müqavilələr aşkar edilmiş, müqavilələrdə və maliyyə arayışlarında İddiaçı MTK adından sədri Şahid adı yazılsa da, müqavilələrdəki imzalar ona məxsus deyil. “xxxx" MTK nə cavabdehlərlə həmin mənzilə dair müqavilə bağlamamış, nə də ki həmin müqavilələr üzrə mənzil dəyəri kimi cavabdehlər tərəfindən İddiaçı MTK- nın hesabına hər hansı vəsait mədaxil edilməmişdir. Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata k eçirilirsə, etibarlıdır. Həmin müqavilələrdə nəinki belə bir icazə (razılıq) olmamış, ümumiyyətlə “xxxx“MTK bu müqavilələrin bağlanmasından və mövcudluğundan məlumatsız olmuşdur.

4. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, həmin təmirli mənzili Cavabdeh3 aldığını, evin pulunu sonuncunun etibarnamə üzrə nümayəndəsinə ödədiyini, daha sonra “Nərimanov” metrosunun yaxınlığında İddiaçı MTKnın ofisinə gedərək kooperativ ilə müqavilənin bağlandığını, həmin evdə uzun müddət yaşamadığını və 2018-ci ildə həmin mənzilə köçdüyünü bildirmişdir. Ev bir neçə dəfə satıldığına görə yeni alıcının pulunu satıcıya ödəmiş, "xxxx" MTK isə sadəcə olaraq yeni alıcı ilə təzə müqavilə bağlamışdır. Həmçinin, X1 tanımadığını qeyd etmişdir.

5. Birinci i nstansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, təmirsiz mənzili hazırda adı yadında qalmayan bir şəxsdən aldığını, evin pulunu sonuncuya ödədiyini, daha sonra “Nərimanov” metrosunun yaxınlığında İddiaçı MTK-nın ofisinə gedərək kooperativ ilə onun arasında yeni müqavilənin bağlandığını, maneəsiz 63 nömrəli mənzildə təmir işlərini aparıb yekunlaşdırdıqdan sonra evi Cavabdeh3 satdığını, pulu sonuncu alandan aldığını, yenidən “Nərimanov” metrosunun yaxınlığında İddiaçı MTK-nın ofisinə gedərək özünə aid olan müqaviləni təhvil verdiyini və Şahid tanımadığını bildirmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh3 vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh3 təmirli mənzilini Cavabdeh2 aldığını, evin pulunu sonuncuya ödədiyini, daha sonra “Nərimanov” metrosunun yaxınlığında İddiaçı MTK-nın ofisinə gedərək kooperativ ilə Cavabdeh3 arasında yeni müqavilənin bağlandığını, lakin həmin bina sonuncunun xoşuna gəlmədiyinə görə mənzili Cavabdeh1 satdığını, pulu sonuncudan alandan aldığını, yenidən “Nərimanov” metrosunun yaxınlığında İddiaçı MTK-nın ofisinə gedərək özünə aid olan müqaviləni təhvil verdiyini bildirmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim E.Əliyev) 08 avqust 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə Mülki Məcəllənin 339-cu, 149.2-ci, 157.5-ci, 182.1-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı MTK-nın ofisi Nərimanov metrosunun yaxınlığında yerləşsə də, yaşayış binasX ində inşa edilmiş və həmin vaxt İddia çı MTK-nın sədri Şahid olmuşdur. İddiaçı öz tələbində İddiaçı MTK-nın binasında 63 nömrəli mənzilin kooperativ tərəfindən heç kimə satılmadığı və məhkəməyə təqdim olunan müqavilələrdə imzaların MTK-nın sədri Şahid məxsus olmadığına görə həmin müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir (halbuki iddiaçı Şahid imzalarının mübahisələndirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir). Məhkəməyə təqdim olunan müqavilələrin əsli olmamış, məhkəmə iclasında isə müəyyən edilmişdir ki, mənzili satan əvvəlki sakin köhnə müqaviləni İddiaçı MTKya geri qaytarmış, kooperativ isə yeni sakin ilə təzə müqavilə bağlayırmış. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, bina kooperativ təmsilçilərinin beş nümayəndəsinin nəzarəti altında olduğuna görə kənar şəxslərin 63 nömrəli mənzildə tə mir işləri aparması və yaşaması qeyrimümkündür. Bununla yanaşı, məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı MTK-da mənzillərin satılması ilə bağlı lazımi qaydada kargüzarlıq işləri aparılmamış və həmin müqavilələr mövcud olan reyestrdən qeydiyyatdan keçirilməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ardıcıl bir-birinə mübahisəli mənzili satmışlar və yeni alıcılar məhz “Nərimanov” metrosunun yaxınlığında yerləşən İddiaçı MTK-nın ofisində isə yeni müqavilə (ikisi köhnə alıcı tərəfindən ofisə təhvil verilib) almışlar. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüquqlarını əldə etməsələr də, 63 nömrəli mənzilə mövcud dövrlərdə gözlənilən mülkiyyət hüquqları var idi (Cavabdeh1 hal-hazırda da var) və onlar vicdanlı alıcılardır. Həmçinin, İdd iaçı MTK-nın ofisində Şahid əvəzində üçüncü şəxslərin imza etməklərinə görə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cavabdehlik daşıya bilməzlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 17 iyun 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X saylı 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı MTK kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilələrdə və maliyyə arayışlarında “xxxx" MTK adından sədri Şahid adı yazılsa da, müqavilələrdəki imzalar ona məxsus deyildir. İddiaçı MTK nə cavabdehlərlə həmin mənzilə dair müqavilə bağlamamış, nə də ki, həmin müqavilələr üzrə mənzil dəyəri kimi cavabdehlər tərəfindən “xxxx" MTK-nın xəzinəsinə (hesabına) hər hansı vəsait mədaxil edilməmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməsinin 4-cü səhifəsində qeyd edir ki, iddiaçı müqavilələrdəki imzaların Şahid Qürbət oğluna məxsus olmamasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, əvvəla, iddiaçı həmin müqavilələrdə "xxxx" MTK - nın təmsilçisi kimi sədri Şahid adından olan imza ların həqiqətən də ona məxsus olub-olmamasının, habelə möhürün qanuni təmsilçidəki möhür olub-olmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirilməsi, həmçinin MPM-nin 78.2-ci maddəsinə əsasən, məhkəmədə şahid kimi ifadə verməsi, habelə müvafiq ekspertiza üçün imza və yazı nümunələrinin alınması üçün İddiaçı MTK-nın qanuni təmsilçisi olmuş Şahid məhkəmə iclasında iştirak etməsi üçün müvafiq prosessual tədbirlər görməyi məhkəmədən xahiş edən vəsatətlər verməsinə baxmayaraq, məhkəmə vəsatətləri təmin etməmiş, bu isə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsində əhəmiyyətli rol oynamışdır. İkincisi isə, iddiaçı tərəf Şahid sənədlərə imza etmədiyini bildirdiyi. Vergilər Nazirliyinin Vergi Auditi Departamentinə verdiyi izahatı məhkəməyə təqdim etsə də, məhkəmə bu sübuta qiymət verməmiş dir. Məhkəmə qətnaməsində əsaslandığı maddi hüquq normalarını səhv tətbiq etməklə yanaşı, mübahisəyə Mülki Məcəllənin 324.1. 358.1 360.1 və 337.1-ci maddələrini tətbiq etməli olduğu halda, bunu etməmişdir. Həmin müqavilələr Mülki Məcəllə ilə, xüsusilə də onun əqdlərin etibarlılığı, 109-113-cü maddələri (Kooperativ) ilə müəyyənləşdirilmiş şərtlər pozulmaqla “bağlanmışdır”. Müqavilələrdə İddiaçı MTK-ya məxsus mənzilin verilməsindən söhbət getdiyi halda, müqavilələri İddiaçı MTK adından səlahiyyətli şəxs imzalamamışdır. Şahid ifadələrinin müqasiyəsi zamanı aşkar edilir ki, cavabdehlərin ifadələri, müqavilələrin tarixi ilə şahid ifadələrindəki münasibətlərin həqiqi tarixi arasında ziddiyyət vardır ki, bu da müqavilələrin həqiqəti əks etdirmədiyini, Mülki Məcəllənin bir neçə tələbi baxımından etibarsız olduğunu göstərir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən əqdlərin əsli deyil, kserosurəti təqdim edilmişdir. Məhkəmə əvvəla nəzərə almamışdır ki, cavabdehlər həmin kserosurətləri və onların məzmununu mübahisələndirməmişlər. İkincisi və ən əsası isə, iddiaçıda həmin sənədlərin əsli yoxdur və elə olmaması da həmin sənədlərin mötəbərliyini şübhə altına alır (həmin sənədlərin əsli yalnız cavabdehlərdə və bu sənədlər iddiaçının hüquqlarına toxuxxxx). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili A.Orucov kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

15. Məhkəmə iclasının yeri və vaxtı barə də lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

17. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

18. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin ica zəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

19. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məs ələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

26. İşə mahi yyəti üzrə baxmış məhkəmələr iddia tələbinin hüquqi əsası kimi daşınmaz əmlaka hüquqların əsassız qeydə alınmasına dair 149.2-ci maddəsini, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsinə dair 157.5-ci maddəsini, daşınar əşyalarla bağlı vicdanlı əldə etmə barədə 182.1ci maddəsini və iradənin zədələnməsi hallarında əqdin mübahisələndirilməsinə (etibarsızlığına) dair 339-cu maddəsini tətbiq etmişlər.

27. Halbuki məhkəmələr tərəfindən iddiaçının bildirdiyi faktiki hallarla həmin normaların dispozisiya şərtləri arasında uyğunluq müəyyən edilməmiş və əsaslandırılmamışdır. Bu hal ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

28. İşdən görünür ki, i ddiaçı sözügedən müqavilələrin səlahiyyəti olmayan şəxs tərəfindən bağlandığı üçün etibarsız olmasına istinad edir. Tələb onunla əsaslandırılmışdır ki, 2010-2015-ci illərdə MTK-nın rəhbəri olmuş Şahid həmin müqavilələri imzalamamış, başqa sözlə adı çəkilən hüquqi şəxsin mənzilə sərəncam verilməsinə dair ifadə edilmiş iradəsi olmamışdır.

29. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 358-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya əsasən, səlahiyyətsiz şəxsin əşyaya dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi ilə həyata keçirilirsə etibarlıdır (§ 18).

30. Normanın əks mənasından göründüyü kimi qanunverici səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi halında əgər müvafiq razılıq yoxdursa belə əqdi etibarsız sayır.

31. Bununla belə, əgər səlahiyyətl i şəxs sözügedən əqdin bağlanmasını bildikdən sonra onu bəyənirsə həmin etibarsızlıq halı aradan qalxır və əqd bağlandığı andan etibarlı hala gəlmiş olur (§ 19). O da nəzərə alınmalıdır ki, səlahiyyətli şəxs etibarsızlıq halının bilindiyi vaxtdan etibarən ağlabatan müddətdə əqdə bağlı olduğunu nümayiş etdirirsə əqdi bəyənmiş olur. Bəyənmə hər hansı məcburi formaya tabe deyil.

32. Baxılan işdə iddiaçı, tələbinin faktiki əsasları ilə bağlı dəlil kimi ona istinad etmişdir ki, müqavilələri MTK-nın sədri Şahid bağlamamış, həmin əqdlərdə kooperativin iradəsi ifadə olunmamışdır. Şahid həmin dövrlərdə möhürün onda olmadığını və müqavilələrə imza qoymadığını Vergilər Nazirliyi yanında X2 verdiyi 07.01.2015-ci il tarixli izahatında təsdiqləmişdir, həmin sənədin surəti isə işdə vardır. Bundan əlavə, iddiaçı müqavilələrdəki imzanın Şahid məxsus olub-olmamasının yoxlanılması və şahidlərin məhkəmə iclasına dəvət olunaraq dindirilməsi üçün vəsatətlər qaldırmış, lakin bu vəsatətlər təmin olunmamışdır. Eyni zamanda cavabdehlər mübahisələndirilən müqavilələrin əslini məhkəməyə təqdim etməmişlər. MTK isə sözügedən əqdləri bəyəndiyini göstərən hər hansı hüquqi hərəkət etməmişdir.

33. Kollegiya hesab edir ki, mübahisənin düzgün həlli üçün əvvəlcə sözügedən müqavilələrin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanması ilə bağlı iddiaçının bildirdiyi halların tam və hərtərəfli yoxlanılması üçün tərəflərə lazımi şərait yaradılmalıdır (§ 20).

34. Buna baxmayaraq hazırkı işdə həmin prosessual qaydaya məhkəmələr tərəfindən əməl edilməmiş, iddiaçının istinad etdiyi halların yoxlanılması üçün tərəflərə imkan yaradılmamışdır.

35. Odur ki, mübahisələndirilən müqavilələrin səlahiyyətli şəxs tərəfindən bağlanıb-bağlanmaması ilə bağlı yuxarıda qeyd edilən, habelə əhəmiyyət kəsb edən digər hallar araşdırılmalı, məhkəmə işdəki sübutları prosessual qanunvericiliyə uyğun qiymətləndirməklə həmin xüsusatla bağlı bəlli bir nəticəyə gəlməlidir.

36. Bununla yanaşı, nəzərdən qaçırılmamalıdır ki, əşyaya dair sərəncam səlahiyyətsiz şəxs tərəfindən verilmiş olsa belə, onun müvafiq qaydada bəyənilməsi əqdin etibarsızlığını aradan qaldıran haldır.

37. Bu baxımdan mübahisəli mənzilin 06.05.2010-cu il tarixli müqavilə bağlandıqdan sonrakı faktiki vəziyyəti, kim(lər)in sahibliyində olması, bu sahibliyin hüquqi əsasları, iddiaçının həmin sahiblik vəziyyətinə faktiki münasibəti, MTK-nın səlahiyyətli nümayəndələr inin müqavilələri bəyənməsinə dəlalət edən hərəkətlərinin olub-olmaması və s. hallar araşdırılmaqla mübahisəyə Mülki Məcəllənin 358-ci maddəsinin dispozisiya şərtləri baxımından yekun hüquqi qiymət verilməlidir.

38. Belə olan halda, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar